Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə28/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   24   25   26   27   28   29   30   31   ...   102

62 
 
 
Vandom sütunu 
 
Vandom  meydanı  isə  orada  ucaldılan  Romadakı  Trayan  sütununu 
andıran Vandom sütunu ilə məşhurdur. 1805-ci ildə Austerlitsdə heyrətamiz qələbə 
çalan  Napoleon  öz  qələbələri  şərəfinə  düşmən  qoşunlarından  qənimət  götürülmüş 
topları  əritdirərək,  onların  metalından  sütun  ucaltdırmışdı.  Minnətdar  fransızlar 
sonralar  dahi  hərb  xadimini  şərəfləndirmək  üçün  sütunun  basında  Napoleonun 
heykəlini  quraşdırmışdılar.  Sütun  və  heykəl  metaldan  olduqlarından,  oksidləşmə 
onları açıq-göyə çalan rəngə salmışdır.  
Kaputsin  bulvarı  isə  mənə  Klod  Monenin  «Parisdəki  Kaputsin 
qadınlarınıın  bulvarı»  tablosundan  tanış  idi.  Rəssam  küçədəki  binaları,  ağacları, 
gəzişən  adamları  realistcəsinə  təsvir  etmişdir.  Buranı  qadınların  bulvarı 
adlandırmaq  da  təsadüfi  deyildir.  Parisin  müasir  qadınları,  cavanlığından  və 
yaşlılığından  asılı  olmayaraq  kosmetikaya  o  qədər  də  meyl  göstərmirlər,  daha 
doğrusu  onun  əsirlərinə  çevrilmirlər.  Sifətində  kosmetik  əməliyyat  aparılmış 
qadınlara  da  rast  gəlmək  çətindir,  deyəsən  onlar  süni  cavanlaşma  qayğısına 
qalmırlar  və  ya  onun  bəd  nəticələrinə  görə  bu  ağılsız  təcrübədən  uzaqlaşmışlar. 
Qadınlardan söhbət düşmüşkən, fransızların onların barəsinndə dedikləri bir zərb-
məsəli  azacıq  dəyişərək  demək  istəyirsən  ki,  hər  şəhərin  özünə  məxsus  şarmı, 
lətafəti  vardırsa,  Parisin  belə  lətafətləri  onlarla,  yüzlərlədir.  Luvrdakı  məşhur 
incilərdən  birinin  adından  istifadə  etsək,  Parisi  “Avropanın  füsunkarlıq  fatehi” 
adlandırmaq  olar.  Buradakı  qadınlar  da  köhnə  ənənəyə  sadiq  qalaraq  öz 
lətafətlərini qoruyub saxlayırlar. 
Paris  heyranlıq  mənbəyi  olan  qadınların  və  onlarla  ünsiyyətə  can  atan 
kişilərin  arı  pətəyinə  bənzəyir.  Bu  şəhər  həm  də  əsl  incəsənət  mərkəzidir.Səfər 
dostlarımızdan  biri  Opera  binasının-  Qrand  Operanın  gözəlliyinə  valeh 
olduğundan,  onu  hər  dəfə  görəndə  az  qala  uşaq  sevinci  keçirirdi.  Baron  Osman 
şəhəri  yenidən  quranda  1852-ci  ildə  indiki  Osman  bulvarının  Opera  avenyusuilə 
kəsişdiyi meydanda yeni Opera evi tikildi. Bu, görkəmli arxitektor Şarl Qarnyenin 
layihəsi əsasında yeni Barokko üslubunda inşa edilmiş əzəmətli bir binadır. Qrand 


63 
 
Opera  İkinci  İmperiyanın  ən  məşhur  abidəsi  hesab  olunur.  Qədim  yunan 
mifologiyasına  görə  Piqmalion  mərmərdən  Qalateya  adlandırdığı  qızın  gözəl 
heykəlini yaratmış və sonra ona vurulmuşdu. Öz xahişi ilə ilahə Afrodita ona nəfəs 
verib  canlandırmış  və  Piqmalion  Qalateyaya  evlənmşdi.  Qarnye  də  öz  yaratdığı 
binaya  beləcə  vurulmuşdu,  axı  bu  möhtəşəm  məbəd  də  vurulmağa  dəyər. 
Arxitektor yaratdığı möcüzəni hər cür təsirlərdən, əlavələrdən qorumağa çalışırdı. 
Binanın  ətrafında  küçədə  ağacların  əkilməsinə  icazə  verməməşdi  ki,  ağacların 
kölgəsi binanın gözəlliyini ört-basdır edə bilər. Təsadüfi deyildir ki, Qrand Opera 
təkcə Parisdə deyil, dünyada ən böyük teatr binası kimi tanınır. 
 
 
Qrand Opera 
 
Fransız baletmeysteri Marius Petipa rus baletinə yeni nəfəs vermiş, onun 
gələcək  şöhrətinin  əsasını  qoymuşdu.  Bir  çox  məşhur  rus  baletlərinə  o,  quruluş 
vermişdi.  Ruslar  bunu  cavabsız  qoymadılar.  Artıq  Parisdə  yaşayan  Serqey 
Dyaqilev  1911-ci  ildə  burada  Rus  balet  truppasını  təşkil  etdi  və  18  il  ərzində 
Fransada baletin inkişafı naminə böyük xidmətlər göstərdi. İki ölkənin mədəniyyət 
sahəsindəki qarşılıqlı əməkdaşlığı olduqca yaxşı bəhrələr verdi.  
 Paris  incəsənət  mərkəzi  olmaqla  yanaşı,  həmçinin  əsrlər  ərzində 
inqilablar  məskəni  kimi  şöhrət  tapmışdır.  Şəhərdə  kütləvi  zorakılıqların  baş 
verməsi  faktları  vardır,  son  illərdə  isə  islam  radikalistləri  paytaxtda  terror 
hadisələri  törədirlər.  Lakin  bu  xoşagəlməz  hallar  Parisin  mülayim  ovqatına  xələl 
gətirə bilmir.  
Parisi  bəzəyən  cəhətlərdən  biri  elə  Sena  çayının  özüdür.  Axı  şəhərin 
əsası  çayı  şimaldan  cənuba  yarıb  keçən  yolun  üstündəki  adada  qoyulmuşdur. 
Əslində isə Senanı cazibədar edən onun şəhər daxilindəki hissəsidir, kənarda isə o 
adi  bir  çaydır.  Fransız  filosofu  Blez  Paskal  demişkən,  “Budaq  anlamağa  qadir 
deyildir ki,  o  yalnız ağacın bir  hissəsidir.”  Sena da öz şərəfinə  görə  məhz  Parisə 
borcludur.  


64 
 
Şəhərlə münasibətini heç vurğulamadan da belə, Sena Parisə fəsadlar da 
bəxş etmişdir. 1910-cı ildə çayın daşması şəhərə böyük ziyan vurmuşdu. Yarım əsr 
sonra  Florensiya  şəhərinin  içərisindən  axan  Arno  çayı  da  daşarkən  özünü  daha 
təhlükəli aparmışdır. Senanın üzərində 32 körpü vardır, onların bir çoxu gözəldir, 
şəhərə yaraşıq verir. Onların içərisində gözəlliyinə, heykəllərlə bəzədildiyinə görə 
III  Aleksandr  körpüçü  seçilir.  Körpünün  bünövrə  daşını  onun  oğlu,  gənc  Rusiya 
çarı II Nikolay 1897-ci ildə qoymuşdur. Üç il sonra metal körpünün tikintisi başa 
çatmışdır. Digər biri isə «Yeni körpü» adlanmaqla, onun tikintisi 1604-cü ildə, kral 
IV  Henrinin  hökmranlığı  dövründə  yekunlaşmışdı.  Körpüdə  şəhərlilər  gəzməyə 
çıxarmışlar.  Onun  möhkəmliyi  isə  zərb-məsələ  çevrilmişdir,  parislilər  indiyədək 
«Yeni körpü kimi möhkəm» ifadəsini işlədirlər. IV Henri nəcib kral hesab edilsə 
də,  taxt-taca  çıxması  çətinliklərlə  üzləşmiş,  həyatını  da  qətlə  yetirilməklə  başa 
vurmuşdur.  Kral  III  Henri  1789-cu  ildə  öldürüldükdən  sonra  IV  Henri  taxt-taca 
yiyələnsə də, onu beş il ərzində Parisə buraxmamışdılar. Parisə daxil olmaq üçün o, 
huqenotluqdan  yenidən  katolikliyə  qayıtmış,  «Paris  messaya  dəyər»  sözləri  ilə 
şəhərə girmişdi. Messa katolik kilsəsinin baş ibadətidir, bazar günlərində keçirilir.  
Əvvəllər Henri Navarralı adlanan IV Henri iki dəfə evlənmişdi, əvvəlcə 
II  Henrinin  və  Yekaterina  Mediçinin  qızı  olan  Marqaritaya  (o,  həm  də  kraliça 
Marqo  kimi  tanınır,  Aleksandr  Düma-ata  bir  romanını  onun  bu  adı  ilə 
adlandırmışdı)  evlənmişdi,  onların  toyu  1572-ci  ilin  avqustundakı  qırğınlarla 
əlamətdar  olan  Varfolomey  gecəsinə  təsadüf  etmişdi.  Onların  nikahını  sonralar 
Roma  papası  ləğv  etmişdi.  1600-cü  ildə  isə  o,  Yekaterina  Mediçinin  qohumu 
Mariya Mediçiyə evlənmiş, onların altı uşağı olmuşdu. IV Henri sonrakı varisləri 
kimi  məşuqələrdən  də  xali  deyildi.  Bir  məşuqəsinin  Parisi  tərk  etməsi  onu 
ehtiyatlılığını  unutmağa  sövq  etdi  və  bir  fanatik  tərəfindən  karetasında  qətlə 
yetirildi. 
Fransanın kralları heç də həmişə qüdrət sahibi olmamışdılar. Orta əsrlər 
Fransasında mərkəzi hakimiyyət gücsüz idi, knyazlar öz ərazilərinə mütləq ağalıq 
edir,  krallarla  hesablaşmaq  istəmirdilər.  Hətta  bir  knyaz  krala  təzim  etmək 
bəhanəsi ilə badalaq vurub, onu yıxmışdı. Yalnız Karolinqlər sülaləsinin dövründə 
milli  mərkəzi  idarəetmə  güclənməyə  başladı.  1337-ci  ildə  başlanan  İngiltərə  ilə 
müharibə  Fransaya  böyük  zərbə  vurmuşdu,  ölkə  ərazisinin  çoxu  ingilislər 
tərəfindən işğal edilmişdi. Burqundiya da Fransa kralına qarşı əks-mövqeyə keçib, 
ingilislərlə müttəfiqlik edirdi. Müharibənin gedişində 1429-cu ildə müəyyən dönüş 
əmələ gəldi. Bu, Domremi kəndindən olan gənc qız Janna d`Arkın dofinin yanına 
gəlib, onu qələbəyə inandırması idi. Dofin Orleanı ingilislərin mühasirəsindən azad 
etmək  üçün  ona  silahlı  dəstə  verdi.  Janna  fransız  əsgərlərinə  təsirli  çağırışla 
müraciət  edib,  onları  Orleanı  azad  etməyə  səslədi.  Möcüzə  baş  verdi,  ingilislər 
məğlub olub, şəhərin mühasirəsini götürdülər. Buna görə Janna «Orlean qızı» adını 
aldı. 
 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə