Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

yerə  aparırdı.  Ziyafətlərin  birində  qadın  ərinin  məst  olduğunu  və 
yuxuya  qərq  olduğunu  görüb  paltarları  altında  gizlətdiyi  qılıncını 
çıxardaraq  Spitamenin  başını  kəsir  və  əynindəki  qanlı  paltarını 
dəyişməyərək  Makedoniya  düşərgəsinə  gedir  və  kəlləni  İskəndərə 
verir”.  
Doğrudur, bu mübarizənin sonunda Spitamen həlak olsa da, Vasili Yan 
qəhrəmanının  azadlıq  uğrunda  apardığı  savaşını  diqqətə  alaraq 
oxucuları  üçün  onu  “yaşadır”  və  “zəncirlənmiş  adamların  dostu”, 
“yoxsul, lakin, azad” Spitamenin  mübarizəsinin bitmədiyini qeyd edir: 
“Ölənin  yerinə  xalqımızın  azadlığı  uğrunda  bizə  yeni-yeni  mübarizlər 
qoşulacaqdır.  İndi  həm  yunanlar,  həm  də  satqın  soğd  əyanları  əlbir 
olub məni axtarırlar və onlar buradan cəhənnəm olmayınca mən gərək 
elə bir yerə gedim ki, orada məni tanımasınlar...” 
        
        
XII yarpaq 
Şərqin ən sevgili sultanı Səlahəddin Əyyubi 
Bu  gün  Tikrit  şəhərinin adı  çəkildikdə ilk ağla gələn mərhum diktator 
Səddam Hüseyn olsa da, ondan fərqli olaraq 9 əsr bundan əvvəl burada 
doğulan  Səlahəddin  Əyyubi  nəinki  acgözlüklə  islam  torpaqlarına  göz 
dikən Avropa səlibçilərinə qarşı mübarizə apardı, həmçinin müqəddəs 
Qüdsü  də  azad  edərək,  onları  geri  qayıtmağa  məcbur  etdi.  Bu 
baxımdan  Səlahəddin  Əyyubi  kimdir  sualına  ikili  cavab  mümkündür: 
Qərb üçün Dantenin cəhənnəmində yerləşən xristian düşməni bir kafir, 
şərq üçün isə Qüdsü xaçpərəstlərdən azad edən bir dahi. 
 
Hazırda  türk  tarixinin  ən  az  öyrənilmiş  bölmələrindən  birinin  də 
Əyyub  oğulları  dövləti  olduğunu  desək,  şübhəsiz  yanılmarıq.  Bu 
baxımdan  hazırda  Türkiyə Cumhuriyyətində  bir  sıra  şəxsiyyətlərimizi 
“oğurlamış”  kürdlər  Zərdüşt  və  Manidən  sonra  Səlahəddini  də 
“kürdləşdirmə prosesi”nə əl atıblar.  


Haşiyə1-  Eks-prezident  Əbülfəz  Elçibəy  xatirələrində  qeyd  edir  ki, 
Misirdə  tərcüməçi  işləyərkən  Qahirə  universitetinin  tarix  fakültəsində 
oxuyan  bir  tələbə  onun  azərbaycanlı  olduğunu  bildikdə,  “Siz 
Səlahəddin  Əyyubinin  vətənindənsiniz”  deyə  müraciət  edir.  Səhərisi 
gün  həmin  tələbə  Səlahəddin  haqqında  olan  bir  mənbə  gətirərək, 
Səlahəddinə  verilmiş  sualın  yer  aldığı  vərəqi  göstərir:  -Deyirlər  ki,  siz 
kürdsünüz.  Bu  doğrudurmu?  –Sultan:  Xeyr!  Biz  Azərbaycandanıq. 
Əmim Şirkuh deyirdi ki, biz əz-Zib (ərəbcə Qurd) tayfasındanıq.  
Göründüyü  kimi, Səlahəddinin milli  mənsubiyyət  problemi  hələ onun 
sağlığındaca başlayıb. Bu baxımdan Əyyubilərin nəsil şəcərəsinə nəzər 
salmağa çalışacağıq. 
Sultanlığın  banisi  hesab  edilən  Əyyub  bin  Sadi  bin  Mərvan  İrəvanın 
Dvin bölgəsinin kəndlərinin birində doğulub. Onun nəsli Dvinlə yanaşı 
Xoy,  Urmiya,  Zəngəzur,  Naxçıvan,  Kərkük  və  Göyçə  kimi  digər  türk 
torpaqlarında  yaşamış  Gök  Börü,  Qara  Börü,  Boz  Börü-yəni  Qurdlar 
tayfası  ilə  bağlıdır.  Əyyub  ilk  əvvəl  Şəddadilərin,  sonra  isə  İraq 
səlcuqlularının  qoşun  valisi  Bəhruzun  yanında  xidmət  göstərir. 
Bacarığına  və  xidmətinə  görə  Tikrit  şəhəri  Əyyuba  iqta  olaraq  verilir. 
Bir  müddətdən  sonra  Mosul  atabəyi  İmadəddin  Zənginin  xidmətinə 
daxil olur, Şamın tutulmasında xidmət göstərdiyinə görə, Bəəlbəkə vali 
təyin olunur. Zənginin ölümündən sonra Əyyub Börililərin xidmətində 
çalışır  və  Şam  valiliyinə  qədər  yüksəlir.  İmadəddinin  oğlu  Nurəddin 
Zənginin  xidmətində  dayanan  Əyyubun  qardaşı  Şirkuh  isə  Humusu 
iqta  olaraq  alır.  Nurəddin  Zəngi  Şirkuhu  Fatimilərlə  savaşa 
göndərdiyində  gənclik  illərini  Şam  və  Bəəlbəkdə  keçirən  Səlahəddin 
(əsl  adı  Yusif)  də  ona  qoşulur.  Müharibədə  Fatimi  vəziri  Şaver  edam 
edildiyinə  görə  hakimiyyətə  Şirkuh  gəlir,  bir  həftə  sonra  onun 
ölümündən  sonra  isə  26  mart  1169-da  Səlahəddin  vəzirliyə,  ardınca 
hökmdarlığa yiyələnir. Beləliklə, Səlahəddin (1138- 4 Mart 1193) 1171-ci 
ildə Misir hakimi, 1175-də isə sultan mövqeyinə yiyələnir. Bununla da, 


Misir-Suriya  ərazisində  yeni  bir  müsəlman-türk  dövləti  olan 
Əyyubilərin (1174-1524) əsası qoyulur. 
Haşiyə2-  Tarixdə  bir  sıra  xalqlar  mövcuddur  ki,  dövlətçilik  ənənələri 
olmadığından “dövlət” və “sərkərdə” arayışına çıxaraq qonşu xalqların 
tarixindən  nə  isə  yağmalamağa  çalışır.  Vaxtilə  türk  bilgini  Bahaəddin 
Ögəl  acı  təəssüflə  qeyd  edirdi  ki,  türk  tarixi  və  mədəniyyəti  yağmaya 
uğramış  bir  mal  kimidir,  hər  önünə  gələn  ondan  bir  parça  qopararaq 
özlərinə  calayırlar.  Təbii  ki,  bu  işdə  tarix  sahiblərinin  də  etinasızlığı 
önəmli  rol  oynamaqdadır.  Çünki  Sovet  dövründə  Midiya  (Maday) 
tarixinə  sahib  çıxmamağımız  nəticəsində  hazırda  kürdlər  özlərini 
madayların  (medlərin)  varisi  adlandırırlar.  Ona  görə  də  bu  gün  türk 
xalqları  Səlahəddinə  sahib  çıxmalı,  onun  milli  kimliyinin  dünyaya 
tanıtdırılması  üçün  ciddi  addımlar  atmalıdır.  Bu  baxımdan  onun 
türklüyünü isbatlayan bir sıra amilləri nəzərinizə çatdırırıq: 

 
Dövrün  şairlərindən  Sənaülmülk  Hələbin  alınmasından  sonra 
yazdığı  mədhiyyəsinin  bir  beytində  qeyd  edir:  “Ərəb  xalqı 
tüklərin  dövləti  ilə  ucaldı.  Əhli-səlib  Əyyubun  oğlu  tərəfindən 
pərişan edildi”. 

 
İbn  Xəlliqan  “Vəfayat  əl-ayan”  (“Görkəmli  adamların  ölüm 
tarixi”)  adlı  əsərində  qeyd  edir:  “  Şirkuh  demişdir  ki,  bizim 
nəsəbimiz Gök Böridir”. 

 
Dövlətin əhalisi əsasən ərəblərdən ibarət olsa da, ordu və idarəçi 
zümrə türklərdən təşkil olunurdu. 

 
Hakim  ailənin  isimləri  qədim  türk  adlarıdır.  Səlahəddinin 
qardaşlarının adları Turanşah, Tuğtəkin və Börü olub. 

 
Türk  hakimiyyətinin  simvollarından  olan  mehtərliyə  xüsusi 
önəm  verilirdi.  Səlahəddin  sarayın  seçilmiş  cariyələrindən  birini 
saray məmurlarından olan mehtərbaşıya ərə verib. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə