Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə74/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   70   71   72   73   74   75   76   77   78

 
222 
dəyişdirilməsində maraqlı olmadığından və s. səbəblər ujbatından 
iqtidarın  potensial  elektoratı  rolunu  oynaya  bilər.    Jins  də  fikir 
ayrılığının  mənbəyi  rolunu  oynaya  bilər.    O  ölkələrdə  ki, 
əhalisinin  yarısından  çoxunu  qadınlar  təşkil    edir,  həmin 
ölkələrdə  kişi  əhalisi    azlıq  təşkil  etdiyindən    seçkilərdə 
elektoratın  çox  hissəsini  zəruri  olaraq  qadınlar  təşkil  edir.  Seçki 
zamanı  adətən  kənd  qadınlarının    passivliyini  və  seçki 
məntəqələrində  səyyari  xidmətin  zəif  təşkil  olunduğunu  nəzərə  
aldıqda  məlum  olur  ki,  jins  üzrə  elektorat    uğrunda  siyasi 
qüvvələr aktiv mübarizə aparmağa məjbur olur. Onu da nəzərdən 
qaçırmaq olmaz ki, kişilərə nisbətən qadınlar orta hesabla daha az 
təhsilli  olduğundan  modernləşdirmə  mövqeyində  duran 
partiyaları  deyil,  daha  çox  ənənəvi  partiyaları  müdafiə  etməyə 
meyllidir. Bunu bir çox ölkələrdə  seçki prosesini öyrənmək üçün 
aparılan sosioloci tədqiqatların nətijələri sübut edir. 
Məlumdur  ki,  sağlar  və  sollara  stratifikasiyalı  bölgü  daha 
qədim,  daha  varlı  və  daha  sabit  dövlətlər  üçün  xarakterikdir. 
Çünki  həmin  ölkələrdə  əsasən  Qərb  ölkələrində  seçki 
iştirakçılığının  təjrübəsi  əsrlərjə  ölçülür.  Məhz    o  jür  ölkələrdə 
tarixin  müəyyən  anlarında  gah  sağların,  gah  da  solların  öz 
nüfuzunu  artırmaqla  hakimiyyətə  gəlməsi  dəfələrlə  sınaqdan 
keçirilmişdir.  Məsələn,  sollar  (sosializm  ideologiyasına  mənsub) 
XX əsrin əvvəllərində nüfuzlu qüvvəyə çevrilmiş, dünyanın əksər 
ölkəsində  sosial-demokrat  və  sosialist  partiyaları  meydana 
gəlmişdir.  Həmin  ölkələrdən  fərqli  olaraq    Azərbayjan  kimi 
ölkələrdə  isə  partiya  konflikti  modern  və  ənənəvi  elementlərə 
bölgü ilə bağlıdır.  Lakin bu heç də o demək deyildir ki, inkişaf 
etməkdə  olan  ölkələrdə  stratifikasiya  sağlar  və  sollara  bölgüyə 
gətirib çıxarmır.  Əgər biz tarixə ekskurs etsək görərik ki,  Asiya, 
Afrika  və  Latın  Amerikasının  keçən  əsrin  50-60-jı  illərində 
müstəmləkə  zülmündən  xilas  olub,  müstəqil  inkişaf  yoluna 
qədəm  qoyduğu  bir  neçə  ölkəsində  kütləvi  kommunist  və  sol 
sosialist  partiyaları  ən  yoxsul  təbəqələrə  arxalanırdılar.    Qeyd 
etmək  lazımdır  ki,  modernləşmənin  və  ənənəvi  inkişafın 
tərəfdarlarına  bölgü  nətijəsində  sollar  daha  çox  savadlı  və 


 
223 
imtiyazlı  təbəqələr  tərəfindən  –  tələbələr,  ordu  zabitləri,  mülki 
qulluqçular  və  inzibatçılar  tərəfindən,  yəni  sol  hərəkatı  sürətli 
modernləşmə  ilə  bağlayan  təbəqələr  tərəfindən  müdafiə  olunur. 
Azərbayjan  solları  (AKP,  AVKP,  ASDP,  ASP,  ADSP)  heç  də 
əhalinin  radikal  təbəqələrinin,  mövjud  recimi  dəyişdirməkdə 
maraqlı olan hissəsinin mənafeyini müdafiə edə bilmir.  Hətta nə 
qədər  paradoksal  olsa  belə,  həmin  partiyalar  iqtidaryönlü 
partiyalara  reveranslar  edir,  hakim  recimin  manipulyasiyalarına 
tolerant münasibət bəsləyir. 
Azərbayjandan  fərqli  olaraq  inkişaf  etmiş  ölkələrdə 
vəziyyətə  diqqət  yetirsək  görərik  ki,    müxtəlif  sosioloci 
tədqiqatlar  bu  ölkələrdə  sol  və  mühafizəkar  partiyalar  arasında 
müəyyən  əlaqələrin  olduğunu  təsdiq  edir  və  bu  bölgü 
stratifikasiya  ölçülərinə  uyğun  gəlir.    Daha  liberal  və  sol 
partiyalar  aşağı  ijtimai  statusa  malik  az  imkanlılar,  fəhlələr, 
yoxsul  kəndlilər,  kifayət  qədər  savadlı  olmayanlar,  habelə  dini, 
irqi,  etnik  qruplar  tərəfindən  qeyri-proporsional  olaraq  geniş 
müdafiə olunur. 
Müasir  jəmiyyətin  stratifikasiyalı  sisteminin  müxtəlif 
ölçülərində olan mürəkkəbliyin özü əhəmiyyətli dərəjədə mövjud, 
real nümunədən əl çəkmənin izahını tapmağa kömək edir. Bu və 
ya  digər  partiyanı  müdafiə  etməklə  sinfi  vəziyyətin  istənilən 
mövjud  göstərijisi  arasında  bərqərar  olmuş  münasibətlərdən  əl 
çəkilməsi,  həmin  münasibətlərin  rədd  edilməsi,  ondan  yan 
keçilməsi siyasətdə  bir amildir. Bu amil isə solların daim çoxluq 
əldə  etməsinə  mane  olur.  Həm  də  stratifikasiya  sisteminin 
müxtəlif  ölçülərində  olan  bir  çox  adamların  vəziyyəti  onları 
ziddiyyətli  siyasi  fəaliyyətə  sövq  edir.  Belə  ki,  hakimiyyət 
dərəjəsinə  görə  yüksək  vəziyyətdə  olan  adamlar  qeyri-uyğun 
olaraq  öz  statusu  və  gəlirlərinə  görə  aşağı  mövqedə  ola  bilər. 
Məsələn, ABŞ-da ali sinfə mühəndis mexaniklər, qəzet naşirləri, 
xüsusi  sahə  həkimləri,  kollej  müəllimləri,  ali  orta  sinfə  isə  orta 
məktəb  müəllimləri  və  b.  daxildir.  Onlar  yeddi  dərəjəli  strat 
jədvəlində öz mövqeyinə və həyat səviyyəsinə görə 2-3-jü yerləri 
tuturlar.  Müqayisə üçün götürsək həmin peşə sahibləri gəlirlərinə 


 
224 
görə aşağı mövqedə dururlar. Demək, onlar iqtisadi şkalada aşağı, 
sosial-status  şkalasında  yüksək  yer  tutur.  Bir  çox  tədqiqatlar 
göstərir ki, adamlar uyğun olmayan sosial vəziyyətdə olanda iki 
bir-birinə əks  status  öz  fəaliyyətindən  fərqli  olan  reaksiya  törədə 
bilər,  müəyyən  hallarda  isə  həyat  üçün  daha  ekstremist  reaksiya 
meydana  gələ  bilər.    Bu  mənada,  kənd  və  şəhərin  orta  məktəb 
müəllimləri,  əlavə  gəlir  mənbələrinə  malik  olmayan  tibb 
işçilərinin  əksəriyyəti,  sırf  əmək  haqqı  ilə  dolanan  mühəndislər, 
mexaniklər,  alimlər,  mədəniyyət  işçiləri,  işsizlər  sosial 
vəziyyətlərini  yaxşılaşdırmaq  ümidi  ilə  müxalif  qüvvələrin 
potensial elektoratıdır. 
Güman  etmək  olar  ki,  stratifikasiyanın  bir-birinə  zidd 
ranqlarındakı  insanların  ümumi  miqdarı  bütövlükdə  solların 
deyil,  daha  çox  sağların  müdafiəsi  üçün  təminatdır.    Belə  ki, 
insanlar  daim  özünün  qiymətləndirilməsini  maksimallaşdırmağa,  
öz «status hissini» qaldırmağa, şərəf və ləyaqət hisslərinə ölümjül 
zərbələri zəiflətməyə jəhd göstərirlər.  Tamamilə təbiidir ki, ətraf 
gerçəkliyin  özdərkini  elə  təşkil  etməyə  jəhd  göstərirlər  ki,  daha 
yüksək 
statusa 
olan 
iddialarını  mümkün  qədər  çox 
maksimallaşdıra  bilsinlər.  Məsələn,  yüksək  peşə  vəziyyətinə 
çatmış  insan  aşağı  statusa  malik  təşkilatın  üzvlüyündən  çıxaraq 
daha  mötəbər  təşkilata  keçir,  hətta  bu  zaman  məkanja  yerini 
dəyişərək  ümumiyyətlə  ali  sosial  sinfin  davranış  şablonunu 
mənimsəyir. 
Bir  sıra  ölkələrdə  iqtisadi  vəziyyətini  yaxşılaşdırmaq 
məqsədilə  ziyalılar  ordusunun  kommersiya  fəaliyyətini  üstün 
tutması,  vəzifəsini  mühafizə  edib  saxlamaq  üçün  məmurlar 
ordusunun bürokratik aparata hədsiz sadiqliyi vəzifə pilləkanında 
irəliləmək  arzusuna  xidmət  edən  jəhdlərin  iqtidaryönlü 
partiyalara  doğru  meyllənmə  ilə  nətijələnir.  Həmin  ölkələrdə 
hakimiyyətdə  olan  partiyanın  sıralarının    konyuktur  qüvvələr 
hesabına  genişlənməsi  recimin  namizədinin  elektoratının  xüsusi 
çəkisini  artırmağa  xidmət  edir.    Aydındır  ki,  istənilən  seçki 
ərəfəsində  stratifikasiya  şkalasının  müxtəlif  vəziyyətlərində 
bərqərar edilmiş  oxşar olmayan aspektlər tərəfindən diqtə edilən 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə