Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə3/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   102


 
səhrada  özünə  məxsus  olan  vahə  –  oazis  tapmışdır  və  bu,  əslində  onun  üçün 
yerüstü cənnətə, Edemə bərabərdir.  
Məhəbbətin  şirinliyini  dadmış  insanları,  hansısa  uydurulmuş  məqsədi 
əsas  götürərək,  bir-birindən  ayırmaq,  təqsiri  olmayan  adamları  ədalətsiz  olaraq 
həbsə  məhkum  etməyə  bənzəyir.  Elə  təsəvvür  yaranır  ki,  yeni  bir  dünyanı  kəşf 
etmiş  bu  iki  adam  böcək  kimi  hörümçək  toruna salınmışdır və  onların  bu  tordan 
xilası  mümkün  deyildir.  Görən,  bu  torları  hörənlər  özləri  insan  təbiətinə  malik 
deyillərmi,  axı  heç  bir  din  insan  təbiətini  bütünlüklə  dəyişə  bilməz.  Adamların 
ağlını,  şüurunu  deformasiyaya  uğratmaq  olar,  ancaq  onun  vurğun  könlünü  zəbt 
etmək, orada işğal qaydalarını tətbiq etmək qeyri-mümkündür.  
Məhəbbət  könüldə  yaranıb,  könülü  də  hədəf  götürdüyünə  görə  onu 
qadağan  etmək,  onun  ehtiras  elektrikini  hansısa  bir  rele  vasitəsilə  kəsmək,  onun 
boynunu  vurmaq,  məhv  etmək  müşkül  məsələdir,  əslində  mümkün  deyildir. 
Məhəbbət təbiətdə vahid olmaqla nə dərinliyi tapa bilir, nə də həddi görür. Leyli və 
Məcnun, Abelyar və Eloiza, Françeska da Rıminı və Paolo, Romeo və Cülyetta çox 
əsrlər  bundan  əvvəl mövcud  olmuş  nakam  məhəbbətin  qurbanlarına  çevrilmiş  və 
ağır dərd içərisində həyatdan getmişlər, lakin onların obrazı bu gün də yaşayır, heç 
şübhəsiz,  gələcəkdə  də  ruhən  canlılığını  davam  etdirməklə  bütöv  nəsillərin, 
xüsusən  gənclərin  qəlbinə  sönməz  məhəbbət  vulkanından  gur  işıq  salacaqdır.  Bu 
vulkandan çıxan lava bəlkə də külə çevrilir, lakin Vezuvinin ətəklərində həmin kül 
torpaqlara əlavə münbitlik verən kimi, eşq həvəsində olan könüllərin yaxşı nümunə 
əsasında  oyanmalarına,  alovlanmalarına  şərait  yaradır.  Məhəbbətə  boylanan 
insanların  könüllərini  də  belə  münbit  torpaq  hesab  etmək  olar  və  oradan  yeni 
pöhrələr boy atıb qalxacaqdır.  
 Məhəbbət  döyüşü  ona  kənardan  müdaxilə  edənlərin  cəhdləri  nəticəsində  bu 
cəngavərlərin  həlak  olması  ilə  nəticələnir.  Onlar  qeyri-adi  bir  qəhrəmanlıq 
göstərməmişlər.  Lakin  məhəbbət  naminə  fədakarlıqları  ilə  özlərinə  əslində  təsir 
gücü azalmayan abidələr yaratmışlar. Bu abidələr sonrakı nəsilləri, həlak olanların 
timsalında  qorxmamağa,  sevgiyə  sədaqət  göstərməyə  və  onun  yolunda  hər  cür 
əzaba  dözməyə  çağırır.  Ən  müqəddəs  hiss  üçün  qurban  gedənlər  heç  də  ağı 
mövzusu deyildir, onların barəsindəki xatirə məhəbbətin zəfərinə həsr olunan himn 
kimi səslənir.  
İnsan  yaşa  dolduqca  onun  həyat  qüvvələri,  orqanizminin  resursları 
zəifləməyə, tükənməyə başlayır, çox şey onun yaddaşından silinir, yaxud da xırda 
fraqmentlər,  qəlpələr  kimi  qalır.  Təkcə  məhəbbətə həsr  olunmuş həyat  səhifələri, 
hətta  çox  qısa  olmağından  asılı  olmayaraq,  könülü,  qəlbi  görünməmiş  şəkildə 
coşqunlaşdıran  sevgi  bütün  detalları  ilə  xatırlanır  və  bu  xatirə  itirilmiş  sevginin 
adamın özü ilə axıra qədər yaşayan və silinməyən bir nişanəsinə çevrilir. Sevmiş 
və  sevilmiş  adam  bu  xatirədən  təskinlik  tapır,  onun  vərəqlənməsi  könüldən 
qaranlıq hissləri qovur, alatoranlığın – ingilislər bunu başqa ifadələrlə yanaşı həm 
də  owl-light  -  “bayquş  işığı”  adlandırırlar,  –  hakim  kəsildiyi  məkanı  özünün  gur 
işığı  ilə  işıqlandırır.  Bu  sevgi,  bəlkə  də  birgünlük  kəpənəklər  kimi  qısa  ömür 
sürmüş,  lakin  onlar  qəlbə,  könülə  pozulması  mümkün  olmayan  parlaq  rənglərlə 



 
naxış  vurmuşlar,  çünki  ürək  daim  onun  diktəsi  ilə  döyünür.  Sevgi  onu 
yaşayanlardan  fərqli  olaraq,  özünün  ömrünün  sonunda  belə,  heç  də  torpağa 
gömülməyəcəinə  bir  əminlik  yaradır.  Sevgililər  haqqındakı  xatirələr,  rəvayətlər, 
əfsanələr, hətta uydurmalarla zənginləşsə də, hər kəs onları həqiqət işığı kimi qəbul 
edir, çünki onlar ətrafa işıq və hərarət dalğası yaymaqla adamları sevincli günlərə 
səsləyir, hətta uğursuzluq anlarında da onlara müəyyən təskinlik verir.  
Məhəbbətin  mahiyyəti  vahid  olmaqla,  cütlüyün  bir-birinə  vurğunluğu 
üzərində  qurulsa  da,  onun  minlərlə  variantları,  şəkildəyişmələri  vardır.  Əlbəttə, 
məhəbbət  vurğunluqdan  fərqlənə  bilər.  Hər  kəs  onu  özünə  məxsus  qaydada 
yaşayır, əslində ona əsir düşür, talelərdə o tam fərqli qaydada iz buraxır, bu “uçan 
holland”a  bənzəyən  gəmi  («uçan  holland»  dəniz  quldurları  tərəfindən  komandası 
məhv etdiyindən, dalğaların sərəncamına buraxılan və başqa gəmlər üçün təhlükə 
mənbəyinə  çevrilən  gəmilərə  deyilir)  əksər  hallarda  xoşbəxtlik  limanına  yanaşa 
bilmədiyi  halda,  başqalarına heç bir  ziyan  vurmadan,  əsasən məhz  cütlüyü  hədəf 
seçən  bədbəxtliklərlə,  faciələrlə  üzləşir.  Ona  görə  də  məhəbbətə  həsr  olunan 
musiqi  daim  rekviyemi  xatırladır,  onda  major  notlar  tapmaq  çətin  olur.  Aşağıda 
nəql edilən, baş verməsi və xüsusən nəticəsi daha çox faciə janrını andıran bu sevgi 
əhvalatları  gerçəkliyin  və  bədii  təxəyyülün  məhsulu  olmasından  asılı  olmayaraq, 
eşq  gəmisinin  sualtı  mərcan  rifləri  timsalında  olan  sərt  dini  sədlərə  toxunmaqla 
qəzaya  uğramasını  əks  etdirir.  Mərcan  rif  gəminin  korpusunu  deşib  onu  batırır. 
Belə  gəminin  sərnişinləri  ya  məhv  olur,  yaxud  da  daim  əzaba  məhkum  edən 
zərbələr,  yaralar  alırlar.  Onlardan  biri  XII  əsrin  əvvəllərində  Fransada,  onun 
paytaxtı  Parisdə  din  xadimi  Abelyarla  Eloiza  arasında  qısa  müddət  davam  edən, 
həm  də  onları  qəbirə  qədər  müşayiət  edən  əzablara  səbəb  olan  eşq  macərasıdır, 
ikincisi,  ingilis  qadını  yazıçısı  Etel  Lilian  Voyniçin  məşhur  «Ovod»  romanında 
italyan  keşiş  Montanellinin  ingilis  ərli  qadına  yaxınlığının  bəhrəsi  olan  Arturun 
bioloji  atasının  məsləhəti  ilə  digər  keşişin  xəyanətinə  tuş  gəlməsi  və  axırda  isə 
atasının xəyanəti hesabına edam yolu ilə həyatla vidalaşması əhvalatıdır. Üçüncüsü 
isə Avstraliya qadın yazıçısı Kollin Makkalounun geniş yayılmış «Qaratikan quşu» 
romanında  keşiş  Ralf  ata  ilə  gənc  qız  Megginin  uzun  müddət  davam  edən 
vurğunluqlarının,  alovlu  sevgilərinin,  nəhayət  bunun  öz  zirvəsinə  çatmasından 
meydana  gələn  oğullarının  sonralar  kardinalın  nümunəsində  keşiş  olmağa  can 
atmasının və həlak olmasının hekayətidir. Sevgisinin fəlakətli gedişinə və sevdiyi 
adamdan  oğurladığı  oğulu  itirməsinə  görə  Meggi  buna  səbəb  hesab  etdiyi  Allaha 
qarşı üsyan etməyə hazırdır. Eloiza da nakam sevgisinə görə Allaha qarşı ittiham 
irəli  sürməkdən  çəkinmir.  Artur  isə  İisusu  büt  hesab  etməklə,  keşiş  olan  doğma 
atasından  dindən  üz  döndərməyi  tələb  edir.  Hər  üç  misalda  dinin  əsassız  olaraq 
müdaxilə etməsi, təcavüzə yol verməsi ilə, müxtəlif şəkildə olsa da, eyni rəhmsiz 
qaydada  bu  sferaya  daxil  olanları  dözülməz  bədbəxtliyə  düçar  etməsi  nümayiş 
etdirilir.  Abelyarın,  Lorentso  Montanellinin  və  Ralf  de  Brikassarın  da  din 
tərəfindən  məhkum  edilən  cinayəti  yalnız  ondan  ibarət  idi  ki,  onlar  Amurun 
diktəsinə  boyun  əyməklə,  cavan  qızlara  və  ya  ərli  qadına  vurulmuş,  bu  eşq 
macəraları  təbii  olaraq  bəhrəsiz  qalmamış,  Eloiza  öz  sevgilisindən,  ərli  qadınlar 
olan  Qledis  və  Meggi  isə  məşuqlarından  övlad  dünyaya  gətirmişdilər.  Lakin 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə