Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə10/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   102

19 
 
Sən  məni  öz  ağan  adlandırdın.  Bu  həqiqətdir  ki,  sən  mənim  qayğıma 
etibar  etdin.  Mən  görürəm  ki,  səni  elmlərə  öyrətməkdə  əbəs  yerə  ciddi  idim,  bu, 
sənə  günahsızlığın,  mənə  isə  azadlığım  hesabına  başa  gəldi.  Səni  sevən  əmin 
düşmənimə  çevrildi  və  qisasını  mənim  üstümə  tökdü.  Mən  ehtirasımı  məmnun 
etməklə  indi  gücümü,  həmçinin  səni  sevməyimi  itirmişəm,  ancaq,  yəqin  ki,  bəzi 
təskinliyə malik olacağam. Mən necə də səfiləm! Mən səni düşünəndə, hətta göz 
yaşları  axıdanda, özümü  daha  çox  təqsirkar  hesab  edirəm.  Sənə  malik olanda isə 
mən  tam  azad  idim.  Mən  fasiləsiz  olaraq  sənin  haqqında  düşünürəm.  Ey  Allah! 
Əgər  mən  mehrab  qarşısında  uzansam,  səndən  xahiş  edəcəyəm  ki,  mənə  yazığın 
gəlsin.  Lakin  Göylər  indiyədək  məndə  yaşayan  ehtirasa  qarşı  amansızdır.  Odun 
üstünü küllər yalnız aldadıcı qaydada örtdü və qeyri-adi mərhəmətdən savayı, heç 
nə  onu  söndürə  bilməz.  Biz  aldadılmış  adamlarıq,  ancaq  heç  nə  Allahdan  gizli 
qalmır.  
Mən  ümid  edirdim  ki,  biz  ayrıldıqdan  sonra  sən  öz  hissiyyatını  dəyişə 
biləcəksən. Aradan yoxa çıxmaq məhəbbətin sərdabəsidir. Mən öyünürəm ki, səni 
bir  daha  görməyəndə  də,  sən  ağlımı  narahat  etməyəndə  də  xatirəmdə 
dincələcəksən.  
Mən səni sevməmişdən əvvəl hər şeyi etdim, lakin onların hamısı əbəs 
oldu.  Sənə  müxalif  olan  hər  şey  uğursuz  oldu.  Mən  sevməyən  adamların 
xoşbəxtliyinə  qibtə  edirəm.  Onlar  necə  də  sakit  və  ruhlarına  görə  necə  də 
yüngüldürlər. Baxmayaraq ki, mən artıq məhəbbət tərəfindən aldadılmıram, ancaq 
sağalmamışam,  bu  qədər  çox  şəraitlərdə  ehtiraslarla  bacarmıram,  bu  yer,  şəxsən 
özüm  və  biabırçılığım  məni  məhv  etməyə  yönəlmişdir.  Digərləri  ilə  müqayisədə 
bizə fəlsəfə böyük fayda verə bilər.  
Məhəbbət necə də bir əziyyətdir. Bizim üçün necə böyük bir xoşbəxtlik 
olardı  ki,  bizim  alçaldılmamız  və  göz  yaşlarımız  tövbəmizə  əminlik  versin. 
Könüldən  həzz  sevgisi  qeyri-adi  cəhdlərdən  savayı  heç  nə  ilə  silinmir.  Mən 
bilmirəm  ki,  bu  necə  baş  verdi  ki,  sevən  adam  üçün  daim  ağlamaq  bir  həzzə 
çevrilir. Allahın məhəbbəti başlanğıcında öz yaratdıqları məxluqların məhəbbətini 
heç də bütünlüklə yoxa çıxarmır.  
Faydasız  şərəf,  əziyyət  verən  var-dövlət  heç  vaxt  məni 
şirnikləndirməmişdir.  Lakin  həmin  lətafətləri,  o  gözəlliyi,  o  havanı  ki,  mən  bu 
məsafədə  hiss  edirəm,  onlar  mənim  məğlubiyyətimə  səbəb  olur.  Sənin  baxışların 
mənim  təqsirimin  başlanğıcı  idi,  sənin  gözlərin,  sənin  mülahizələrin  ürəyimi 
parçalayırdı. Bizi müdafiə etməyə çalışan ambitsiyanın və şərəfin əksinə, məhəbbət 
tezliklə  ağa  oldu.  Allah  buna  görə  məni  cəzalandırdı,  məni  tərk  etdi.  Sən  artıq 
dünyanınkı  deyilsən,  sən  ondan  imtina  etdin.  Sən  mənim  dindarlığımı  körpəlik 
vəziyyətində məhv edəcəksənmi? Mən öz andlarımdan imtina etməliyəmmi? Mən 
onları Allahın qarşısında and içmişəm. Mənim  məhəbbətim  məni əhatə edənlərin 
xoşbəxt laqeydliyi qarşısında gur yanır və ürəyim sənə və özümə məxsus kədərlər 
ilə tikə-tikə olana bənzəyir. Mən bu zəifliyimi sənə etiraf etməyə borclu deyiləm. 
Mən hiss edirəm ki, səhv etmişəm. Əgər mən öz zəifliyimi məhəbbət şərqilərində 
və şeirlərdə dərc etdirsəm, bu binanın qaranlıq zirzəmiləri möminliyin üzə çıxması 


20 
 
xüsusiyyətini ən azı gizlətməyəcəkdirmi? Mən meyl və borc arasında daim gedən 
mübarizəni hiss edirəm.  
Mən  səfil  günahkaram,  hakimim  qarşısında  uzanıram.  Üzümü  yerə 
dayamışam, göz yaşlarım torpağa qatışıb.  
Gəl,  əgər  sən  bunu  yararlı  sayırsansa,  müqəddəs  adətinlə  özünü 
Allahımla mənim aramı sox və bizi ayıran sədd ol.  
Mən səni özünün bütün andlarından və öhdəliklərindən azad edirəm.  
Öz ləyaqətini adamlara və mələklərə layiq olan tamaşaya döndər.  
Günahkarların  qədəhi  şirinliyi  vəsf  etməklə  dolub  daşır  və  biz  onun 
dadını  bilməyə  meyl  edirik.  Həm  də  bunu  ilk  dəfə  sənə  verdiyimə  görə  məni 
qorxaqlıqda qınama.  
Kilsə bizim bədbəxtliyimizə qısqancdır.  
Göylər  Eloizanı  unutmağı,  onu  bir  daha  görməməyi  Abelyardan  tələb 
edir. sən məni, hətta bir ideya kimi də unut.  
Məhəbbət, əminlikdən çox etibarsızlığa malikdir.  
Mən necə rahat ola bilərəm ki, sənin dinmədiyini görürəm, mənim təhqir 
olunmağımdan sonra artıq sən dünyada hansısa bir məmnunluq gözləməkdə davam 
etməyəcəksən və sən bir daha ona qayıtmayacaqsan.  
Lakin  mən  hələ  də  şübhələnməkdəyəm.  Mən  təxəyyül  edirdim  ki, 
qadınlar  andların  zərurətinin  məcburiyyəti  olmadan  öz  möhkəm  qərarlarını 
verməyə  qadir  deyillər.  Din  və  möminlik  sənin  daş  qəfəsinin  və  divarlarının 
ətrafında möhkəm mühafizə qurmuşdur. Mən hər gün titrəyirəm ki, özünü qurban 
verməyə  səni  inandırdım.  Mən  bunu  xatırlamağa  cəsarət  etmədən,  əvvəllər  heç 
vaxt görmədiyim səndəki gözəlliyin parlaqlığına heyran olmuşdum, vurulmuşdum. 
Mən səni öz təqsirimə görə rahibə olmağını cinayətkar bir rüşvətlə yoluna qoydum
bu da, əslində, səni dəfn etməyi satın almaqdır. Monastırı açıq etiraf etmək rüşvət 
verməyə  bənzəyir  və  mənim  niyyətlərim  səndən,  onların  bütün  şübhələri  və 
iyrəncliyi  ilə  birlikdə  gizlədildi.  Mən  hər  yerdə  sənin  arxanca  getməyi  qərara 
aldım. Mənim kölgəm daim sənin addımlarını izləyəcəkdir.  
Ancaq  Göylərə  minnətdaram  ki,  sən  andlar  içməyi  qərara  aldın.  Mən 
səni  mehrabın  yanınadək  müşayiət  etdim  və  sən  müqəddəs  süfrəni  tutmaq  üçün 
əlini  uzadanda  sənin  həmin  məhvedici  sözlərini  aydınca  eşitdim.  Sən  mənim 
təxəyyülümdə işıq və dəyişilən bir məxluq idin.  
Mən  sənin  gözlərini,  hər  hərəkətini,  sənin  havanı  müşahidə  etdim.  Hər 
şeydən  titrədim.  Sən  adamın  öz  mənafeyi  naminə  olan  bir  davranışını  satqınlıq, 
xəyanət və qətl adlandıra bilərsən. Məhəbbət nifrət etməyə elə oxşardır ki, ən ciddi 
mənfur münasibəti və qəzəbi də doğurur. 
Mənim məhəbbətimə nəhayətsiz layiq olduğunu gördükdə güman etdim 
ki,  səni  artıq  sevə  bilmərəm.  Mən  sənə  özümün  vurğunluq  əlamətlərimi 
göstərməklə,  səni  tərk  etməyin  vaxtı  çatdığını  düşündüm.  Mənim  qısqanclığım 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə