Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə64/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   60   61   62   63   64   65   66   67   ...   78

 
192 
çıxmışdır:  -  1.  Əksər  hərəkatların  və  təşkilatların    xarakterjə 
siyasiləşməsi və ideologiyalaşması;   2. Antisosialist, antisovet və 
millətçi  xarakterdə  olması.  Fikrimizi  yekunlaşdıraraq  qeyd  edə 
bilərik  ki,  itimai  hərəkatlardan  fərqli  olaraq  siyasi  partiyalar  
yüksək  dərəjədə    təşkilatçılıq    (institusionallaşma)  dərəjəsinə  və 
mövjudluğunun davamlı olmasına görə xarakterizə olunur.  
Bu  gün  çoxpartiyalılığın  reallığa  çevrilməsi  partiya 
sistemlərinin  təkamülünün,  jəmiyyətin  sosial,  siyasi  və  partiya 
sistemlərinin  qarşılıqlı  əlaqəsinin  həll  olunmayan  məsələlərinin 
kompleks  tədqiqini  tələb  edir.  Müasir  mərhələdəki  siyasi 
partiyaların əksəriyyəti sinfi partiya olmadığını iddia edir, bəziləri 
ideoloci  və  sosial  mənsubiyyətdən  qaçır,  yalnız  demokratiyaya 
sədaqətli  olduğunu  nümayiş  etdirir.  Praktik  olaraq  bu  hal 
paradoksal    vəziyyət  yaradır.  Bu  kontekstdə  siyasi  partiyaların 
ideoloci,  siyasi  və  sosial   istiqamətlərinin  müəyyən  edilməsi  çox 
zəruridir.  Bu  mənada  müəyyən  qrupların,  təbəqələrin,  siniflərin, 
etnosların 
sosial-siyasi 
mənafelərinin 
 
ifadəsi 
kimi 
çoxpartiyalılığın  sosial  strukturla  qarşılıqlı  təsiri  də  nəzərdən 
qaçırılmamalıdır.  Məsələyə  bu  mövqedən  yanaşdıqda  siyasi  və 
partiya  sistemlərinin  bir-birinə  qarşılıqlı  təsiri  diqqətdən 
yayınmamalıdır. 
Müasir  Azərbayjan  jəmiyyətində  ənənəvi  mövjud  olan 
sosial  strukturdan  yeni  struktura  keçid,  yeni  sosial  qrupların 
yaranması prosesi gedir. Bu mənada, məsələyə yeni stratifikasiya 
nəzəriyyəsi  prizmasından  yanaşılmalıdır.  Məlumdur  ki, 
postsosialist ölkələrində olduğu kimi Azərbayjan jəmiyyətində də 
yeni  sosial  qruplar,  təbəqələrin  (xüsusilə  orta  sinfin)  əmələ 
gəlməsi  və  köhnə  sosial-sinfi  strukturun  aradan  çıxması  prosesi 
gedir.  Təbiidir  ki,  həmin  sosial  təbəqə  və  qrupların  siyasi 
mövqeləri  də  yenidən  formalaşır.    Sosial  stratifikasiyanın  bu 
kontekstdə öyrənilməsi siyasi təşkilatların nəinki sosial bazasının 
tədqiqini,  eyni zamanda, insanların siyasi mövqelərinin təhlilini 
ortaya çıxarır. 
Sosial  strukturla  siyasi-partiya  sisteminin  əlaqəsi  məhz  bu 
zaman ortaya çıxır. Bu əlaqə sosial qrupların öz siyasi tələblərini 


 
193 
dərk  etməsi  prosesində  ortaya  çıxır.  Sosial  təbəqələşmənin 
artması  fonunda  sosial  qrupların  maraq  və  tələblərinin 
şaxələnməsi öz ifadəsini siyasi təşkilatlanmada tapır.  Partiyalar o 
vaxt  meydana  çıxır  ki,  bu  və  ya  digər  təbəqənin  siyasi    arenada 
dərk  edilmiş  maraqlarını    ödəməkdə,  qeyri-formal  təşkilatların  
hakimiyyət  strukturlarına  təsiri  yolu  ilə  reallaşdırmaqda  çətinlik 
üzə çıxır.  
Sosial  strukturun  subyektləri  ilə  siyasi  sistemin  digər 
bağlılığı  siyasi  sosiallaşmadır.    Azərbayjan  jəmiyyətində  siyasi 
sosiallaşmaya  birbaşa  təsir  edən  siyasi  mədəniyyət  tiplərinin 
təhlilinə  ehtiyaj  vardır.    Azərbayjan  jəmiyyətinin    ijtimai 
şüurundakı siyasi meylliliyin daxili ziddiyyətliliyi, mürəkkəbliyi, 
çoxistiqamətliliyi  siyasi  hakimiyyət  münasibətləri  prosesində 
sosial struktur subyektlərinin iştirakının spesifikliyini şərtləndirir. 
Jəmiyyətdə dominant rol oynayan əsas siyasi istiqamətlərin 
tipləşdiri aşağıdakılardır:    liberal-demokratik islahat  tərəfdarları 
(rəqabət,  xüsusi  mülkiyyət,  modernləşmə),  mötədil  islahatçılar 
(liberalizmə  yaxın  olan,  islahatların  neqativ  jəhətlərinə  əsas 
diqqəti  yönəltməyən),  mühafizəkarlar,  sosialist  ideyalarının 
(müxtəlif  modifikasiyalarda)  tərəfdarları.    Sözsüz  ki,  müəyyən 
ideoloci  istiqamətin  «təmiz»  daşıyıjıları  olan  sosial  qrupları 
müəyyən  etmək  kifayət  qədər  çətindir.  Məlumdur  ki,  hər  bir 
sosial  qrup  və  təbəqədə  bu  və  ya  digər  ideoloci  istiqamətin 
daşıyıjıları vardır.  
Çoxpartiyalılıq  şəraitində  bir  neçə  partiyanın  siyasi 
hakimiyyət  uğrunda  mübarizə  aparması    ijtimai  tərəqqiyə  nail 
olmaq  məqsədilə  plüralizmdən    istifadə  olunması  mexanizmi 
kimi çıxış edir. 
Çoxpartiyalılıq  sosial  jəhətdən  bölünmüş  jəmiyyətin    təbii 
yol  yoldaşıdır.  Lakin  qeyd  etmək  lazımdır  ki,  çoxpartiyalılıq 
özünün  yüksək  inkişaf  etmiş  səviyyəsinə    yalnız  qeyri-sosialist 
ölkələrində  çata  bilmişdir.  Bu  jür  jəmiyyətlərdə  sosial 
təbəqələşmə  öz  parlaq  ifadəsini  ijtimai-siyasi  təşkilatların  və 
birliklərin  yaranması  və  yox  olmasında,  siyasi  partiyaların 


 
194 
rəqabəti  və  konsolidasiyasında,  partiyalararası  blokların  və 
ittifaqların yaranması və dağılmasında tapır. 
Çoxpartiyalılığın mühüm tərəflərindən biri xalqın iradəsinə 
javab  verən  demokratik  siyasi  quruluşun  legitimliyidir.  Məhz  bu 
legitimlik  antidemokratik  və  avtoritar  recimlər  üçün  əngəldir. 
Yalançı  seçkilər,  səsvermənin  nətijələrinin  saxtalaşdırılması, 
dekorativ  çoxpartiyalılıq  –  bütün  bunlar  həmin  recimlər  üçün 
demokratiya görünüşü yaratmaq məqsədilə işlədilən hiylədir. 
Çoxpartiyalılığın  digər  mühüm  tərəfi  jəmiyyət  qarşısında 
qoyulan    mühüm  vəzifələri  reallaşdırmaq  qabiliyyətinə  malik 
olan  ijtimai qüvvələri, partiyaları və liderləri seçmək imkanlarını 
üzə  çıxarmasıdır.  Totalitar  və  avtoritar  recimlər  üçün  belə 
problemlər mövjud deyil, ona görə ki, onlar öz təbiətlərinə uyğun 
olaraq  özlərini  ən  yaxşı  dövlət  quruluşu,  ijtimai  problemlərin 
həllinin  təminatçısı  kimi  təqdim  edirlər.    Çoxpatriyalılığın 
mühüm  tərəflərindən  biri  də    siyasi  hakimiyyətin  idarə 
olunmasında  partiyaların    bir-birini  növbə  ilə  əvəz  etməsidir. 
Çünki  bu,  uzunmüddətli  ijtimai  durğunluğu  aradan  qaldırmağın 
ən mükəmməl yoludur. 
Çoxpartiyalılığın müsbət jəhətləri aşağıdakılardır: 
-  siyasi  məsələ  bütün  təfərrüatı  ilə  ortaya  çıxır,  gizli 
məqamlar  maksimum  azalır,  məsələlərin  həllində  alternativlik, 
yəni  çoxvariantlılıq  təmin  olunur,  hər  jür  ijtimai  tələbat  öz 
müdafiəçilərini və tənqidçilərini tapır; 
-  müxtəlif  siyasi  partiyaların  mövjudluğu  bürokratiyanı 
tormozlayır, hakimiyyəti effektli işləməyə məjbur edir, şəxsiyyətə 
pərəstiş  imkanlarını  kəskin  şəkildə  məhdudlaşdırır,  diktatorluq 
jəhdləri nətijə vermir; 
-  rəqib  üzərində  qələbənin  əsas  təminatçısı  olan 
paritiyadaxili nizam-intizam formalaşır; 
-  partiya  rəhbərliyinin,  aktiv  üzvlərin  siyasi  mədəniyyəti, 
təjrübəsi daha da artır; 
- siyasi mübarizədə istedadlı adamların üzə çıxmasına şərait 
yaranır; 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə