Dilçiliyin Sintaksis şöbəsinin əsasını cümlə nəzəriyyəsi təşkil edir



Yüklə 44,4 Kb.
Pdf görüntüsü
tarix22.11.2017
ölçüsü44,4 Kb.
#11457


                                                                     

Abdullayeva Gülarə Abdurahman qızı 

                                                               Filologiya elmləri namizədi 

                                                   AMİ-nin Şəki filialı 

 

                              Müasir Azərbaycan dilində qarışıq 

                                   tipli tabeli mürəkkəb cümlələr 

 

Mövzunun  aktuallığı.  Müasir  dövrdə  yazılı  ədəbiyyatda  mürəkkəb  cümlələr 

həddindən artıq intensiv işlənir. Yazılı ədəbi dilimizdə, xüsusilə də elmi və bədii əsərlərin 

dilində  mürəkkəb  cümlələrin  daha  geniş  tərkibə  malik  olan  variantı  kimi  qarışıq  tipli 

mürəkkəb cümlələrin rəngarəng növləri müşahidə edilməkdədir. Belə cümlələrin quruluş 

xüsusiyyətlərinin öyrənilməsi, onların  tərkib hissələri arasındakı məna münasibətlərinin 

araşdırılması  dilçilik  nöqteyi-nəzərindən  son  dərəcə  vacib  və  əhəmiyyətlidir.  Hazırki 

məqalədə  də  bədii    ədəbiyyatımızdan  seçilmiş  və  dilçilik  kitablarında  bəhs  olunmayan 

qarışıq  tipli  tabeli  mürəkkəb  cümlə  modellərindən  bəhs  olunur,  onların  xarakterik 

xüsusiyyətləri  araşdırılır  və  sxemləri  verilir.  Ali  məktəblərin  filologiya  fakültələrinin 

tələbələri, eləcə də dil-ədəbiyyat müəllimlərinin bu cür cümlələri öyrənmələri vacibdir. 

Açar sözlər: komponet, qütb, tabeli, mürəkkəb, qarışıq, baş cümlə, budaq cümlə, 

tərkib,  əlaqə, quruluş.  

İnkişaf  səviyyəsindən  asılı  olaraq    insanın  təfəkkürünün ifadəçisi  olan  cümlələr 

də  fərqli  quruluşlara  malik  olur.  Zaman  keçdikcə,  elm,  texnika  inkişaf  etdikcə  insan 

təfəkkürü  də  sadədən  mürəkkəbə  doğru  təkamül  yolu  keçmiş  və  bu,  dildə,  o  da  öz 

növbəsində nitqdə və beləliklə, cümlə quruluşlarında əksini tapmışdır.  

Mürəkkəb  cümlə  nitq  mədəniyyətinin  nisbətən  sonralar  yaranmış  daha  yüksək 

ifadə  vasitəsidir.  Müasir  ədəbi  dilimizdə  mürəkkəb  cümlələrin  ən  çox  işlənən  və 

rəngarəng  xüsusiyyətlərə malik olan növlərindən biri də tabeli mürəkkəb cümlələrdir.  

İki  və  daha  artıq  cümlənin  tabelilik  yolu  ilə  vahid  bir  tam  kimi  birləşməsi  nəricəsində 

yaranan  mürəkkəb  cümlələr  tabeli    mürəkkəb  cümlələr  adlanır.  Tabeli  mürəkkəb 

cümlələrdə  qrammatik  cəhətdən  müstəqil  olan  cümlə  baş,  onu  izah  edən,  aydınlaşdıran 

cümlə  isə  budaq  cümlə  adlanır.  Bəzən  tabeli  mürəkkəb  cümlələrdə  baş    cümlədə  ifadə 

olunan  fikir    bir  neçə  budaq  cümlə  vasitəsi  ilə  həyata  keçirilir.  Bəzən  də  bunun  əksi 

müşahidə  olunur.  Yəni,  bir  neçə  baş  cümləyə  aid  bir  budaq  cümlə  işlənir.                  



Başqa  sözlə,  bir  budaq  cümlə  bir  neçə  baş  cümlədən  doğan  suala  cavab  verir.  Bu  cür 

həmçinsliklər  son  nəticədə  tabeli  mürəkkəb  cümlənin  mürəkkəb  modellərini 

formalaşdırır. Bundan başqa, tabeli mürəkkəb cümləni yaradan baş və budaq cümlə tərkib 

etibarı  ilə  genişlənərək  mürəkkəbləşir,  bu  da  öz  növbəsində  tabeli  mürəkkəb  cümlənin 

quruluşuna təsir göstərir. Mürəkkəb quruluşlu tabeli mürəkkəb cümlələri aşağıdakı kimi 

qruplaşdırmaq olar: 

1.Komponentlərindən biri sadə, digəri mürəkkəb quruluşlu olanlar;: 

a) Baş cümləsi sadə, budaq cümləsi mürəkkəb quruluşlu olanlar; 

b) Baş cümləsi mürəkkəb, budaq cümləsi sadə quruluşlu olanlar. 

2.Həm baş, həm də budaq cümləsi mürəkkəb quruluşlu  olanlar. 

Azərbaycan  dilinin  qrammatikasına  dair  yazılmış  bir  sıra  kitablarda  mürəkkəb 

quruluşlu  mürəkkəb  cümlələrdən  bəhs  edilmiş,  lakin  həmin  əsərlərdə  məqsəd  bu  cür 

cümlələrin  tədqiqi  olmadığından  məsələyə  ümumi  şəkildə  aydınlıq  gətirilərək  belə 

cümlələrin ən çox yayılan variantlarından bəhs edilmişdir. Nəzərə alsaq ki, müasir ədəbi 

dildə belə cümlələrin həddindən çox modelləri işlənir, onda bu sintaktik konstruksiyaların 

tədqiqinin  nə  dərəcədə  zəruri  olduğu  aydınlaşar.  Hazırda  dilimizdə    tabeli  mürəkkəb 

cümlənin  çox  mürəkkəb  quruluş  formaları  müşahidə  olunmaqdadır.  Biz    dilimizdə 

işlənən  və  kitablarda  əks  olunmayan  mürəkkəb  quruluşlu  tabeli  mürəkkəb  cümlələrdən 

bəhs edəcəyik. 

  

Mürəkkəb  quruluşlu  tabeli  mürəkkəb  cümlələrin  dilimizdə  aşağıdakı  quruluş 



modelləri müşahidə edilir: 

 

1.



 

Komponentlərindən biri sadə quruluşlu olanlar: 

a)

 

baş cümləsi sadə olanlar: 



 

Dostlarımdan  eşitdim  ki,  Bərdədə  bir  kifir  arvad  var,  çox  dövlətli  olsa  da,  heç  kim 

rəğbət eləyib onunla evlənmək istəmir. (Ə. Cəfərzadə) 

Ümumilikdə  tamamlıq  budaq  cümləli  tabeli  mürəkkəb  cümlə  olan  bu  nümunədə 

birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlə tamamlıq budaq cümləci vəzifəsini 

icra edərək sadə quruluşlu baş cümləyə bağlanmışdır. Budaq cümlənin quruluşu bir qədər  




mürəkkəb  olub 3 tərkibdən  ibarətdir və sonuncu  iki tərkib qarşılaşdırma  budaq cümləli 

tabeli mürəkkəb cümlə əmələ gətirmişdir.  Cümlənin sxemi aşağıdakı kimi olacaqdır: 

 

 

O,  bu  cavanları  yanaşı  oturub  çörək  yeyən  görəndə  istətirdi  ki,  hər  şey  beləcə 



dayansın, nə zaman gəlib keçsin, nə də onlar yerindəntərpənsinlər. (İ. Şıxlı) 

 Əvvəlki cümlə kimi, bu cümlə də tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə olub, 

budaq  cümlə  hesabına  genişlənmiş,  mürəkkəb  quruluşlu  olmuşdur.  Lakin  əvvəlki 

cümlədən  fərqli  olaraq,  bu  budaq  cümlənin  tərəfləri  tabesizlik  yolu  ilə  əlaqələnərək 

aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə əmələ gətirmişdir. Cümlənin sxemi: 

  

 



 

O gün, o əhvalat olan günü girib içəridə qulağından tutub deyirəm, qorxma, bütün el-oba 

sənin  tərəfindədi,  çıx  camaata  deynən,  bu  belə  filan  oğlu  evə  zornan  təpilib,  mənim 

razılığım yoxdu. (İ. Hüseynov) 

  

Bu  cümlə  də  ümumilikdə  tamamlıq  budaq  cümləli  tabeli  mürəkkəb  cümlədir. 



Budaq cümlə mürəkkəb quruluşlu olub özündə  6 cümləni(1. O gün, o əhvalat olan günü 

girib  içəridə  qulağından  tutub  deyirəm,...,  2....  qorxma,...,  3.  ...  bütün  el-oba  sənin 

tərəfindədi,..., 4. ... çıx camaata deynən,..., 5. ... bu belə filan oğlu  evə zornan təpilib,..., 

6....mənim  razılığım  yoxdu.)  birləşdirmişdir.  Budaq  cümlə  baş  cümlədən  sonra  gələrək 

ona intonasiya ilə bağlanmış və özündə 5 tərkibi birləşdirərək quruluş etibarı ilə özünün, 

eyni  zamanda daxil olduğu  cümləni  daha  da  mürəkkəbləşdirmişdir.  Nəticədə  mürəkkəb 

quruluşlu  tamamlıq  budaq  cümləsi  formalaşmışdır.  İkinci  cümlədən  başlayaraq  bütün 

tərkiblər  budaq  cümləni  əmələ  gətirsə  də,  onların  öz  aralarında  da  rəhgarəng  əlaqə 

formaları  mövcuddur.  Belə  ki,  birləşdirmə-sadalama  yolu  ilə  əlaqələnən  bu  3  tərkib 

hissədən  sonuncusu  özü  də  mürəkkəb  cümlə  formasındadır  və  3  tərkibi  özündə 

birləşdirərək  yenə  də  mürtəkkəb  quruluşlu  cümlə  modelinin  yaranmasına  səbəb 

olmuşdur.  Bu  3  tərkibdən  birincisi  .  (...  çıx  camaata  deynən,...)  həmin  cümlənin  baş 

cümləsi,  digər  iki  cümlə  isə  (...bu  belə  filan  oğlu    evə  zornan  təpilib,  mənim  razılığım 

 

 

 



 


yoxdu.)  həmin  tamamlıq  budaq  cümləli  tabeli  mürəkkəb  cümlənin  budaq  cümlə 

komponentini  təşkil  edir.  Budaq  cümləni  əmələ  gətirən  bu  tərkib  özü  də  birləşdirmə-

sadalama  yolu  ilə  əlaqələnən  iki  komponentdən  əmələ  gəlmişdir.    Beləliklə  bir  tabeli 

mürəkkəb  cümlənin  içərisində    sanki  iki  tabesiz,  bir  tabeli  mürəkkəb  cümlə 

“yerləşdirilmişdir”. Bu da cümlənin quruluş etibarı ilə daha da mürəkkəbləşməsinə səbəb 

olur. Cümlənin ümumi sxemi aşağıdakı kimidir: 

 

 

 



 

Aşağıdakı cümlə öz mürəkkəbliyi ilə daha çox diqqəti cəlb edir:  



 Yuxuda  gördüm  ki,  rayondan  kəndə  gələn  yolda,  çayın  üstündə  heyvanlıqdayam,  qara 

köpəyi şirnikdirib kəndə gətirmək istəyirəm, qara köpək dalımca qaçır, ancaq o biri arıq 

–axsaq  itlər  də  gəlirlər,  mən  nə  illah  eləyirəm,  qara  köpəyi  onlardan  ayıra  bilmirəm; 

qara köpəyin özü də o itlərdən ayrılmaq istəmir:  bir  az  qaçır, sonra dayanıb arxasına 

baxır. (Ə. Əylisli) 

  

Tamamlıq budaq cümləli bu tabeli mürəkkəb cümlənin budaq cümləsi birləşdirmə-



sadalama yolu ilə əlaqələnmiş üç tərkibi özündə birləşdirir. Bu tərkiblərdən əvvəlki ikisi 

mürəkkəb (... rayondan kəndə gələn yolda, çayın üstündə heyvanlıqdayam, qara köpəyi 



şirnikdirib  kəndə  gətirmək  istəyirəm,/  qara  köpək  dalımca  qaçır,  /ancaq  o  biri  arıq  –

axsaq itlər də gəlirlər;// mən nə illah eləyirəm, qara köpəyi onlardan ayıra bilmirəm; )  

sonuncusu isə  (qara  köpəyin  özü  də  o  itlərdən  ayrılmaq istəmir:    bir    az    qaçır,  sonra 



dayanıb arxasına baxır.) sadə quruluşludur. Cümlənin sxemi: 

 

 



 

 

 



Bəzən tabeli mürəkkəb cümlənin tərəfləri, yəni baş və budaq cümlə sadə quruluşa 

malik olur, lakin budaq cümlənin həmcinsliyi hesabına cümlənin quruluşu mürəkkəbləşir. 

Bu baxımdan aşağıdakı cümlələr xarakterikdir: 

 

 



 

 

 



 

 



Döyün, vurun, basın, kəsin, çünki dövran sizindir,  çünki mayanız zaydır, zatınız qırıqdır. 

(Ə. Əylisli) 

 

Verilmiş nümunədə səbəb budaq cümləli tabeli mürəkkəb cümlənin sadə quruluşlu 



baş  cümləsinə  aid  iki    həmcins  budaq  cümlə  işlənmişdir.    İkinci  budaq  cümlə  özü  də 

birləşdirmə-sadalama əlaqəli tabesiz mürəkkəb cümlə quruluşludur. Cüməlnin sxemi: 

 

 

 



 

Aşağıdakı cümlənin quruluşu daha maraqlıdır: 



Mən  bu  saat  kəndə  qayıtmaq  istəyirdim,  o  evə  getmək  istəmirdim,  çünki  Mərcan 

xalanın otağı alçaq idi, çünki həyət qaranlıq idi, torpaq qara idi, çirkli idi, çünki bibim 

məni aldatmışdı: narın üstündə qırmızı güllər yox idi. (Ə. Əylisli) 

Bu cümlə də səbəb budaq cümləli tabeli mürəkkəb cümlə olub, beş həmcins budaq 

cümlənin  hər  birinin  birbaşa  baş  camlə  ilə  əlaqələnməsi  yolu  ilə  yaranmışdır.  Budaq 

cümlələrdən  sonuncusu  aydınlaşdırma  əlaqəli  tabesiz  mürəkkəb  cümlə  quruluşundadır. 

Cümlənin cxemi: 

 

 



 

 

Bunu  görən  atam  həmişə  deyinirdi,  çünki  neft  baha  idi,  onu  rayondan  gətirmək 

çətin idi, bir də atam o dünyaya inanmırdı və bunu indi siz də bilirsiniz ki,  mənim atam 

heç Allaha da  inanmırdı.(Ə. Əylisli) 

 

 

 



 

 

 



 

 

 



 

 



Bəzən  budaq  cümlə  daha  mürəkkəb  quruluşa  malik  olmaqla  mürəkkəb  cümlənin 

həcminin daha da genişlənməsinə səbəb olur.  

 

İstifadə edilmiş ədəbiyyat: 



1.Abdullayev Ə., Həsənov A., Seyidov Y. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 1972. 

2.Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1974. 

3. Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 2007. 

4.Müasir Azərbaycan dili. IIIc., Bakı, 1981. 

5. Cəfərzadə Ə. Eldən elə. Bakı, 2006 

6.Əylisli Ə. Seçilmiş əsərləri. Bakı, 2004 

6.Şıxlı İ. Seçilmiş əsərləri. Bakı, 2004.  

                                                                 Резюме 



Смешанные типы сложноподчиненных предложений в современном 

Азербайджанском языке 

     В статъе  повествуется о сложной структуре  сложноподчиненных предложений   

в современном Азербайджанском языке. При наблюдении над языками различных 

художественных 

произведений 

разъясняются 

пути 

образования 



таких 

предложений, обнаруживаются существенные формы связи между компонентами, 

даются объяснения данных схем. 

 

Summary 



Mixture type of the complex sentences in the modern Azerbaijani 

This  article  deals  with  complex  sentences  with  complex  structure.    It  was 

investigated the creation ways  of the language of The Azerbaijan art works. Scheme  of 

these words is given and it is explained. 



 

 

 



Yüklə 44,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə