Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə19/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   102

37 
 
Megginin  bütün  qalan  ömrü  qədər  yaşayacaqdı.  Ona  görə  də  gedəndə  onun 
gözlərindən kədər yağırdı.  
Dünyada ikicə yer var idi ki, Allah qarşısında Ralf Meggiyə məxsus idi – 
bu,  kurort  adası  və  Droqheda  idi.  Lakin  Megginin  başqa  imkanları  da  meydana 
gəlmişdi.  Ona  Ralfla  yaxınlıqdan  hamilə  olduğu  məlum  olduqda,  Lyukun  yanına 
getdi ki, son dəfə onunla yatsın ki, uşağın ərindən olmadığına şübhə yaranmasın. 
O, düşündüyünə də nail oldu və Droqhedaya qayıtdı. Orada o, oğlan uşağı doğdu 
və adını Den qoydu. Uşaq hər şeydə Ralfa oxşayırdı.  
Romada  isə  vəziyyət  ürəkaçan  deyildi.  İl  Duçenin  qara  köynəkliləri 
küçələrdə  ağalıq  edirdi.  Qarşıda  çətin  dövrün  olacağını  Ralfı  əhatə  edən  din 
xadimləri  hiss  edirdilər.  Hitler  1939-cu  ilin  sentyabrında  Polşaya  müdaxilə  etdi. 
Bir  qədər  sonra  İkinci  Dünya  müharibəsi  başlandı.  Avstraliyalılar  da  bu 
müharibədə  Müttəfiqlər  tərəfdə  iştirak  edirdilər.  Megginin  iki  qardaşı  Afrikanın 
şimalındakı  İkinci  Alameyn  döyüşündə  almanlara  qarşı  vuruşmuş,  sonra  salamat 
vəziyyətdə  Droqhedaya  qayıtmışdılar.  Nəhayət,  1945-ci  ilin  sentyabrında  altı 
aqoniya  ilindən  sonra  İkinci  Dünya  müharibəsi  başa  çatdı,  on  milyonlarla  adam 
həlak oldu, tarixdə görünməmiş nəhəng sayda ailələr bədbəxt taleyə nəsib oldu.  
Megginin  dünyasının  isə  öz  parametrləri  var  idi.  O  bilirdi  ki,  Ralf 
Allahdan heç vaxt imtina etməyəcəkdir. Den onun oğlu olduğundan Meggi Ralfın 
bir  hissəsini  özündə  saxlamağı  qət  etmişdi.  O,  oğlunu,  bəlkə  özündən  də  çox 
istəyirdi. Qardaş və bacı artıq Sidneydəki məktəbdə oxuyurdular. 
Ralf  katolik  kilsəsinin  mərkəzi  iyerarxiyasına  daxil  olmaqla,  papa 
siyasətini  həyata  keçirirdi,  az  sayda  mühüm  adamlardan  birinə  çevrilmişdi.  O, 
müharibə  nəticəsində  qaçqın  düşmüş  minlərlə  adamın  əcnəbi  ölkələrdə  sığınacaq 
tapmasına  köməklik  göstərmiş,  Avstraliyaya  immiqrasiya  proqramının  həyata 
keçirilməsində  çox  iş  görmüşdü.  O,  qısa  müddətə  Avstraliyaya  gələndə 
Droqhedaya, Meggigilə baş çəkdi. Onu qarşılayan Den və bacısı ilk dəfə kardinalla 
əyani tanış oldular.  
Meggi  ilə  görüşəndə  isə,  onlar  qucaqlaşdılar.  Ralf  Denin  Lyukun  oğlu 
olduğunu  güman  edirdi.  Meggi  də  onda  hansısa  bir  şübhə  oyanmasına  imkan 
vermirdi. Ancaq oğlan kardinalın çox xoşuna gəlmişdi. Megginin artıq 41 yaşı var 
idi və Ralfla onun tanışlığından 30 il keçirdi.  
Meggi Ralfa dedi ki, Droqhedada sən mənimkisən. Söhbətlərinin birində 
isə  qaratikan  quşu  barədə  Kelt  əfsanəsini  sevdiyini  söylədi.  Bu  quş  ürəkdən 
oxuyub,  öldü.  Həyatda  da  hər  kəs  özünün  kiçik  şərqisini  oxuyur,  bununla  da 
başqalarını  inandırmağa  çalışır  ki,  onun  oxuduğu,  dünyada  heç  vaxt  eşidilməmiş 
bir nəğmədir. Biz öz qaratikanımızı yaradırıq və heç vaxt ona görə ödəyəcəyimiz 
haqqın  qiymətini  hesablamağı  dayandırmırıq.  Bütün  edə  bildiklərimizin  hamısı, 
əslində,  ağrı  əzabıdır  və  özümüzə  deyirik  ki,  bu  ağrı  ona  layiq  idi.  Meggi  Ralfa 
dedi ki, bu ağrının nə olduğunu Allahdan soruş, axı ağrı üzərində də hakimiyyəti 
olan odur.  O,  bütöv dünyanı  yaratmışdır, ona görə  də  O, həmçinin  ağrı  paylayır. 
Ralf  da  öz  inamında  şübhələrə  yol  verirdi,  öz  sevinc  mənbəyini  az  qala  sitayişlə 


38 
 
bərabər  olan  hesab  edirdi.  O,  Meggi  ilə  eşqə  dalanda,  onu  Messa  (Katolik 
kilsəsəndə  Allaha  başlıca  ibadət-məqalə  müəllifi)  tək  bir  müqəddəslilik  sehrliliyi 
kimi qəbul edirdi.  
Den  isə  kardinal  Ralfdan  uzaqlaşmırdı,  o,  Droqhedanı  tərk  edəndən 
sonra  bir  gün  anasına  dedi  ki,  keşişdən  başqa,  heç  nə  olmaq  istəmir.  O,  oğlunun 
keşiş olmasını heç cür istəmirdi. Oğlu isə fikrindən dönmədi və dini kollecə daxil 
oldu. Anası yumşalıb, onu kardinal de Brikassarın yanına göndərəcəyini vəd etdi.  
Əri öldükdən sonra onlarda yaşayan Annaya Meggi öz oğlunu itirdiyini 
dedi,  axı  oğlu  keşiş  olmağı  qət  etmişdi.  Sonra  əlavə  etdi  ki,  mən  Ralfı  Allahdan 
oğurlamışdım,  indi  bunun  haqqını  oğlumla  ödəyirəm.  Axı  o,  Ralfa  Den  barədə 
nəsə deməmişdi. Ralf da öz növbəsində Denin onun oğlu olduğunu anlamamışdı. 
Meggi isə oğlunu artıq onun yanına göndərirdi. Anna ona dedi ki, sən Allahların 
necə qısqanc olduqlarından halisənmi? Onlar sənə hələ çox şey edə bilərlər. Meggi 
isə cavab verdi ki, onlar mənə bundan artıq daha nə edə bilərlər? 
Ralf  Romada  Deni  əziz  Megginin  oğlu  olduğuna  görə  özünün  əzizi 
hesab  edirdi,  ancaq  heç  ağlına  da  gəlmirdi  ki,  bu,  onun  öz  oğludur.  Meggi  Ralfa 
məktubunda  oğlu  üçün  məsuliyyəti  onun  üzərinə  qoyduğunu  yazırdı  və  əlavə 
etmişdi  ki,  mən  oğurladığımı  geri  qaytarıram,  bu,  məndən  tələb  olunurdu.  Qoy 
gözün  onun  üstündə  olsun,  o,  birinci  növbədə  mənə  məxsusdur,  indi  onu  sənə 
verirəm.  
Den olduqca mömin gənc idi. Kardinal Ralfa bildirdi ki, Allahın naminə 
ölümlə üzləşməyə, həbs olunmağa, ac qalmağa da razıdır. O, Allahı çox sevməklə 
daim ona xidmət edəcəkdir.  
Avropanı  ilk  dəfə  görən  Den  İtaliyanı  gəzdikdən  sonra  Yunanıstana 
keçdi,  orada  Fermopil  keçidində  bizim  eradan  əvvəl  480-ci  ildə  nəhəng  Persiya 
ordusu ilə vuruşda həlak olmuş 300 spartalının şərəfinə qoyulmuş abidəni ziyarət 
etdi. Spartalılara çar Leonid başçılıq etmişdi. Sonra o, Krit adasına gəldi. Bir gün 
o, Aralıq dənizində çimirdi. Tufan qabağı dənizdə axın xeyli güclənmişdi. Lakin o, 
yaxşı üzgüçü olduğundan, heç bir təşviş hissi keçirmirdi.  
O, dənizdə çimən iki alman qadına ehtiyatlı olmağı qışqırıb desə də, az 
sonra  qadınların  batdığını  gördü.  O,  üzüb  qadınlara  yaxınlaşdı,  onları  xilas  edə 
bilsə  də,  özü  yorulduğundan  dənizdə  batdı.  O,  heç  də  ölmək  istəmirdi,  ancaq 
dəfələrlə  Sahibə  müraciət  edərək,  bildirmişdi  ki,  ağrı  səninkidir,  mən  onu  qəbul 
etməliyəm, Sənin iradənlə mən mübarizə apara bilmərəm. Öləndə qışqırdı: Mənim 
Allahım, artıq mən səninəm! Mən Səni sevirəm! 
Kritlilər  meyitə  baxıb,  artıq  xoşlarına  gəlmiş  bu  oğlanın  ölümünə 
heyifsilənirdilər.  Aktrisa  olan  bacısı  Londondan  Droqhedaya  zəng  vurub,  bəd 
xəbəri  anasına  çatdırdı.  Meggi  bu  xəbəri  eşitdikdə  elə  bil  ki,  dərin  uçuruma 
düşmüşdü,  axı  Den  onun  üçün  hər  şey  idi.  Allahları  gərək  şirnikləndirməyəsən, 
onlar  bunu  sevirlər.  O,  axırda  başa  düşdü  ki,  haqqı  ödəməli  imiş.  Tərslikdən,  bu 
vaxt  Yunanıstanda  inqilab  baş  vermişdi,  bu  ölkə  ilə  əlaqə  saxlamaq  da  çətin  idi. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə