Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
  1   2   3   4   5   6   7   8   9   ...   44



Dilqəm ƏHMƏD 
 
 
Yolun yarpaqları 
 
 
Bakı: 2011 
dilqemehmed.wordpress.com 
dilqemehmed@gmail.com 
 


   I yarpaq 
Aquen kilsə məclisi 
“Albaniya  çarı  Vaçaqanın  hakimiyyəti  dövründə  əhali,  yepiskoplar, 
keşişlər, əyanlar və rəiyyətlər arasında çoxlu mübahisələr baş verirdi. 
Buna  görə  çar  qərara  gəldi  ki,  Mareri  ayının  13-də  Aquendə  böyük 
məclis çağırılsın”. (Musa Kalankatuklu)
 
Xristianlığın  dünyəvi  bir  din  kimi  formalaşmağa  başladığı  ərəfələrdən 
etibarən,  yəni  IV  yüzildən  başlayaraq  dini  təlim,  kilsə  idarəçiliyi  və 
intizam məsələləri ilə bağlı problemləri həll etmək üçün Kilsə Məclisləri 
adlanan  (ümumdünya  və  yerli)  ən  yüksək  rütbəli  qurultaylar 
keçirilirdi.  I  Ümumdünya  kilsə  məclisi  325-ci  ildə  Roma  imperatoru  I 
Konstantin  tərəfindən  Nikeya  şəhərində  çağırılmış  və  bu  məclisdə 
ariusçuluq məzhəbi (bu məzhəb İsa ilə Tanrının fərqli mahiyyətə malik 
olduğunu iddia edirdi) rədd edilir. 381-ci ildə keçirilən II Ümumdünya 
Kilsə Məclisində Ata-Oğul-Müqəddəs Ruh üçlüyünün vahidliyi ehkamı 
öz təsdiqini tapır. 431-ci ildə keçirilən III Ümumdünya Kilsə Məclisində 
xristoloji mübahisələr (İsanın mahiyyəti ilə bağlı-yəni onun tanrılığı və 
bəşəriliyi)  müzakirə  olunur  və  nestorianlar  təriqəti  rədd  edilir.  451-ci 
ildə  keçirilən  IV  Ümumdünya-  Kalkedon  kilsə  məclisinin  əsas  qərarı 
monofizitlik  təriqətinin  rədd  edilməsi  ilə  bağlı  olur.  Bu  məclisin 
keçirilməsindən  47  il  sonra,  498-ci  il  yanvar  ayının  26-da  xristianlığın 
ilkin  yurdlarından  olan  Albaniyada  çar  III  Vaçaqanın  əmri  ilə  yerli 
Aquen kilsə məclisi çağırılır. 
 
  Albaniya  hökmdarı  III  Vaçaqan  (493-510)  dövlətdə  xristianlığın 
güclənməsində  mühüm  rol  oynamışdır.  Onun  Mömin  Vaçaqan 
adlandırılması da bununla əlaqədardır.  Təsadüfi  deyil ki, hakimiyyətə 
gəldikdən  sonra  o,  əhali  arasında  mövcud  olan  qədim  inancları 
(bütpərəstlik,  atəşpərəstlik,  sehrbazlıq,  cadugərlik,  İblisə  pərəstiş  edən 
barmaqkəsənlər  təriqəti)  təqib  edərək,  onların  tərəfdarlarını  məhv 
etdikdən  sonra,  əhali  arasında  xristianlığın  yayılması  məqsədilə 


məktəblər  açmağa  başlayır,  xristian  müqəddəslərinin  cəsədlərinin 
tapılması  barəsində  göstərişlər  verir.  Bu  məktəblərdə  xristianlığın 
müqəddəs üçlük ideyası təbliğ edilir, onları həqiqi bir xristian bələdçisi 
kimi  hazırlayırlar.  Çar  Mömin  Vaçaqanın  xristianlığın  təbliğində 
apardığı mücadiləni bütün detalları ilə qeyd edən  Musa  Kalankatuklu 
onu Roma  imperatoru I Konstantin  ilə müqayisə  edir: “Çar  Vaçaqanın 
vasitəsilə  bütün  ölkə  xristianları  Allah  mərhəmətindən  öz  paylarını 
aldılar və Vaçaqanın şöhrəti mən hesab edirəm ki, heç də qərbin sahibi 
olan  imperator  I  Konstantinin şöhrətindən az  deyildi”.   Təsadüfi deyil 
ki, təkcə onun əmri ilə Albaniyada 365 kilsə inşa edilmişdi.  
Xristianlığın  genişlənməsindən  sonra  Mömin  Vaçaqan  mövcud 
problemləri  həll  etmək  və  dinə  aid  qayda  və  ehkamları  təsdiqləmək 
məqsədilə  Albaniyanın  Böyük  Arran  vilayətində  yerləşən  Aquendə 
Kilsə  Məclisi  toplamağı  qərara  alır.  Kilsə  Məclisinin  iştirakçıları 
Albaniyanın iri feodalları və yüksək rütbəli din xadimləri idi: Bərdənin 
arxiyepiskopu  Şulhalişo,  Qəbələnin  yepiskopu  Manas,  Haşunun 
yepiskopu  Yunan,  Uti  vilayətinin  yepiskopları  Ananiya  və  Sahaq, 
Kalankatuk  kəndinin  keşişi  İosif,  Bərdənin  keşişi  Toma,  Göyçay  keşişi 
Poqos,  Tsri  vilayətinin  yepiskopu  Şmavon,  Darahoc  keşişi  Mate, 
Sazbaday  keşişi  Abikaz,  Ayrmanuşay  keşişi  Urbat,  keşişlər  Uovel, 
Pərmudə  və  Yaqub  və  Arsax  vilayətinin  əyan  və  qəbilə  başçıları, 
Kalankatuk qəbiləsinin başçısı Bakur.  
Sənədi  imzalayanlar  isə  bunlar  idi:  Çarın  vəzirləri  Mutak,  sərkərdə 
Mirhərik, qəbilə başçıları Marut, Tirazd, Asparak, Şama, Bakur, Ratan, 
Arğeş,  Girdimanın  sahibi  Cəsur  Vardan,  Xurs,  Bermusan,  Xosken, 
patriarx  Pivroq  və  Albaniyanın  bütün  əsilzadələri.  Məclisdə  eyni 
zamanda Vaçaqanın arvadı və oğlu da iştirak edirdi.  
Məclisdə  21  maddədən  ibarət  xristian-feodal  qanunları  qəbul  edilir. 
Qanunlarda  vergi,  cəza-məhkəmə,  kilsənin  idarəedilməsi,  ailə 
münasibətləri,  dini  qadağalar  və  məcburiyyətlər  öz  əksini  tapır. 


“Albaniya  tarixi”nin  33-cü  fəsli  bu  qanunlara  həsr  olunub.  Qanunlar 
ona  görə  əhəmiyyətlidir  ki,  Azərbaycan  tarixində  xristian  dininin 
prinsiplərini  özündə  əks  etdirən  yeganə  qanunvericilik  sənədidir. 
Nədənsə,  alban  türklərinin  uzun  müddət  dini  dünyagörüşü  olmuş 
xristianlığın  tədqiqi  və  bu  gün  Azərbaycan  ərazisində  olan  qədim 
kilsələrin  memarlıq  üslubunun  araşdırılması,  ortodoks  xristianlıqla 
Alban  xristianlığının  müqayisəli  təhlilinin  aparılması  həddindən  artıq 
zəifdir. Biz ondan ehtiyat edirik ki, özünü türkoloq kimi qələmə verən 
bir sıra tədqiqatçılarımız bu gün zərdüştiliyi farslara qurban verdikləri 
kimi, zamanla Alban mədəniyyətini və bu kültürün əsasını təşkil edən 
Alban  xristianlığını  ermənilərə  qurban  verəcəklər.  Təsadüfi  deyil  ki, 
xarici  ədəbiyyatlarda  Aquen  məclisinin  qəbul  etdiyi  qərarlar  “erməni 
qanunnamələri”  çərçivəsinə  salınır.  Məhz  buna  görə  də  bu  məclisin 
qəbul  etdiyi  qərarları  həmin dövrdə xristian  dünyasında mövcud olan 
dini qanunlarla müqayisəsi aparılmalıdır. Qeyd edək ki, Aquen (və ya 
Aluen) III Vaçaqanın iqamətgah qurduğu Bərdə şəhərinin yaxınlığında 
yerləşirdi.  Bəzi  tədqiqatçılar  onun  indiki  Ağdam  ərazisində 
xarabalıqları  olan  Govurqala  olduğu  qənaətindədir.    Qanunları 
mahiyyətinə görə biz aşağıdakı şəkildə qruplaşdırırıq: 
Vergi  ilə  bağlı  qanunlar-  Xalq  tərəfindən  keşişə  gətirilən  torpağın 
bəhrəsi varlı adamlar üçün 4 cərib (ölçü vahididir) buğda, 6 cərib arpa 
və  16  bardaq  şirin  çaxır,  kasıblar  üçün  bu  taxılın  yarısı  və  şirin  çaxır 
(imkanı  çatdığı  qədər)  ilə  müəyyənləşir.  Heç  bir  bağı  və  əkin  yeri 
olmayan  insandan  bəhrə  alınmır,  təsərrüfatı  qoyun  olanlardan    1 
qoyun, 3 qoyunun yunu, bir parça pendir, təsərrüfatında atı olanlardan 
isə  bir  dayça,  iribuynuzlu  heyvanı  olanlardan  isə  bir  buzov  tələb 
olunur.  Əsilzadələr  və  kəndlilər  rəhmətə  gedən  qohumlarının  xatirəsi 
üçün kilsəyə ildə bir dəfə nəzir (imkana görə bu at və ya öküz ola bilər) 
verməlidir.  Kənd  keşişləri  ildə  iki  dəfə  yepiskopa  hörmət  göstərməli, 
adəti üzrə ona ildə bir dəfə hədiyyə aparmalıdır. Keşiş vəzifəsinə təyin 
olan  şəxs  bunun  müqabilində  yepiskopa  4  dirhəm,  keşişlikdən  aşağı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə