Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə22/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   102

43 
 
xəyanətindən əzab çəkdi və nəhayət, güllələndi. Meggi ilə Ralf atanın oğlu Den əsl 
atasının kim olduğunu bilmədiyi halda, onun nümunəsi əsasında keşiş olmaq istədi 
və gənc yaşlarında iki qadını ölümün pəncəsindən xilas etdikdə öldü.  
Bu sevgi macəralarının iştirakçıları olan qadınlar öz eşqlərinə görə ağır 
surətdə cəzalandılar. Eloiza Abelyardan ayrılmağa və rahibəyə çevrilməyə məcbur 
oldu.  Arturun  anası oğlu  hələ kiçik olanda  həyatdan getdi.  Meggi isə öz dünyası 
hesab etdiyi gənc və nəcib insan olan oğlunu itirməli oldu. Yevripidin «Məhəbbət 
– ağır yükdür» sözləri bu misallarda tamamilə öz əksini tapır. 
Eloiza  və  Meggi  başlarına  gələn  fəlakət  üçün  dini,  xristian  kilsəsini, 
müqəddəs  varlığı  ittiham  etməyə  başladılar.  Allahın  onlara  qarşı  ədalətsizliyinə 
dözməyib, ona itaət etməmək qərarına gəldilər. Eloiza öz səhvlərini etiraf etməklə 
yanaşı,  birbaşa  Allahı  da onun səhvlərinə  və  niyyətinə  görə ittiham  etməkdən də 
çəkinmədi.  Abelyarın  onu  Allaha,  İisusa  itaətə  səsləməsinə  baxmayaraq,  Eloiza 
özünə qarşı edilən qəddarlıqla barışmadığını bildirdi.  
Montanelli  ingilis  ərli  qadından  olan  oğlu  Arturu  çox  sevirdi,  Ralfdan 
fərqli olaraq, belə oğlu olması ona əvvəldən məlum idi və onu təhlükədən qorumaq 
istəyirdi.  Lakin  bu  istək  tam  diametral  əks  nəticə  verdi.  Artur  atası  olan  sevimli 
müəlliminə  –  çünki  onun  özünün  atası  olduğunu  hələ  bilmirdi,  –  gizli  mübarizə 
təşkilatında olduğunu  demişdi.  Montanellinin  təklifi  ilə o,  kilsədə  tövbə  edərkən, 
ehtiyatsızlıq edib təşkilatın rəhbərinin adını çəkmişdi. Az keçməmiş Artur Berton 
və  Covanni  Bolla  həbs  edildilər.  Həbsdən  buraxılan  Artur  öz  günahını  anladı  və 
həm  də  əsl  atasının  Montanelli  olduğu  ona  məlum  oldu.  Artur  xəcalətdən  özünü 
intihar  etməsi  səhnəsi  düzəltdi  və  Cənubi  Amerikaya  qaçdı.  Min  cür  əzablarla 
üzləşdikdən sonra o, yenidən İtaliyaya qayıtdı və mübarizəyə qoşuldu. O, atasına 
və onun arxalandığı kilsəyə nifrət etməyə başladı. Son anda o, atası qarşısında ya 
dini,  ya  da  doğma  oğlunu seçmək  tələbini  qoydu.  Keşiş  oğlunun ölüm  variantını 
seçdi. Artur güllələndi. Bir neçə gün sonra dəli olan Montanelli də həyatdan getdi. 
Məhəbbətlərinə  görə  bədbəxtliyə  düçar  olmuş  divanələrin  taleyinə, 
qədimdə  və  indi  yaşamalarından  asılı  olmayaraq,  həqiqətən  də  adamın  yazığı 
gəlməyə  bilmir.  Axı  onlar  öz  saf  hissləri  ilə  kimə  pisllik  etmişlər  və  ya  öz 
hərəkətləri  ilə  cəmiyyətə  hansə  xətər  toxundurmuşlar?  Din  niyə  sevənlərin 
xoşbəxtliyini  də  öz  zəfəri  kimi  qəbul  etmək  əvəzinə,  sevginin  özünü  az  qala 
cinayət qiyafəsinə geyindirir və bu bədbəxtlərə əzab vermək, zülm etmək yolunu 
tutur? Axı xristian dini onun banilərinin əsərlərində məhəbbəti heç də yasaq kimi 
deyil, Allaha da xoş olan bir davranış növü kimi qəbul edir. Biz buna “İncil”dəki 
İisusun  apostolları  olan  Pavelin  və  İoannın  məktublarında  rast  gəlirik.  İoannın 
birinci məktubunda (4:7-8) buna geniş yol verilir: “Əziz dostlar, gəlin bir- birimizi 
sevək,  çünki  sevgi  Allahdan  gəlir.  Kim  sevirsə,  o,  Allahın  uşağıdır  və  Allahı 
tanıyır, çünki Allah – məhəbbətdir... Heç kəs Allahı görməmişdir, lakin əgər bir- 
birimizi sevsək, Allah bizimlə ittifaqda yaşayacaqdır... 
Allah  məhəbbətdir  və  kim  məhəbbətdə  yaşayırsa,  Allahla  ittifaqda 
yaşayır.” 


44 
 
Pavelin  korinflilərə  birinci  məktubunda  isə  (13:8)  “Məhəbbət  əbədidir” 
sözləri  yazılmışdır.  Əgər  məhəbbət  Allahın  da  gözündə  belə  qiymətlidirsə,  niyə 
hissiyat sevgisi ostrakizmə məruz qalmalı, lənətlənməlidir? Niyə xristian dini onun 
beşiyi  başında  dayananların  kamil  məsləhətlərinə  insafsızcasına  belə  laqeydlik 
göstərir. 
Bu hadisələr reallıqdan və bədii təxəyyülün məhsulu olmalarından asılı 
olmayaraq, ibrətamiz xarakter daşıyır və əyani şəkildə göstərir ki, din insanın şəxsi 
həyatını  bütünlüklə  nəzarət  etmək  iddiasına  düşdükdə,  əslində,  özünə  qarşı 
loyallıqdan çox uzaq olan  münasibət formalaşdırmağa başlayır. Axı Allaha sevgi 
heç  də  insanlar  arasındakı  sevginin  xarabalığı,  məhvi  üzərində  qurulmamalıdır. 
Təbiətin  yaratdığı  iki  cins  arasındakı  dərin  hisslər  və  yaxınlığa  aparan  məhəbbət 
olmasaydı,  insan  həyatı  öz  mahiyyətini  müəyyən  ölçüdə  itirmiş  olardı,  belə 
bünövrədən  məhrum  olan  ailə,  nikah  institutları  da  öz  qiymətini  aşağı  salmaqla, 
yalnız  inkubator  tipli  fabrikanı  yada  salardı.  Sevgi  kimi  ülvi  hissi  danmaq,  inkar 
etmək isə insanın mənəviyyatına vurulan ən ağır zərbə olardı.  
 
 
SON 
Telman Orucov 
 
 
 
 Paris – könülü və xəyalı fəth edən şəhər 
 
Dünyada  elə  şəhərlər  vardır  ki,  onları  yenidən  görmək,  gözəlliklərini 
daha  diqqətlə,  heyranlıqla  müşahidə  etmək  həvəsi  adamı  zaman  keçdikcə  tərk 
etmir.  Nyu-Yorkda,  Amsterdamda  iki  dəfə  olduğumdan,  əvvəlki  təəssüratlarım 
xeyli genişlənmiş və zənginləşmişdi. Üç onillik fasilədən sonra Parislə bir həftəliyə 
yeni  görüşüm  Yer  kürəsinin  bu  ən  gözəl  şəhəri  barədəki  köhnə  xatirələrimi 
canlandırmaqla,  ona  daha  möhkəm  məftun  olmaq  imkanı  yaratdı.  Londonda 
yaşayan və işləyən həkim dostumuz gənc ailəsi ilə birlikdə Fransaya səfərdən həzz 
aldığına  görə,  bizim  də  Parisə  səfər  etməyimizi  israrlı  qaydada  təkid  etdiyindən, 
onun alicənab müraciətini cavabsız qoya bilmədik və səfər baş tutdu.  
Üç dost birlikdə ABŞ-da Şükran bayramı qeyd edilən noyabrın dördüncü 
həftəsində Fransa paytaxtının tarixi abidələri, muzeyləri ilə bir daha tanış olmağa 
can  atdıq,  bu  şəhərin  meydanları  və  küçələri  isə  bizi  ağuşuna  almaqla 
heyranlığımzı davam etdirirdi.  
Paris  nə  Viktoriya,  nə  Niaqara  şəlalələri,  yaxud  da  nə  Yunanıstanın 
Kerkira,  İtaliyanın  Kapri,  Sakit  okeandakı  Taiti  adaları  kimi  təbiətin  möcüzəsi 
deyildir.  Parisi  yaradanlar,  onu  inşa  edənlər,  yenidən  planlaşdırıb,  ona 
mükəmməllik  və  cazibə  haləsi  verənlər,  yəqin  ki,  qeyri-adi  zövqə,  istedada, 
gözəllik  hissinə  malik  olan  insanlar  olmuşlar.  Uzun  əsrlər  ərzində  şəhər  təkcə 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə