Dil, Cəmiyyət, Şüur



Yüklə 314,33 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix25.11.2017
ölçüsü314,33 Kb.
#12255
1   ...   5   6   7   8   9   10   11   12   13

15 

uzunmüddətli inkişafı nəticəsində nitq əmələ gəlir; 3) əməyin və onunla yanaşı nitqin yeni uzunmüddətli inkişafı 

nəticəsində cəmiyyət yaranır. Müəllifə görə, inkişafın yalnız bu üçüncü pilləsində insanın meymundan qəti surətdə 

ayrılması baş verir. M. P. Jakov belə fərz edir ki, cəmiyyətin yaranmasının başlanqıcı aşağı paleolit dövründən 

sonraya aiddir. B. F. Porşinev yazır ki, gələcək insan ünsiyyətini və insan cəmiyyətini xəbər verən prinsipcə yeni 

hadisələrin ilk simptomların mustyer zamanının ikinci yarısında müşahidə edilir, bioloji və ictimai qanunlar arasında 

hakimiyyət uğrunda mübarizə yuxarı paleolitin sonlarına doğru bəlkə də neblitə keçid dövründə bitir

1



1 Bax: B. F. Porşnev. O naçale çeloveçeskoy istorii

 

Dialektik və tarixi materializm, materialist fəlsəfə dilin (üzvlərinə bölünən aydın nitqin) yaranmasını, adətən, 



cəmiyyətin yaranması, insanların cəmiyyət halında birləşməsi ilə bağlayır (dil cəmiyyətdə yaranır, cəmiyyətdən 

kənarda dil mövcud deyildir). Cəmiyyətin yaranması üçün bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan üç hadisə, üç əsas 

sosioloji kateqoriyanın mövcudluğu zəruridir: 1) istehsal qüvvələri; 2) ictimai-istehsal münasibətləri (iqtisadi bazis) və 

3) üstqurum. Yalnız bu üç amil birlikdə mövcud olduqda cəmiyyət mövcud ola bilər; bunlar ciddi səbəbiyyət əlaqəsi 

ilə bir-birindən asılıdır. Bu üç amilin sıx əlaqədə və qarşılıqlı asılılıqda olmasına baxmayaraq yenə də hər halda 

cəmiyyətin yaranmasından danışdıqda istehsal münasibətlərinin yaranması məsələsi ön plana çəkilir. Çünki təkcə 

istehsal münasibətləri insanları əmək prosssində birləşdirir. İstehsal münasibətlərinin meydana gəlməsi istehsal 

vasitələri üzərində mülkiyyətin bu və ya digər formasının yaranmasına səbəb olur. Cəmiyyətin yaranması istehsal 

vasitələri üzərində mülkiyyətin formaları ilə əlaqələndirilərək göstərilir ki, ...mülkiyyətin heç bir formasının mövcud 

olmadığı yerdə heç bir istehsal haqqında, deməli, heç bir cəmiyyət haqqında söhbət belə gedə bilməz. Bu da təbiidir 

ki, mülkiyyətin hətta hər hansı ibtidai forması, o cümlədən, kollektiv (ibtidai) mülkiyyət instinktiv, heyvanabənzər 

səciyyə daşıya bilməz, deməli, instinktiv, heyvanabəpzər əmək dövründə mülkiyyət formalarından, bu sonuncu 

olmadan cəmiyyətdən də danışmaq olmaz. 

Şüurun, təfəkkürün, nitqin yaranması da cəmiyyətin yaranması ilə əlaqədardır. İstər şüur və təfəkkürün 

(məfhumlu təfəkkürün), istərsə nitqin mənbəyi fərdin təbiətə münasibətində deyil, fərdlərin bir-biri ilə 

münasibətlərində meydana çıxır. Göründüyü kimi, bu problem cəmiyyətin yaranmasından ayrıca götürülmüş bir 

problem deyil, elə həmin problemin digər üzüdür. Nitq hər şeydən əvvəl təşəkkül tapmaqda olan ictimai 

münasibətlərin təzahürü və vasitəsi kimi yaranır: nitq insanların bir-biri ilə münasibətində davranışlarına təsir 

göstərmək vasitəsi kimi meydana çıxmışdır. Məfhumun təzahür etməsi üçün təkcə fərdin münasibətinin mövcudluğu 

kifayət deyildir, həm də fərdlər arasında münasibətlərin mövcudluğu zəruridir. Həm də bu münasibət heyvanlar 

arasındakı «münasibətdən» köklü surətdə fərqlənir, çünki sözün əsl mənasında heyvanlar arasında münasibət mövcud 

deyildir. 

Əmək, cəmiyyət və dil arasındakı münasibətləri qısaca belə xülasə etmək olar. Göründüyü kimi, əmək elə bir 

sehrkar qüvvə deyildir ki, insanın meymunabənzər ulu əcdadı onunla məşqul olan kimi dərhal insana çevrilir və aydın 

nitq qabiliyyəti qazanır. İnsanın meymunabənzər ulu əcdadının əməklə, daha dəqiq desək, instinktiv, heyvanabəizər 

əməklə məşğul olmasından yaranmaqda olan insanın şüurlu əməyə keçməsinədək uzun bir dövr keçmişdir ki, bu 

müddətdə əmək prosesində insanın ulu əcdadı həm fizioloji, həm də psikoloji baxımdan böyük inkişaf mərhələsi 

keçmişdir. Əmək istehsalı, istehsal cəmiyyəti yaratmışdır. Yaranmaqda olan və cəmiyyətdə birləşən insanlar əmək 

prosesində bir-biri ilə ünsiyyət saxlamağa ehtiyac hiss etmişlər. Dil də bu ehtiyacı təmin etmək, ödəmək üçün 

yaranmışdır. 

 

 

4 - Sözlər və Şeylər 



«Hər cür sərvətin mənbəyi olan əmək» həm də cəmiyyətin və dilin yaradıçısıdır. Cəmiyyəti dilsiz, dili -

cəmiyyətsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, ən azı iki adam bir-biri ilə ünsiyyət saxlayırsa, deməli, artıq, 

ibtidai də olsa, cəmiyyətin rüşeymi mövcuddur, lakin eyni zamanda həmin bu iki adamın birləşməsi, ünsiyyət 

saxlaması üçün müəyyən bir ünsiyyət vasitəsi lazımdır (ünsiyyət vasitəsi olmadan onların birləşməsi qeyri-

mümkündür) - belə ünsiyyət vasitəsi dildir, daha doğrusu, aydın, üzvlərinə bölünən səsli nitqdir. 



16 

Materializm aydın, üzvlərinə bölünən səsli dilin (nitqin) birdən-birə yaranmasını qəbul etmir, çünki bu yaranma

ən azı, möcüzə olardı. Lakin indiyədək belə bir dilin yaranma prosesini (ümumiyyətlə əmələ gəlməsini yox, prosesin 

özünü!) izah edən nəzəriyyə yaxud fərziyyə yaradılmamışdır. Vaxtilə rus dilçisi N. Y. Marr ilk səsli dilin 

yaranmasından danışarkən göstərirdi ki, belə dil daxilən diffuz olan dörd səs kompleksindən ibarət olmuşdur. Rus 

filosofu B. F. Porşnev yazır ki, ilk səsli dil iki müxtəlif səs kompleksindən ibarət olmuşdur: hər səs kompleksi digərinə 

münasibətdə əylənc vəzifəsini ifadə etmişdir. 

Dilçiliyin paleolinqvistika sahəsi hələlik bu problemi həll edə biləcək dərəcədə inkişaf etməmişdir. Buna görə 

də ilk insan dilinin necə diffuz səsdən ibarət olduğunu söyləyə bilmərik; bəlkə iki, bəlkə dörd, bəlkə də çox diffuz səs 

ilk insan dilini təşkil etmişdir. N. N. Ladigina-Kotsun təcrübələri göstərir ki, meymunlar, məsələn, şimpanze 25 diffuz 

səs çıxara bilir. Məsələ ilk insan dilində diffuz səslərin sayında deyil, əsas məsələ budur ki, ilk insan dili indi başa 

düşdüyümüz mənada aydın, üzvlərinə bölünən səslər-sözlər şəklində mövcud ola bilməzdi, yarana bilməzdi - bu cür 

sıçrayışlı inkişaf dialektik materializmin bütün qanunauyğunluqlarına ziddir, ilk dil mütləq diffuz səslərdən ibarət 

olmalı idi. Buna görə də N. Y. Marrın vaxtilə marksizmə zidd hesab edilən dörd ünsür nəzəriyyəsinə bir də qayıtmaq 

və onun rasional toxumundan istifadə etmək lazımdır. 

Məhdud miqdarda diffuz səslərlə arzu, istək, qadağan, sevinc, qorxu ifadə etmək olar, lakin ünsiyyət saxlamaq 

olmaz. Güman ki, ilk insan dilində ünsiyyət üçün diffuz səslərlə yanaşı və onlarla birlikdə əl hərəkəti, jest və 

mimikadan, habelə əşyalardan da (imkan dairəsində) istifadə edilmişdir. Məlum olduğu kimi, psikoloji və fəlsəfi 

baxımdan ikinci siqnal sistemi inkişafının ilkin mərhələlərində qavrama, təfəkkür, qarşılıqlı informasiya problemləri 

ilə əlaqədə olmamışdır. Təbii olaraq belə bir sual meydana çıxır: bəs bu əlaqə nə vaxt və necə yaranmışdır? Bəs 

əşyalar, predmetlər səsçıxarma və səsqavrama dairəsinə necə düşmüşdür? İlk insanların səs mexanizmi fərdlərin əşya, 

predmet və obyektlərlə rəftar dairəsinə necə nüfuz etmişdir? 

Müasir psikolinqvistika (və habelə psixologiya) elmi o dərəcə inkişaf etməmişdir ki, bu suallara birmənalı, 

konkret cavab vermək mümkün olsun. Bu sahədə yalnız bir neçə fərziyyə irəli sürmək olar. 

Bu problemin izahında psikoloqların fikri maraqlıdır. A. Vallon yazır ki, uşağın fərdi irsi sensomotor aparatında 

təfəkkürün inkişafı zamanı fasiləsizlik mövcud deyildir: nitqi mənimsəməklə yanaşı prinsipcə başqa determinatorlar 

onun davranışına daxil olur. L. S. Vıqotski «iki kök» haqqında idiya irəli sürmüşdür: nitq ontogenez və filogenezdə 

ağlın tarixdən əvvəlki dövrü ilə, yəni təfəkkür əşyaları ilə birləşməzdən əvvəl özünün tarixdən əvvəlki dövrünə malik 

olur, yeni hadisə insan psikikasının nitq-təfəkkür funksiyasını törədir. 

A. P. Potseluyevskinin bu sahədəki fikirləri də maraqlıdır. O, insanın səsli nitqinin ən qədim forma və 

pillələrinin rekonstruksiyası metodlarını axtararkən insanların ev heyvanlarına spesifik müraciətlərini toplamış və 

təhlil etmişdir. N. Y. Marr kimi, A. P. Potseluyevski də belə hesab edir ki, insanlar da heyvanlarla birlikdə 

əhliləşmişlər, lakin insanların ev heyvanları ilə münasibətləri o zamandan indiyədək az təkamül etmişdir, buna görə də 

heyvanlara müasir xitabın nitq formaları ən qədim nitqin bəzi xüsusiyyətlərini dərk etmək üçün mənbə ola bilər. 

Tədqiqatın bu metodunun əsaslandırılmasında bəzi qüsurlar olsa da o, əşyaların nitq dairəsinə düşməsi probleminin 

həlli üçün xeyli material verir. Müəllif heyvanlara müraciəti iki kompleksə bölür: 1) çağırmaq (daha qədimdir) və 2) 

qovmaq, habelə daha sürətlə getməyə və s. məcbur etmək (xeyli sonralar yaranmışdır). Bu müraciətlərin 

mürəkkəbləşdirilməsi duplikasiya və multiplikasiya, iki müxtəlif əsasın birləşdirilməsi, diferensiasiyası isə həm də 

intonasiya vasitəsilə baş vermişdir. 

A. P. Potseluyevski belə bir nəticəyə gəlir ki, səsli nitqin ən qədim tipi semantik və formal cəhətdən 

diferensiallaşmayan, ayrı-ayrı ünsürlərinə bölünməyən «söz-monolit» olmuşdur. Belə söz-monolitlərin əsas vəzifəsi 

danışanın öz arzusunu, istəyini, tələbini yaxud iradəsini xəbər verməkdir, buna görə də güman etmək olar ki, onların 

ilkin funksiyası indiki fellərin əmr formasının funksiyası kimi olmuşdur. Felin əmr forması səsli dilin ən qədim 

faktıdır. «İnsanın əcdadlarının üzvlənməyən söz-monolitlər işlətməsi bu və ya digər, nəticə yaxud hökmü xəbər 

vermək zərurəti ilə əlaqədar deyildir. Söz-monolit hökmün deyil, danışanın iradəsinin yaxud arzusunun ifadəçisi 

olmuş və söz-monolitin özünün deyilməsi yalnız cari anın konkret tələbindən irəli gəlmişdir. Buna görə də söz-

monolitlərin daxili məzmununda məntiqi hökmün heç bir ünsürünü axtarmaq olmaz»

1




Yüklə 314,33 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə