Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə42/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   38   39   40   41   42   43   44   45   ...   102

96 
 
 Tibrin  sağ  (qərb)  sahilində  Vatikan  şəhərinə  və  Trastvereyə  girəcəkdə 
Müqəddəs  Mələk  qəsri  (Castel  Sant’Angelo)  və  ya  Hadrian  mavzoleyi  yerləşir. 
Tibrin  bu  hissəsindəki  11  körpü  xüsusi  maraq  mövzusudur.  Üstündə  mələklərin 
heykəllərini  əlavə  etməyi  Berninin  xahiş  etdiyi  Sant  Ancelo  körpüsü  (Ponte  di 
Sant’Angelo)  baş  körpü  olmaqla,  II  əsrin  əvvəllərində  tikilmişdir.  Doğrudan  da 
heykəllər körpüyə xüsusi gözəllik verir. Bir il sonra Hadrian burada öz sərdabəsini 
tikdirməyə  başladı.  Tikinti  imperial  mavzoley  formasında  idi,  bir  əsr  sonra 
Avrelian  divarına  qatılıb,  Romanın  müdafiəsinin  baş  istehkamına  çevrildi.  Sant 
Ancelo  adı  isə  sonralar  meydana  gəldi.  587-ci  ildə  papa  Böyük  Qriqori  şəhərdə 
xoleranın sona çatması barədə Mariya anaya dua edərkən, özünün dediyinə görə, 
sərdabənin başında dayanan böyük mələk Mikael görünmüşdü. Epidemiya kəsildi 
və sərdabə bu hadisədən sonra Müqəddəs Mələk Qəsri kimi tanınmağa başladı. Bir 
müddət bura papa qəsri oldu, burada həm də dustaqxana var idi. Papanın qəsrdən 
bir sığınacaq kimi Vatikana aparılması üçün keçid də mövcud idi.  
Sezar tərəfindən tikintisi başladılan və Avqustun ölümündən əvvəl başa 
çatdırılan  Martsell  teatrı  bu  adı,  ilk  imperatorun  qohumu  olan  gəncin  vaxtsız 
ölümünə  görə  almışdı.  Onun  fasadı  Kolizey  üçün  model  kimi  istifadə  edilmişdi, 
həm də Renessans arxitekturasının aparıcı üslubuna çevrilmişdi.  
Avqust b.e.ə. 30-cu ildən ölənə qədər imperiyaya təkbaşına hökmranlıq 
etmişdi. Onun dövrü həm də latın ədəbiyyatının qızıl dövrü kimi qiymətləndirilir, 
bu illərdə Vergili, Horatsi, Ovidi yazıb-yaratmışdılar. Dostu Metsenat ədəbiyyata 
himayəçilik edirdi, «metsenatçılıq» ifadəsi də buradan yaranmışdır. 
Avqustun sərdabəsindən şimal tərəfdə Via Flaminia, indiki Korso küçəsi 
uzanır,  bu  ad  «qaçış»  mənasını  verməklə,  at  cıdırından  götürülmüşdür.  Çayın 
ətrafındakı  düzənlikdə  çoxlu  məbədlər,  hamamlar,  orta  əsrlərdə  isə  idman 
meydançaları var idi. Burada üç imperial abidə qalmışdır, bunlar Panteon, Avqust 
Sülhü Mehrabı və Hadrian sütunudur.  
Tibr adasına bağlanan sahə respublikanın başlıca cıdır və idman zonası 
idi, XVI əsrdən isə yəhudi gettosuna çevrildi. Həmin vaxt papa yəhudiləri gettoda 
komendant saatı məhdudiyyəti altında saxlayırdı. Bu, Hitlerin Varşavada yaratdığı 
yəhudi  gettosunu  yada  salır.  Bədbəxtlikdən,  sonrakı  papalar  da  əvvəlki  sərt 
antisemitizm qaydaları proqramını həyata keçirirdilər. Romanın Birləşmiş İtaliyaya 
daxil  olmasına  qədər  yəhudilər  bütün  professiyalardan,  dövlət  xidmətindən  və 
torpaq sahibliyindən təcrid olunmuşdular.  
 


97 
 
 
Panteon 
 
İmperator  Hadrian  Qərbin  çox  böyük  tikililərindən  biri  olan  yeni 
Panteonu  (Pantheon)  tikdirdi.  Bu  bina  öz  arxitekturasına  və  mühəndislik 
xüsusiyyətlərinə görə qeyri-adi bir tikinti olmaqla, olduqca gözəl idi və indi də bu 
möhtəşəmliyini  saxlayır.  «Bütün  allahların  məbədi»  adlanan  bu  bina  imperial 
mülkiyyət  idi,  sonradan  xristian  kilsəsinə  çevrildiyinə  görə  bizim  dövrümüzədək 
salamat qalmışdır. Xristian kilsəsinin öz adına çıxdıqları, qəribə də olsa, papanın 
özündən başqa hamıdan qorunurdu. Papa isə buradakı qranitdən olan altı tonluq 18 
Misir  sütununu  sökdürüb,  tikinti  materialı  kimi  Müqəddəs  Pyotr  kilsəsinin 
inşasında  istifadə  etdirmişdi.  Sonralar  da  Barberinilər  vandalizmdə  ad  çıxarmış 
barbarlardan heç də geri qalmırdılar.  
Belə  güman  edilir  ki,  məbədin  layihəsini  Hadrian  özü  hazırlayıbmış, 
onun  Roma  yaxınlığındakı  təpədə  yerləşən,  daha  çox  qraf  d`Este  fəvvarələri  ilə 
məşhur olan Tivolidəki villası da arxitekturanın inkişafında yeni bir dönüş nöqtəsi 
idi.  Görünür,  ABŞ  demokratiyasının  bayraqdarı,  dövlətin  bani-  atalarından  biri, 
üçüncü  prezident  Tomas  Cefferson  Virciniyadakı  Montiçelloda  öz  villasının 
layihəsini  verməsi  ilə  heç  də  yeganə  siyasi  xadim  deyilmiş,  daha  istedadlı 
«əcdadlara» malik imiş.  
Panteon,  güman  ki,  antik  dövrdə  ilk  monumental  tikinti  idi  ki,  onun 
interyerinə  daha  çox  əhəmiyyət  verilmişdi.  Kiçik  bir  mənbədən,  yuxarıdan  şüa 
kimi  işıq  saçan  bu  açıq  göz  (oculus)  qübbənin  mərkəzində  idi.  Nəhəng  interyer 
dəyirmi olmaqla, bol qaydada mərmərlə örtülmüşdü və klassik dövrdən indiyədək 
dəyişdirilməmişdir.  Yuxarıdakı  deşikdən  binanın  daxilinə  həm  də  hava  keçir. 
Panteonun qübbəsi XX əsrədək bütün tikililərinkindən ən böyüyü idi, diametri 141 
fut olmaqla, binaya əlavə hündürlük verirdi. Orijinal tunc qapılar indiyədək əvvəlki 
qoyulduğu yerdədir.  
Romanın ilk iki çarı Panteonda dəfn edilmişdir, burada, dahi Rafael də 
daxil  olmaqla,  həm  də  çox  sayda  rəssamların  qəbri  vardır.  Romanın  töhfəsi  olan 
tikintinin  elementlərinin  sadəliyi,  gözəlliyi,  materialların  əla  keyfiyyəti,  bunu  az 


98 
 
qala  iki  min  illik  zaman  məsafəsi  də  təsdiq  edir,  onun  müqayisəyə  gəlməyən 
dəyərinin böyüklüyünü daha da artırır.  
İçəridə divarın yanında yeddi taxça vardır, onlardan birində Sezarı qətlə 
yetirənləri  cəzalandıran,  intiqam  alan  Yupiterin  heykəli,  digərlərində  isə  Marsın, 
Romulun, Eneyin, Yulinin (Askaninin) və Yuli Sezarın heykəlləri vardır.  
Dünya  rəngkarlığında  xüsusi  yer  tutan,  vur-tut  37  il  ömür  sürmüş 
Rafaelin  cəsədi  saxlanan  yerdəki  epitafiyada  yazılmışdır:  «Burada  həmin  Rafael 
uyuyur  ki,  Ana  Təbiət  ona  məğlub  olacağından  və  onun  ölümü  ilə  həlak 
olacağından  qorxur».  Rafael  Yüksək  İtalyan  Renessansının  dahilərindən  biri  idi. 
Onun vaxtsız ölümü ilə həyata bəslədiyi məhəbbətin simvolu kimi, qəbri üzərinndə 
iki bürünc göyərçin pərvazlanaraq göydə dodaq-dodağa öpüşür. 
Layiq olduqlari şöhrətin həqiqi sahibləriylə yanaşı, bu iddiaya düşənlər, 
həmin mükafata can atanlar da də az deyildir. Ququ quşu digər quşların yuvasında 
yumurtladığı  kimi,  onlar  da  başqalarının  şöhrətinə  şərik  çıxmaq  istəyindən  də 
çəkinmirlər.  Mussolini  1936-cı  ildə  Avqustun  dağılmış  sərdabəsinin  bünövrəsini 
sökdürüb,  burada  özünün  dəfn  edilməsini  nəzərdə  tuturdu.  Lakin  onun  planı  puç 
oldu.  1945-ci  ilin  əvvəlində  duçeni  güllələdilər,  onun  sirdaşı  və  xilaskarı  rolunu 
oynayan alman füreri isə bir neçə ay sonra özünü öldürdü. Hər ikisi böyük şərəf 
iddiasında olsalar da, dünyanı olduqca şərəfsiz qaydada tərk etdilər.  
Romada ilk Yüksək Renessans tikintisi inşa edildikdə, bu dünyanın sənət 
mərkəzi  kimi  Florensiyanın  yerini  artıq  Romanın  tutmasının  bir  əlaməti  idi. 
Buradakı rəssamlar əslən romalı deyildilər, əsasən, yarımadanın şimalından buraya 
gəlmişdilər. Kvatroçento dövrü, İntibahın ilk çiçəklənməsi öz başlanğıcını, əlbəttə 
ki, Florensiyadan götürür, Roma bu estafeti məhz ondan qəbul etmişdi.  
Roma  Renessansının  ən  monumental  saraylarından  biri  olan  Farneze 
sarayı  Antonio  da  Sanqallo  tərəfindən  layihələşdirilmişdi.  Massimo  alle  Kolonne 
sarayı  isə  mannerist  arxitekturası  üslubunda  idi.  Zəngin  heykəl  detallarından 
istifadə  olunması  mannerist  üslubuna  qeyri-adi  mürəkkəblik  effekti  verirdi. 
Arxitekturada bu, bir  yenilik idi. Erkən mannerizmi Bramante məktəbi, sonra isə 
Rafael inkişaf etdirmişdi. 
 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə