Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə24/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   20   21   22   23   24   25   26   27   ...   102

48 
 
Venetsiya  yaxınlığındakı  monastıra  bənzəmir,  lakin  orada  rəqs  edən  qızları 
Veneranın ardıcılları, müasir rəfiqələri adlandırmaq daha düzgün olardı. 
 
Elisey çölü avenyusu 
 
«Mulen  Ruj»un  populyarlığına  gəldikdə,  burada  rəssam  Anri  Tuluz-
Lotrekin çəkdiyi afişaların da xeyli rolu olmuşdur. Təsviri sənətin qrafika növündə 
çəkilmiş  plakatlar  kankan  rəqqasələrini  cürbəcür  pozalarda  təsvir  edirdi.  Afişalar 
həm  də  onların  muəllifi  Tuluz-Lotrekə  şöhrət  gətirdi.  Bu  plakatlar  d`Orse 
muzeyində nümayiş etdirilir. Hollivud isə 1950-ci illərdə “Mulen Ruj” filmini bu 
qeyri-adi gecə klubuna həsr etmişdi.  
RəssamTuluz-Lotrek  isə  uşaqlıqdan  əlil  idi,  lakin  spirtli  içkilərə  və 
rəqqasə qızlara meyli onun zəif fiziki vəziyyətinə uyğun gəlmirdi. Axı yovşandan 
çəkilən  absent  də  çox  sayda  istedadları  məhvə  sürükləmişdi.  Tuluz-Lotrek  də 
həyatdan 37 yaşında getdi. 
 
 
Mulen Ruj 
 


49 
 
Əgər  Yelisey  çölü  avenyusu  bir  yerdən  başlayıb,  digərində  qurtarırsa, 
Paris  haqqında  bunu  demək  insafsızdıq  olardı.  Paris  incəsənət  kimi,  başlanğıca 
malik  olsa  da,  onun  hüdudu,  sonu  yoxdur.  Çünki  bu  şəhər  barədə  düşüncələr, 
xatirələr bitmək bilmir, onların miqyası, əslində, bu möcüzələr məkanının ölçüsünə 
uyğun gəlir.  
Bu  şəhərin  onda  bəxti  gətirmişdir  ki,  Fransa  kralları  paytaxtlarının 
abadlığına,  genişlənməsinə  biganə  qalmamışlar.  Bu  işlərin  əksəriyyətinə  həm  də 
gözəllik, cazibədarlıq elementi əlavə olunmuşdu. Şəhərdəki möhtəşəm binaların əsl 
sərgisinə  çevrilən  küçələr,  meydanlar,  onları  bəzəyən  abidələr,  heykəllər  birinci 
növbədə 
arxitektorların,  heykəltəraşların  istedadına,  gözəllik  duyğusuna 
borcludursa, bunları himayə edən, maliyyələşdirən hökmdarlara, xeyriyyəçilərə də 
müəyyən ölçüdə borcludur Onlar bu gözəl simfoniyanın müəllifi sayılmasalar da, 
onun  yaranmasında heç də  biganə  adamlar  olmamışlar.  Yaxşı  deyirlər  ki, hər bir 
səddin,  divarın  möhkəmliyi  onu  mühafizə  edənlərin  möhkəmliyindən  asılıdır. 
Parisi təkcə gözəl edənlər deyil, həm də bu gözəlliyi qoruyub saxlayanlar ən xoş 
sözlərə layiqdirlər.  
Parisin  möhtəşəm tarixi  və memarlıq abidələrindən biri olan Notr-Dam 
de Pari və ya Paris Notr-Dam kilsəsinin meydana gəlməsi bu fikri təsdiq edir. XIII 
əsrin  başlanğıcında  Filipp  Avqustun  hökmranlığı  ilə  Fransız  krallığının  inkişaf 
dövrü başlandı. Məhz bu mərhələnin təsiri ilə Paris yepiskopu Moris de Syulli yeni 
kilsə  tikməyi  qərara  alır.  Bu  işdə  ona  praktiki  dühası  da  köməklik  göstərdi.  O 
istəyirdi  ki,  tikintidə  son  memarlıq  kəşflərindən  istifadə  edilsin.  Sonralar 
ədalətsizcəsinə  qotik  (yəni  barbar  qaydasında)  adını  alan  çatma  arxitektura 
hesabına çox qalın divarların tikilməsinə ehtiyac qalmadığı kimi, onlarda həm də 
geniş  və  hündür  pəncərələr  açmaq  mümkün  oldu.  Yeni  kilsə  İisus  Xristin  anası 
Mariyaya həsr olunduğundan, Notr-Dam de Pari və ya hərfi mənada «Parisin Allah 
anası» adlandı. Buna qədər isə Notr-Damın yerində us kilsə yerləşmişdi. 
 


50 
 
 
Notr-Dam de Pari 
 
Notr-Damın divarlarını rəngli şüşələrdən düzəldilən qızılgüllər (dəyirmi 
vitrajlar belə adlanır) və vitraj pəncərələr binanın daxilinə müəyyən qaranlıq versə 
də,  ona  xüsusi  gözəllik  bəxş  edir.  Şimal  tərəfdəki  qızılgül  Bibliyanın  Köhnə 
Vəsiyyətinə həsr olunsa da, Xristə aparıb çıxarır. Körpə İisusu qücağında tutmuş 
Müqəddəs qadını peyğəmbərlər, krallar, ali keşişlər əhatə edir.  
Cənuba  baxan  qızılgüllər  isə  Yeni  Vəsiyyətə  həsr  edilmişdir.  Burada 
şöhrətdə  olan  İisusu  apostolları,  şəhidlər  və  mələklər  əhatə  edir.  Binaya  xüsusi 
yaraşıq  verən  qızılgüllər  Notr-Damda  saxlanılmış  yeganə  qədim  vitrajlardandır. 
Kilsəni  Müqəddəs  qadının  37  təcəssümündən  ibarət  təsvirlər  bəzəyir.  Binada 
həmçinin  Fransanın  iki himayəçi  qadınının  –  Müqəddəs  Janna  d`Arkın və  Körpə 
İisusun  Müqəddəs  Terezasının  heykəlləri  vardır.  Romadakı  Müqəddəs  Pyotr 
kilsəsində  olduğu  kimi,  burada  da  keşiş  kilsəyə  mənsub  olmaqla  oraya  ibadətə 
gəlmiş dindarlara dua ilə müraciət edir.  
XVII  əsrdə  isə  kral  XIII  Luinin  dövründə  onun  gözlədiyi  oğul 
hədiyyəsinə görə Mariya anaya həsr olunmuş bayram nümayişi keçirilməsi ənənəsi 
yarandı. Bu oğul isə 1638-ci ildə anadan olan, sonralar Günəş Kral adlanacaq XIV 
Lui  idi.  Ata  kral  həm  də  kilsə  binasının  içərisini  yenidən  qurmaq  istəyirdi,  lakin 
beş  il  sonrakı  ölümü  ona  bunu  həyata  keçirməyə  imkan  vermədi.  Onun  həmin 
layihəsi az qala bir əsr sonra, hətta oğlunun ölümündən də səkkiz il keçəndə, 1723-
cü  ildə  reallaşdı.  Mariya  ananın  həyatını  təsvir  edən  çox  sayda  ağac  heykəllər 
meydana  gəldi.  Katolik  dini  hesab  edir  ki,  Mariya  ana  onların  Ağası  olan  İisusa 
bütün  yaranmışlardan  daha  yaxındır,  onun  dirilməsi  ilə  də  bağlıdır.  Xilaskar  onu 
məhz öz şöhrətinə daxil etməklə də yüksəltmişdir. 
Notr-Dam  kilsəsinin  fasadı  da  olduqca  gözəl  və  möhtəşəmdir.  Kilsənin 
qarşısındakı  meydana  daxil  olduqda  binanın  ecazkar  mənzərəsi  adamı  öz  təsiri 


51 
 
altına  alır.  Fasadı  yüzlərlə  nisbətən  böyük  və  kiçik  heykəllər  bəzəyir.  Qapıların 
üstündə  olan  alaqapılarda  patriarxların,  Köhnə  Vəsiyyətin  peyğəmbərlərinin  və 
çarların  heykəlləri  vardır.  Yuxarıdakı  qalereyada  fasadı  kəsib  keçən  28  heykəl 
vardır  ki,  onlar  İisusun  İncildə  qeyd  edilən  əcdadlarının  sayına  uyğundur.  Bu  28 
çar əvvəllər Fransanın kralları hesab olunurdu. 
Kilsə  binasında  həm  də  çox  sayda  zəng  vardır.  Yeni  baş  zəng  Mariya 
adlanır, ən böyük zəng isə Cəbrayıldır. İnqilab vaxtı bir neçə zəng məhv edilmişdi. 
Böyük Fransa inqilabı dini qadağan etmiş, yeni müqəddəslik simvolu yaratmışdı. 
Yalnız  1801-ci  ildə  Napoleonun  təşəbbüsü  ilə  Roma  papası  ilə  Konkordat 
imzalandıqdan sonra katolik dini öz səlahiyyətlərini bərpa etmişdi.  
Notr-Dam  de  Pari  Sena  çayının  Site  adasında  yerləşir.  Meydandan 
baxdıqda, binanın sağ tərəfində XX əsrin son iki onilliyində Roma papası olmuş II 
İoann Pavelin heykəli qoyulmuşdur, çay, elə bil ki, heykələ mühafizəçilik edir. 
Notr-Dam kilsəsinin müqəddəslik haləsinin saxlaya bilmədiyi vaxtlar da 
olmuşdur.  Fransız  inqilabını  bayram  edən  xalq  kütləsi  kilsə  binasına  zədə 
toxundurmuşdu.  Kral  Lui-Filipp  1848-ci  ildə  taxt-tacı  tərk  etməmişdən  əvvəl 
təhlükəli şəkil alan baxımsızlıqda qalan binanın bərpa edilməsi təşəbbüsü ilə çıxış 
etdi. Abidənin bərpası 1845-ci ildə başlanmaqla, 20 il davam etdi.  
Paris  Notr-Dam  kilsəsinin  böyük  şöhrət  qazanmasında  dahi  fransız 
yazıçısı  Viktor  Hüqonun  danılmaz  xidmətləri  vardır.  Yazıçı  1831-ci  ildə  çapdan 
çıxan  «Paris  Notr-Dam  kilsəsi»  romanında  XV  əsrdə  paytaxtda  baş  verən  dini, 
ictimai hadisələri təsvir etmişdir. Həmin hadisələrin böyük hissəsi kilsədə və onun 
ətrafında  cərəyan  edir.  Kilsənin  qozbel,  kar,  qorxunc  üz  cizgilərinə  malik  olan 
zəngçalanı  Kvazimodo  (bu, olduqca  az  qaydada  insana bənzəyən  mənasını  verir) 
qaraçı  dəstəsindəki  Esmeraldaya  vurulmuşdu.  Bu  gözəl  qıza  həmçinin  kilsənin 
keşişi  Frollo  da  qızğın  hisslər  bəsləyirdi.  Qızı  cadugər  hesab  edən  kütlənin 
təqibindən qorumaq üçün Kvazimodo onu qucağına götürüb kilsəyə gətirir. Frollo 
qız  barədə  məqsədinə  çatmaq  məqsədilə  Notr-Damın  qapılarını  bağlayır.  İnsana 
bənzəməyən Kvazimodo romanda əsl ləyaqət sahibi, filantrop kimi, keşiş Frollo isə 
iblis xislətində olan xəyanətkar kimi təsvir edilir. Digər romanlarında olduğu kimi, 
bu əsərində də Hüqo həyatın dibində olan adamları mənəvi yüksəklik rəmzləri kimi 
təqdim  edir.  Kvazimodo  Frolloya  münasibətdə  əsl  kölə  ruhunda  olsa  da,  onun 
xəbisliyini anladıqda, atası hesab etdiyi keşişi öz vicdanının saflığı hesabına Notr-
Damın uca balkonundan yerə çırpır. 
Hüqo  öz  qəhrəmanları  ilə  yanaşı,  Notr-Damı,  bu  cansız  binanı  böyük 
məhəbbətlə təsvir edir, onun sirlərini, sehrliliyini açmağa çalışır. Əslində, 29 yaşlı 
yazıçı  bu  əsərində  elə  bil  ki,  memarlarla  yarışa  girmiş  kimi  görünür,  qələminin 
gücü  ilə  Notr-Damı  yenidən  yaradır  və  onu,  mübaliğəsiz  desək,  bütün  dünyaya 
təqdim  edir,  tanıdır.  Əsər  Notr-Dama  həsr  olunmuş  möcüzəli  bir  himndir  və  iki 
əsrə  yaxın  bir  müddətdə  Yer  kürəsinin  ən  ucqar  guşələrində  də  böyük  dühanın 
yaratdığı  bu  ilhamlı  musiqi  havadan  asılı  qalmaqla  səslənməkdə,  həvəslə 
eşidilməkdə  davam  edir.  Romandan  Notr-Dam  kilsəsi  çox  sayda  kinofilmlərə 
keçmiş,  milyonlarla,  yüz  milyonlarla  tamaşaçı  kütləsi,  sayı  onlardan  az  olmayan 
oxucu kütləsinə əlavə olunmuşdur. Yazıçının kilsə binasını belə şərəfləndirməsini 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə