6
Ərşin rəbbi olan Uca Allahdan Onun gözəl ad və sifətləri
ilə diləyirəm ki, bu kitabı səmərəli, sağlığımda və ölümümdən
sonra – “Mal-dövlətin və övlad-uşağın fayda verməyəcəyi,
yalnız sağlam qəlblə Allahın hüzuruna gələnlərin nicat
tapacağı gün” mənə faydalı etsin. Allah taala bunu oxuyanları,
eşidənləri çap etdirib yayanları, çapına səbəb olanları və bu işə
yaxından kömək edənləri öz cənnətlərinə daxil etsin! Həqiqətən,
Allah duaları qəbul edər, ümüdləri boşa çixartmaz. O, istədiyinə
kifayət edər, O, ən gözəl vəkildir. Güc və güvvət yalnız
Ondadır. Qulu, rəsulu, yaratdıqlarının ən xeyirlisi, vəhyə sadiq,
imamımız, peyğəmbərimiz, ibrət nümunəmiz və sevimlimiz
Məhəmməd bin Abdullaya, onun ailəsinə, səhabələrinə və
qiyamət gününədək ona gözəl şəkildə tabe olanlara Allahın
salavatı və salamı olsun!
Allah taalaya
möhtac bəndə Səid bin Əli
bin Vahf əl-Qahtani hicri
13/11/1410
7
BIRINCI FƏSL
QEYBƏT VƏ ADAMLAR ARASINDA
SÖZ GƏZDĐRMƏK
Qeybətin tərifi. əl-Hafiz ibn Həcər (Allah ona rəhmət
etsin!) buyurur: “Alimlər qeybət barəsində ixtilaf ediblər. Üstün
rəyə görə qeybət başqasının eybini ehtiyac olmadan dilə
gətirməkdir”.
Imam Qazali buyurur ki, qeybət müsəlman qardaşının
sonradan xəbəri olsa belə, xoşuna gəlməyən bir şeyi barəsində
danışmaqdır.
Ibn əl-Əsir “ən-Nihəyə” əsərində qeyd edir ki, bir insan,
başqasının eybi olsa belə onun xəbəri olmadan haqqında pis
danışarsa qeybət etmiş olur.
Nəvəvi Đmam Qazaliyə istinadən yazdığı “Zikrlər”
kitabında qeyd edir: “Qeybət bir insanın başqası barəsində
istəmədiyi bir şeyi xatırlamasıdır. Haqqında danışdığı şey onun
şəxsiyyətinə, dininə, dünyasına, fitrətinə, əxlaqına, maddi
imkanına, ailəsinə, paltarına, davranışına, danışığına və
xasiyyətinə aid ola bilər. Bunları dillə tələffüz etməklə onun
barəsində təsəvvür yaratmaq eynilik təşkil edir”.
Đbn Tin buyurur ki, bir insanın xoşuna gəlmədiyi bir şeyi
onun arxasınca danışmaq qeybət hesab olunur.
Imam Nəvəvi (Allah ona rəhmət etsin!) buyurur: “Çox
yazarlar öz kitablarında “özlərini elmli hesab edən fılankəslər”,
“dindar kimi tanınan fılankəs” kimi ifadələr işlədirlər. Bunların
hamısı qeybətdir. Qəribəsi burasındadır ki, qeybət edərkən
“Allah bağışlasın bizi… deyərlər”. (“Fəthul Bari” 10/469.
Nəvəvinin “Zikrlər” kitabı, 288-290)
Qeybəti ifadə etmək təkcə dillə məhdudlaşmır. Əksinə
qeybət xarakteri daşıyan hər bir hərəkət, yazı, işarə elə qeybətin
özüdür.
8
Qeybətlə adamlar arasında söz gəzdirməyin fərqi. Əl-
Hafiz ibn Həcər (Allah ona rəhmət etsin!) buyurur: “Qeybət və
adamlar arasında söz gəzdirmək barəsində müxtəlif fikirlər
mövcuddur. Onlar fərqli yoxsa eyni şeylərdir? Üstün rəy ondan
ibarıtdir ki, onlar ayrı-ayrı şeylərdir. Həmçinin, onların ümumi
və xüsusi cəhətləri var. Çünki, adamlar arasında söz gəzdirmək
fəsad məqsədi güdərək bir şəxsin eybini razılıq olmadan
başqasına çatdırmaqdır. Istər haqqındakı söhbətdən xəbəri olsun,
istər olmasın!
Adamlar arasında söz gəzdirmək qeybətdən fəsad məq-
sədi güdməsi ilə fərqlənir. Qeybətdə isə belə bir şərt yoxdur.
Həmçinin, haqqında danışılan adamın xəbərsiz olması qeybətin
fərqli cəhətidir. Qalan başqa şeylərdə isə onların ikisi də eynilik
təşkil edir. Əksər alimlər haqqında danışılan insanın danışılan
vaxtı orada olmamasını qeybətin şərti hesab edirlər. (“Fəthul
Bari” 10/473)
Qeybətin hökmü. Heç bir şəkk-şübhə yoxdur ki, qeybət
bütün müsəlman icmasının rəyinə görə haramdır. Kitab və
sünnədə onun haram olmasına dəlalət edən bir çox açıq dəlillər
var. (Nəvəvinin “əl-Əzkər”-nə bax! Səh; 289)
Allah taala buyurur: “Allah pis sözün açıq (ucadan)
deyilməsini
sevməz.
Yalnız
zülm
olunmuş
şəxslər
müstəsnadır. Allah (hər şeyi) eşıdəndir, biləndir!”. (ən-Nisə,
148)
“
Ey
iman
gətirənlər!
Çox
zənnə-gümana
qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə’zisi (heç
bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini,
sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini
qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə
razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də
belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri
qəbul edəndir, rəhmlidir!”. (əl-Hücurat, 12) Allah taala
9
buyurur: “Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin
vay halına!”. (əl-Huməzə, 1) “Dediyi hər sözü (yazmaq üçün)
onun yanında hazır durub gözləyən (iki mələk) vardır”.
(Qaf, 18) başqa bir ayədə isə Uca Allah belə buyurur: “(Ey
insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın
bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qular, göz
və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz
barəsində) sorğu-sual olunacaqdır”. (əl-Đsra, 36)
Qeybət dilin törətdiyi ən təhlükəli bəlalardan biridir. Əbu
Hureyrənin rəvayət etdiyi hədisdə peyğəmbər (s) qeybəti belə
başa salır: “Siz bilirsiniz qeybət nədir?” Dedilər: Allah və
rəsulu daha yaxşı bilir. Dedi: “Müsəlman qardaşının xoşuna
gəlmədiyi bir şeyi onun haqqında danışmaqdır”. Dedilər:
Əgər müsəlman qardaşımda həmin xislət varsa necə? Dedi:
“Əgər dediklərin onda varsa qeybət etmiş olarsan. Əgər
dediklərin onda yoxdursa, onda ona böhtan atarsan”.
(Müslim, 4/2000. Nəvəvi “Müslim”i şərh edərkən 16/142)
Ənəs bin Məlik rəvayət edir ki, rəsulullah (s) buyurur:
“Meracda olarkən dırnaqları ilə öz üzlərini və sinələrini
cıran bir qövmün yanından keçdim. Cəbraildən onların kim
olmasını soruşduqda mənə cavab verdi: onlar insanların
ətlərini yeyən və namuslarına toxunanlardır”. (Əbu Davud
4/269 “Övnul Məbud” 13/223 Şeyx Əbdulqadir Ərnavut bu
hədisin həsən hədis olduğunu qeyd etmişdir. Bax; “Səhih əl-
Cami” 5/51)
Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət
olunan
hədisdə
peyğəmbər
(s)
buyurur:
“Müsəlman
müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan danışmaz,
dönük çıxmaz. Bir müsəlmanın digər müsəlmana namusu,
malı və qanı haramdır. Təqva məhz buradadır. Bir
müsəlman digər müsəlmanı təhqir etməklə şərə rəvac vermiş
olur”. (Müslim 4/1984 Əbu Davud 4/273 Tirmizi 4/325)
Dostları ilə paylaş: |