Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə29/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   ...   102

65 
 
 
Janna d’Arkın heykəli 
 
Sonra  Janna  dofini  inandırıb,  onu  düşmənin  işğal  etdiyi  ərazilərdən 
keçirərək krallara ənənəvi olaraq tac qoyulan Reyms kilsəsinə apardı və burada ona 
VII Karl kimi kral tacı qoyuldu.  
Lakin Jannanın Parisi azad etmək cəhdi uğursuz oldu və burqundiyalılar 
yaralanmış  qızı  əsir  götürüb  ingilislərə  verdilər.  İngilislər  isə  onu  cadugər  kimi 
fransızların dini məhkəməsinə verdilər. Məhkəməyə başçılıq edən yepiskop Koşon 
(bu  söz  fransızca  «donuz»  deməkdir)  Jannanı  ittiham  etməklə,  edama  məhkum 
etmək  üçün  hər  cür  vasitələrə,  iftiralara  əl  atırdı.  O,  bir  dəfə  bildirdi  ki,  dəniz 
xərçəngləri  qılçasının  biri  zədələndikdə,  onu  caynaqları  ilə  qırıb  atırlar  ki, 
hərəkətinə  mane  olmasın.  O,  yeretik  hesab  etdiyi  Jannanı  din  üçün  belə  zədəli 
ayağa  bənzədirdi.  Janna  Allahın  böyük  mələyi  Mixaildən  tapşırıq  aldığını,  ona 
səslər gəldiyini bildirirdi. Koşon isə onu yalanda ittiham etməyə çalışırdı. Bu gənc 
qız ecazkar xüsusiyyətlərə malik idi. Əyanların arasında özünü tanıtmaq istəməyən 
dofinə  yaxınlaşıb,  əvvəllər  görmədiyi  şəxsi  dəqiq  müəyyən  etmişdi.  Digər 
əlamətlər də onun xüsusi qabiliyyətlərə malik olduğunu göstərirdi. Dini məhkəmə 
isə ona cadugər yarlıkı yapışdırıb, onu edam etmək hökmünü verdi. 1431-ci ildə 19 
yaşlı Janna d`Ark Ruanda tonqalda yandırıldı.  
Lakin Jannanın möcüzəli igidliyi öz bəhrəsini verməyə başladı. Kral VII 
Karl ingilislərə möhkəm müqavimət təşkil edə bildi. Burqundiya Fransaya kömək 
etməyə  cəlb  edildi.  1453-cü  ildə  Yüzillik  müharibə  La-Manş  boğazı  sahilindəki 
Kale  istisna  olmaqla,  ingilislərin  bütün  fransız  torpaqlarından  qovulması  ilə  başa 
çatdı. Elə həmin ili Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə də mühüm hadisə baş 
verdi,  Osmanlı  sultanı  II  Mehmet  Fateh  Konstantinopolu  tutmaqla,  Bizans 
imperiyasının mövcudluğuna son qoydu.  


66 
 
Jannanı  cadugər  elan  edib,  tonqalda  yandırtdıran  katolik  kilsəsi  az 
müddətdən  sonra  onun  təqsirsiz  olduğunu  elan  etdi.  XX  əsrdə  isə  Janna  d`Ark 
müqəddəslər  siyahısına  daxil  edildi.  Parisin  meydanlarından  birini  Jannanın  at 
üstündə qızıl suyuna çəkilmiş heykəli bəzəyir. Təsadüfi deyildir ki, Notr-Damda da 
Fransanın himayəçisi kimi Orlean qızının heykəli qoyulmuşdur.  
İkinci  Dünya  müharibəsi  illərində  isə  Fransa  müqavimət  hərəkatına 
general Şarl de Qoll başçılıq etdi. 1940-cı ilin iyununda Paris almanlar tərəfindən 
işğal  edildikdə,  16  iyunda  İngiltərəyə  gələn  de  Qoll  Londondan  radio  ilə  fransız 
xalqına  müraciət  etdi.  O,  fransızları  mübarizəyə  çağırdı  və  bildirdi  ki, 
məğlubiyyətə  baxmayaraq,  müharibə  davam  edəcək  və  dünya  müharibəsinə 
çevriləcəkdir.  O,  çıxışını  bu  sözlərlə  bitirdi-  “Biz  qalib  cələcəyik!”  De  Qolldan 
fərqli olaraq, Birinci Dünya müharibəsinin uğurlu sərkərdələrindən biri olan marşal 
Peten xəyanət yolunu tutdu, Hitlerlə saziş bağlayaraq, Vişidə öz kollaboratsionist 
hökumətini qurdu.  
1944-cü  ilin  avqustunda  general  Leklerkin  tank  qoşunları  Parisə 
girdikdən az sonra de Qoll xalqla birlikdə 25 avqustda Yelisey çölü avenyusu ilə 
Konkord meydanına qədər addımlamışdı. Bu, uzun əzablı mübarizdən sonra onun 
şərəf  zirvəsinə  yüksəlməsi  əlaməti  idi.  Xain  Peten  isə  müharibədən  sonra  ölüm 
hökmünə məhkum edildi, sonra həmin hökm azadlıqdan məhrum edilmə cəzası ilə 
əvəz edildi. General de Qoll 1968-ci ildə Konstitusiyanın dəyişilməsi ilə yaranan 
Beşinci Fransa respublikasının prezidenti oldu, 1969-cü ildə isə referendum onun 
təkliflərini  rədd  etdikdə,  vəzifəsindən  istefa  verdi.  De  Qoll  Fransanın 
müstəmləkəçiliyinin  dağılmasına  da  öz  töhfəsini  verdi.  Əlcəzairdə  fransız 
hərbçilərinin putçunu yatırdıb, ölkənin müstəqillik elan etməsinə şərait yaratmışdı.  
Fransız  xalqı  öz  xilaskarı  kimi  general  de  Qolla  da  böyük  ehtiram 
bəsləyir. Zəfər Tağının yerləşdiyi Ulduz meydanı indi onun adını daşıyır. 1970-ci 
illərdə istifadəyə verilən yeni və ən müasir aeroport da onun şərəfinə adlanmışdır.  
Paris  iki  dəfə  almanlar  tərəfindən  işğal  edilmişdir.  1870-ci  ilin 
sentyabrında  Sedanda  fransızların  biabırçı  məğlubiyyəti  və  imperator  III 
Napoleonun  almanlara  əsir  düşməsindən  beş  ay  sonra,  1871-ci  ilin  yanvarında 
Paris  alman  qoşunlarına  təslim  olmuşdu.  Daha  dörd  ay  sonra  isə  Frankfurt  sülh 
müqaviləsi  ilə  Fransa-Almaniya  müharibəsi  başa  çatmışdı.  İkinci  dəfə  isə  Paris 
1940-1944-cü  illərdə,  dörd  ildən  artıq  bir  müddətdə  alman  əsgərlərinin  çəkmələri 
altında inildəməyə məcbur olmuşdu. Lakin Paris işğal altında olanda da düşmənə 
qarşı müqavimətini dayandırmamışdı.  
Parisdə  inqilablar  timsalında  da  digər  sarsıntılar  baş  verirdi.  Onlar 
başlanğıcını  XVII  əsrdən  götürür.  1648-ci  ildə  Fronda  Parisdə  kraliça-ana  Anna 
Avstriyalıya və birinci nazir kardinal Mazariniyə qarşı üsyan qaldırmışdı. Fronda 
(hərfi  mənada  «sapand»  deməkdir)  sadə  parisliləri  birləşdirməklə,  mütləqiyyət 
əleyhdarlarının  mütəşəkkil  ittifaqı  idi.  Müharibələr  aparıldığına  görə  ölkədə 
kəndlilərdən  alınan  vergi  artırdı.  Kraliça-ananın  Parisdəki  parlament 
(qanunvericilik  hakimiyyətinə  malik  deyildi)  liderlərindən  bir  neçəsinin  həbs 
edilməsi barədəki əmrinə cavab olaraq üsyan («barrikada günü») baş qaldırdı. Kral 
sarayı  1649-cü  ilin  yanvarında  Parisdəki  küçə  döyüşlərindən  və  barrikadalardan 


67 
 
beş ay sonra Sen-Jermenə qaçdı. Ona görə də bu vaxt on yaşı olan kral XIV Lui 
Parisə  nifrət  bəsləməyə  başladı,  sonralar  da  ondan  uzaqlaşmaq  üçün  Versal 
sarayını tikdirib, təkcə özü və ailəsi ilə yanaşı, əyanlarını da bu sarayda yaşamağa 
məcbur etmişdi. Bu möhtəşəm kompleksin 10 min otağı olduğu bildirilir.  
Frondanın  isə  müqaviməti  uzun  çəkmədi.  Kardinal  Mazarini  1652-cü 
ildə  Frondanın  dayağı  olan  Bordo  ətrafında  onları  məğlub  etməklə,  ölkədə 
mütləqiyyətin  möhkəmləndirilməsinə  yol  açdı.  1661-ci  ildə  Mazarinin  ölümü  ilə 
əlaqədar  olaraq  hakimiyyəti  bütünlüklə  öz  üzərinə  götürən  kral  XIV  Lui  bundan 
bolluca  bəhrələnib,  ölkədə  tam  mütləqiyyət  idarəçiliyi  qurdu.  Məğlubiyyətdən 
sonra artıq Fronda da dağılmalı oldu.  
22  yaşlı  kral  XIV  Lui  bəyan  etdi  ki,  bu  vaxtdan  etibarən  «onun  özü 
özünün  birinci  naziri  olacaqdır».  Daim  qızlarla  əylənən  oğlunun  bu  sözlərinə 
doğma  anası  gülmüşdü.  Lakin  o,  sözünə  bütünlüklə  əməl  etdi,  dövlətin  idarə 
edilməsi  yüyənini öz  əlinə götürdü və 54 il  ərzində  hər  gün  dövlət işlərinə  8 saat 
vaxt sərf etdi.  
O, taxt-taca Allahın ona bəxş etdiyi mükafat kimi baxırdı və inanırdı ki, 
monarxın  istənilən  arzusu  onun  təbəələri  üçün  qanundur.  Kralın  hakimiyyətinin 
təbəələri tərəfindən məhdudlaşdırılması onun üçün ən böyük biabırçılıqdır. Yalnız 
monarxın  təkcə  özü  dövlətin  faydasının  nədən  ibarət  olduğunu  bilir.  Kral 
hakimiyyətini ilahiləşdirərək XIV Lui özünü dövlətlə bərabər hesab edirdi: «L`etat 
c’est  moi»  –  “Dövlət  mənəm”  kimi  ifrat  ambitsiyadan  xəbər  verən  sözlərin  də 
müəllifi  odur.  Bir  şeyi  də  inkar  etmək  olmaz  ki,  onun  hökmranlığı  Avropa 
tarixində ən uzun olmaqla yanaşı, məhz bu dövrdə Fransa öz zenitinə yüksəlmişdi. 
Onun sarayı da Avropadakı ən füsunkar saray idi, fransız ədəbiyyatı və incəsənəti 
bu vaxt özünün qızıl epoxasını yaşadı.  
Ölkənin  idarə  olunmasını  Kral  Şurasının  əlində  cəmləşdirməklə 
kifayətlənməyib, sarayını ölkənin siyasi, inzibati, mədəni mərkəzinə çevirdi. Kral 
iqamətgahı  1682-ci  ildə  özünün  tikdirdiyi  və  Parisdən  20  km  aralıqda  yerləşən 
Versal  sarayına  köçürüldü.  Bir  əsrdən  çox  müddətdə  krallar  burada  yaşayıb, 
fəaliyyət  göstərirdilər.  Çünki  sonrakı  kralların  fəaliyyətini  tam  dövlət  işi 
adlandırmaq  da  çətin  idi.  1789-cu  ildə  Fransa  inqilabı  başlayandan,  Bastiliya 
alınandan az sonra ac kütlə Versala hücum edib, kral XVI Luini ailəsi ilə birlikdə 
buradan  Parisə  köçməyə  məcbur  etdi.  Sonralar  heç  bir  kral  və  ya  imperator 
Versalda yaşamağa cəsarət etmədi. 
 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə