Dil, Cəmiyyət, Şüur



Yüklə 314,33 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix25.11.2017
ölçüsü314,33 Kb.
#12255
1   2   3   4   5   6   7   8   9   ...   13

göstərilmişdir. Məsələn, 1800-cü ildə Almaniyada Vetzel it, pişik, toyuq və s. dillərinin lüğətciklərini tərtib edir. O 

belə güman edirdi ki, heyvanlar insan dilini başa düşür. 1807-ci ildə Düpon bülbülün nəğməsini fransız dilinə tərcümə 

edir və qarğa «dilinin» lüğətini tərtib edir. 

Adətən, biz heyvan səslərini təqlid edərkən onu insan səsləri yaxud onların yazılı, qrafik şəkli olan hərflər kimi 

təsəvvür edirik. Əslində bu illüziyadır, çünki ən ibtidai heyvandan başlamış insanadək təkamülün ən yüksək pilləsində 

duran müasir insanabənzər meymunlaradək bütün canlıların çıxardığı səslər üzvlərinə bölünmür, sinkretik vəhdət 

təşkil edir: qarğa q-a-r-r, it h-a-m və s. səsləri çıxarır. İnsan dili başqa canlıların «dilindən» bir də onunla fərqlənir ki, 

o, aydın, üzvlərinə bölünən nitqdir. İnsanın meymundan ayrılmasında ağız orqanlarının tədricən bir-birinin ardınca 

aydın səslər tələffüz etməsini Enqels xüsusilə qeyd edir. 

Güman ki, avstralopitekdən başlayaraq insanın ulu əcdadları-pitekantrop (meymun-insan) və paleantroplar 

(qədim insanlar) da təkamül pilləsinin insandan sonra ən yüksək pilləsində duran meymunlar kimi aydın şəkildə 

üzvlərinə bölünməyən səslərlə ünsiyyət saxlamışlar; yalnız neantrop (yeni insan) aydın nitqə malik olmuşdur. Buna 

görə də, adətən, insanın yaranması və təkamülü tarixi hərəsi bir sıra kiçik mərhələlərə ayrılan üç böyük dövrə bölünür: 

homo aljaljus (lal, dilsiz insan) dövrü, homo stupidus (axmaq insan) dövrü və homo sapiens (ağıllı insan) dövrü. Məhz 

bu son dövrdə insan aydın nitqə yiyələnmişdir. 

Sübut edilmişdir ki, meymunun çıxardığı səslər fikir ifadə etmir, hiss və arzu bildirir, lakin mənasız çığırtıdan 

fərqlənir. Güman ki, ilk insan, daha doğrusu, əmələ gəlməkdə olan insanın səsləri də meymun səsləri kimi nəinki 

üzvlərinə bölünməmiş, həm də fikir ifadə etməmiş, təkcə hiss və arzu bildirmişdir. Lakin əmək fəaliyyətinin 

genişlənməsi, xüsusən ovçuluğun meydana gəlməsi insanın ulu əcdadının daha da ictimailəşməsinə, sosial varlığa 

çevrilməsinə səbəb oldu. ...Əməyin inkişafı cəmiyyət üzvlərinin zərurət üzündən daha sıx birləşməsinə kömək 

etmişdir, çünki onun sayəsində qarşılıqlı kömək, birgə fəaliyyət halları daha tez-tez baş verməyə başlamış və hər bir 

ayrıca üzv bu birgə fəaliyyətin faydalı olduğunu daha aydın dərk etməyə başlamışdır. Qısa desək, əmələ gələn insanlar 

o yerə çatmışlar ki, onlarda bir-birinə bir şey söyləmək tələbatı meydana gəlmişdir . Lakin bu tələbatın necə ödəndiyi, 

«meymunun inkişaf etməmiş olan xirtdəyinin yavaş-yavaş, lakin dönmədən, modulyasiya yolu ilə, getdikcə daha artıq 

inkişaf edən modulyasiyaya keçmək üçün necə dəyişməsi, ağız orqanlarının isə tədricən bir-birinin ardınca aydın 

səslər tələffüz etməyi necə öyrənməsi» elmi ədəbiyyatda göstərilmir. Bu məsələdə də fərziyyəsiz keçinmək mümkün 

deyildir. Güman ki, üzvlərinə bölünməyən səslər mərhələsi ilə üzvlərinə bölünən aydın nitq mərhələsi arasında keçid 

pilləsi mövcud olmuş və əməklə, dik yerişlə yanaşı bu aralıq, keçid pilləsi aydın nitqin yaranmasına səbəb olmuşdur. 

Şərti olaraq, bu pilləni işarə pilləsi adlandıraq. Meymunlar üzərində uzun müddət və nə qədər ciddi-cəhdlə təcrübə 

aparılmışsa da, onun işarələrdən, xüsusən əl işarələrindən, jestlərdən istifadə etməsinə nail olmamışlar: meymun 

yalnız başı ilə təsdiq və inkar (hə, yox) işarələrini qavramışdır, əllə ifadə edilən bu, o, gəl, get və s. jestlər meymun 

beyni tərəfindən qavranılmamışdır. Çox zaman elmi ədəbiyyatda əl hərəkəti dili ideyası kəskin tənqid edilir. Lakin bu 

ideyanın rasional toxumunu rədd etmək düzgün deyildir; bütövlükdə əl hərəkəti dili ideyası rədd edilsə də onun 

rasional toxumu qəbul edilməlidir. Güman etmək olar ki, əmək fəaliyyətinin xeyli genişlənməsi nəticəsində nə isə 

söyləmək, təkcə arzu, hiss və həyəcanı ifadə üçün yox, həm də nə isə bir fikir söyləmək tələbatı ilə əlaqədar olaraq 

əmələ gəlməkdə olan insan hələ üzvlənməyən ixtiyari səslərlə (əlbəttə, meymunlarda olduğu kimi, yaranmaqda olan 

insanlarda da üzvlərinə bölünməyən ayrı-ayrı səslər müəyyən mənalarla bağlı idi) yanaşı özünün meymunabənzər 

əcdadlarında olmayan müəyyən işarə üçün işlədilən əl hərəkətlərindən, jestlərdən də istifadə etməyə başlayır. İlk 

jestlər bu, o, bəli, xeyir, hə, yox, gəl, get. ver, lazım, deyil, al, mən, sən, o, bu mənəm, bu odur, hədələmək, qorxutmaq, 



çağırmaq, qovmaq, yalvarmaq və s. Mənalari ifadə edən hərəkətlər olmuşdur. Sonralar bu hərəkətlər və üzvlərinə 

bölünməyən səslər əsasında ilk üzvlərin, yeni tərkib səslərinə bölünən sözlər yaranmışdır. Biz bu prosesin necə 

getdiyini, ilk homo sapiens-in ilk üzvlərinə bölünən sözü necə tələffüz etdiyini, bu sözün hansı söz olduğunu söyləyə 

bilmərik, bunu söyləmək mümkün deyil, lakin dilin yaranması prosesinin məhz bu cür getdiyinə əminik. 

Əl hərəkətləri ilə dilin (nitqin) sıx əlaqədar olduğunu psikologiya elminin son nailiyyətləri də sübut edir. 

Psikoloqlar müəyyənləşdirmişlər ki, əllərin hərəkətini tənzim (idarə) edən baş beyin mərkəzi nitq mərkəzi ilə 

yanaşıdır. Bu faktın özü də nitqlə əl hərəkətinin, jestlərin sıx əlaqədar olduğunu göstərir. 

Meymunun insana çevrilməsi (deməli, dilin də yaranması) prosesi dialektik və tarixi materializm fəlsəfəsi 

metodunda yazılmış bir sıra əsərlərdə dahiyanə surətdə şərh edilmiş və sonra gələn müəlliflər tərəfindən bu və ya digər 



10 

şəkildə təkrar edilmişdir. Enqelsin şərhçiləri məsələni belə qələmə verirlər ki, guya Enqels belə bir fikir söyləyir ki, 

insanın ulu əcdadı əməklə məşqul olan kimi dil yaranmışdır. Lakin Enqels öz əsərində buna oxşar heç bir fikir irəli 

sürməmişdir. Enqels dilə əməyin son nəticəsi, əməyə isə cəmiyyətin və dilin yaranma mənbəyi, səbəbi kimi baxmışdır. 

Enqels ilk insanabənzər meymunun əməklə məşğul olması və dilə malik insanın (homo sapiens) yarandığı vaxtdan nə 

qədər keçdiyini söyləməsə də, bu iki hadisə, yəni əməklə məşğulolma və dilin yaranması arasında yüz min illər 

keçmişdir. 

İnsan dilinin üzvlənməyən (aydın olmayan) səslər və işarələrdən aydın başa düşülən və sözləri tərkib səslərinə 

üzvlənən aydın nitqədək inkişafını yalnız belə təsəvvür etmək olar. 

 

2 - Nitq və Fəaliyyət 

Nitqin insan həyatında və fəaliyyətindəki əvəzsiz rolu bəzən, xüsusən burjua dilçiliyində onun funksiyasının 

şişirdilməsinə səbəb olur. XX əsrin ortalarında dilin insanın ictimai həyatındakı rolunun belə şişirdilməsinə, Sənir-

Uorf fərziyyəsnidə rast gəlmək olar. Dərinliyinə varmasaq, bu fərziyyəyə görə, dil insanın ətraf mühiti qavramasını, 

təfəkkür tərzini və ictimai əxlaqını, özünü idarəetmə qaydalarını müəyyənləşdirir; insan yalnız onun dilinin 

müəyyənləşdirdiyi şeyləri qavraya və dərk edə bilər. Bu fikir dilçilər və filosoflar tərəfindən kəskin tənqid edilsə də 

hələlik kimsə onu əsaslı şəkildə təkzib edə bilməmişdir. Hətta son illərdə sovet dilçiliyində bu fikrə rəğbət də hiss 

edilir. Məsələn, V. A. Zvegintsev yazır: «Dilçilər, əlbəttə, hətta özləri üçün bir qədər gözlənilməz şəkildə 

aydınlaşdırdılar ki, onlar faktik olaraq hələlik belə bir şəraitdən lazımı nəticələr çıxarmamışlar ki, insan dilin 

məzmunlu (yaxud mənalı) aləminə daxil olmuş halda işləyir, hərəkət edir, düşünür, yaradır, yaşayır; dil göstərilən 

aspektində, mahiyyətcə desək, insanın özünün yaşaması üçün qidalandırıcı mühitdir və dil hər halda insanın şüurlu və 

şüursuz davranışını əmələ gətirən bütün psiki parametrlərin vacib iştirakçısıdır»

1



Sözün insan davranışına, əxlaqına, hətta insanda gedən fizioloji proseslərə təsir gücü artıq hamı tərəfindən qəbul 

edilir. K- İ. Platonovun 

2

 klassik təcrübələri sübut etmişdir ki, hipnozda söz qanın tərkibinin dəyişməsinə və 



orqanizmdə digər biokimyəvi dəyişikliklərin baş verməsinə təsir göstərə bilər. Şərti reflektor münasibətləri 

müəyyənləşdirmək vasitəsilə sözlə hər hansı fizioloji prosesə təkcə bilavasitə verballaşan (sözlə ifadə edilən) 

proseslərə deyil, habelə bilavasitə öz adları ilə adlandırılmayan, dərk edilməyən proseslərə də təsir göstərmək 

mümkündür. Prinsipcə söz insan orqanizminin, demək olar ki, bütün reaksiyaları üzərində hakimdir. Düzdür, çox vaxt 

biz bunu müşahidə edə bilmirik, lakin bu belədir. N. İ. Çuprikova yazır ki, insanın beyin fəaliyyətinin qəti surətdə 

bütün sahələri ikinci siqnal sisteminin (yəni nitqin) idarə-edici impulslarının təsiri altındadır. Müasir nevropsikologiya 

elmi artıq sübut etmişdir ki, ikinci siqnal sistemi insanın ali əsəb sistsminin bütün sahələrinin fəaliyyətinə nəzarət edir 

və birinci siqnal sisteminin hər hansı hərəkt və vegetativ refleksini əylətmə (tormozlama) vasitəsidir. N. İ. Çuprikova 

yazır ki, ikinci siqnal sistemi müvəqqəti əlaqələrin yaranmasına mane olmaq qabiliyyətinə, beyin qabığının qapanma 

proseslərini əylətmə qabiliyyətinə malikdir. 

V. A. Zveqintsev. Teoretiçeskaya i prikaladnaya linqvistika. M.,1969, s. 19. 



2 K 

İ. Platonov. Slova kak fizioloqiçeskiy i leçebniy faktor,M., 1962. 

 

İnsanın fəaliyyətində söz gözəgörünməz, hissedilməz şəkildə həmişə əylətmə, qadağanetmə işi görür. Anomal 



uşaqlarla aparılan eksperimentin nəticələri göstərir ki, söz sistemi vasitəsilə ilkin (birinci) siqnal sistemi reaksiyalarına 

əyləndirici təsir göstərmək mümkündür. O, stimul və reaksiyanın sadə əlaqəsi əsasında adi qapanmanın qarşısını alır. 

Sözün əylənc funksiyası ilk uşaqlıqda özünü daha qabarıq şəkildə göstərir, adam yaşa dolduqca hiss edilmir (daha 

doğrusu, «gizlənir», özünü qabarıq göstərmir) və yalnız nevrodinamikanın pozulması hallarında müşahidə edilir. 

İ. P. Pavlovun təcrübələrindən bizə məlumdur ki, ikinci siqnal sistemi hər şeydən əvvəl birinci siqnal sisteminə 

həmişə mənfi induksiya göstərir. Sözün, nitqin, ümumiyyətlə, ikinci siqnal sistemi impulslarının ən əsas funksiyası 

əylətmədirsə, onda bütövlükdə ikinci siqnal sistemi beyin aparatının fəaliyyətini başa düşmək imkanı yaradır. Təkcə 



Yüklə 314,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə