bir “zındıq” kimi çəkilib. Ümumiyyətlə, ərəb-fars tarixçiləri bu cür
məsələlərə xüsusilə önəm verirdilər. Babəkin 20 ildən artıq apardığı
azadlıq mübarizəsini detalları ilə yazmaqdansa, onların qadınlı kişili nə
iləsə məşğul olduqlarını özlərinin elmlərinə daha çox layiq bilirdilər.
Yəni kimi nə maraqlandırırsa, ondan yazmaq daha rahat olur. Ona görə
də, Məzdək Bəmdad oğlunun teoloji sosial baxışlarına xüsusi yer
verəcəyik.
Teoloji baxış-Məzdəkiliyə görə başlanğıc ikili xarakterlidir. Aydınlıq
elmdir, Qaranlıq isə cəhalətdir. Hər ikisinin öz himayəçisi vardır. İşığı,
aydınlığı Tanrı, qaranlığı isə Şeytan təmsil edir. Tanrı ən ali qüvvədir
və onun qarşısında dörd güc dayanır: Mühakimə etmə (Tamyiz),
Anlamaq (Fəhm), Qorumaq (Hifz), Sevinmək (Sürur).Və Tanrı bu dörd
gücü layiq olduğu şəxslərə verib: Möbidlər möbidinə baş hakimliyi,
Herbada anlamağı, Spahbedə qoşun başçılığını, Ramişqara sevinci. Bu
dörd seçilmiş 12 ruhi qüvvənin yaratmış olduqları dairənin içindəki 7
vəzirlə dünyanı idarə edirlər. Bütün bu keyfiyyətlər bir insanda
toplaşarsa, o insan ilahi qüvvəyə sahib olacaqdır. Qiyamət gününə,
axirətə, ilahi məhkəməyə inam digər dinlər kimi bu idealogiyanın da
əsasını təşkil edir. Onlara görə, Qiyamət günü anlayışı əslində yenidən
doğuluş, yəni ruhun bir bədəndən digərinə keçməsidir (reinkarnasiya,
tənasüx).
Sosial baxış-Orta əsr feodal dünyasında sosial bərabərsizliyə qarşı baş
qaldırmış bir çox hərəkatların əsasında müəyyən dini baxışlar
dayanmaqdadır. Qərb dünyasında bu cür hərəkatlar bidətçi təriqətlər
formasında xarakterizə olunur. Çünki feodalizm dövründə zülmün
mənbəyində dövlətlə yanaşı, din və din xadimləri də dayanırdı. Ona
görə də, hərəkatlar həm dövlətə, həm də dinə qarşı çıxışları özündə
ehtiva edirdi. Bir sıra tarixçilərin ilk “kommunist” hesab etdikləri
Məzdəkə görə “Tanrı torpaqdakı məhsulu və digər insana gərəkli olan
şeyləri cəmiyyətdə bərabər şəkildə bölüşdürülməsi məqsədilə yaradıb.
Heç bir şəxs digərindən artıq pay almamalıdır. İnsanlar bir-birilərinə
qarşı düzgün davranmayaraq bir-birilərindən asılı vəziyyətə düşüblər.
Güclü zəifi əzərək həm malını, həm də yaşamaq hüququnu əlindən
alıb. Mülkiyyət baxımından hər kəsin bərabər olması üçün mütləq bir
şəxsin ayağa qalxaraq varlılardan alıb yoxsullara verməsi lazımdır. Hər
kim olursa olsun, heç kəsin digərindən artıq var-dövlətə, mülkə və
birdən artıq qadına sahib olmağa haqqı yoxdur”.
Məlumdur ki, Sasanilər zamanında zərdüşti rahiblər atəşgədələrin
ətafında yerləşən geniş ərazilərin sahibi hesab edilirdilər. Ona görə də,
Məzdəkin sosial bərabərlik ideyaları onların “dinlərinə” uyğun deyildi
və buna görə də Məzdəkiliyə qarşı mübarizənin labüdlüyünü
düşünürdülər.
Məzdəkiliyə görə, insanlar azad yaradılıb və hər bir şey Tanrı
tərəfindən onlar arasında bərabər bölünü. Birinin digərinin üzərində
heç bir hüquqi, siyasi, sosial üstünlüyü yoxdur. İnsanlara zərər vermək
günah anlayışına daxildir. İnsan yalnız haqsızlığa qarşı baş qaldırarkən
qan tökə bilər, digər hallarda bu qəti şəkildə qadağandır. İnsanlar bir-
birilərinə qarşı xoş fikirlər düşünməli, başqalarına zərər vermədən
Tanrının onlara verdiyi hər cür zövqlə, əyləncə ilə məşğul olmaq
hüququna sahib olmalıdır.
İnsanın daxili və zahiri təmiz olmalı, evlilik, andiçmə və bir sıra dini
törənlərdə şərab və çörəkdən istifadə edilməlidir. Heyvanları öldürmək
və onların ətindən istifadə qadağandır. Məzdəkə görə, insanları
fəlakətə, hərisliyə sürükləyən yalnız iki şeydir: Sərvət və qadın. Ona
görə də onların ortaq olması bu problemləri tamamilə aradan
qaldıracaqdır. Manidən fərqli olaraq Məzdəkə görə, sosial bərabərliyin
Tanrının köməyilə bu dünyada qurulması mümkündür. Bunun üçün
istismarçılara qarşı fəal mübarizə aparılmalıdır.
Hərəkatın başlanması-Kəndlilərin
istismarı, onların əmlakının
müsadirə edilməsi iri feodalların güclənməsinə, dövlət xəzinəsinin
boşalmasına və bunun sonucunda imperiyanın zəifləməsi prosesinin
kəskin xarakter almasına səbəb olmuşdu. İri fodallardan ehtiyat edən I
Qubad (488-528) 481-ci ildən fəal mübarizəyə keçən Məzdak Bəmdad
oğlundan dəstək istəyir və bir müddət onların fikirləri ilə hərəkət
etməyə məcbur olur. Belə ki, qıtlıq zamanı Məzdəkin məsləhəti ilə,
Qubad dövlətin taxıl anbarlarını xalqın istifadəsinə verir. Çünki,
Məzdəkə görə, hər kəs Adəmin nəslindəndir və bir-birilərinə yardım
etməlidirlər ki, heç kəs aclıq hissini duymasın. İmperiyada yaranmış
böhrandan
çıxış
yolu
tapmayan
Qubad
çarəni
Ağ
Hun
imperatorluğuna sığınmaqda görür. Bunun müqabilində Ağ Hun
imperatoru 499-cu ildə 30 min nəfərlik suvaridən ibarət qoşunu İrana
göndərir. Az sonra güclənən Qubad artıq Məzdəkilərə ehtiyacı
olmadığından köhnə dostlarına qarşı (ənənəvi fars riyakarlığı)
mübarizəyə başlayır. Məzdəkilərə qarşı aparılan bu mübarizə Qubadın
oğlu I Xosrovun (528-575) zamanında daha kəskin xarakter alır və 529-
cu ildə Məzdək edam edilərək öldürülür və 80 min məzdəki qətlə
yetirilir.
Lakin məzdəkilik ideyaları 200 il müddətində öz varlığını qoruyub
saxlaya bilir. Belə ki, İslam dininin geniş vüsət aldığı dövrlərdə də
Azərbaycan, Xorasan, Soqdiana, Gürgan, Kirman, İsfahan, Əhvaz,
Təbəristan kimi ərazilərdə hələ də onun nümayəndələri və topluluqları
yaşayırdı. Nizamülmülk VIII əsr hadisələrindən danışarkən İran
əhalisinin yarıdan çoxunun məzdəki və rafizi inancında olduqlarını
qeyd edir.
XIX yarpaq
Kadusilər talışların əcdadıdırmı?
Qədim Azərbaycanın və İkiçayarası torpaqların tarixi olduqca qaranlıq
və ziddiyyətlidir. Təsadüfi deyil ki, 6 min il bundan əvvəl də hər iki
regionda sabitlik, əmin-amanlıq hökm sürmürdü, indinin özündə də.
Dostları ilə paylaş: |