Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə101/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   94   95   96   97   98   99   100   101   102

228 
 
Vuruşan  adi  adamların  yoxsulluğunu  Qabini,  onların  aristokrat 
komandanları  olan  Lukullun  nəhəng  var-dövlət  toplamasının  nəticəsi  olduğunu 
deyirdi.  Bu  komandan  kampaniyadan  o  qədər  çox  qarət  malı  götürmüşdü  ki, 
onlardan Roma qapılarından kənarda bütöv təpə düzəltmək və orada böyük saray 
tikmək olardı ki, bütün dövlət otaqları allahlardan sonra onun adı ilə adlansın.  
Kvint  isə  Pompeyi  «komandan  kimi  fövqəlbəşər  dahisi»  hesab  edirdi. 
Pompeyin  uğurlarını  cəmləşdirərək  o, bir parlaq şüar  irəli  sürmüşdü:  «bir qanun, 
bir adam, bir il».  
Qabiniyə görə isə Pompeydən başqa heç kəs dəniz quldurlarını məğlub 
edə  bilməzdi.  Pompey,  nəhayət,  artıq  Şərqdəki  Roma  qüvvələrini  bütünlüklə  öz 
əlində cəmləşdirmişdi.  
Pretorluq  vəzifəsinin  icrasına  başlayan  Tsitseronun  vəziyyətində  bu  iş 
müəyyən  bir  dəyişiklik  əmələ  gətirmişdi,  ev  istisna  olmaqla,  hər  yerdə  onu 
mühafizə üçün 6 liktor müşayiət edirdi. Pretor kimi Tsitseron yaxşı ailələrdən olan 
şagirdlərə qanunu öyrətmək üçün imkanın mövcud olmasını gözləyirdi və mayda 
Senat  buraxıldıqdan  sonra  16  yaşlılar  onun  otağına  toplaşırdılar.  Artıq  Tsitseron 
bilavasitə konsulluğun özü üçün də seçkiyə hazırlaşırdı. Bir neçə gündən sonra elə 
şeylər baş verdi ki, onlar Tsitseronun taleyində və bütövlükdə dövlətin gələcəyində 
dəyişikliklər etməli idi.  
Piy  adlı  bir  adam  Tsitseronla  əllə  salamlaşmadan,  heç  bir  dəvəti  belə 
olmadan  oturub,  müqəddiməsiz  şəkildə  ona  dedi  ki,  «Pretor,  mən  sizinlə  Serci 
Katilina barədə söhbət etmək istəyirəm». Tsitseron bu adı eşidəndə diksindi, çünki 
Katilina  onun  uzaq  əmisi  oğluna  işgəncə  vermişdi.  Populist  siyasətçi  olan 
Qratidianın  ayaqlarını  qırmış,  gözlərini  və  dişini  dartıb  çıxarmışdı.  Dəlisov 
zorakılıq Katilinadan başlayırdı, onun beyninin ətrafındakı işıqlanmaya bənzəyirdi. 
Katilina ən təcrübəli qatillərdən biri idi. O, çəkic və bıçaqla adamları öldürür, qətlə 
yetirilənlərin malikanələrinin satışından xeyli miqdarda pul mənimsəyirdi, həm də 
inkar  olunmayan  bir  xarizmaya  malik  idi,  öz  vəhşiliyi  ilə  istənilən  adama  hücum 
edirdi.  
Katilina  həmçinin  seksual  cəhətdən  pozğun  idi.  Yeddi  il  əvvəl  Vestal 
bakirə  qızla  cinsi  əlaqədə  olduğuna  görə  ittiham  edilmişdi.  Bu  qız  faktiki  olaraq 
Tsitseronun  arvadı  Terentsiyanın  ögey  bacısı  Fabia  idi,  vaxtilə  senatora  böyük 
maddi  yardım  göstərmişdi.  Bu,  çox  ağır  cinayət  idi,  özü  də  təkcə  Katilina  üçün 
yox,  həm  də  təcavüzə  məruz  qalmış  qız  üçün.  Əgər  bu  qız  da  təqsirkar  hesab 
edilsə,  ənənəvi  olan  cəzadan  əzab  çəkməli  idi.  Vestal  qız  bəkarəti  qoruyub 
saxlamaq  barədə  öz  müqəddəs  andını  pozsa,  onlar  üçün  olan  kiçik  bir  otaqda 
Sofoklun Antiqonası kimi diri-diri dəfn edilməli idi.  
Lakin  Katulun  başçılıq  etdiyi  aristokratlar  Katilinanın  ətrafında 
fırlanmaqla, ona bəraət verilməsinə nail olmuşdular.  
Piy  deyirdi  ki,  atam  Afrikanın  yarım  əsr  əvvəl  qubernatoru  olandan 
mənim ailəm əyalətdə baş patrondur. Pretor, mən sizə deyim ki, Serci Katilina kimi 
hirsli,  tamahkar  adam  görməmişəm.  O,  əyaləti  bir  başından  o  biri  başınadək 
soymuşdur,  onlara  vergi  qoymuş,  adamları  öldürmüş,  onların  məbəd  xəzinələrini 
oğurlamış,  arvadlarını  və  qızlarını  zorlamışdır.  Piy  sözünə  davam  etdi: 


229 
 
«Təəccüblüdür, mən  deyə bilmərəm ki, sənin hansı bir cəhənnəm olduğunu deyə 
bilim, lakin bu, belədir. Beləliklə, sən bu barədə nə etmək istəyirsən?» 
Tsitseron,  adətən,  kimsə  onu  təhqir  etməyə  cəhd  göstərəndə,  bunu 
olduqca soyuqqanlılıqla qarşılayırdı. O, sadəcə olaraq dedi: «Afrikalılar məsələni 
hazırlamışlarmı?» Piy cavab verdi ki, onlar bunu edəcəklər və Romaya nümayəndə 
heyəti göndərmişlər ki, yararlı bir ittihamçı tapılsın. 
Tsitseron  dedi  ki,  ancaq  Katilina  gələn  il  konsul  seçilməyə  çalışır.  Piy 
sinəsinə vurub qışqırdı: «Konsul? Serci Katilina konsul olmayacaq, nə gələn il, nə 
də  hansısa  bir  il;  şəhərdə  elə  adamlar  olmalıdır  ki,  onu  ölənə  qədər  ədalət 
məhkəməsinə gətirə bilsin. Mən o qədər dəli deyiləm ki, Romada necə döyüşmək 
lazım olduğunu yaddan çıxarım. Pretor, sən əmin ol, təqvimində kifayət qədər vaxt 
keçdikdən sonra baş verəcək hadisəni eşidəcəksən». 
Piy  ona  dedi  ki,  gərək  quşbeyin  olasan  ki,  sənə  qarşı  ittiham  irəli 
sürüləndə,  qanunsuz  olaraq  seçilməyə  can  atasan.  Mən  öz  ömrüm  boyu  onunla 
mübarizə  aparacağam.  Piy  öz  sözünün  üstündə  durub,  keçmiş  qubernatorun 
fəaliyyətinin yoxlanılması barədə Senata qətnamə təklif etdi. Heç kəs belə təhlükəli 
opponentlə çox riskli olan bir mübarizəyə girməzdi. Çünki nəzərə almalı idi ki, bir 
gecə Tibrdə üzü aşağı üzmək kimi arzu olunmayan vəziyyətə düşə bilər.  
 
 
Tsitseronun Katilinaya qarqı oyunu 
 
Pretor  müddəti  bitdikdə  Tsitseron  bir  illiyə  xaricə  göndərildi  ki,  orada 
əyalət  qubernatoru  işləsin.  Kilikiyada  qubernatoru  vəzifəsini  icra  etmək  üçün  o, 
Kappadokiyaya yollandı.  
Bu  vaxt  Romada  da  mühüm  hadisələr  baş  verirdi.  Konsul  kimi  Qney 
Pompeyin ilk hərəkəti tribunların veto hüququnu bərpa etməsi idi. 
Tsitseron isə gələcəkdə qorxulu rəqib, əslində, düşmən olan Katilina ilə 
qarşı-qarşıya  gələcəkdi.  Katilinanın  bədbəxtlikdən  həm  də  xeyli  populyar 
olmasının  səbəbi  soruşulanda,  Tsitseron  bildirmişdi  ki,  təhlükəli  adamlar  daim 
özünə tərəfdarlar dəstəsi cəlb edirlər. Əgər bu küçə camaatı üçün sadə məsələdirsə, 
o  daha  az  təhlükəni  təmsil  edir.  Bu,  bir  faktdır  ki,  Katilina  həmçinin  geniş 
aristokrat dəstəyinə malikdir.  
Katilina barədəki Afrika ilə əlaqədar olan məsələ hələ də öz mənfi və ya 
müsbət  həllini  tapmamışdı.  Nəhayət,  konsul  Klodi  Pulxer  öz  qərarını  açıqladı: 
«Mən  Publi  Klodi  Pulxer,  konsul  Appi  Klavdi  Pulxerin  oğlu,  birbaşa  xətt  üzrə 
səkkiz nəsildə konsulların nəvəsi olmaqla, bu səhər belə qərara gəldim ki, əvvəllər 
Afrikada etdiyi cinayətlərə görə Serci Katilinaya qarşı məhkəmədə iddia qaldırım». 
«Mənim əcdadlarım və allahlar bu əməlimə xeyir-dua verəcəklər və onu bəhrəli bir 
nəticəyə gətirəcəklər».  
Tsitseron özünü mütləq qaydada inandırmışdı ki, bu vaxt o, Katilina ilə 
konsulluq üstündə mübarizə aparacaqdır. O bilirdi ki, iyun ayına qədər Katilinanın 
işinə  baxılması  şansı  yoxdur  və  bu,  onun  həmin  ili  konsul  seçilməyə  namizəd 
olmasını mümkünsüz edir.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə