Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə38/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   34   35   36   37   38   39   40   41   ...   102

86 
 
olaraq, real nailiyyətləri ilə kifayətlənməyib, onlara heç də xas olmayan igidliklərə 
də  imza  atdıqlarını  iddia  etməklə,  öz  hədsiz  ambisiya  yanğınlarını  söndürmək 
istəyirlər.  
Bu  da  bir  həqiqətdir  ki,  Avqust  və  onun  kolleqaları  çox  sayda  gözəl 
ictimai  binalar,  hamamlar,  teatrlar  və  anbarlar  tikdirmişdilər.  Bunlar  həm  də 
şəhərin  əhali  kütləsini  işlə  təmin  edirdi.  Avqustun dostu  Aqrippa  öz  nəhəng  var-
dövlətini  şəhərin  daha  da  gözəlləşməsinə  və  su  təchizatının  yaxşılaşmasına  həsr 
etmişdi.  Avqust  ilk  yanğın  söndürmə  briqadaları  düzəltmiş,,  cinayətkarlığa  qarşı 
mübarizə və qayda yaratmaq məqsədilə 7 kohorta yaratmışdı.  
İmperator Klavdi taxılın birbaşa gəmi ilə Romaya daşınması üçün Tibr 
çayının  mənsəbində,  yaxındakı  Ostiyada  böyük  liman  tikməyə  başladı.  Neron 
şəhərin  planlaşdırılması  ideyasını  həyata  keçirirdi,  lakin  onun  tədbirləri  64-cü 
ildəki  böyük  yanğınla  heçə  çevrildi.  Trayan  Forumu  şəhərin  abadlaşdırılmasında 
böyük nailiyyət idi. Hadrian böyük qübbəsi olan Panteonu və sonralar Sant Ancelo 
qəsri adlanan mavzoleyini öz fəaliyyətinin xatirəsi kimi qoyub getmişdi.  
I  əsrin sonunda və  II  əsrin  başlanğıcında Roma  öz  möhtəşəmliyinin və 
əhali  sayının  zirvəsinə  çatdı.  Burada  əhalinin  1  milyon  nəfər  olduğu  güman 
edilirdi. Şəhərə çoxlu sayda immiqrantlar axışırdı. O vaxtkı Romanın daş döşənmiş 
küçələrini,  normal  su  təchizatını  və  kanalizasiya  sistemini  qiymətləndirməmək 
ədalətsizlik olardı. Lakin şəhərin təmizliyinə o qədər də diqqət verilmirdi. Yuxarı 
mərtəbələrdən  zibil  adamların  başına  atılırdı.  Tibrə  və  ya  şəhərin  kənarlarındakı 
çuxurlara  tökülürdü.  Təəssüf  ki,  indinin  özündə  də  zibilin  küçələrdən  vaxtında 
daşınması təmin edilmir və bu mənzərə şəhərə heç də şərəf gətirmir.  
Romanın özündə ölçüsünə və möhkəmliyinə görə hər bir antik şəhərdən 
üstün  olmasına  baxmayaraq,  onun  minimal  iqtisadi  və  sosial  şəraiti  xəstə 
gələcəkdən  gəbər  verirdi.  Böyük  orqanizm  xəstələndikdə  həm  də  öz  miqyasına 
görə  əlavə  problemlər  yaradır.  Artıq  II  əsrin  sonunda  şəhərdə  əhalinin  sayı 
azalmağa başladı.  
Konstantinopolun  əsasının  qoyulması  (330-cu  ildə  Konstantin 
Vizantiumu  belə  adlandırmışdı)  isə  sadəcə  olaraq  Romanın  öz  siyasi  ağalığını 
itirməsinə səbəb oldu. Roma artıq imperiyanın inzibati mərkəzi deyildi. İmperator 
Konstantin  Romanın  binalarını  qoruyub  saxlayırdı.  Onun  himayəsi  altında  kiçik 
xristian icması Xristian və Papalıq Romasının bünövrəsinə çevrildi.  
Romanın bədbəxtliklərinin sayı da az deyildi. 410-cu ildə qot sərkərdəsi 
Alarix  Romanı  tutub,  onu  üç  gün  ərzində  qoşunlarının  soyğunçuluğuna  verdi. 
Qoca,  taqətdən  düşmüş  şirə  axı  kaftarlar  da  hücum  edir.  Çox  miqyasda  qənimət 
götürüldü  və  çox  saydı  romalı  şəhərdən  qaçmaqla  faciədən  özünü  xilas  etmək 
istədi.  
Romanın abidələri də onlara böyük ziyan vurulmasından canlı məxluqlar 
kimi  əzab  çəkirdi.  455-ci  ildə  vandallar  14  gün  ərzində  şəhəri  qarətə  məruz 
qoydular. IV və V əsrlərdə imperatorlar mərmər və digər tikinti materialları əldə 
etmək  üçün  binaların  və  abidələrin  üzünün  sökülməsi  cəhdlərinə  qarşı  dəfələrlə 
qanuni  aktlar  qəbul  edirdilər,  lakin  onların  elə  bir  faydası  olmurdu.  Şəhərdə 
əhalinin sayının sürətlə aşağı düşməsi də davam edirdi. 


87 
 
Barbar  ordalarının  basqınları  Romanın  476-cı  ildəki  süqutuna  səbəb 
oldu.
 
Romanın  əsasını  qayanın  adını  daşıyan  Romul  Avqust  Qərbi  Roma 
imperiyasının  sonuncu  imperatoru  oldu.  Belə  qanunauyğunluq  Konstantinopolun 
taleyində  də  təkrar  olundu.  Onun  əsasını  qoyan  imperatorla  eyni  adda  olan  XII 
Konstantin 1453-cü ildə Bizansın sonuncu imperatoru kimi şəhərin Mehmet Fateh 
tərəfindən  tutulmasının  və  minillik  tarixi  olan  bir  dövlətin  tarixdən  silinməsinin 
şahidi oldu.  
Bizans  imperatoru  Yustinian  VI  əsrin  əvvəllərində  Qərbdə  Romanın 
imperial rolunu bərpa etmək sahəsində öz cəhdinə başladı. Onun uğuru isə, əksinə, 
İtaliya  və  Roma  üçün  zərərli  oldu.  Roma  üç  dəfə  mühasirəyə  məruz  qaldı,  onun 
akvedukları  dağıldı  və  nəhayət,  sakinlər  şəhəri  tərk  etdilər.  Əsrin  sonunda 
Romanın  əhalisi  50  min  nəfər  idi.  Deyəsən,  Şekspirin  sonradan  «Yuli  Sezar» 
pyesində  yazdığı:  «Rome,  thou  lost  the  breed  of  noble  bloods!»  –  «Roma,  sən 
nəcib  qandan  olan  nəsli  itirmisən!»  sözləri  həm  də  həmin  vaxtdakı  reallığı  əks 
etdirirdi. 
 Fransa  kralı  Pipin  və  onun  oğlu  Şarleman  –  Böyük  Karl  nəzəri  olaraq 
Papalığın  dünyəvi  hakimiyyətinin  bünövrəsini  qoydular.  Şarleman  800-cü  ildə 
papa  III  Leo  tərəfindən  Qərbin  imperatoru  kimi  taclanmışdı.  Lakin  Karolinq 
sülaləsi  hakimiyyətinin  iflası,  ailə  və  fraksiya  mübarizələrinə  yenidən  yol  açdı. 
Müsəlmanlar 846-cı ildə Müqəddəs Pyotr kilsəsini qarətə məruz qoyduqdan sonra 
papa Vatikan zonası ətrafına qalın və hündür divar çəkdi. İki əsr sonra Romanı indi 
də normanlar qarət etdilər. Romanın əhalisi yarıbayarı azaldı.  
Papa  Martininin  1420-ci  ildə  Romaya  daxil  olması  Renessans  şəhərinin 
başlanğıcı kimi əlamətdar oldu. Papaların mütləq hakimiyyəti daha dörd əsr davam 
etdi  və  yalnız  1870-ci  ildə  başa  çatdı.  Martin  nə  qurucu,  nə  də  incəsənət  hamisi 
olmasa  da,  Romanı  Renessans  dövlətinin  paytaxtı  edən  hökumətin  bünövrəsini 
qoydu. 
Papa  IV  Sikstin  vaxtında  (1471-1484-cü  illər)  Romanın  dar  küçələri 
genişləndirildi və daşla döşəndi. Dağılan tikililərin yerində yeni Renessans binaları 
inşa  edildi.  Lakin  Romanın  yenidən,  bu  dəfə  ispanlar  tərəfindən  qarət  edilməsi 
şəhərin  Renessans  mərkəzi  olmasına  da  son  qoydu,  səkkiz  gün  ərzində 
soyğunçuluğa  məruz  qalan  kilsə,  saray  və  evlərin  sayı  minlərlə  idi  və  onlar 
uçuruldu. Roma bu yaradan da sağala bildi, Lateran və Vatikan sarayları yenidən 
tikildi,  akveduklar  təmir  olundu.  Kolizey  Roma  fahişələrini  işlətmək  üçün  yun 
fabrikinə çevrilməli idi, lakin bu proyekt həyata keçmədi.  
Yeni tarixdə Roma yenidən inkişaf edən kosmopolit şəhərə çevrildi. İri 
biznes  sahələrinin  çoxu  əcnəbilərin  əlində  idi,  axı  Roma  kübarlarının  var-dövləti 
qədim dövrlərdə olduğu kimi, əsasən, torpağa əsaslanırdı. 
Napoleon  1798-ci  ildə  ilk  dəfə  Romanı  işğal  etdi  və  burada  respublika 
elan olundu. Sonra isə Roma və Papalıq dövləti Napoleonun Fransa imperiyasının 
tərkibinə qatıldı. Papalıq dövlətinin çox hissəsi 1861-ci ildə elan edilən ölkənin ilk 
olaraq  birləşməsinin  əlaməti  olan  İtaliya  krallığına  daxil  oldu.  İtaliyanın 
birləşdirilməsi  uğrunda  mübarizə  aparan  Cüzeppe  Qaribaldinin  Romanı  iki  dəfə 
təslim etmək cəhdi isə uğursuz olmuşdu. 1870-ci ildə isə italyan qoşunları Romaya 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə