Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə11/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   7   8   9   10   11   12   13   14   ...   78

 
32 
ideologiyalar  çox  zaman  qeyri-leqal  şəkildə  yayılmağa,  insanları 
birliklər və partiyalar şəklində birləşdirməyə məjbur olur.     
Siyasi  şüurun  təbiətindən  danışdıqda  qeyd  etmək  lazımdır 
ki,  onun  məzmunu,  forma  və  tipləri  hakim  siyasi  sistemlərlə  
bilavasitə əlaqəlidir.  Siyasi  şüur siyasi  fəaliyyətin  üzvi hissəsidir 
və  «siyasi  fəaliyyət  formasında  təzahür  edir».  İnsanların  siyasi 
fəaliyyət  praktik  və  mənəvi  fəaliyyətdir.  M.Veberin  sözləri  ilə 
desək,  siyasət  insanın  bədəninin  digər  üzvləri  tərəfindən  deyil, 
başla həyata keçirilir.  Siyasi həyat  özündə praktikanın müəyyən 
formaları  və  siyasi  şüurun  müxtəlif  təzahürlərinin    dialektik 
surətdə  çulğalaşmasını əks etdirir. 
Fəlsəfi analizin obyekti olan siyasi şüur ijtimai şüurun əsas 
formalarından  biridir.  Siyasi  şüur  dövlətin  və  jəmiyyətin  ijtimai 
təşkilatlarının    meydana  çıxması  ilə  yaranır.  Qədim  dünyanın 
mütəfəkkirlərinin  (Platon,  Aristotel  və  b.)  siyasi  ideyaları 
jəmiyyət  üçün  dövlət  təşkilatının  və  siyasi  məkanda  insanların 
davranış normalarının zəruriliyini əsaslandırır.  Siyasi şüur ijtimai 
şüur  sferasıdır,  onun  mühüm  əlaməti  isə  konkret-tarixi  xarakter 
daşımasıdır. Siyasi strukturlar və münasibətlər bir neçə gün və ya 
ay  ərzində  radikal dəyişikliyə məruz  qala  bilər.  Halbuki, iqtisadi 
sosial  sistemdəki  dəyişikliklər  üçün  on  illərlə  vaxt  lazım  olur. 
Siyasi  şüurun  mühüm  xüsusiyyətlərindən  biri  onun  dinamikliyi  
və dəyişkənliyidir. 
Siyasi  şüur,  ilk  növbədə  kütlə  şüuru  jəmiyyətdə  baş  verən 
sosial-iqtisadi  ziddiyyətlərə  və  konfliktlərə  dərhal  reaksiya  verir. 
XX əsrin ikinji yarısında Qərbi Avropa ölkələrində  kütləvi siyasi 
şüurun dinamikasını izlədikdə bu bir daha təsdiq olunur. Belə ki, 
60-jı  illərin  sonunda  kütləvi  şüur  «sola»  doğru  istiqamətlə 
xarakterizə olunmuşdur. Bu zaman 60-jı illərin sonu -70-ji  illərin 
əvvəllərindəki  kütləvi reformist çıxışlar baş vermişdir. Lakin 70-
ji  illərin  ortalarından  başlayaraq  bu  tendensiyanı  konservatizm 
əvəz  etmiş  və  reformizm    daralmışdır.  70-ji  illərin  sonu  –  80-ji 
illərin əvvəllərində sağa doğru kəskin dönüş baş vermiş, bir sıra 
ölkələrdə  konservativ  qüvvələr    hakimiyyətə  gəlmişdir.  80-ji 
illərin  ortalarından  başlayaraq  bu  tendensiya  daha  da  güjlənmiş, 


 
33 
SSRİ-də  və  Şərqi  Avropa  ölkələrində    mövjud  sosializm 
sisteminin böhranı və dağılması prosesi başlanmışdır. 
Siyasi  şüur  özündə  psixoloci  fenomenləri  və  ideoloci 
sistemlərin mənəvi kompleksini vahid şəkildə birləşdirir. Bu şüur 
habelə,  politoloqlar    tərəfindən  işlənib  hazırlanmış  nəzəri 
görüşlər, konsepsiyalar, doktrinalar, proqram və normalar, siyasi 
təlimlər,    eyni  zamanda  siyasət,  hakimiyyət  haqqında  sıravi 
vətəndaşların  məişət  və adi    görüşlərini özündə əks  etdirən  kütlə 
şüurunu  özündə əks etdirir. 
Siyasətin    inikasının  üç  üsulu  vardır:  a)  koqnitiv  –    siyasi 
sistemin  dərk  olunması,  onun  funksiya  göstərməsinin  qaydaları, 
habelə  sistemdəki  problemlər  və  ziddiyyətlər;    b)  emosional  – 
siyasi  reallığın    müsbət  və  ya  mənfi  emosiya  növündə  inikası;  j) 
qiymətləndirmə  –  siyasi  fəaliyyətin  nətijələri  haqqında  fikir  və 
mülahizələr.    Siyasi  şüur  səviyyəsinin  bu  təsnifatı  Q.Almond  və 
S.Verbaya məxsusdur. Siyasi reallığın  inikasının bu üç üsulu öz 
əksini həm adi şüurda, həm də nəzəri şüurda tapmışdır. Adi siyasi 
şüur  siyasi  fəaliyyətin    istənilən  formasında  üzə  çıxır  və  bu 
şüurun  subyektləri  konkret  insanlar  olur.  Hər  bir  xalqın  siyasi 
şüuru  öz  mentalitetinin  təsiri  altında  formalaşır  və  funksiya 
göstərir.  
Öz  məzmununa  görə  mentallıq  şüurun  möhkəm 
xüsusiyyətləri və elementlərinin – emosiya, əhval-ruhiyyə, siyasi 
davranış modellərinin məjmusu kimi başa düşülür. Bu elementlər 
heç də sosial-siyasi, iqtisadi strukturlarla şərtlənmir. Mentallıqdan 
danışıldıqda    dərk  edilmiş  və  dəqiq  formulə  edilmiş  prinsiplər 
yox,  fərdi  siyasi  təfəkkürün  mənbə  rolu  oynadığı    konkret 
prinsiplər    nəzərdə  tutulur.    Bununla  yanaşı  mentallıq  özündə 
ijtimai şüurun dini, ateistik, milli, bürokratik, sientik tərəflərini də 
özündə  əks  etdirir.  Bir  sözlə,  söhbət  konkret  olaraq  əvvəlki 
nəsillərin  ruhunun  çox  hissəsini  özündə  daşıyan  insan  ruhundan 
gedir.  
N.Berdyayev rus  şüurunun  milli  spesifikliyini  şərh  edərkən 
mentalitetin bir sıra anlarını tuta bilmişdir.  Xüsusilə, rus xalqına 
xas  olan  messian  ideyanı  qeyd  etmişdir.  Berdyayevə  görə  bu, 


 
34 
bütün tarix boyu keçərək kommunizmə qədər gəlib çıxır. Müəllif 
habelə  rus  xalqının  anarxiyaya  meylliliyini,  eyni  zamanda  da 
hakimiyyət  qarşısında  mütiliyini  qeyd  edir.  N.Berdyayev  qeyd 
edir  ki,  rus  xalqı  hakimiyyətə  həmişə  şər  qüvvə  kimi  baxmışdır, 
bir  tərəfdən  dövlət  əleyhinə  qiyam  qaldırmış,    digər  tərəfdən  də 
müti  kimi  zülmə  dözmüş,  könüllü  olaraq  böyük  imperiyaya 
həvəslə qulluq göstərmişdir. Həyat tərzinin kollektivçi  əlamətləri 
rus    xalqını  sosializmə  meylləndirmişdir.  «Sosializm  rus 
təbiətinin  kökündə  olmuşdur».  Rus  xalqı    hətta  mülkiyyətin  
Roma  anlayışı  haqqında  məlumata  belə    malik  olmamışdır.  Rus 
xalqının  dövlətçilik  tarixi  daha  gənjdir  və  bu  xalq  quldarlıq 
jəmiyyətini  keçmədən  feodalizmə  adlamış,  ərazisindəki  ijmalar 
XX  əsrin  əvvəllərinə  qədər  saxlanmış,  yalnız  Stolıpin  islahatları 
nətijəsində  bu  ijmalara  son  qoymaq  mümkün  olmuşdur.  Bu 
mənada  ruslarda  ijtimai  mülkiyyətə  meyllilik  daha  güjlü 
olmuşdur. 
Azərbayjan  xalqının  mentallığından  danışdıqda  qeyd 
etməliyik  ki,  bizdə  ruslardan  fərqli  olaraq  xüsusi  mülkiyyətə 
meyllilik  həmişə  güjlü  olmuşdur.  Tarixən  ərazisində  bir  neçə 
quldar  və  feodal  dövləti  olan  Azərbayjan  xalqı  mülkiyyətə 
bağlılığı  ilə  fərqlənir.  Hakimiyyətə  münasibətə  gəldikdə  isə, 
Azərbayjan  xalqında  güjlü  hakimiyyətə  parəstiş  həmişə  üstün 
olmuş  və  bu  psixologiyadan  istifadə  edən  rəhbərlər  xalqımızın 
müti şəkildə boyunduruq altında yaşamasına nail olmuşlar. Lakin 
dəyişən  dünyada  demokratik,  sosial  ədaləti  üstün  tutan,  insan 
hüquqlarını  qoruyan  bir  jəmiyyətin  qurulması  uğrunda  mübarizə 
ruhu Azərbayjan xalqında hazırda daha çox güjlüdür. 
Siyasi  münasibətlər  və  ideologiya,  onları  yaxınlaşdıran  bir 
sıra spesifik xüsusiyyətlərlə müəyyən olunur. Siyasəti ideallar və 
dəyərlər  sisteminə  məhz  ideologiya  istiqamətləndirir.  Hər  jür 
siyasi  qıtlıq,  siyasətin  hər  hansı  zəifliyi,  siyasi  boşluq,  siyasi 
ideyaların  çatışmazlığı  və  s.  hökmən  ideologiya  ilə  əvəz 
olunmağa və ya tamamlanmağa gətirib çıxarır. 
Həm  ideologiya,  həm  də  siyasət    jəmiyyətin  sosial-iqtisadi 
münasibətləri ilə şərtlənir. Qeyd etmək lazımdır ki, ideologiya da, 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə