Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə100/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   94   95   96   97   98   99   100   101   102

226 
 
etdim. Mənim bütün həyatım uzun müddətli xüsusi komandanlıqdan başqa bir şey 
deyildir.  İndi  yeni  və  pretsedenti  olmayan  bir  hədə  özünü  respublikaya  təhlükə 
törətmək üçün göstərir. Bu təhlükəni qarşılamaq üçün yeni və pretsedenti olmayan 
səlahiyyətlərə malik bir vəzifə haqlı olaraq təklif olunur. Kim öz çiynini bu yükün 
altına versə, bütün dərəcələrdən və bütün siniflərdən olan dəstəyə malik olmalıdır. 
Çünki  böyük  bir  adama  təklif  olunan  belə  böyük  hakimiyyətə,  həm  də  ona 
göstərilən böyük bir etimadın olması daxildir. Mən bunları bəyan etməklə özümün 
namizəd  göstərilməyimə  razılıq  verməyəcəyəm.  Böyük  Pompey  xüsusi 
komandanlığa tam malik olmuşdur. Bu gün mən ictimai vəzifədən imtina edirəm 
və  o  vaxta  qədər  şəhərdən  istirahətə  gedirəm  ki,  torpağı  məndən  əvvəlki 
əcdadlarım kimi becərim.»  
Qabini  rostranın  qabağına  çıxıb,  –  bu  vaxt  Pompey  orada  sakit 
vəziyyətdə dayanmışdı,  – dedi:  «Buna icazə  verilə bilməz!  Böyük  Pompey  təkcə 
özü üçün deyil, Roma üçün doğulmuşdur!» 
 
 
Krassın ambisiyası 
 
Sonrakı iki həftə ərzində Romada yeganə başlıca mövzu dəniz quldurları 
barəsində  idi.  Qabini  və  Korneli  haqqında  deyirdilər  ki,  onlar  «rostra  üzərində 
yaşayırlar»,  çünki  hər  gün  xalq  qarşısında  dəniz  quldurlarının  təhlükəsi  barədə 
söhbət açır, çox sayda şahidlər göstərirdilər. Dəhşətli əhvalatlar barədə danışmaq 
onların  ixtisası  idi.  Misal  üçün,  dəniz  quldurlarının  əsirliyində  olmuşlardan  biri 
bəyan edirdi ki, o, Roma vətəndaşı idi, guya onu həbs edənlər qorxduqlarını bildirir 
və bağışlanmalarını xahiş edirdilər.  
Tsitseron  özü  rostradan  danışmamışdı.  Pompeyin  Alban  dağlarındakı 
malikanəsindəki  evindən  hər  gün  yeni  xəbərlər  gəlirdi.  Bizim  yeni  Tsintsinnat 
vaxtının  çoxunu  yer  şumlamaqla  keçirirdi.  (B.e.ə.  V  əsrin  gökəmli  hərbi  xadimi 
Tsintsinnat  Vatikanda  4  yugerlik  (1  hektarlıq)  sahəsini  şumlayıb  becərirdi, 
müharibə  başlayan  kimi  onu  hərbi  diktator  seçib,  baş  komandan  təyin  edirdilər. 
Müharibəni  qələbə  ilə  başa  vurub,  yenə  özünün  sadə  əkinçi  əməyinə  qayıdırdı.) 
Ona  görə  də  Tsitseron  Pompey  barəsindəki  öz  müşahidəsini  istehza  qaydasında 
belə qiymətləndirirdi. 
Senatorlar  danışıq  aparmaq  üçün  Pompeyi  dəvət  etmək  istəyirdilər. 
Krass yarım düjün senatoru götürüb, Pompeyin düşərgəsinə gəldi. Aristokratların 
əksəriyyəti  daha  çox  qorxduqları  adam  kimi  ona  dəstək  verirdilər.  Krassa  görə, 
Pompeyin  üstünlüyü  küçə  kütləsi  arasındakı  populyarlığı  idi.  Tsitseron  Krassla 
Pompey  haqqında  deyirdi  ki,  «onlar  bir-birinin  başına  dolanan  iki  əqrəbə 
bənzəyirlər. Heç biri açıq şəkildə qalib gələ bilməz, həm də hər biri digərini öldürə 
bilər».  
Krass  Tsitseronun  evinə  gələndə  dedi:  «Sənin  çox  yaxşı  evin  vardır, 
kiçikdir, ancaq  rahatdır». Tsitseron  cavab  verdi:  «Əgər bu  ev od tutub  yansa, sən 
onu ilk bilən olacaqsan». Krass əlavə etdi ki, «Sən iri mülkiyyətə sahib olmalısan!» 
Sonra  mövzunu  dəyişib  bildirdi  ki,  komandanız  olduqca  böyükdür,  buradakı  bir 


227 
 
otaq iki adam üçün kifayətdir. Sonra o, əsas siyasi məsələyə keçdi. Qney Pompey 
qoy  Şərqi  götürsün  və  mən  Qərbi  götürərəm.  Yaxud  Pomey  dənizdə,  mən  isə 
quruda  vuruşacağam.  Yaxud  da  əskinə.  Mən  qərar  verə  bilmirəm.  Bizim 
aramızdakı məsələnin mahiyyəti ondan ibarətdir ki, biz dünyanı idarə edə bilərik. 
Sən isə bizi birləşdirən körpü ola bilərsən».  
Krass  əlavə  etdi  ki,  «Mən  hər  bir  adamın  istəyə  biləcəyi  bütöv  var-
dövlətə malikəm, lakin bunun özü yalnız dar məna verir və özlüyündə heç də son 
deyildir. Sən mənə deyə bilərsənmi ki, xalq kiməsə, o, varlı olduğuna görə heykəl 
ucaltmışdır? Yeganə daim davam edən şərəf səhifə üzərindədir, – mən heç də şair 
deyiləm, – və ya döyüş meydanındadır».  
Tsitseron  insan  təbiəti  haqqında  öz  düşüncəsini  bir  dəfə  belə  ifadə 
etmişdi: «Doğulandan uşaq kimi qanmağa məhkum olmuş adam öz qarşısında nə 
baş  verəcəyini  anlamamaq  vəziyyətindədir».  Lakin  Krassın  Tsitseronun  yadına 
saldığı kimi, kübarlar bir neçə ay sonra qisas almağa qalxa bilərlər, məhz belə bir 
vaxtda  Tiberi  Qrakx  (Qay  Qrakxın  böyük  qardaşı,  vətəndaşların  tuta  biləcəkləri 
ictimai  torpaqların  azaldılması  hesabına  kəndli  fermerlərə  paylanmasını  təklif 
etdiyinə  görə  aristokratlar  ona  düşmən  kəsilmişdi  və  b.  e.  ə.  133-cü  ildə 
əleyhdarlarının  qaldırdığı  buntda  30  yaşında  vəhşicəsinə  öldürüldü.  Onun  kiçik 
qardaşı  Qay  isə  Tiberinin  aqrar  qanununu  yenidən  irəli  sürdüyünə  və  latınlıların 
vətəndaşlığının genişləndirilməsini tələb eydiyinə gorə müxalif fraksiyalar arasında 
bunt  qalxanda,  b.  e.  ə.  121-ci  ildə  32  yaşında  özünü  intihar  etdi.)  tribun  olduğu 
halda, Fides məbədində mühasirəyə alınaraq, nizə və çomaqla ölənə qədər döyüldü 
və  onun  bədəni  Tibrə  atıldı.  «Əgər  Krass  Tiberi  Qrakxın  kabusunu  çağırmaq 
istəyirsə, o, buna nail olacaqdır». 
Pompeyin  pərəstişkarı  Qabini  bəyan  etdi  ki,  «Xalq  bütünlüklə  ali 
komandan  arzu  edirsə, onlar  bu  vəzifənin  Pompeyə  verilməsini  istəyirlər.»  Bu  da 
bir fakt idi ki, Krassın pul kisəsi o qədər dərin idi ki, iki tribunu satın ala bilərdi və 
onlara öz iradələri ilə hərəkət etməyə icazə verməzdi.  
 
 
Pompeyin uğurlarının şişirdilməsi. Tsitseronun pretorluğu 
 
Terentsiya  Pompey  barədə  daha  düzgün  rəy  söyləyirdi  və  Tsitseron 
arvadının  dedikləri  ilə  razılaşmaq  məcburiyyətində  qalmışdı.  Belə  ki,  Pompeyin 
qələbələrini  dillərə düşmüş sürəti barədə müəyyən  şübhələr  var  idi.  Elə bil ki,  o, 
dəniz quldurlarını xalça kimi büküb, məhv etmişdi. Pompeyin dənizdə və quruda 
keçirdiyi nəhəng döyüşlərdə 10 min adam öldürmüş və 4 yüz gəmi məhv etmişdi. 
Digər 12 min nəfər isə əsir götürülmüşdü. Söhbət onların çarmıxa çəkilməsindən 
gedirdi, heç şübhə yox idi ki, bunu Pompey yox, Krass etmişdi. Pompey göstəriş 
vermişdi  ki,  dəniz  quldurları  öz  arvadları  və  ailə  üzvləri  ilə  birlikdə  ölkənin 
içərilərində,  Yunanıstanın  və  Kiçik  Asiyanın  əhalisi  azalan  kiçik  şəhərlərində 
məskunlaşdırılsınlar.  Bunların  hamısı  Senatın  rəyi  soruşulmadan  edilmişdi. 
Tsitseron öz patronunun fantastik proqressinə qarışıq bir hisslə yanaşırdı. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə