Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə25/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   21   22   23   24   25   26   27   28   ...   102

52 
 
bəziləri  binanın  fasadından  baxdıqda  qapının  yanlarındakı  iki  geniş  qüllənin 
Hüqonun  soyadının  latın  qrafikasındakı  baş  hərfli  olan  «H»-a  bənzəməsi  ilə 
əlaqələndirirlər.  Müəllif  öz  romanı  ilə  təkcə  binaya  deyil,  özünə  də,  Horatsi 
demişkən, öz əli ilə yaratdığı abidə qoymuşdur.  
Bir məsələni də qeyd etmək vacibdir ki, onun bu zəhməti həm də kilsə 
binasına  qayğı  göstərilməsi  nöqteyi-nəzərindən  faydasız  qalmamışdır.  Bir  qədər 
sonra kilsə binası əsaslı təmir edilmiş, uğurla yenidən qurulmaya məruz qalmışdır. 
Notr-Damın  populyarlıq  qazanmasında  isə  Hüqonun  romanının  təkanı,  təsiri 
müqayisə  edilməz  dərəcədə  yüksəkdir.  Kilsə  binası  Site  adasından,  Parisdən, 
Fransadan  kənara  çıxıb,  romanın  və  onun  əsasında  çəkilmiş  filmlərin  hesabına 
bəşəriyyətin əksəriyyətinin səcdə qıldığı bir məbədə çevrilmişdir. Hüqonun dühası 
Notr-Damı  özünə  məxsus  Panteona  (bütün  allahlara  həsr  olunmuş  yer) 
çevirdiyindən, dini fərqlərindən asılı olmayaraq hamı bu müqəddəs bazilikaya ülvi 
hisslər bəsləyir. 
 
 
Sakra-Kyor kilsəsi 
  
Parisin  digər  mühüm  kilsəsi  Monmartr  təpəsində  yerləşən  Sakra-Kyor 
(«Müqəddəs Ürək») kilsəsidir. Limona bənzər qübbələri ilə seçilən və yüksəkliklə 
yerləşdiyindən hər tərəfdən görünən bu bina da şəhəri bəzəyən incilərdən biridir. 
Monmartr  təpəsində bir  əsrdən  çox  müddətdə  yaradıcı  ziyalılar  –  yerli  və  əcnəbi 
bohema yığışmağa başlamışdı. XIX əsrin sonunun, XX əsrin əvvəllərinin görkəmli 
ədəbiyyat  və  incəsənət  xadimləri  buradakı  kafeyə  yığışıb,  öz  yaradıcılıq 
problemlərini  müzakirə  edirdilər.  O  vaxtlar  Paris  iri  ətirli  çiçək  kimi  arı  timsallı 
yaradıcı insanları özünə cəlb edirdi. Görkəmli amerikan rejissoru Vudi Alenin öz 


53 
 
ssenarisi əsasında 2011-ci ildə çəkdiyi və Oskar mükafatına layiq görülən «Parisdə 
gecə yarısı» filmində 1920-ci illərdə Parisə axışıb gələn və yeni ilhama yiyələnən 
yazıçıları və rəssamları realistik qaydada təsvir edir. Onların arasında ispan rəssamı 
Pablo  Pikasso,  amerikan  yazıçıları  Frensis  Fitscerald  və  Ernest  Heminquey  də 
vardır.  Şəhər  haqqında  deyilən  məşhur  kəlam  da:  «Paris  daim  səninlə  olan 
bayramdır» məhz Heminqueyə məxsusdur. 
Notr-Damın  yerləşdiyi  Site  adası  Parisin  ana  hüceyrəsi  rolunu  oynayır. 
Əsrlər keçdikcə şəhər bu nöqtənin ətrafında dövrələrlə böyümüş, inkişaf etmişdir. 
İki  min  ilə  yaxın bundan  əvvəl burada  qall və  Roma  allahlarına  sitayiş  edirdilər. 
Bizim  eranın  I  əsrində  isə  Paris  qayıqçıları  burada  Yupiterə  mehrab  həsr 
etmişdilər.  Notr-Dam  min  il  sonra  tikilsə  də,  onun  qədim  bütpərəst  əcdadları 
olmuşdur.  
Parisin iftixarı həm də onun muzeyləridir. Zənginliyi şübhə doğurmayan 
Luvr və d`Orse muzeyləri qiymətli eksponatlarına görə dünyanın ən mötəbər sənət 
məbədlərinə  çevrilmişdir.  Sankt-Peterburqun  Ermitaj  muzeyinin  pərəstişkarı  olan 
səfər yoldaşım Luvrda olana qədər, onun Rusiyanın məşhur muzeyinə uduzduğunu 
bildirirdi.  Luvrda  gördüklərinin  təsiri  altında  isə  fikrini  əsaslı  sürətdə  dəyişməli 
oldu.  Digər  səfər  yoldaşımız  isə  hər  bir  eksponata  xüsusi  diqqət  verir,  hətta 
detalları  da  yaddaşına  həkk  etmək  istəyirdi.  Bu  bir  qədər  müəmmalı  təsir 
bağışlayırdı.  Lakin  tezliklə  hər  şey  məlum  oldu.  Axşamlar  oteldən  mobil  telefon 
vasitəsilə  xaricdə  yaşayan  oğluna  səsli  messaj  göndərir,  nə  gördükləri  barədə 
hesbat verirmiş. Yüksək intellekt sahibi olan oğlunun yanında öz nüfuzunu aşağı 
salmamağa, səhvə yol verməməyə cəhd etdiyindən, ətraflı məlumatları ilə oğlunu 
da təəccübləndirirmiş. 
 
 
Luvr 
  
Luvr  elə  bir  dağa  bənzəyir  ki,  onun  təkcə  zirvəsini  müşahidə  etməklə 
fikir  yürütmək,  dağı  tanıdığını  bildirmək  naşılıq  əlaməti  sayıla  bilər.  Luvrun  çox 


54 
 
qiymətli eksponatlarına diqqətlə tamaşa etmək, onları sevmək muzeyə yalnız az da 
olsa  bələd  olmaq  barədə  fikir  yürütməyə  əsas  verə  bilər.  Girişdə  Misir  abidələri, 
heroqlif yazı lövhələri  nümayiş etdirilir. Böyük Sfinksin heykəli Gizadakı Xeops 
(Xufu)  piramidasının  mühafzəçisi  rolunu  oynayan  Sfinksi  yada  salır.  Qədim 
Yunanıstan zalında Parfenonun maketi ilə yanaşı Britaniya muzeyindəki çox sayda 
olan frizlər kimi, barelyeflər nümayiş etdirilir. 
 
 
Venera 
 
Qədim  Roma  şöbəsində  Miloslu  Veneranın  –  gözəllik  və  məhəbbət 
ilahəsinin  ecazkar  heykəlinin  ətrafında  çoxlu  tamaşaçılar  toplaşır.  Mifologiyada 
olduğu  kimi,  heykəldə  də  bu  qadın  füsunkar  gözəllik  simvolu  kimi  çıxış  edir. 
Ermitajdakı  Tavridalı  Veneraya  valeh  olan  kişi  cinsindən  olanlar  ehtirasın  və  ya 
ona yaxınlığın sehrinə bələd olmaq üçün mərmər heykəli qucaqlayırlarmış. Yaxşı 
ki, Ermitajdakı bu ağılsız ənənə Luvra yol tapa bilməmişdir. Venera mifdə əri ola-
ola  məşuqu  ilə  intim  yaxınlıq  etdiyi,  hətta  ondan  oğul  doğduğu  halda,  heykəldə 
təsvir  olunan  qadından  isə  ətrafa  bəkarət  dalğası  yayılır.  Venera  təkcə  gözəl 
deyildir, həm də məhəbbət, ehtiras daşıyıcısıdır, heykəldə qadının məxsus olduğu 
bədən ləyaqətləri özünü qabarıq şəkildə büruzə verir. Amerikan aktrisası Elizabet 
Teylor özünün də bu ləyaqətlərdən xali olmadığını yaxşı başa düşdüyündən, qadın 


55 
 
bədəninin  gözə  çarpan  cəhətlərinin  gizlədilməsi  əleyhinə  çıxırdı.  «Kleopatra» 
filmində  onun  ifasında  Misir  çariçası  bu  üstünlüklərini  çəkinmədən  Roma 
sərkərdələrinə  göstərir.  Füsunkar  Yelenaya  Paris  aşiq  olub,  ərli  qadını  götürüb 
qaçdığı və bununla vətəni Troyanı məhvə aparan müharibənin başlanmasına səbəb 
oldusa,  Kleopatranın  gözəlliyi  böyük  Roma  sərkərdələri  Yuli  Sezarı  və  Mark 
Antonini başdan çıxardı və onlar bu gənc qadına Misir taxt-tacını hədiyyə verdilər.  
Sonrakı  otaqlarda  adamlar  Leonardo  da  Vinçinin  «Cokonda»  («Mona 
Liza»)  portretinə  böyük  maraqla,  əsərin  sirrinə  bələd  olmağa  can  atmaq  yolu  ilə 
tamaşa  edirlər.  Bu  tabloda  müəmmalar,  sirlər  isə  çoxdur,  onlardan  ən  başlıcası 
Mona  Lizanın  təbəssümüdür.  Bu  təbəssüm  öləri  insan  məxluqundan  daha  çox 
ilahələrə məxsus olduğunu vurğulayır. Portret elə ustalıqla çəkilmişdir ki, istənilən 
böyük rəssamı titrəməyə və utanmağa məcbur edə bilər. Tablodakı peyzaj fonu isə 
dünyanın  böyüklüyü  təəssüratını  daha  da  gücləndirir.  İşıq-kölgə  effektindən 
istifadə formaları əsərə xüsusi yumşaqlıq verir. Bu, Leonardonun rəngkarlıqda icad 
etdiyi «sfumato»dur, hərfi mənada bu söz «tüstü» deməkdir. 
 
 
Cokonda 
  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə