Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə35/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   31   32   33   34   35   36   37   38   ...   102

79 
 
Rusiyaya, həmçinin Türkiyəyə, Vyetnama, Çinə keçmişdi. Paris Notr-Dam kilsəsi 
mavzoley  deyildir,  xalq  üçün  kilsə  kimi  tikilmişdir  və  yeddi  əsrdən  artıq  bir 
müddətdə  bu  təyinatını  yerinə  yetirir.  Dindarlar  burada  dini  ibadətdə,  messada 
iştirak edirlər. Buraya ziyarətə gələnlərə bina öz sehrliliyi ilə izahı çətin olan ülvi 
hisslər  bağışlayır,  təlqin  edir,  onları  ömrün  fani  olması,  inancın  insanı  mənəvi 
yüksəkliyə  qaldırması  hisslərini  aşılayır.  Təkcə  katoliklər  ya  protestantlar  deyil, 
müsəlmanlar,  iudeylər,  buddistlər,  hinduistlər,  bütpərəstlər  də  məbədə  daxil 
olduqdan sonra onun möcüzəsinin təsiri altına düşməkdən yayına bilmirlər.  
Bircə  Notr-Dam  deyil,  Parisin  digər  məbədləri,  arxitekturası,  küçələri, 
meydanları  adamda  xoş  hisslər  yaradır.  Paris  daim  bayram  əhvali-ruhiyyəsi 
bağışlayır. Burada da adamda elə bil ki, Aristotelin, faciə tamaşaçısı barədə dediyi, 
hala  acımaq  prosesinin  təsiri  altında  onun  keçirdiyi  ruhən  durulma  –  «katarsis» 
gedir.  Paris  özü  isə  bayramlarda  daha  da  gözəlləşir,  harmoniyalı  qaydada 
bəzədilmiş  gəlinə  bənzəyir.  Bu  şəhəri  mən  Milad  bayramı  günündə  görmüşəm. 
Onda Paris gözəllikdə özünü də ötüb keçmişdi. Yelisey çölü avenyusunda ağaclar 
miniatür  elektrik  lampaları  ilə  elə  örtülmüşdü  ki,  Kubada  və  Afrikada  bitən 
flogiston adlanan və alovlu gülləri olan bu ağac da onlara həsəd apara bilərdi. Bu 
mənzərə  əsl  cənnət  effekti  yaradırdı.  Avenyunun  ortasında  yuxarıdan  asılmış  və 
kiçik  güzgülərdən  düzəldilmiş  şar  fırlandıqca,  projektordan  ona  düşən  işıq 
güzgülərdə  bərq  vurur  və  küçə  ilə  hərəkət  edən  maşınlar  bərqlərdən  yaranan  və 
hərlənən işıq tunelinin içərisi ilə irəliləyirdi. Elə bilirsən ki, möcüzələrin çoxluğu 
ilə  fərqlənən  bir  məkana  düşmüsən.  Binaların  balkonları  gül-çiçək  hörükləri  işlə 
bəzədilmişdi.  Al-əlvanlıq,  gül  çələngləri  hamını  Milad  bayramını  xoş  əhvali-
ruhiyyədə qeyd etməyə səsləyirdi.  
Paris  ona  təşrif  buyuran  hər  bir  adama  nikbin  hisslər,  mübaliğəsiz 
deyilsə,  sevinc  bəxş  edir.  bunu  səfər  dostlarım  da  dəfələrlə  vurğuladılar,  onlar 
xarici ölkələrdə çox olsalar da, Parisdə elə bil ki, özlərinə yeni dünya açmışdılar. 
Parisi,  sadəcə,  duymaq,  bu  mümkündürsə,  sevmək  lazımdır.  Böyük  rus  şairi 
F.İ.Tyutçevin Rusiya barədə dediyi sözləri bu şəhərə də aid etmək olar. Onu ağılla 
duymaq,  adi  arşınla  ölçmək  yaramır.  Ona  yalnız  inanmaq,  mən  əlavə  etmək 
istərdim ki, onu layiq olduğu kimi sevmək lazımdır. Parisə bəslənən bu sevgi də 
cavabsız  qalmayacaqdır.  Sehrli  şəhər  yaratdığı  bol  təəssüratla  bunun  əvəzini 
artıqlamasilə çıxmağı bacarır. Paris onda yaşamağa gələnlərin qəlbində ümid şüası 
yaratdığı kimi, onu görməyə, seyr etməyə gələnlərə ağuşunu açıb, onları təəccüb, 
vurğunluq  və  sevinc  hisslərinin  qarışığı  şəklindəki  qeyri-adi  ərmağan  ilə 
mükafatlandırır. 
Belə xoş təəssüratların təsiri altınnda biz taleyimizin sakit limanı hesab 
etdiyimiz  və  lövbər  saldığımız  Bakıya  qayıtdıqda  özümüzü  yuvasına  dönən  quş 
kimi hiss etdik. Quş üçün uçduğu səma nə qədər geniş və əlçatmaz olsa da, doğma 
yuvası onun əvəzsiz bir səltənətidir. 
 Son 
 Dekabr 2016-cı il 
 
 


80 
 
 
 
Telman Orucov 
 
 
İtaliyaya səfər: keçmişin əks-sədası 
 və gerçəklik 
 
 
 
 
 
İtaliyaya səfər etmək, onun zəngin tarixi və müasir həyat tərzi ilə böyük 
fasilədən sonra yenidən tanış olmaq imkanı təklif edildikdə, bu ehtiram nümayişini 
qəbul etməyə bilməzdim. Səfərə beş nəfərdən ibarət qrupla yollanmalı idik, təəssüf 
ki,  planlaşdırmanın,  təşkilat  işinin  bütün  əziyyətini  çəkən,  zəngin  təcrübəsinə 
əsaslanaraq  səyahətin  xırda  detallarına  və  marşrutuna  qədər  layihəsini  cızan 
dostumuz  məşğulluğunun  çoxluğundan bizə  qoşula bilmədi.  Ancaq  onun  xidməti 
mübaliğəsiz  olaraq  mərdlik  altruizmi  nümunəsi  sayıla  bilərdi.  Onsuz  da  istənilən 
səyahət problemsiz ötüşmür və mən dəfələrlə bunun şahidi olmuşam.  
Dörd nəfər təyyarə ilə Milana uçduq, oradan da vaxtı itirmədən şəhərin 
Sentrale  vağzalına  gəlib,  qatarla  Romaya  yola  düşdük.  İyulun  son  ongünlüyünün 
xeyli  hissəsini  ölkənin  paytaxtında  qaldıqdan  sonra,  yenidən  Milana  qayıtdıq. 
Səhərisi isə qatarla Venetsiyaya getdik. Proqram çox ustalıqla tərtib edilmişdi və 
biz səfərin bəzi nyüanslarına baxmayaraq, çox razı qaldıq.  
Üç onillik bundan əvvəl də mən həmin ölkədə olmuş, onun mərkəzindəki 
və  şimalındakı  şəhərlərə  getmiş,  Neapolda,  Avellinoda,  Kapri  adasında, 
Sorrentoda,  Florensiyada  olmuş,  Fransa  sərhədinə  qədər  getmişdim.  Səfər  vaxtı 
bizi  əcnəbi  konsernin  nümayəndələri  və  tərcüməçi  rahat  avtomobildə  müşayiət 
edirdi. O vaxt İtaliyanın gözəl təbiəti və şəhərləri ilə geniş tanış olmaq imkanına 
malik olmuşdum.  
Bu  dəfəki  qrupun  üzvlərinin  hamısı  ingilisdilli  idi,  səfər  yoldaşlarımın 
üçü  də  bu  dildə  sürətlə  danışır  və  yaxşı  təmasa  girə  bilirdilər.  Onlardan  biri  isə 
italyanca  danışır,  deyilənləri  yaxşı  başa  düşürdü.  Bu  isə  heç  də  kiçik  məsələ 
deyildi,  çünki  italyanlara  ingiliscə  sual  verdikdə  belə,  adətən,  öz  ana  dillərində 
cavab verirlər, bəziləri isə, ümumiyyətlə, bu dilə bələd deyildir. İtalyanca danışan 
dostumuz  bizi  çətinliyə  düşməkdən  uzaqlaşdırmağı  bacarırdı.  Romanın  Termini 
dəmiryol  vağzalı  bizi  daha  böyük  qələbəliyi  və  səs-küyü  ilə  təəccübləndirdi. 
Otelimiz  məşhur  Via  Veneto  –  Veneto  küçəsinin  və  İspaniya  meydanının 
yaxınlığında  idi.  Əvvəlki  səfərimdə  də  mən  həmin  məşhur  küçədəki  oteldə 
qalmışdım. Azacıq istirahətdən sonra şəhəri gəzməyə çıxdıq. Qrupun bir üzvü son 
illərdə  dəfələrlə  burada  olduğundan  və  yaxşı  müşahidə  qabiliyyətinə,  həm  də  iti 
yaddaşa  malik  olduğundan,  bizə  ixtisaslı  bələdçilik  edirdi.  Hətta  sadə  gəzinti 
qaydasında biz bir çox görməli yerlərlə tanış olmaq imkanı qazanırdıq. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə