Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə15/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   11   12   13   14   15   16   17   18   ...   102

29 
 
Mən oyanır, Abelyarı görmək üçün gözlərimi açıram, qollarımı uzadıram 
ki, onu qucaqlayım, ancaq o, burada yoxdur. Mən qışqırıram, lakin o, məni eşitmir. 
Abelyar,  bəs  sən  Eloizanı  yuxuda  görürsənmi?  O,  sənə  necə  yaxınlaşır?  Bağışla 
məni,  Abelyar,  səhv  edən  məşuqəni  bağışla.  Sən,  Abelyar  öz  kursunu  bitirməklə 
xoşbəxt  olacaqsan,  sənin  arzuların  və  ambitsiyaların  öz  xilası  üçün  heç  bir 
maneəyə  malik  olmayacaqdır.  Lakin  Eloiza  ağlamalıdır,  o,  bütün  göz  yaşlarının 
hətta  özünün  də  xilası  üçün  faydalı  olmasına  əmin  olmadığından  həmişə 
şikayətlənməlidir.  
Mən  inanmağa  başlayıram  ki,  sənə  yazanda  olduqca  çox  ləzzət  alıram. 
Mən  bu  məktubu  yandırmağa  borcluyam.  Bu,  onu  göstərir  ki,  mən  hələ  də  sənə 
dərin  ehtiras  hiss  edirəm,  baxmayaraq  ki,  başlanğıcda  sən  məni  əks  olana 
inandırmağa  cəhd  edirdin.  Mən  mərhəmət  və  ehtiras  dalğalarını  hiss  edirəm  və 
dönürəm ki, hər ikisinə tabe olum. Abelyar, məni gətirib çıxardığın şəraitdə mənə 
yazığın gəlsin, mənim son günlərimi  müəyyən  ölçüdə sakitləşdirməyə çalış, necə 
ki, mənim ilkin dövrdəki həyatım asan olmamaqla yanaşı, həm də narahat idi.  
 
 
V məktub. Abelyardan Eloizaya 
 
Eloiza, daha mənə məktub yazma. Biz dünyadan ayrılmışıq ki, özümüzü 
mənən  təmizləyək,  təmizə  çıxaraq.  Xristian  mənəviyyatına  birbaşa  zidd  olan 
hərəkət  etməklə  biz  İisus  Xrist  üçün  iyrənc  adama  çevrilmişik.  Gəl,  bir  daha 
özümüzü keçmiş həzzlərimizlə aldatmayaq, biz ancaq öz həyatımızı narahat etdik 
və tənhalığın şirinliyini pozduq. Qoy biz öz səbirliliyimizdən yaxşı istifadə edək və 
cəzamızın  ciddiliyi  arasında  artıq  öz  cinayətlərimizi  xatırlamayaq.  Allah  bizim 
subyektimiz  olduğu  halda,  heç  vaxt  özümüzü  elə  böyük  yüksəkliyə  qaldıra 
bilmərik. Qoy biz onun yaratdıqlarından və ya özümüzdən asılı olmayaraq, Allahın 
şərəfi naminə hərəkət edək, bizim digər arzularımıza və ya digərlərinin rəyinə heç 
bir  əhəmiyyət  verməyək.  Mən  səni  dua  etməyə,  meditasiyaya,  zəhmətlə  məşğul 
olmağa  və  dinməz  dayanmaq  barədə  içdiyin  andları  yerinə  yetirməyə 
istiqamətləndirəcəyəm. Və mən özüm də dua edəcək və dinməz qalacağam.  
Eloiza, sənin  ürəyin  hələ  də  söndürə  bilmədiyin  məhvedici  alovla  yanır 
və  mənimki  də  narahatlıq  və  qaydasızlıq  ilə  doludur.  Mən  axırıncı  dəfə  sənə  öz 
ürəyimi açdım, həmçinin sənin kədərinə hissiyyatlı olaraq qalıram və uzun müddət 
onlara şərik olacağam. Sənin məktubların məni çox kədərləndirdi. Mən ah çəkir və 
ağlayıram.  Bədbəxt  Eloiza,  bu,  Abelyar  üçün  səfil  şəraitdir.  Mən  bizim 
bədbəxtliklərimizi  Qəzavü-qədərin  günahlarımızı  cəzalandırmaq  üçün  gizli 
layihəsi hesab edirəm və Fulbertə yalnız ilahi intiqamın aləti kimi baxıram.  
Ancaq  Eloiza,  sən  məni  titrəməyə  sövq  etdin,  məktubların  mənə  bəyan 
edir  ki,  sən  insan  sevgisinə  qul  olmusan  və  həm  də,  əgər  sən  ona  qalib  gələ 
bilməsən, sən xilas ola bilməyəcəksən. Sonda sən bu məhkəmədə mənim hansı rolu 


30 
 
oynamağımı nəzərdə tutursan? Qoy biz öz qərarlarımızda daha möhkəm olaq. Qoy 
biz özümüzü bütöv ürəyimizlə Allaha həsr edək. 
Mən  bilirəm  ki,  başlanğıcda  hər  şey  çətindir,  lakin  böyük  hərəkəti 
cəsarətlə başlamaq şərəfdir. Biz bu hesabdan bütün maneələri igidliklə keçməliyik. 
Heç  kəs  Allahın  boyunduruğunu  layiqincə  daşımağa  heç  də  uzun  müddət  davam 
gətirə  bilməz.  Sənin  canını  sarıyan  həmin  biabırçı  zəncirləri  qırmağa  cəhd  et, 
özünü təzə zəncirlə bağla ki, mərhəmətin köməyi ilə sən xoşbəxt ola bilərsən. Əgər 
sənin  birinci  cəhdlərin  zəifliyini  göstərsə,  ümidsizliyə  qapılma,  buna  görə  sən 
qorxaq  ola  bilərsən.  Dəhşətli  düşmənə  qalib  gəlmək,  həm  də  qəzəb  alovunu 
söndürmək üçün mübarizə apar.  
Sən  öz  arzularına  qarşı  döyüşməlisən  ki,  pozulan  təbiətinin  ağırlığının 
təzyiqi  altına  düşməyəsən.  Həyatımız  azmağın  təsirinə  məruz  qalanda  biz  bir 
böyük müqəddəs adamın «İnsan həyatı uzun şəkildəki azmaqdır» – dediyini etdik. 
Heç  vaxt  yatmayan  şeytan  bizi  təəccübləndirmək  üçün  daim  ətrafımızda,  özü  də 
bəzi mühafizə olunmayan tərəfimizdə dolaşır və könlümüzü məhv etmək üçün ona 
daxil olur. Şirniklənməyə məruz qaldıqda biz qorxuruq, bu vaxt digər başqası bizə 
hücum  çəkir.  Biz  əbəs  qaydada  özümüzü  tərifləyirik  ki,  uçmaqla  şirniklənməyə 
qalib gələcəyik. Əgər biz səbirli və itaətkar olmadan birləşsək, biz özümüzə heç bir 
səbəb olmadan əzab verəcəyik.  
Eloiza,  dəyişilən  olma  və  Allaha  inanc  gətir,  yoxsa  sən  yeni 
şirniklənmələrə  düşə  bilərsən.  Onlar  gələndə,  lap  başlanma  anında  onları  boğ  – 
qoyma sənin ürəyində kök salsın. Qədim insan deyirdi: «Xəstəliyə qarşı dərmanları 
qəbul  elə».  Azmağın  özü  də  dərəcələrə  malikdir,  onlar  əvvəlcə  sadəcə 
düşüncələrdir  və  heç  də  təhlükə  kimi  meydana  çıxmır.  Təxəyyül  onları  heç  bir 
qorxu  olmadan  qəbul  edir,  həzz  yüksəlir.  Onda  biz  dayanır  və  axırda  ona  tabe 
oluruq.  
Eloiza, indi sənin müqəddəs olanların addımları ilə addımlamağın barədə 
mənim  sözlərimlə  razılaşırsanmı?  Sözlərim  peşmançılıq  üçün  sənə  xoş  gəldimi? 
Mən  öz  dualarımda  sənə  zəmanət  verməyi  heç  vaxt  dayandırmayacağam  və 
Allahdan  xahiş edəcəyəm  ki,  sənin  bir  müqəddəs kimi  ölməyin barədəki istəyinə 
köməklik  göstərsin.  Sən  dünya  ilə  xudahafizləşmisən  və  sənin  ora 
götürülməyindən ötəri hansı şey layiq olacaqdır? Gözlərini daim Ona tərəf qaldır, 
sənin  qalan  günlərin  Ona  həsr  olunacaqdır.  Saray  peyğəmbəri  demişdir:  «Allah, 
məni öz zərurətlərimdən qoru». Bədbəxt olanlardan çoxu nə vəziyyətdə olduğunu 
bilmir.  Öz  səfilliklərini  bilənlər  daha  artıq  bədbəxtdirlər  və  həm  də  onlar  öz 
dövrünün  pozğunluğuna  nifrət  edə  bilmirlər.  Özlərini  Yerə  aid  olan  meyllərə 
bağlayanlar necə də səfehdirlər! Onlar bir gün aldadılmayan olacaqlar. Belə saxta 
şeyləri  sevməyə  görə  onlar  özlərini  çox  gec  məzəmmət  etdiklərindən  hali 
olacaqlar.  Əsl  mömin  adamlar  belə  səhv  etmirlər,  onlar  belə  hiss  həzzlərindən 
azaddırlar və öz arzularını Göylərə ünvanlayırlar.  
Eloiza, sən ləngimədən hərəkət et, sənin öz xilasın üçün işləməkdən ötəri 
kifayət qədər vaxtın vardır. Xristi sev və Onun naminə özündən zəhlən getsin. O, 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə