Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə36/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   ...   102

81 
 
 
 
 
 
Əfsanələrdən yaranan və əfsanələri yaradan şəhər 
 
Roma  barədə  tərifli  ifadələr,  «əbədi  şəhər»  və  digər  epitetlər  işlədilir. 
Tarixi abidələrini həddən artıq çoxluğuna, Qərb sivilizasiyasının beşiklərindən biri 
olduğuna  görə  və  həm  də  gözəl  müasir  şəhər  kimi  Roma  onun  haqqında deyilən 
gurultulu sözləri nəinki doğrudur, bəlkə də, onlardan da yuxarıda dayanır.  
Tibr  (Tevere)  çayının  hər  iki  sahilində  yerləşən  bu  şəhər  Avropa 
sivilizasiyasının  taleyinə  min  ildən  çox  bir  müddətdə  müdaxilə  və  nəzarət  etmiş, 
lakin sonralar qarışıqlıq və çaxnaşma dövrünü də yaşamalı olmuş, aldığı yaralardan 
uzun  müddət  sağala  bilməmişdi.  Roma  uzun  bir  zaman  müddətində  çarlığın, 
respublikanın, ordular və siyasət imperiyasının paytaxtı kimi tanınmışdı. Bu mənalı 
tarixi keçmiş sonrakı dövrlərdə də öz işini saxlaya bilmişdi. Onun bir şəhər kimi 
meydana  gəlməsi  barədə  bir-birini  davam  etdirən  əfsanələr  mövcuddur.  Əslində, 
bu  rəvayətlər  min  illər  ərzində  təkrar  olunduğundan,  özünəməxsus  reallıq  haləsi 
qazanmışdır.  Romanın  bünövrəsini  qoyanların  nəsil  başlanğıcının  Troya 
müharibəsində  məğlubiyyəti  nəticəsində  viran  qalan  şəhər-dövlətdən  qaçan 
Eneydən  götürdüyü  ehtimal  olunur.  O,  Kiçik  Asiyadan  Avropaya,  Apennin 
yarımadasının mərkəzinə gəlib çıxmış, burada yerli çarın qızı ilə evlənmişdi. Yerli 
əhali və troyalılar birlikdə latınlar adlanırdı. Bundan beş əsr sonra həmin dövrdəki 
yerli çarın düşmənçilik məqsədilə Vestal qızı təyin etdiyi Reya Selviyanın namusu 
təcavüzə  məruz  qaldığından,  o,  əkiz  oğlan  uşağı  doğdu.  Məbədin  kahinləri  olan 
Vestal qızları isə ölənə qədər bakirə qalmalı idilər.  
Qəzəblənən  çarın  əmri  ilə.  allah  Marsın  övladları  hesab  edilən  uşaqlar 
çaya  atılmalı  idi,  lakin  daşqın  çaya  yaxınlaşmağa  mane  olurdu.  Ona  görə  də 
körpələri  dayaz  suya  qoydular  və  onları  dişi  canavar  öz  südü  ilə  qidalandırdı, 
acından  ölmələrinə  imkan  vermədi.  Böyüdükdə  onlar  ovçulara  çevrildilər  və 
körpəlikdə onları məhv etmək istəyən çarı öldürdülər. Romul və Rem adlı əkizlər 
suya atıldıqları yerdə şəhər salmağı qərara aldılar. Bizim eradan əvvəl 753-cü ildə 
Romanın  əsası  qoyuldu.  Palatin  təpəsində  salınan  şəhər  Romulun  şərəfinə  Roma 
adlandırıldı,  bu  söz  həm  də  «güc»  mənasını  verir.  Öz  qardaşı  Remi  o,  qoyulmuş 
qaydanı pozub, onun tikdiyi divarın üstündən adlayıb keçdiyinə görə öldürmüşdü.  
 


82 
 
 
“Dişi canavar” heykəli 
  
Romul  camaatı  bir  xalq  kimi  birləşdirdi.  Altı  əsr  keçdikdən  sonra  isə 
şəhər  artıq  xeyli  ərazilərə  sahib  olan  qüdrətli  dövlətə  çevrilmişdi.  Bu  şəhərin 
yaradıcısı isə unudulmurdu. Qədim Romanın böyük filosofu, hüquqşünas və natiqi 
Tsitseron  şəhərin  meydana  gəlməsi  barədə  əfsanənin  dəyərini  qiymətləndirərək 
demişdi:  «Yer  üzərində  elə  bir  xalq  yoxdur  ki,  öz  tarixini  romalılar  kimi  təkcə 
onun  əsasının  qoyulması  dövründən deyil,  hətta şəhərin bünövrəsini qoyanın  ana 
bətninə düşməsi vaxtından bilsin». 
Paytaxtın əbədi şəhər adlanması isə Roma katolik kilsəsinin mənəvi və 
fiziki  mərkəzi  olması  ilə  əlaqədardır.  Bu  ad  həm  də  bəşəriyyətin  incəsənət  və 
intellektual sahələrindəki nailiyyətinin zirvəsi kimi bir əks-səda tapır. Roma XXI 
əsrin  əvvəllərində  də  əsas  xüsusiyyətlərini  qoruyub  saxlayır.  Bu  şəhəri,  keçmişin 
təsəvvürünü yaratmağa şərait yaradan memorial da saymaq olar. Qərbdə, bəlkə də, 
dünyada  elə  bir  şəhər  yoxdur  ki,  onun  tarixi  Roma  kimi  belə  uzun,  min  illərlə 
ölçülən bir dövrü əhatə etsin. Yaxşı cəhət orasındadır ki, Roma heç də qədim və 
zəngin  keçmişin  qalın  kölgəsinə  sığınıb  qalmamışdır,  müasir  şəhərə  xas  olan 
xüsusiyyətlərin də hamısını bu şəhərdə tapmaq mümkündür. 
 
Roma taixinin mühüm fraqmentləri 
 
Roma  barədə  söhbət  edərkən,  onun  görməli  yerlərini  sadalayarkən 
hökmən  keçmiş  dövrlər  xatırlandığından,  onun  tarixinə  azacıq  da  olsa,  ekskurs 
etmədən keçinə bilmirsən. Ona görə də şəhərin minillik labirintində azmamaq üçün 
onun tarixini, Ariadna sapı timsalında, qısaca da olsa, yada salmaq ehtiyacı yaranır.  
Birincisi  çar  Romul  olmaqla,  burada  yeddi  çar  hökmranlıq  etmiş,  hər 
birinin  idarəetmə  üslubu  da  digərininkindən  fərqlənmişdir.  Romul  davakar  idi, 
sabinli qızların oğurlanmasını hiyləgərliklə təşkil etməklə, nəinki şəhərin əhalisinin 
sayını artırmış, həm də doğulan uşaqlar hesabına o dövr üçün demoqrafik partlayış 
əmələ  gətirmişdi.  Tarixçi  Liviyə  görə,  Romul  hərbi  lider  olmaqla  yanaşı,  geniş 


83 
 
siyasi qüdrətə də malik idi. Sabinlilərlə aparılmış müharibə iki xalqın birləşməsi ilə 
başa çatmışdı. 
Romulu  keşiş-çar,  sabinli  müdrik  Numa  Pompili  əvəz  etdi,  onun 
hökmranlıq  dövrü  Romaya  dinclik  bəxş  etdi.  Bu  onilliklərdə  bir  dəfə  də  olsun, 
Yanus məbədinin qapısı açılmadı (Bu qapılar yalnız müharibə vaxtı açılırdı). 
Roma böyüyürdü və etrusk çarları burada hakimiyyətə gələndə (etrusklar 
Romadan şimalda, indiki Toskana ərazisində yaşayırdılar) əsl şəhərə çevrildi. Latın 
əhalisi  Tibrin  ətrafındakı  təpələrdə  məskunlaşdı,  onlar  bura  öz  dillərini  və 
dindarlıqlarını gətirmişdilər.  
Etruskların  ən  mühüm  nailiyyəti  Romaya  əlifba  ötürmələri  idi,  özləri 
bunu  yunan  dünyasından  əxz  etmişdilər.  Etrusklu  müəllimlər  təhsil  sahəsində 
böyük  rol  oynadılar.  Lakin  latın  dili  etrusk  təsirinə  azacıq  məruz  qaldığından, 
özünü qoruyub saxladı. Sonra isə etrusklar və romalılar ayrı-ayrı cığırlarla getməli 
oldular.  Etrusklardan  axırıncı,  üçüncü  çar  olan  Məğrur  Tarkvini  taxt-tacdan 
qovulduqdan  sonra  –  b.e.ə.  510-cu  ildə  Roma  respublikası  meydana  gəldi. 
Romalılar  namus  üstündə  qiyama  qalxmışdılar,  çarın  oğlu  ərli  Lukretsiyaya 
təcavüz  etmişdi.  Bu  xalq  hərəkatı  Romada  monarxiyanın  ləğv  edilməsi  ilə 
nəticələndi.  
Çarlıq  burada  2,5  əsr  davam  etmişdisə,  respublikanın  ömrü  daha  uzun 
olmaqla,  5  əsrə  qədər  davam  etdi,  sonra  gələn  imperiya  da  hökmranlığının 
uzunluğuna görə respublikanınkına bənzər bir ömür yaşadı.  
Hər  bir  dövr  tarixə  nəsə  bir  əlamətdar  hadisə  bəxş  edirdi.  Üçüncü  çar 
Tulli  Hostilinin  dövründə  romalılar  və  Alba  sakinləri  bir-biri  ilə  düşmənçilik 
edirdilər. Qanlı müharibə baş verməsin deyə, onlar qərara gəldilər ki, hər tərədən 
üç güclü əkiz qardaşlar seçilsin, hansı tərəfin üçlüyü qalib gəlsə, məğlub olan tərəf 
onun  himayəsini  qəbul  etsin.  Romalı  üç  Horatsilər  albalı  üç  Kuriatsilərə  qalib 
gəldilər və Alba Romaya birləşdirildi. Horatsilərin, əslində isə onlardan üç rəqibi 
öldürən  birinin  igidliyi  hesabına,  çünki  onun  iki  qardaşı  vuruşun  əvvəlində 
öldürülmüşdü, Roma öz ləyaqətini və müstəqilliyini qoruyub saxlaya bildi. Fransız 
rəssamı  David  «Horatsilərin  andı»  tablosunu  bu  hadisəyə  həsr  etmişdir.  Əsərdə 
oğlanlarına qılınc təqdim edən ata, elə bil ki, onlara vətənə sədaqət andı içdirir.  
Etrusk  Kluziyasının  çarı  Porsena  Romanı  mühasirəyə  almışdı  ki,  taxt-
tacdan  qovulan,  mənşəcə  etrusk  olan  çar  Məğrur  Tarkivinini  hakimiyyətə  bərpa 
etsin.  Bu  vaxt  300  romalı  gənc  etrusk  sərkərdəsini  öldürməyə  can  atırdı,  püşk 
Mutsiyə  düşdü.  O,  etrusk  paltarında  düşmən  düşərgəsinə  girib,  çarı 
tanımadığından,  onun  yanındakı  adamı  öldürdü.  Porsena  özü  tutulan  Mutsini 
istintaq edirdi. Bu vaxt Mutsi öz yenilməzliyini göstərmək üçün sağ əlini sacayaq 
altında  yanan  oda  tutub,  əlinin  əti  tam  yanana  qədər  alovun  üstündə  saxladı. 
Porsena bu mərdliyə məəttəl qalmışdı, əsiri əfv etdi və ona qılınc bağışladı. Mutsi 
qılıncı sol əli ilə götürdü, bundan da o, «Stsevola» – «solaxay» ləqəbi qazandı. Bu 
hadisə  Porsenaya  çox  təsir  etdiyindən,  o,  şəhərin  mühasirəsindən  vaz  keçməyi 
qərara  aldı.  Bir  romalı  gəncin  igidliyi  şəhərin  mühasirəsinin  ləğv  edilməsi  ilə 
nəticələndi.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə