Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə1/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   102



 
Telman Orucov 
 
Din və məhəbbət – faciələrə aparan ziddiyyət 
 
Patriarxal qaydalar, nikahın iki cinsin əlaqələrində mühüm və aparıcı yer 
tutması  bir  qayda  olaraq  sevgi  əhvalatlarına  ədalətli,  humanist  münasibət 
bəslənməsini  kənara  atdı.  Ailənin  möhkəmliyi,  həm  də  namus,  qeyrətin  elan 
olunduğu  şəkildə  ən  yüksək  qaydada  qorunması  naminə  təbiətin  hökmü  ilə  bu 
aramsız  olaraq  baş  verən  əhvalatlara  yasaq  tədbirləri  tətbiq  edildi.  Azad  sevgi 
cəngavərləri  isə  təqib  hədəfinə  çevrilmişdilər.  Dünya  dinləri  təşəkkül  tapdıqda 
onlar  fərqli  qaydada  olsa  da,  bu  məsələlərdə  əsasən  sərt  mövqe  tutmuş,  iki  bir-
birini  sevən  gəncin  intim  yaxınlığı  hətta  qan  tökülməsinə,  iki  tayfa  və  ya  nəsil 
arasında  ziddiyyətin  böyüyüb  düşmənçiliyə  çevrilməsinə  şərait  yaratmış,  izahı 
çətin olan vendettanın bünövrəsini qoymuşdu. 
 Ən qədim din sayılan iudaizm lap əvvəldən əxlaq pozğunluğuna, intim 
yaxınlıqdakı eybəcər hallara qarşı kəskin mübarizə aparmışdır. Cəmiyyətin pozitiv 
əsaslarda  formalaşmasında  bunun  xeyli  rolu  olsa  da,  həmin  məqsədə  yönələn 
tədbirlər  problemi  bütünlüklə  həll  etmək  gücündə  olmamışdır.  Təbiətə  zidd  olan 
pozğunluq  nümunələri  iki  şəhərin  viran  qalması,  əhalisinin  məhv  olması  ilə 
nəticələnmişdi. Allah əhalisinin eybəcər pozğunluğuna görə Sodom və Qomorranı 
belə ağır cəzaya məhkum etmişdi. Allahın göndərdiyi mələklərə də təcavüz etmək 
istəyənlərə müqavimət göstərən Lotu xilas etmək üçün Sahib onu arvadı və qızları 
ilə birlikdə şəhərdən çıxamış, lakin xəbərdarlığa məhəl qoymayan arvadı bu vaxt 
həlak olmuşdu. Lot sığınacaq kimi təpənin altındakı bir magarada məskulaşmışdı. 
Qızlar övlada malik olmaq məqsədi ilə atalarını içirmiş, sərxoşuğundan sui-istfadə 
edib,  onunla  yatmışdılar.  Bu  intim  yaxınlıqdan  onlar  iki  oğlan  uşağı  dünyaya 
gətirmişdilər.  Əxlaq  pozgunluğuna  qarşı  mübariz  kimi  qələmə  verilən  Lotun  özü 
biabırçı bir pozğunluğa – intsestə, qanqarışdırıcı əlaqəyə yol vermişdi. 
 Bizim dövrümüzdə isə Bibliyanı özünün müqəddəs kitabı sayan bir sıra 
xristian  ölkələrində  eyni  cinsdən  olanların  yaxın  əlaqəsi  təbii  hal  kimi  qəbul 
edilməklə  yanaşı,  hətta  onların  nikah  ittifaqı  da  qanuni  sayılır.  Digər  tərəfdən 
dünya  dinləri  homoseksualizmi  qəbul  etməyərək  məhkum  etsələr  də,  istər  qədim 
dünyada,  istərsə  bizim  dövrümüzdə  belə  yaxınlıq  nümunələri  heç  də  az  deyildir. 
Qədim Yunanıstanda, xüsusən onun ordu sıralarında homoseksualizm adi davranış 
qaydası  hesab  olunurdu.  SSRİ-də  bu  qeyri-təbii  əlaqə  qanun  məcəlləsinə  görə 
cinayət sayılsa da, həbsxanalarda onun baş verməsi əsla nadir hal deyildi. 
 İntsestə  gəldikdə,  bu  da  qədim  dünyada  möbcud  olmuşdu.  Misir 
faraonları  sülalənin  qan  təmizliyini  qoruyub  saxlamaq  üçün  doğma  bacılarına 
evlənirdilər. İudaizm peyğəmbəri Abraham öz ögey, atadan bir, anadan ayrı bacısı 
Sara  ilə  ailə  qurmuş,  onların  İsaak  adlı  oğlu  olmuşdu.  Ona  görə  də  ingilis  şairi 
Corc  Qordon  Bayronun  öz  ögey  bacısı  Avqusta  ilə  jaxınlığına  və  ondan  qızı 



 
olmasına  və  ya  rus  yazıçısı  Aleksandr  Gertsenin  öz  ögey  bacısı  Natalya  ilə 
evlənməsinə görə onlara hansısa bir irad tutulması nə qədər məqsədə uyğundur? 
 Ayrı dinə mənsub olanlarla eşqə düşməyn özü də qəbahət hesab edilirdi 
və  buna  düçar  olanlar  hansısa  bir  şərtiliyə  görə  qəddarcasına  cəzlandırılırdı. 
Bibliyada  İakovun,  onun  digər  adı  İsrail  idi,  böyük  oğlanları  rəhmsiz  təbiətlərinə 
uyğun  olaraq  öz  bacıları  ilə  sevişən  və  onun  bəkarətini  pozmuş  oğlanın  məxsus 
olduğu tayfanı hiyləgərlik yolu ilə tələyə salmış, onun üzvlərinin hamısını qırmış, 
şəhəri  viranə  qoymuşdular.  Homerin  «İliada»sında  Troya  printsi  Paris  Spartada 
qonaq olarkən çar Menelayın arvadı Füsunkar Yelenaya vurulmuş, hissi bu qadın 
tərəfindən  cavabsız  qalmadığından,  onu  götürüb  Asiya  qitəsinin  qərb 
qurtaracağındakı  öz  vətəninə  qaçmışdı.  Onsuz  da  varlı  Troya  ilə  haqq-hesabı 
çürütmək istəyən yunan şəhər- dövlətlərinin birləşmiş ordusu bu fürsətdən istifadə 
edərək, dənizlə uzun məsafəni üzüb, şəhəri mühasirəyə almaqla on il davam edən 
müharibəyə  başlamışdı.  Olimp  allahlarının  köməyi  və  Odisseyin  hiyləgərliyi  ilə 
yunanlar  qalib  gəlib,  qüdrətli  həmin  qüdrətli  bir  dövlətini  tarix  səhnəsindən 
silmişdilər. İki şəxsin sevgisi kütləvi faciəyə səbəb oldu.  
Qadağalar  əsl  məhəbbətə  zərbə  vurduğu  halda,  şəhvətin  böyüməsinə, 
zinakarlığa  elə  bir  ciddi  təsir  göstərə  bilmirdi.  Qədim  Roma  yazıçısı  Apuleyin 
məşhur  «Metamorfozalar»  əsərində  qadınlara  heç  də  laqeyd  olmayan  Lutsi 
cadugərliklə eşşəyə çevrildikdə, insanlar arasında əxlaqsızlığın tüğyan etməsindən, 
eybəcər  şəkillər  almasından  heyrətə  gəlir.  Şekspirin  qələmə  aldığı  italyan  şəhəri 
Veronada  Romeo  və  Cülyettanın  sevgisi  iki  nəsil  arasındakı  ədavətin  qurbanına 
çevrildiyindən, onların çox gənc vaxtı həyatla vidalaşmalarına səbəb oldu.  
Təəssüf ki, dinlər də ali insani hiss olan məhəbbətə çox hallarda bu səhv 
prizmadan baxaraq, onu cəmiyyətin əxlaqını pozan bir cəhət kimi qiymətləndirib, 
ayrı  dinlərə  məxsus  olanların  qarşılıqlı  sevgi  əsasında  nikaha  girmələrinə,  ailə 
qurmalarına  sərt qadağa qoymuşdu. İudaizm dini yəhudilərə başqa dinlərə sitayiş 
edənlərlə yaxınlıq etməyə, ailə qurmağa icazə vermirdi. Bu dinin peyğəmbərləri isə 
məlum  qaydaya  məhəl  qoymurdular.  Abrahamın  misirli  qul  qız  olan  Həcərdən 
(Aqardan)  İsmayıl  adlı  oğlu  olmuşdu.  Moiseyin  özü  Kuşit  və  ya  sudanlı  qadına 
evlənmişdi. Qardaşı Aaron buna narazılığını bildirsə də, Allah öz nökəri Moiseyi 
müdafiə  etmişdi.  Yəhudilərin  fəxr  etdikləri  Ester  Persiya  çarı  Kserksin  kənizi  və 
arvadı  kimi  öz  xalqını  məhv  olmaq  təhlükəsindən  xilas  etmişdi.  Görünür,  dini 
qadağalar, qanunlar əsasən kiçik adamlar, kütlə üçündür, axı adətən xırda balıqlar 
torda  ilişib  qaldıqları  halda,  böyük  balıqlar  onu  yırtıb,  öz  təbii  məkanlarına  çıxa 
bilirlər.  
Xristianlıq daha geniş və dünyaya yayılan bir din olmaqla, nikah və ailə 
barədə belə sərt qaydalardan qaçmağı bacarmışdı, lakin daha uzağa gedərək kilsə 
xadimlərinə  və  rahiblərə  tselibat  –  nikahsızlıq  kimi  qəddar  bir  qaydanı  tətbiq 
etmişdi.  Sonralar  İspaniyada  inkvizisiya  hər  cür  haqsızlıqlar,  əsassız  cəzalar  və 
əslində qətllər təşkil edəndə öz dininə mənsub olanların yəhudi qızları ilə yaxınlıq 
etməsi ittihamına görə hətta böyük istedad sahiblərini təqib etməkdən qalmırdı. XX 
əsrdə natsist Almaniyasında yəhudilərlə intim yaxınlıq barədə daha iyrənc qanunlar 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə