Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə32/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   28   29   30   31   32   33   34   35   ...   102

73 
 
piyadalar  da  əsasən  sui-istifadə  hallarına  yol  vermirlər.  Az  sayda  velosipedçilər, 
Amsterdamla  və  Pekinlə  müqayisədə  onlar  burada  seyrək  nəzərə  çarpırlar, 
döngələrdə  maşınların,  iri  avtobusların  hərəkətindən  hansısa  bir  təhlükə  hiss 
etmirlər, küçədə isə onların ayrıca yolları vardır.  
Parisdə  səkiləri  zəbt  etmək  dəbi  də  yoxdur.  XVI  əsr  İngiltərəsində 
qoyunların  adamı  yediyi  bəyan  edildiyi  kimi,  burada  yaşayış  binalarının  səkiləri 
yeməsi, udması hallarına rast gəlmirsən. Restoranların pəncərələrinin qarşısındakı 
kiçik  ərazilərdə  xırda  stollar,  divan  tipli  skamyalar,  stullar  qoyulur.  Parislilər 
payızda, soyuq havada da küçədə oturub, kofe, şərab içməyi, nahar etməyi sevirlər. 
Varlı  restoranlar  və  kafelər  stolları  yağışdan  qoruyan  talvarlara  elektrik  peçləri 
quraşdırdıqlarından, yuxarıdan aşağı adama rahatlıq verən hərarət dalğasını qəbul 
edirsən.  Fransız  şərablarının  çox  sayda  növü  və  yüksək  keyfiyyəti  onlara  olan 
meyilin  azalmamasına,  bəlkə  də,  güclənməsinə  səbəb  olur.  Ona  görə  də  əbəs 
deyildir  ki,  dünyada  şərabdan  söhbət  düşəndə,  fransız  şərabı  və  digər  şərablar 
sözlərini  işlədirlər.  Çünki  fransız  şərabları  ilə  nə  italyan,  nə  ispan,  nə  də 
Kaliforniya şərabları müqayisəyə davam gətirə bilmir.  
Fransız  şərabları  kimi  fransız  parfyumeriyası  da  dünyada  özünə  rəqib 
tanımır. Odekolon fransız sözü olub, hərfi mənada “ Köln suyu” deməkdir, Köln 
isə alman şəhəridir, deməli ilk dəfə orada istehsal edilmişdir. “Un parfum français” 
ifadəsi fransız duxiləri mənasını verir. Dünyanın hansı guşəsində yaşamalarından 
asılı olmayaraq bütün qadınlar bu ölkədə istehsal olunan ətirlərə üstünlük verirlər. 
Fransız  duxilərinə  vurğunluğa  görə  çox  asanlıqla  Qadın  İnternasionalı  yaratmaq 
olardı və onda ən azı milyonlarla qadın birləşərdi.  
Fransız  mətbəxi  də  zəngin  çeşiddə  olan  çox  dadlı  xörəkləri  ilə  seçilir. 
Parisə gəldimiz ilk günü restoranda səfər yoldaşlarım  məşhur milli xörək sayılan 
soğan şorbasını yemək istədilər. Şorbadan sonra mən digər milli xörək kimi əsasən 
qaz  ciyərindən  hazırlanan  paşteti-  “fua  gra”nı  təklif  etdim,  lakin  bu  seçim 
dostlarımda gözlədiyim təəssüratı yaratmadı. Bu təkliflə onu əsas götürmüşdüm ki, 
necə olur ki, ABŞ-ın Dövlət katibi Çin paytaxtında olarkən Pekin’s duck- “Pekin 
ördəyi”ni  yeməyi  ilə  öyünür,  Parisdə  biz  əcnəbilər  tərəfindən  fua  qra-ya  buna 
bənzər  bir  münasibət  göstərilməsin.  Ona  görə  də  fua  qra  barədə  bildiklərimi 
söyləməyə başladım. Çünki fua qra istehsalı yalnız fransızlara məxsusdur, necə ki, 
xamon  (bu,qaxac  edilmiş  donuz  bududur)  ispanların  inhisarındadır.  Fua  qranın 
adından göründüyü kimi (ikinci sözdən) yalnız piyli qaz ciyərindən hazırlanır. Belə 
qazlar xüsusi daydada yetişdirilir. Onlar elə kökəldilir ki, qara ciyəri piy basır və o 
həddən  artıq  böyüyür.  Bu  stadaiyada  qaz  kəsilməsə,  o  hökmən  öləcəkdir.  SSRİ 
Xarici Ticarət nazirinin müavini N. Smelyakovun “İşgüzar Amerika (mühəndisin 
qeydləri)” kitabı 1970-ci illərdə çox populyar idi. Müəllif ideoloji məhdudiyyətlərə 
məhəl  qoymadan  Qərbin  müsbət  cəhətlərini  ustalıqla  təsvir  edirdi.  O,  Fransada 
belə bir qaz fermasında olanda, “ferme” sözü “ferma” kimi fransız dilindən başqa 
dillərə keçmişdir, ətrafda gölməçə olmadığından təəccüblənib, bunu iş adamından 
soruşduqda,  fermer  cavab  vermişdi  ki,  o,  idmançı  deyil,  xörək  üçün  xammal 
hazırlayır. Elə də ağılsız deyildir ki, yemi göldə üzəndə enerji sərf etməyə versin, 


74 
 
onun  yemi  hesabına  qazlar  yalnız  kökəlməlidirlər.  Fua  qra  konsevləşdirilərək 
bankalarda bütün dünyada satılır. 
Ümumiyyətlə,  fransızlar  mətbəxdə  ağıla  gəlməyən  inqrediyentlərdən 
istifadə edirlər. Ət xörəyinin yanında boçqaba nazik qatla yayılmış şabalıd sıyığına 
rast  gəlirsən.  Fransızlar  metafora  seçməyi  də  çox  ustalıqla  bacarırlar.  Onlardan 
bütün  dünyaya  yayılan  “a  lya  furşet”  ifadəsi  ayaq  üstə  verilən,  yüngül  ziyafətə 
deyilir.  “Fourchette”  sözünün  mənası  “çəngəl”  deməkdir,  “a  la  fourchette”  isə 
qaşıqsız,  bıçaqsız  süfrə  hazırlamaq  deməkdir,  əsasən  isə  ayaqüstə  verilən  kiçik 
ziyafət  kimi  başa  düşülür.  Çünki  ayaqüstə  bir  əllə  yalnız  boşqabı,  digər  əllə  isə 
yalnız  çəngəli  tutmaq  mümkündür.  Belə  ziyafətə  əslində  çox  yaxşı  termin 
tapılmışdır.  Yaxud  Fransanın  cənubi-şərqində  Aralıq  dənizi  boyu  uzanan  Fransız 
Rivyerasını “Cote d’Azur” – Lacivərd sahili adlandırırlar, bu söz həm də Cəvahirət 
sahili  mənasını  verir.  Bu  zolaqda  Nittsa,  Kann,  Antib  kimi  məşhur  kurortlar 
yerləşir və onlar Aralıq dənizi sahilinin cəvahirətə bərabər sayılası yerləridir. 
 
 
Paris kafesi 
  
Bizim  heç  də  qısa  müddətə  də  olsa  fransızlara  çevrilmək  fikrimiz  yox 
idi.  Lakin  səfər  dostlarımdan  birinə  restoranın  içində  yox,  küçədə  oturub  nahar 
etmək, daha çox isə açıq havada kofe və Evian mineral suyunu içmək xoş gəlidi. 
Bu  qaydada  o,  elə  bil  ki,  türk  kofesi  içirdi.  Bu  xüsusiyyəti  ilə  o,  qardaşımı 
xatırladırdı.  Böyük  qardaşım  xarici  ölkələrə  səfər  etdikdən  və  ya  oralarda 
yaşadıqdan  sonra  həmin  xalqların  təsirindən  uzaqlaşa  bilmirdi.  Misirə  səfərdən 
sonra  onların  o  vaxtlar  bizdə  az  tapılan  “Spartakus”  odekolonunu  çox  tərifləyir, 
misirlilərin ondan qədərindən artıq istifadə etdiklərini danışırdı. Yaponiya isə ona 
suşini  və  tunets  balığını  tanıtdırmışdı.  Əfqanıstanda  və  Səudiyyə  Ərəbistanında 
yaşaqıqda və işlədikdə hətta dari və ərəb dillərini öyrənə bilmişdi. Səfər dostumu 
onunla bir mühüm cəhət də birləşdirir. Hə ikisi uzun müddət həkim işləməklə, öz 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə