Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə23/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   102

45 
 
böyüməyib,  sərhədlərini  genişləndirməyib,  həm  də  adamlara  töhfə  verdiyi 
lətafətini  xeyli  çoxaltmış,  bu  yolla  digər  şəhərlərin  onunla  müqayisə  olunmaq 
imkanlarını müvafiq olaraq azaltmışdır. Roma əbədi şəhər adlansa da, daha qədim 
tarixə  malik  olmaqla,  səkkiz  əsrə  yaxın  qoca  olsa  da,  London  üç  əsr  ərzində 
dünyanın  ən  böyük  imperiyasının  paytaxtı  imkanlarından  faydalansa  da,  Parislə 
müqayisədə, xüsusən möhtəşəmlik, həm də dəbdəbəli görünüş sahəsində ona xeyli 
uduzurlar.  Nyu-York  dünyanın  ən  iri  göydələnlər  şəhəri  sayılır,  Defans  rayonu 
istisna  olmaqla,  Parisdə  isə uca binaların tikilməsinə  icazə verilmir,  bu  məsələdə 
Amsterdamı  da  qeyd  etmək  olar,  ona  görə  də  Sena  sahillərindəki  paytaxt  öz 
cavanlığının  və  yaşa  dolduğu  dövrlərin  gözəlliklərini  qoruyub  saxlaya  bilmişdir. 
Şəhər,  elə  bil  ki,  baharını  ədəbiləşdirməyə  çalışmaqla,  gözəlliyin  itirilmə  dövrü 
sayılan payızının və qışının meydana gəlməsinə imkan vermək istəmir.  
Parisin  arxitektura  sifəti  əsrlər  ərzində  yaranıb.  Müxtəlif  üslubların 
xüsusiyyətlərini  özündə  birləşdirsə  də,  şəhər  ümumi  ahəngi,  harmoniyanı  pozan 
dəyişikliklərdən  özünü  qoruyub,  öyündüyü  bədii  vahidliyini  saxlaya  bilmişdir. 
Hansısa  dəbdə  olan  cərəyanın  zorakı  təcavüzünə  tabe  olmamış,  necə  deyərlər, 
özünə məxsus olan dəyərlər bəkarətinin toxunulmazlığına nail ola bilmişdir.  
Parisin simvolu Eyfel qülləsi hesab olunur. Bu xüsusi heyranlıq obyekti 
digər  memarlıq  abidələrindən  xeyli  sonra,  1889-cu  ildə  meydana  gəlmişdir.  Bu 
qüllə dünyada çox populyarlıq qazansa da, digər arxitektura incilərinə heç də kölgə 
sala  bilməmişdir.  Bu  möcüzəli  tikinti  ucaldılarkən  ona  Parisin  gözəlliyinə  xələl 
gətirəcəyi ehtimalı ilə etiraz edənlər də çox olmuşdu, yazıçılardan biri onu istehza 
qaydasında  «göyün  çoban  qızı»  adlandırmışdı.  Lakin  Eyfel  qülləsi  görünməmiş 
şöhrətə  yiyələnməklə,  yaradıcısının  mühəndis  istedadının  parlaq  abidəsi  hesab 
olunur.  
 
 
Eifel qülləsi 
 
Ümumi  rəyə  etiraz  etmək  çətin  olsa  da,  zənnimcə,  Zəfər  Tağı  daha 
böyük  şərəfə  layiqdir.  Onun  tikintisinin  təşəbbüskarı  ilk  imperator  olduğunadan, 


46 
 
Napoleon epopeyasının rəmzi sayılan bu abidə keçmiş Ulduz, indiki Şarl de Qoll 
meydanında  yerləşməklə,  Grand  Army-nin  –  Böyük  Ordunun  şərəfinə 
ucaldılmışdır.  Zəfər  Tağı  qədim  Romanı  bəzəyən  həmin  tipli  abidələrin  ənənəsi 
əsasında  yaradılsa  da,  onlardan  daha  böyük  məşhurluq  qazanmışdır.  Tağda 
əsgərləri  müharibəyə  yola  salan  Marselyoza  barelyefi  həkk  olunmuşdur. 
Fransızların milli bayramı – 14 iyul 1789-cu ildə Bastilyanın alınması günü hər il 
bu  meydanda  hərbi  paradla  təntənəli  qaydada  qeyd  edilir.  I  və  II  Dünya 
müharibələrində  həlak  olan  fransız  hərbçilərinin  şərəfinə  Zəfər  Tağının  altında 
əbədi  məşəl  yanır.  Mənşəcə  fransız  olan  ABŞ-ın  birinci  ledisi  Jaklin  Kennedi 
(qızlıq soyadı Buvye idi) həmin rəmzə valeh olduğundan 1963-cü ilin noyabrında 
Dallasda  qətlə  yetirilən  və  Vaşinqtondakı  Arlinqton  qəbiristanlığında  dəfn  edilən 
əri,  prezident  Con  Kennedinin  məzarı  önündə  belə  əbədi  məşəlin  alovlanmasını 
arzu  edirdi.  Yəqin  ki,  ərinin  matəmi  vaxtı  mütəəssir  olan  qadın  bu  iki  qəbir 
arasındakı  fərqi  nəzərə  almamışdı.  Zəfər  Tağı  altındakı  məşəl  hansısa  konkret 
şəxsiyyətin  şərəfinə  deyil,  naməlum  əsgərə  həsr  olunmuşdur.  Əri  isə  terrorun 
qurbanı olan real ABŞ prezidenti idi.  
 
 
Zəfər Tağı 
Müharibə  veteranlarına  qayğıya  və  diqqətə  gəldikdə,  fransızlar  onlara 
hörmətlə yanaşmağa hələ üç əsr bundan əvvəl başlamışlar. XVII əsrdə Günəş Kral 
– XIV Luinin sərəncamı ilə şəhərdə qübbəsi qızılla örtülmüş Əlillər evi tikilmişdi. 
Burada 7 min qoca və yaralı fransız əsgəri sığınacaq tapmışdı. Belə bir versiya da 
mövcuddur  ki,  kral  Parisin  küçələrini  miskin  görkəmli  müharibə  əlillərindən 
təmizləmək üçün həmin ideyasını reallaşdırmışdı. Evin binalarından birində Ordu 
muzeyi  yerləşir.  Əlillər  kilsəsində  isə  Napoleon  Bonapartın  qəbri  yerləşir. 
İmperator 1821-ci ildə öləndə sürgündə yaşadığı Müqəddəs Yelena adasında sadə 
bir qəbirdə dəfn edilmişdi. 1840-cı ildə kral Lui-Filippin göstərişi ilə imperatorun 
cəsədi qəbirdən çıxardılıb Parisə gətirilmiş və təntənəli qaydada Əlillər kilsəsində 
dəfn edilmişdi. Binanın qübbəsi altında yerləşən, qırmızı porfirdən olan sərdabədə 
dahi sərkərdənin cəsədi uyuyur.  
I  Dünya  müharibəsinin  məşhur  sərkərdəsi  marşal  Ferdinand  Foş  da 
burada dəfn edilmişdir. Müttəfiq qoşunların komandanı kimi o, 11 noyabr 1918-ci 


47 
 
ildə  (11.11.1918)  almanların  təslim  olmaq  barədəki  təklifini  qəbul  etmiş  və 
bununla  müharibə  başa  çatmışdı.  De  Qoll  meydanından  çıxan  çox  sayda 
küçələrdən  biri  onun  şərəfinə  Foş  avenyusu  adlanır.  Şəhərdə  onun  at  üstündə 
heykəli də qoyulmuşdur.  
Yazıçı Andre Morua 1929-cu ildə vəfat edən görkəmli sərkərdənin dəfn 
mərasimindən  maraqlı  bir  əhvalatı  qələmə  almışdır.  Marşalın  dəfn  mərasimi  çox 
izdihamlı  keçirdi.  Əlillər  evinin  yanına  çox  sayda  adam,  həmçinin  müharibə 
veteranları  toplaşmışdı.  Onlardan  biri  ayağını  tapdalayan  cavan  oğlana  acıqlı 
etirazını bildirərək demişdi ki, özü də o ayağımı ki,  mən onu cəbhədə itirmişəm, 
indi  protez  ayaqla  gəzirəm.  Bu  hərəkətilə  cavan  oğlan,  veterana  görə  təkcə  ona 
deyil, həm də dəfn mərasiminə yığışdıqları sərkərdəyə hörmətsizlik etmişdi. 
 
Əlillər evi 
 
Parisin yaraşığı, heç şübhəsiz, Yelisey çölü avenyusudur. Bu avenyunun 
adı  Elizium  (yunanca  Eluzion,  latınca  Elusium)  sözündən  götürülmüşdür,  ədəbi 
baharı olan cənnət çölləri və ya axirət dünyasındakı qəhrəmanların, möminlərin və 
şərəfli  adamların  yaşadıqları  kiçik  vilayət,  başqa  sözlə,  müqəddəs  yer  demək  idi. 
Mifə  müraciət  bu  adda  tamamilə  yerinə  düşür,  avenyu,  onda  möminlər, 
qəhrəmanlar gəzməsə də, cənnət məkanına bənzəyir. Şəhərin bu baş prospekti de 
Qoll  meydanından,  Zəfər  Tağından  başlayıb,  Konkord  meydanında  qurtarır. 
Avenyunu gözəl binalar, bahalı restoranlar və mağazalar bəzəyir. Küçənin hər iki 
tərəfindəki köşklərdə qızğın alver gedir. Dünyanın ən məşhur gecə klubu sayılan 
«Lido»  da  burada  yerləşir.  Monmart  rayonundakı  «Mulen  Ruj»  –  «Qırmızı 
dəyirman»  kankan  rəqsinə  görə  çox  şöhrət  tapsa  da,  Lido  həqiqi  sənət,  ehtirası 
coşduran  rəqs  məbədinə  bənzəyir.  Burada  çox  sayda,  bəlkə  də,  yüzdən  çox 
yarımçılpaq,  gənc,  gözəl,  bədənləri  bir  boyda  və  ölçüdə  olan  qızlar  rəqs  etsə  də, 
onlar  şəhvəti  deyil,  gözəlliyi  və  sənəti  nümayiş  etdirirlər,  burada,  doğrudan  da, 
bayağılıqdan əsər-əlamət hiss olunmur. Əlbəttə, «Lido» klubu heç də adını daşıdığı 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə