Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə40/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   36   37   38   39   40   41   42   43   ...   102

91 
 
Mikelancelo  Le  Korbyuzedən  hələ  dörd  əsr  əvvəl  təbiətə  yaxınlıq  ideyasını 
Kapitoli meydanına aparan pilləkəndə reallaşdırmışdı.  
Kapitoli  muzeyi  (Musei  Capitolini)  klassik  əsərlərin  papalar  tərəfindən 
yığılan  kolleksiyası  olmaqla,  papa  IV  Sikst  tərəfindən  1471-ci  ildə  Roma 
vətəndaşlarına  qaytarılmışdı  və  bu,  Qərb  dünyasında  heykəltəraşlığın  ilk  açıq 
muzeyinə  çevrildi.  Muzeydə  yalnız  Romada  tapılan  şeylər  saxlanılır.  «Dişi 
canavar»  heykəli  ilə  yanaşı,  «Ölən  qall»  və  «Tikan  batmış  oğlan»  heykəlləri  və 
əvvəllər  Forumdan  tapılan  portret  büst  geniş  eksponatlar  siyahısına  daxildir. 
Muzeydə  saxlanan  «Dişi  canavar»  heykəli  etrusklar  tərəfindən  b.e.ə.  V  əsrdə 
yaradılmışdı.  Kvatroçento  dövründə,  İntibahın  ilk  inkişafı  vaxtı  onun  altına  iki 
əkizi – Romulla Remi təcəssüm etdirən oğlan uşağı fiqurları qoyulmuşdu.  
Buradakı  Yuno  Moneta  məbədi  («Moneta»  sözü  ilk  sikkəxana  kimi 
məbədin  fəaliyyətindən  çıxarılan  pul,  «sikkə»  mənasını  verir),  indi  Viktor 
Emmanuel  abidəsinin  yerləşdiyi  bir  qala  idi.  Yupiterə  məxsus  olduğuna  görə, 
müqəddəs sayılan bu yerdə Roma senatı hər il öz birinci iclasını keçirərmiş. 
  
 
Venetsiya meydanı, “Viktorian” 
 
Yaxındakı  Venetsiya  meydanı  (Piazza  Venezia)  XV  əsrdə  varlı  bir 
venetsiyalının  tikdirdiyi  Venetsiya  sarayından  öz  adını  götürmüşdü.  Burada 
birləşmiş İtaliyanın ilk kralı II Viktor Emmanuelin at üstündəki heykəli ucalır, onu 
həm də «Viktorian» adlandırırlar. Bu heykəl Kapitolinin ayaq tərəfində, Romanın 
lap  mərkəzində  qoyulmuşdur.  Özünün  nəhəng  ölçüləri  hesabına  təpə  ilə  ətraf 
zonanın  antik  dövrdəki  qarşılıqlı  mütənasibliyini  dəyişdirmişdir.  Sütunlu  mərmər 
binanın  üzərində  Viktoriyaların  idarə  etdikləri  iki  iri  kvadriqa  vardır.  Qaralmış 
bürünc heykəllər qar  kimi  ağ  mərmərdən  olan  binanın  fonunda  çox  aydın nəzərə 
çarpır.  Mərkəzdə  Qurban  getmə  və  ya  Vətən  mehrabı  vardır.  I  Dünya 
müharibəsindən 
sonra 
mehrabın 
aşağısında 
naməlum 
əsgərin 
qəbri 
yerləşdirilmişdir.  
Avetin  təpəsində  müasir  binalar  tikilmiş,  Romanın  keçmişindən  bir  şey 
qalmamışdır.  Eskvilian  təpəsi  ilə  Selian  təpəsinin  arasındakı  Forum  vadisinin 
qurtardığı  yerdə  Kolizey  və  Konstantin  tağı  yerləşir.  64-cü  ildə  Roma  dəhşətli 
yanğına məruz qaldıqdan sonra Neron şəhəri yenidən tikməyi qərara alanda, özünə 
geniş bir sahədə saray tikdirdi. Onun hamamlarına dəniz suyu və hidrogen sulfatlı 


92 
 
su  gətirilirdi.  Binanın  içərisində  fil  sümüyündən  olan  tavanından  aşağı  çiçəklər 
sallanırdı.  Fasad  isə  qızılla  örtüldüyündən,  ona  Domus  Aurea  –  «Qızıl  Ev» 
deyirdilər.  Vətəndaşların  qəzəbini  nəzərə  alaraq  onun  varisləri  Neronun  ağla 
sığmayan  sarayının  izini  itirməyə  tələsdilər.  Trayan  gözəl  hamamlar  tikdirdi. 
Hadrian Venera məbədini meydana gətirdi. Yeddi onillikdən sonra Neronun qızıl 
suyuna çəkilmiş heykəlindən heç bir şey qalmamışdı, bu heykəlin də sifəti hər bir 
varis  tərəfindən  dəyişdirilirdi,  sonra  isə  bütünlüklə  dağıdıldı.  Sonrakı  romalılar 
Qızıl Evin harada yerləşdiyini də bilmirdilər.  
Qədim  abidələrdən biri Mark  Ulpi  Trayan  forumudur.  O,  Romanın beş 
nəcib  imperatorundan  sayca  ikincisi  idi.  Ən  böyük  uğuru  imperiyanın  ərazisinin 
genişləndirilməsi  hesab  olunur.  Bu  danılmaz  faktdır.  Trayan  sütunu  onun 
Dakiyadakı  müharibələrdə  qazandığı  zəfərlərə  həsr  olunmuşdur.  Sütundakı  spiral 
lentada  barelyeflərdəki  fiqurlar  onu  əhatə  edir,  burada  imperatorun  tikdirdiyi 
körpülər,  tutduğu  qalalar,  qələbələrini  və  düşmənin  qaçmağını  göstərən  döyüş 
səhnələri  təsvir  olunur.  Onun  qəbri  də  bradadır.  Sütunun  bünövrəsindəki  qutuda 
Trayanın cəsədinin külü qoyulmuşdu, zirvəsində isə onun heykəli ucalırdı.  
Trayan  həm  də  nəciblikdən  xəbər  verən  çox  sayda  təşəbbüslərin, 
əməllərin də müəllifidir. İtaliya şəhərlərindəki kasıb uşaqlara yardım göstərilməsi 
barədəki  yeniliyin  –  ictimai  fondların  (alimenta)  yaradılması  ideyası  da  ona 
məxsus idi. 98-ci ildə hakimiyyətə gələndə isə cana doymuş romalıları azğınlaşmış 
çuğulçulardan  xilas  etmişdi.  Həmin  vaxtlarda  Romada  ittihamı  müdafiə  etmək 
üçün prokurorluq institutu yox idi, bu işi çuğulçular icra edirdi. İttihamında iştirak 
etdiyi adamların əmlakı məhkəmənin hökmü ilə müsadirə edildikdə, onun yarısına 
məhz onlar sahib olurdular. Ona görə də çuğulçular ədalətsizliyə, böhtana, iftiraya 
əl  ataraq,  tam  həyasızlaşmışdılar.  Müsadirə  payı  onları  hər  cür  sui-istifadələrə 
getməyə  həvəsləndirirdi.  Onlar  böyük  qazanc  əldə  edir,  lakin  həm  də  romalıların 
haqlı nifrətini qazanırdılar. Çuğulçular artıq şəhər sakinləri üçün əsl bəlaya  – şər 
mənbəyinə  çevrilmişdilər.  Trayanın  göstərişi  ilə  şəhərdəki  bütün  çuğulçular 
tutuldu, onlar tələm-tələsik düzəldilmiş, sınıq-salxaq bir gəmiyə oturdulub, dənizin 
quduz  dalğalarının  ixtiyarına  buraxıldı.  Onlardan  daha  heç  bir  xəbər  gəlmədi  və 
Roma çuğulçuluq «virusundan» birdəfəlik xilas oldu, immunitetə yiyələndi. İnsan 
haqları  mübarizləri  etiraz  edə  bilərlər  ki,  Trayan  məhkəməsiz,  mühakiməsiz 
adamları  ölüm  cəzasına  məhkum  etdi.  Bu  gün  belə  rəy  yürütmək  olar,  lakin  o 
dövrün  Romasının  reallığını  nəzərə  almaq  lazımdır,  haqsız  yerə  cəzalandırılan, 
əmlakı  müsadirə  olunan  minlərlə  adam  imperatorun  indi  şübhəli  görünən  bu 
ədalətinə ürəkdən tərəfdar çıxıb, onu alqışladılar. Trayan haqqı tapdanan minlərlə 
adamı  müdafiə  etmiş,  ədalətsizlik  mühiti  yaradanlara  qarşı  onların  öz  silahından 
istifadə etmişdi. 
Ümumiyyətlə,  Trayan  imperiyanı  yaxşı,  əsasən  insanların  hüquqlarına 
hörmət əsasında idarə etməyə çalışırdı. Kaliqulanın, Neronun, Domitsianın eybəcər 
hərəkətləri,  qəddarlıqları  artıq  arxada  qalmışdı.  Onların  əllaməliklərindən  əsər-
əlamət  də  yox  idi.  Kiçik  Plini  imperator  haqqında  yazdığı  panegirik  ruhundakı 
kitabda onun alicənab hərəkətlərindən söhbət açır. Lakin Trayan xristianların təqib 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə