Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə29/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   25   26   27   28   29   30   31   32   ...   78

 
86 
Qeyd  etmək  lazımdır  ki,  liberalizm  nəzəriyyəsinin 
inkişafına  monarxist  olmasına  baxmayaraq,  Tomas  Hobbsun 
ijtimai  müqavilə  nəzəriyyəsi  təkan  vermişdir.  O  özünün  başlıja 
əsərlərində  («Fəlsəfənin  əsasları»  (1642),  «Leviafan»  (1651), 
«Begemot»  (1668))  ijtimai  müqavilənin  yeni  nəzəriyyəsini  irəli 
sürmüşdür. Filosofun fikrinjə, insan anadan «təbii hüquqları» ( 1/ 
«dövlətə  qədərki  vəziyyəti»)  -  tələbatlarının  ödənilməsi  haqları 
ilə  doğulur.  Bu  hüquqlara  yaşamaq,  başlıja  həyat  tələbatları, 
düşmən  təjavüzündən  qorunmaq  haqları  daxildir.  Təbii  haqlar 
vəhşi,  jəmiyyətə  qədərki  tarixi  dövr  insanlarını  səjiyyələndirir, 
burada  hələ  nə  qanun,  nə  də  mülkiyyət  var.  İnsan  burada  özü 
özünə  hakimlik  edir  və  daha  çox  şey  ələ  keçirmək  uğrunda 
hamının  hamıya  qarşı  başlanan  müharibəsinin  qarşısını  almaq 
məqsədilə  insanlar  öz  aralarında  qeyri-məhdud  azadlıqlarını 
könüllü  məhdudlaşdırmaq  haqqında  razılığa  gəlirlər.  Və  bu 
zaman insanlar onları bir-birindən müdafiə etməli olan bir dövlət 
yaratmaq    (2/  «dövlət  və  vətəndaş  vəziyyəti»)  haqqında  ijtimai 
müqavilə  bağlayırlar,  yəni  bütün  insanlar  üçün  təbii  vəziyyəti 
vətəndaş  və  dövlət  vəziyyəti  ilə  əvəz  etmək  zərurəti  meydana 
gəlir.  Hobbs  hər  şeyə  qadir  olan  dövləti  Leviafanla  –  azman  və 
hər şeyə qadir olan Bibliya əcdahası ilə eyniləşdirir. Sonra filosof 
qeyd  edir  ki,  dövlət  vətəndaşların  təhlükəsizliyini  təmin  edə 
bilmirsə (yaxud özü tapdalayırsa), ijtimai müqaviləni ləğv etmək 
olar və dövlət bu zaman hakimiyyətdən salına bilər. 
Liberalizmin  müasir  forması  XVII  əsrdə  İngiltərə  inqilabı 
dövründə  levellerlərin  (bərabərçilər)    və  Jon  Lokkun  əsərlərində 
öz əksini tapmışdır. Bu gün liberal demokratiyasının atası J.Lokk 
hesab  edilir.  Hobbsdan  fərqli  olaraq,  Lokk  ijtimai  müqavilə 
nəzəriyyəsinin  başqa  bir  istiqamətini  yaratmışdır.  O,  bu 
nəzəriyyədən 
jəmiyyət 
tərəfindən 
mütləqiyyətin 
məhdudlaşdırılmasını  əsaslandırmaq  üçün  istifadə  edib,  liberal 
demokratiya və konstitusiyaçılığın ilkin nəzəri şərtlərini yaradıb. 
J.Lokk  özünün  başlıja  əsəri  olan  «İdarəetmə  haqqında  iki 
traktat»ında  (1690)  «təbii  hüquq»un  teoloci  şərhinə  qarşı  çıxır. 
Bu  şərhə  əsasən,  mütləqiyyətin  sarsılmazlığı  haqqında  müddəa 


 
87 
ortaya  atılırdı.  İnsanı  eqoist  varlıq  hesab  edən  Hobbsdan  fərqli 
olaraq, Lokk inanırdı ki, insan xeyirin daha sərfəli olduğunu dərk 
etməyə  qadirdir.  Onun  fikrinjə,  insanları  dövlətdə  qorxu  deyil, 
ağıl  birləşdirməyə  məjbur  edir.  İnsanın  «təbii  vəziyyət»indən 
çıxaraq  dövlətə  verdiyi  yeganə  «təbii  hüquq»u  ümumi  razılıqla 
qəbul  olunmuş  qanunlar  əsasında  öz  vətəndaşını  mühakimə 
etmək və jəzalandırmaq haqqıdır. Filosofa görə, insanların iradəsi 
jəmiyyətdə  ümumi  razılıqla  qəbul  olunmuş  qanunlardan  başqa 
heç  nə  ilə  məhdudlaşmır.  Dövlət  insanların  həyatı,  azadlığı  və 
mülkiyyətini qorumalı, qanunlara əməl olunmasına nəzarət etməli 
və  insanların  mübahisələrinin  həllində  yalnız  arbitr  kimi  xidmət 
etməlidir.  Lokk  göstərirdi  ki,  xalqın  özünün  yaratdığı  dövlət 
hakimiyyəti də, Hobbsun iddia etdiyi kimi, mütləq deyil, o, insan 
haqları  ilə  məhdudlaşdırılmalıdır.  Həm  də  insan  dövlətin 
zorakılığına  şərtsiz  müqavimət  göstərmək  haqqına  malikdir. 
Lokkun  klassik  liberalizm  prinsipləri  tezliklə  Qərbdə  şöhrət 
qazanmış  və  yüz  ildən  sonra  Amerika  və  Fransa  inqilablarının 
əsas sənədində öz əksini tapmışdır.  
Lokk 
Hobbsdan 
fərqli 
olaraq 
ijtimai 
müqavilə 
nəzəriyyəsinin  başqa  bir  istiqamətini  yaratmışdır.  O,  bu 
nəzəriyyədən 
jəmiyyət 
tərəfindən 
mütləqiyyətin 
məhdudlaşdırılmasını  əsaslandırmaq  üçün  istifadə  edərək  liberal 
demokratiya  və  konstitusiyaçılığın  ilkin  nəzəri  şərtlərini 
yaratmışdır.  Lokkun  başlıja  əsəri  üzərində  on  ildən  artıq  işlədiyi 
«İdarəetmə  haqqında  iki  traktat»    kitabıdır.  Burada  Lokk  «təbii 
hüquq»un  teoloci  şərhinə  qarşı  çıxır.  Bu  şərhə  əsasən, 
mütləqiyyətin  sarsılmazlığı  haqqında  müddəa  ortaya  atılırdı. 
İnsanı  eqoist  varlıq  hesab  edən  Hobbsdan  fərqli  olaraq, 
Maarifçilik  dövrünün  ideallarına  sadiq  olan  Lokk  inanırdı  ki, 
insan  xeyrin  daha  sərfəli  olduğunu  dərk  etməyə  qadirdir.  Qorxu 
deyil,  ağıl  insanları  dövlətdə  birləşməyə  məjbur  edir.  İnsanın 
«təbii  vəziyyət»indən  çıxaraq  dövlətə  verdiyi  yeganə  «təbii 
hüquq»u  ümumi  razılıqla  qəbul  olunmuş  qanunlar  əsasında  öz 
vətəndaşını  mühakimə  etmək  və  jəzalandırmaq  haqqıdır. 
Jəmiyyətdə  insanların  iradəsi  ümumi  razılıqla  qəbul  olunmuş 


 
88 
qanunlar  əsasında  öz  vətəndaşını  mühakimə  etmək  və 
jəzalandırmaq  haqqıdır.  Jəmiyyətdə  insanların  iradəsi  ümumi 
razılıqla  qəbul  olunmuş  qanunlardan  başqa  heç  nə  ilə 
əngəllənmir.  Dövlət  insanların  həyatı,  azadlığı  və  mülkiyyətini 
qorumalı,  jəmiyyəti  xariji  təjavüzdən  müdafiə  etməlidir.  Dövlət 
qanunlara  əməl  olunmasına  nəzarət  etməli  və  insanların 
mübahisələrinin həllində yalnız arbitr kimi xidmət etməlidir.  
Lokka  görə  suveren  xalqın  özüdür.  Hətta  xalqın  özünün 
yaratdığı  dövlət  hakimiyyəti  də,  Hobbsun  iddia  etdiyi  kimi, 
mütləq  deyil,  o, insan haqları  ilə  məhdudlaşdırılmalıdır.Və insan 
dövlətin  zorakılığına  şərtsiz  müqavimət  göstərmək  haqqına 
malikdir.  Aydındır  ki,  bu  nəzəriyyə  mütləqiyyətlə  ideoloci 
mübarizənin  əsasını  təşkil  etmişdir.  Lokku  hətta  o  da 
çəkindirmirdi  ki,  bu  nəzəriyyə  vətəndaş  müharibəsinə  aparır. 
Onun  fikrinjə,  bu  halda  öz  haqlarını  müdafiə  edənləri  yox, 
vətəndaşların  haqlarını  tapdalayaraq  bu  müharibəni  törədənləri 
suçlandırmaq lazımdır.  
Lokk  «İdarəetmə  haqqında  iki  traktat»    əsərində  filosof 
Robert  Filmerin  patriarxal  nəzəriyyəsini  tənqid  edərək  təbii 
hüquq  konsepsiyasını  əsaslandırmış,  insan  hüquqları  və 
nümayəndəli 
idarəetməni  müdafiə  etmişdir.    Lokkun 
nəzəriyyəsinə  görə,  vaxtilə  insanların  təbii  hüquqları  olmuşdur. 
Bu hüquqlar onlara imkan vermişdir ki, onlar xüsusi mülkiyyətə, 
azadlığa  və  bərabərliyə  nail  olsunlar.  J.Lokka  görə,  bu  hüquqlar 
insanın  təbii  hüquqlarıdır  və  heç  kim  onu  insanların  əlindən  ala 
bilməz.  Xüsusi  mülkiyyət  hüququnun  mənbəyini  insanların 
«şəxsi əməkləri təşkil edir». İnsanlar öz aralarında birləşib ijtimai 
müqavilə  bağlamış,  öz  hüquqlarının  bir  qismini  dövlət  adlanan 
bir  instituta  güzəştə  getmişlər.  Dövlət  isə  insanların  təbii 
hüquqlarının  qoruyujusu  kimi  yaranmışdır  və  ona  görə  də  onun 
vəzifəsi  bütün  vasitələrdən  istifadə  etməklə  bu  hüquqların 
keşiyində dayanmalıdır. 
Lokk öz-özünə belə bir sual verir: «hakimiyyətin mahiyyəti 
nədir  və  o  nə  üçün  lazımdır?».  O  əmin  idi  ki,  insanlar 
hakimiyyətin  mövjud  olmasından  asılı  olmayaraq  hüquqlara 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə