Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə30/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   26   27   28   29   30   31   32   33   ...   102

68 
 
 
Versal sarayı 
 
Versal  Günəş  Kralın  özünün  iradəsi  əsasında  inşa  edilməklə  fransız 
klassitsizmi üslübünda idi. Saray kompleksi olduqca böyük zövqlə tikilmişdir. Nə 
London  yaxınlığındakı  Vindzor  sarayı,  nə  İspaniyadakı  Eskopial  sarayı  onun 
mükəmməlliyi  və  gözəlliyi  ilə  müqayisə  edilə  bilməz.  Sankt-Peterburqdakı  Qış 
sarayı Versala bənzədilmişdi. 
Sarayın tikintisi iki görkəmli arxitektorun layihəsi əsasında aparılmışdı. 
Lakin  kralın  özü  tikintiyə  ciddi  nəzarət  edirdi.  Versalın  Güzgülü  salonu  məhz 
Günəş Kralın ideyasını reallaşdırmışdı. İri pəncərələrdən düşən günəş işığı nəhəng 
güzgülərin  səthindən  əks  olunaraq,  salonu  güclü  işıq  seli  ilə  doldurur.  Güzgülü 
salon  XIV  Luinin  iftixar  mənbəyi  olsa  da,  Fransa  dövlətini  aşağılayan  tarixi 
hadisənin də şahidi olmuşdu. 1871-ci ildə burada işğalçı Prussiuanın təşəbbüsü ilə 
Almaniyanın  birləşməsi  elan  olundu,  I  Vilhelm  təntənəli  qaydada  Almaniya 
imperiyasının kayzeri, Otto fon Bismark isə kansleri elan olundu. Buna qədər onlar 
müvafiq  olaraq  Prussiyanın  kralı  və  kansleri  idi.  Lakin  tarixin  ironiyası  da 
mövcuddur.  1819-cu  ildə  Versalda  I  Dünya  müharibəsində  məğlub  olmuş 
Almaniya  ilə  qalib  dövlətlər  arasında  almanları  alçaldan  şərtlərlə  müqavilə 
imzalandı.  Beləliklə,  yarım  əsr  keçməmiş  Almaniya  imperiyası  öz  taleyinin  acı 
sifəti ilə üzləşməli oldu.  
Versal  ən  iri  saray-park  ansamblıdır.  Sarayın  qarşısında,  bəzəkli 
hasardan bir az aralıda Günəş Kralın at üstündəki heykəli yerləşir. Böyük sarayla 
yanaşı,  burada  həmçinin  hovuzları,  fəvvarələri,  çoxlu  heykəlləri  olan  Böyük 
Trianon və mənzərə parkı ilə seçilən Kiçik Trianon vardır. 
Sarayla  geniş  tanışlıqdan  sonra  biz  artıq  şəhərə  çevrilmiş  Versalı  da 
gəzdik.  Bu  düz  və  kəsişən  küçələrdən  ibarət  olan  bir  şəhərdir,  çoxlu  otelləri, 


69 
 
mağazaları,  kafeləri  vardır.  Hillari  Klinton  2014-cü  ildə  Nyu-Yorkda  çapdan 
çıxmış “Hard Choices”-“Çətin Seçimlər” adlı kitabında addımbaşı ziyafətdə və ya 
restoranda olduğunu yazır. Elə bil ki, bu onun diplomatik fəaliyyətinin ən başlıca 
hissəsədir. Mən onu təqlid etməkdən uzağam, lakin Versalda bir kafedə, yenə də 
açıq  havada  dondurmaya  və  kofeyə  qonaq  olduğumuzu  qeyd  etməyə  bilmərəm. 
Ümymiyyətlə,  biz  Avropanın  təklif  etdiyi  ekzotikadan  imtina  etmək  istəmirdik, 
ona görə də Parisə qatarla, vaqonun ikinci mərtəbəsində oturub, paytaxtın ətrafını 
seyr edə-edə qayıtdıq.  
Əsas  məsələyə  gəldikdə,  möhtəşəmliyinə  görə  Versal  bütün  sarayları 
kölgədə  qoymuşdu.  Orada  daim  kral  hakimiyyətinin  kultu  hiss  olunurdu.  Kral 
sarayı,  həmçinin  Fransanın  mənəvi  həyatının  mərkəzi  rolunu  oynayırdı.  XIV  Lui 
öz xidmətinə görkəmli rəssamları və yazıçıları cəlb edirdi. Sarayın zövqü fransız 
incəsənətinin və ədəbiyyatının istiqamətini müəyyən etməyə başladı. Günəş Kralın 
siyasəti həm də Fransanın beynəlxalq nüfuzunun yüksəlməsinə yönəlmişdi.  
Lakin  XIV  Lui  müharibələr  aparmaq  aludəçisi  idi,  onun  hökmranlığı 
dövründə gedən çox sayda müharibələr Fransanı taqətdən salmışdı. Müharibə sadə 
insanlar  üçün  gəhənnəmdir.  Günəş  kralın  son  müharibələri  isə  olduqca  uğursuz 
olurdu.  1713-cü  ildəki  Utrext  sülhü  bağlananda  o,  yalnız  Fransanın  öz  ərazilərini 
qoruyub  saxlaya  bilmişdi.  Şimali  Amerikadakı  iki  ərazini  (Hadson  körfəzini  və 
Yeni  Skotiyanı),  həmçinin  Nyufaundlend  adasını  Böyük  Britaniyaya  verməyə 
məcbur olmuşdu. İspaniyadakı və Niderlanddakı torpaqlardan da əl çəkməli oldu. 
Müharibələr Fransanı iqtisadi cəhətdən çox zəiflətmişdi, əhalinin vəziyyəti olduqca 
ağırlaşmışdı.  
XIV  Lui  ölümü  ərəfəsində  öz  səhvini  başa  düşərək,  varisi,  5  yaşlı  XV 
Luiyə  müharibəyə  girişmək  barədəki  səhvini  təkrar  etməməyi  tapşırmışdı.  Kralın 
ağır  iqtisadi  irsi  XVIII  əsrdə  Fransanı  bir  sıra  böhran  halları  ilə  üzləşdirdi. 
Yeddiillik  müharibədə  (1756-1763-cü  illərdə)  Fransa  Kanadanı,  Şərqi  Luiziananı 
itirdi, onlar və Hindistandakı çox sayda olan fransız mülkiyyəti Böyük Britaniyaya 
keçdi.  1789-cu  ildə  baş  verən  nəhəng  siyasi  kataklizm  –  Böyük  Fransa  inqilabı 
ölkəni və xalqı ciddi sarsıntılara məruz qoydu. Günəş Kral Əlillər evi, Versal kimi 
irsləri  ilə  öyünə  bilsə  də,  Fransanı  arasıkəsilməyən  müharibələrə  cəlb  etməsi  ilə 
ölkədə ağır iqtisadi böhran yaratması halı onun xatirəsinə heç də şərəf gətirmir.  
Böyük  Fransa  inqilabı  başlanandan  üç  il  sonra  kral  XVI  Luinin  taxt-
tacdan  uzaqlaşdırılması  ilə,  monarxiyaya,  sonrakı  hadisələr  nəzərə  alınmaqla 
müvəqqəti  olaraq  son  qoydu  və  Fransa  Respublikasının  yaradılması  elan  olundu. 
İnqilabın rəhbərlərindən biri olan Robespyer ürəklərdə monarxiyaya nifrəti daha da 
möhkəmləndirməyə çağırırdı.  
XVI Lui, arvadı Mariya-Antuanetta və övladları ilə birlikdə 1792-ci ilin 
ilk  yay  gecəsi  gizli  qaydada  Parisdən  qaçdı,  məqsədi  xarici  ölkələrin  birində 
gizlənmək idi. Lakin bir sərhədçi onu sikkə puldakı portretindən tanıdıqdan sonra 
qaçqınlar geri qaytarıldılar. Sonra isə, 13 avqustda Tyulri sarayındın qovulan kral 
və arvadı həbs olundular. 1793-cü ildə isə əvvəlcə kral, sonra isə kraliça Mariya-
Antuanetta  gilyotina  bıçağı  altında  həyatla  vidalaşmalı  oldular.  Bu,  Fransa 
monarxının  birinci  və  axırıncı  edamı  idi.  İngiltərə  bu  məsələdə  Fransanı 


70 
 
qabaqlamış,  1649-cu  ildə  inqilaba  başçılıq  edən  Oliver  Kromvel  kral  I  Karlın 
boynunu vurdurmuşdu. Böyük Fransa inqilabı həm də yeni tarixin əsasını qoydu, 
«Azadlıq, bərabərlik, qardaşlıq» şüarlarını irəli sürdü, vətəndaşların hüquqlarını öz 
Bəyannaməsində təsbit etdi.  
1830-cu  ilin  iyul-avqustunda  Fransada  İyul  inqilabı  baş  verdi.  Lui- 
Filippin  (keçmiş  Orlean  hersoqunun)  kral  elan  edilməsi  heç  də  təkcə  sülalənin 
dəyişilməsi demək deyildi. Belə qayda qoyuldu ki, azad şəkildə seçilən hökmdar 
taxt-taca  çıxmamışdan, palataların  iştirakı  ilə  xalqın  hüququna  hörmət  edəcəyi  və 
konstitusiya qanunlarına vicdanla riayət edəcəyi barədə and içməlidir.  
Yeni  Fransız  inqilabinin  əks-sədası  bütün  Avropaya  yayıldı.  Belçikada 
üsyan  qalxdı.  Almaniyada,  İsveçrədə,  İtaliyada  həyəcanlar  baş  qaldırdı,  Polşada 
üsyan başlandı. Fransız rəssamı Ejen Delakruanın «Xalqa başçılıq edən Azadlıq» 
tablosu  da  İyul  inqilabına  həsr  olunmuşdur.  1848-ci  ildə  isə  Fevral  inqilabı  baş 
verdi.  Kral  qoşunları  narazılıq  həyəcanında  mübarizəyə  qalxan  silahsız 
nümayişçiləri  gülləbarana  tutdu.  24  fevralda  kral  Lui-Filipp  taxt-tacdan  əl  çəkdi. 
Bir gün sonra Fransada yenidən respublika elan edildi. Qərbi Avropadakı inqilabi 
hadisələr  Habsburqlar  imperiyasında  da  xalq  çıxışlarını  sürətləndirdi,  Avstriyada 
və Macarıstanda üsyanlar başlandı.  
Paris haqqındakı təəssüratlara tarixin ardıcıl olaraq müdaxilə etməsi heç 
də  təsadüfi  deyildir.  Axı  bu  şəhər  tarixi  yaradanların,  onlara  təsir  göstərən  dahi 
şəxsiyyətlərin  vətəni  olmuş,  burada  baş  verən  hadisələr  şəhərin  hüdudlarında 
donub qalmamış, Avropaya, bəzən isə hətta bütün dünyaya öz təsirini göstərmişdi. 
Günəş  Kralın  ədəbiyyata  və  incəsənətə  himayəsi,  gözəlliyin  yüksək  dəyər 
səviyyəsinə  qaldırılması  digər  ölkələrə  də  keçmişdi.  Avropa  xalqları,  hətta 
rusiyalılar  fransızlardan,  əsasən  parislilərdən  modaya  aludəçiliyi  əxz  etmişdilər. 
XVIII əsrdə Fransız dili Avropada indi ingilis dilinin dünyada oynadığı bir rolu öz 
üzərinə götürmüşdü, ən işlək ədəbi dil, ziyalıların ünsiyyət vasitəsi idi, başqa sözlə, 
lingua  franca  idi.  Çox  sonralar  Şərqi  Avropada  bu  rolu  alman  dili  oynamağa 
başladı. Almaniyada, Rusiyada kübarlar fransız dilində danışırdılar. Prussiya kralı 
Böyük  Fridrix  fransız  dilində  yazırdı.  Rusiya  çariçası  II  Yekaterina  fransız 
maarifçiləri Didro və Volterlə fransız dilində yazışırdı. Lev Tolstoy «Hərb və sülh» 
romanında yazırdı ki, 1812-ci ildəki Borodino döyüşündə təkcə fransızlar deyil, rus 
zabitləri də fransızca danışırdılar, ona görə də onları bir-birindən danışıqlarına görə 
fərqləndirmək çətin idi. Rus şairləri A. S. Puçkin və P. A. Vyazemski bir-birləri ilə 
fransız  dilində  məktublaşırdılar.  Almaniyada  isə  xalqın  doğma  dili  həmin  Böyük 
Fridrixin  vaxtında  daha  çox  ordu  və  atla  davranış  dili  hesab  olunurdu.  Bəziləri 
buna  təəccüblənə  bilər,  ancaq  elə  dil  vardır  ki,  məhz  bu  təməl  üzərində  təşəkkül 
tapmışdır.  Məsələn,  pakistanlıların  dili  onlar  hələ  vahid  Hindistanda  yaşayanda 
ordu dili kimi formalaşmış, buna görə də “ordu” sözünə yaxın olan bir sözlə- urdu 
dili adlanır.  
Böyük Çin mütəfəkkiri Konfutsi ritualı ön plana çəkən kimi, XIV Lui də 
öz  sarayında,  xüsusən  Versalda  rituala,  mərasimə  riayət  edilməsinə  ciddi  fikir 
verirdi. Kral təkbaşına yemək stolunun arxasına əyləşib, 40 adam üçün hazırlanmış 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə