Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə33/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   29   30   31   32   33   34   35   36   ...   102

75 
 
sahələrində  yaxşı  ad-san  qazanmışdılar,  indi  də  çox  hallarda  bunun  əks-sədası 
eşidilir. 
Parisdə bizi təəccübləndirən cəhətlər az deyildi. Şəhərdə nə polis, nə ajan 
gözə  dəymirdi.  Küçələrdə  onları  görmək  istəyi  az  qala  Xəzər  sahilində  pinqvini 
müşahidə etmək cəhdinə bərabər idi. Luvr yaxınlığında əlində avtomat silah olan 
üç  xüsusi  təyinatlı  əsgəri  gördük.  Müşahidə  etdiyimiz  həmin  cəhətlərdən  digəri, 
fransızların  milli  çörəkləri  olan  bagetə  bağlılıqjarı  idi.  Saysız-hesabsız  çörək 
növləri  arasında  ona  üstünlük  verirlər.  Küçədə  əllərində  uzun  bageti  aparanlar, 
onun ucunu qırıb, gedə-gedə ya özləri yeyir ya da yanlarında uşaqları olanda onlara 
verirlər. Bagetin bir ucu daim qırılmış olur.  
Parislilər  çox  mədəni  və  qayğıkeşdirlər,  bir  şeyi  soruşduqda,  harasa 
tələsmələrinə  də  baxmayaraq,  hər  cür  kömək  göstərməyi  özlərinə  borc  bilirlər, 
hansısa  ünvanı  tapmaq  üçün  bunu  xahiş  edənin  yanına  düşüb  xeyli  məsafə  qət 
etməyə də hazırdırlar. Dilə azacıq tanışlıq isə fransızlarla ünsiyyəti daha faydalı və 
səmimi  edir.  Şəhər  çox  sayda  irqlərin,  millətlərin  nümayəndələri  ilə  dolu 
olduğundan,  Babil  həngaməsini  andırır.  Bibliyada  təsvir  ediləndən  bircə  fərq 
orasındadır  ki,  burada  yaşamağa  gələnlərin  hamısı  bir  dildə  –  fransız  dilində 
danışsalar  da,  allahın  qəzəbindən  qorxmurlar,  çünki  onlar  Bibliyadakının  əksinə 
əvvəllər çox  müxtəlif  dildə danışmışlar, yalnız  müstəmləkəçiliyin  qoyduğu təməl 
hesabına  bu  dilə  yiyələnmişlər.  Müstəmləkəçilik  xalqları  əsarətdə  saxlasa  da, 
onların çoxuna, ən azı savadlı adamlarının hamısına Avropa dillərini bəxş etməklə, 
müxtəlif  dilli  çox  sayda  tayfaların  vahid  dil  hesabına  birləşib,  milləti  meydana 
gətirməsinə  şərait  yaratmışdı.  Fransızlar  isə  ölkələrinə  yaşamağa  gələn  əcnəbilər 
axınına və digər çətinliklərə baxmayaraq öz dəyərlərindən imtina etmədilər. Onlar 
millətçilik  xəstəliyinə  tutulmadılar.  İstər  ada  ölkəsi  olan  Haitidən,  istər  Şimali 
Afrikanın ərəb ölkələrindən  – Əlcəzair, Mərakeş və Tunisdən, istər Cənubi-Şərqi 
Asiyadan  –  Hind-Çin  yarımadasından  gələnlər  –  vyetnamlılar,  laoslular, 
kambocalılar,  Afrikadakı  Seneqaldan  və  ya  Konqodan  (Brazzavil)  olanlar  təmiz 
fransız  dilində  danışdıqlarından,  çox  asanlıqla  Parisin  sosial  həyatına  inteqrasiya 
olunurlar.  Onlar  əsasən  xidmət  işlərində  çalışırlar,  lakin  yaxşı  qazandıqlarından, 
vətəndəki  valideynlərinə  də  maddi  yardım  göstərmək  imkanına  malik  olurlar. 
Cənubi-Şərqi Asiya xalqlarında isə valideynlərə çox yüksək hörmət bəslənilir.  
Şəhərin Şimal vağzalı rayonunda çox sayda türklər yaşayırlar, bura hətta 
«Kiçik  Türkiyə»  də  deyirlər.  Restoranlarda,  kafelərdə,  bistrolarda,  pablarda 
argentinalıya da, polyaka, ukraynalıya da rast gəlmək mümkündür. Türk qızları isə 
əsasən  mağazalarda  işləyirlər.  Dini,  milli,  irqi  ayrı-seçkilik  halları  gözə  dəymir. 
İslamçı  terrorçular  Parisdə  terror  hadisələri  törətsələr  də,  fransızlarda  islam  dini 
mənsublarına, ərəblərə qarşı hansısa bir diskriminasiya halları, nifrət hissləri əmələ 
gəlməmişdir. Cəmiyyət, millətçi sağ partiyanın lideri Marin Le Penə şovinizm tipli 
bəyanatlarına  görə  kəskin  cavab  verir,  respublikanın  dəyərlərinin  sarsılmaz 
olduğunu  bildirir.  Zəncilərə  gəldikdə,  onlar  burada  özlərini  çox  sərbəst  aparırlar. 
Onların  davranışlarında  heç  bir  təşviş,  xof  elementi  hiss  olunmur.  Yəqin  bu 
cəhətlərinə  görədir  ki,  Fransaya  dünyada  hörmətlə,  heyranlıqla  yanaşırlar.  Əgər 


76 
 
Fransa  bir  ölkə  kimi  milli  mənşəyindən  asılı  olaraq  yalnız  öz  vətəndaşlarının 
yaşadığı bağlı diyara çevrilsə, artıq Fransa olmayacaqdır.  
Fransa  televiziya  kanalları  əsas  diqqətlərini  daxili  siyasətə  yönəldirlər, 
beynəlxalq  hadisələrə  o  qədər  də  əhəmiyyət  verilmir.  Sağlar  arasında  praymeriz 
seçkilərində  keçmiş  prezident  Nikolya  Sarkozinin  biabırçı  məğlubiyyəti  günlərlə 
müzakirə mövzusu oldu. Həm də kanallar ikinci tura çıxmış Fransua Fiyonun və 
Alen Jupenin mübarizəsinə çox vaxt ayırırdılar, özü də Fiyonun əvvəllər autsayder 
hesab  edildiyini  vurğulamaqla,  Jupeni  təbliğ  etməyə  çalışırdılar.  Lakin  bu 
canfəşanlıq fayda vermədi və Fransua Fiyon qalib gəlməklə, 2017-ci il seçkilərində 
prezidentliyə  sağların  yeganə  namizədi  olacaqdır.  Otel  otağındakı  televizorda 
demək  olar  ki,  idman  proqramları,  futbol  oyunları  göstərilmirdi,  matçlara  yalnız 
bəzi  kafelərdə  və  pablarda  baxmaq  olardı.  Səfər  yoldaşlarımızdan  biri  isə  həris 
futbol azarkeşi idi, “Barselona”nın bir oyununa baxmasa bu onun üçün əsl fəlakət 
təsiri  bağışlayardı.  Tərslikdən  bir  gün  eyni  vaxtda  “Barselona”  və  “Paris-Sen- 
Jermen”  İngiltərədə  yerli  klublarla  oynamalı  idi.  Nəhayət  bir  irland  pabı  tapdıq, 
orada  hər  iki  oyun  göstəriləcəkdi.  Ukraynalı  ofitsiant  bizə  yaxşı  yerdən  bir  stol 
tutdu.  Oyuna  bir  qədər  qalmış  biz  artıq  pabda  üzərində  çoxlu  çərəz  və  iri  pivə 
qədəhləri qoyulmuş stolun ətrafında oturmuşduq. Dostumuz hər iki matça, əsaəsən 
“Barselona”nın  oyununa  baxırdı.  Mənə  isə  nə  pabdakı  azarkeşlərin  hay-küyü, 
orada  azarkeş  olmayan  yox  idi,  nə  acı  irland  qara  pivəsi,  nə  də  oyunların  gedişi 
nəinki  ləzzət  vermirdi,  əksinə  çox  darıxdırırdı.  Ona  görə  də  bir  qədər  sonra  pabı 
tərk etməli oldum.  
 Bir cəhət də nəzərə çarpırdı ki,ABŞ-ın prezidenti seçilən Donald Tramp 
da  burada  ciddi  maraq  obyektinə  çevrilməmişdi.  Rusiya  televiziya  kanallarından 
fərqli  olaraq,  Paris  kanalları  ona  çox  vaxt  ayırmırdılar.  Lakin  küçələrdə  Trampa 
həsr  olunmuş  reklam  lövhələrinə  rast  gəlinirdi.  2008-ci  ildə  Avropadakı 
“Obamamaniyadan” fərqli olaraq qitədə Trampa qarşı xoş olmayan bir münasibət 
var  idi.  Böyük  Britaniyanın  Breksitindən  sonra  Trampın  prezident  seçilməsi 
Avropa üçün yeni bir ağır xəbər təsiri bağışlamışdı.  
Parisdə bütün irqlərdən və millətlərdən olanlar arasında diqqəti cəlb edən 
bir tolerantlıq mövcuddur. Hansısa bir fransızın başqa ölkələrdən gəlib, paytaxtda 
yaşayan və işləyən əcnəbilərə yuxarıdan-aşağı baxması ağıla belə gəlmir. Parislilər 
irqindən, dinindən, millətindən asılı olmayaraq, bir-birilərinə qaynayıb-qarışmışlar. 
Ağdərili fransız gəncin qara afrikalı qızla çox mehriban, bir-birinə vurğun şəkildə 
gəzdiklərini görürsən və ya qaradərili oğlan fransız qızı ilə yaxın dostluq edir və 
buna heç kəs normal qaydanı pozan bir hal kimi baxmır. Xalqlar arasındakı fərqlər 
məişət  çərçivəsində  yox  olmağa  başlayır.  Fransızlar  heç  bir  qəbahət  hissi 
duymadan,  zənci  qızlarına  evlənir,  qara  afrikalı  fransız  qızı  ilə  ailə  qurur.  Mülki 
nikahlar  isə  bu  münasibətlərin  daha  da  asanlaşmasına  şərait  yaratmışdır. 
Avropalılarla  afrikalıların  və  asiyalıların  belə  yaxınlaşması  heç  də  dövlət 
siyasətinin,  bu  məsələ  barədə  xüsusi  təbliğatın  nəticəsi  deyildir,  millətlərarası 
münasibətdə  fransızların,  həmçinin  ingilislərin  və  niderlandlıların  özlərinin 
yaxşılığa  doğru  xeyli  irəlilədiklərini  göstərir.  Yəqin  ki,  adi  fransızı 
multikulturalizm  o  qədər  də  maraqlandırmır,  ölkədə  bu  mövzuda  konqresslərin, 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə