Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə43/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   39   40   41   42   43   44   45   46   ...   102

99 
 
 
Müqəddəs Pyotr kilsəsi və meydanı 
  
Romanı bəzəyən yeddi böyük bazilika arasında Müqəddəs Pyotr kilsəsi 
(Basilica  di  San  Pietro)  xüsusilə  seçilir.  1929-cu  ildə  imzalanan  konkordata  görə 
kilsənin də daxil olduğu Vatikan şəhərinə İtalyan hökuməti ekstra-ərazi imtiyazları 
vardı. Müqəddəs “Böyük” Mariya və ya Santa Mariya Macciore kilsəsi və meydanı 
da öz möhtəşəmliyi ilə fərqlənir. «Bazilika» yunan sözü olub, «çar sarayı» demək 
idi. Bazilikalar Qərbin dini arxitektura modeli kimi istifadə olunurdu.  
Möhtəşəmliyi  heyranlıq  və  təəccüb  bəxş  edən  Müqəddəs  Pyotr 
meydanında xristianlığın baş məbədi olan, həmin adı daşıyan kilsə ucalır. Bu kilsə 
və Vatikan sarayı papalığın narahatlığı ilə müşayiət olunan əsrlərdə yalnız kafedral 
kilsə  rolunu  oynamışdı.  Bu  bina  apostolların,  edam  edilən  Pyotr  və  Pavelin  dəfn 
edildiyi  yer  kimi  tikilmişdi.  Pyotr  Pomanın  ilk  yepiskopu  hesab  olunur.  Bütün 
Roma papaları özlərini apostolların varisləri sayırlar. Binanın damını Mikelancelo 
qübbəsi  bəzəyir.  Buna  qədər  heykəltəraşlıqda  və  rəssamlıqda  dahilik  zirvəsinə 
yüksələn  Mikelancelo  bu  qübbənin  novatorcasına  təklif  etdiyi  layihəsi  ilə 
arxitekturada  da  öz  dühasının  zəfərini  nümayiş  etdirə  bilmişdi.  Bu  qübbə 
hüdudsuzluğu  ilə  əsl  harmoniya  poeziyasıdır.  Bu  möcüzə  ona  baxan  hər  kəsin 
könlünü  və  hissini  əsir  etməmiş  qalmır.  Təəssüf  ki,  o,  işini  başa  çatdıra  bilmədi, 
çünki öləndə qübbənin tikintisi hələ də yarımçıq idi.  
Bazilikanın  meydana  gəlməsi  tarixçəsi  1506-cı  ildən  öz  başlanğıcını 
götürür. Papa II Yuli mövcud olmuş köhnə kilsənin yerində yeni Müqəddəs Pyotr 
kilsəsinin  tikilməsi  barədə  göstəriş  verdi.  Binanın  arxitektoru  florensiyalı  Donate 
Bramante  idi.  Kilsənin  xaç  şəklində  qübbəsi  olmalı  idi,  fasadını  isə  sütunlar 
bəzəməli  idi.  Onların  proporsionallığı hesabına nisbətən kiçik  olan  məbəd  böyük 
abidə  aliliyinə  yiyələnəcəkdi.  Lakin  Bramante  işini  başa  çatdıra  bilmədi,  o  özü, 
həmçinin  papa  binanın  hələ  çox  hissəsi  tikilməmişdən  öldülər.  Rafael  də  daxil 
olmaqla, arxitektorlar təzə planlar cızdılar. Növbəti arxitektor Sanqallo da öləndə 


100 
 
növbə,  nəhayət,  71  yaşlı  Mikelanceloya  çatmışdı.  Yalnız  o  da  öləndən  sonra 
qübbənin tikintisi başa çatdırıldı, ölçüsü də bir qədər dəyişdirilmişdi.  
XVII əsrdə, yəni bir əsr sonra binanın həm interyeri, həm də fasadı ilə 
məşğul olmağa Cian Lorentco Bernini gəldi və tikintiyə 40 ildən çox bir müddətdə 
əziyyət çəkməli oldu. O, Müqəddəss Pyotr meydanın (Piazza San Pietro) ətrafında 
açar deşiyi formasında pontifiki görmək üçün gələn kütlənin yığışması üçün dörd 
cərgədən  ibarət  olan  nəhəng  sütunlar  hesabına  kolonnada  yaratdı,  həmçinin 
meydanda  fəvvarələr  qoydu.  Bernini  həm  də  sütunların  üstünü  özünün  yaratdığı 
heykəllərlə  bəzədi.  Bu  heykəllər  müqəddəslərə  həsr  olunmuşdur.  Meydanın 
ortasında obelisk qoyulmuşdur, burada həm də iki fəvvarə vardır, onlar meydanın 
mənzərəsinə  qoşulurlar.  Həqiqətən  də,  meydan  ansamblı  bazilikaya  əlavə 
möhtəşəmlik bəxş edir. 
 
 
Mikelancelo “Pyeta” 
 
Binanın  içərisində  çox  sayda  kilsələr  yerləşir,  burada  digər  ibadətlərlə 
yanaşı,  körpə  uşaqların  xaç  suyuna  çəkilməsi  də  icra  olunur.  Sağ  tərəfdəki  ilk 
kilsədə  Mikelancelonun,  cavan  ana  Mariyanın  qucağında  cəsədi  uzanan  İisusu 
təsvir edən gözəl mərmər «Pyeta» – «Fəryad» kompozisiyası yer tutur. Canlı ana 
ilə ölu oğulun arasında hansısa bir kontrast olsa da, bəşəriyyətin günahlarına görə 
özünü  qurban  verən  oğulla  hüzn  içərisində  boğulan  ananın  nəzərə  çarpan  kədər 
hisslərindən hörülmüş vəhdət əlaməti vardır.  
Meydanda,  hətta  onun  çıxış  tərəfində  bazar  günləri  günorta  adamlar 
yığışıb,  kilsənin  sol  tərəfindəki  binanın  açıq  pəncərəsindən  xalqa  müraciət  edən 
papanın  nitqini  dinləyirlər.  1981-ci  ilin  dekabrının  ikinci  ongünlüyündəki  bazar 
günlərindən birində burada dayanıb, mərhum papa II İoann Pavelin çıxışına qulaq 
asmışdım.  
Müqəddəs  «Böyük»  Mariya  (Santa  Maria  Maggiore)  kilsəsi  İisusun 
anasına ehtiram əlaməti olaraq V əsrdə yaradılmışdı. Bu hadisədən bir il əvvəl Efes 
dini şurası Bakirə Mariyanı bütün yaradılanlardan yuxarıda qoymuşdu. Beləliklə, 
Romada  Mariyanın  ilk  böyük  kilsəsi  meydana  gəlmişdi.  Bundan  yeddi  əsr  sonra 
Parisdə  Allahın  anasına  həsr  olunan  Notr  Dam  de  Pari  kilsəsinin  tikintisinə 
başlanmışdı.  


101 
 
Roma  antik  məkan,  kilsələr  və  saraylar  şəhəri  olmaqla  yanaşı,  həm  də 
fəvvarələri ilə də öyünə bilər. Şəhərin əsas hissələrində şirnikləndirici gücə malik 
olan 300  möhtəşəm  fəvvarə vardır.  Onlar meydanlara xüsusi  cazibədarlıq və  yay 
vaxtı bu cənub şəhərinə müəyyən sərinlik verirlər. 
 
 
Trevi fəvvarəsi 
  
Hər  bir  fəvvarə  öz  tarixinə  malik  olmaqla  yanaşı,  onların  çoxunu 
Romanın özü kimi əfsanələr müşayiət edir. Trevi fəvvarəsi (Fontana di Trevi) həm 
maraqlı heykəllərinə, həm də ona sikkə pul atanın yenidən Romaya qayıdacağına 
guya  təminat  verməsi  ilə  daha  çox  şöhrət  qazanmışdır.  Fəvvarənin  gölməçəsinə 
atılan  xırda  dəmir  pullardan  Roma  şəhər  bələdiyyəsi  ildə  1,5  milyon  yevro  gəlir 
götürür. Bu fəvvarə papanın tapşırığı ilə XV əsrdə meydana gəlmiş, üç əsr sonra 
yeniləşdirilmişdir.  Böyük  fəvvarə  olduqca  kiçik  meydanda  yerləşir.  Mərmərdən 
düzəldilən barokko üslubundakı qayalar, təsvir olunan insan bədəninin gözəllikləri 
alleqorik  xarakter  daşıyır.  Lap  yuxarıda  Okean  obrazı,  onun  karetasına  qoşulan 
qanadlı atlar sudan çıxan kimi təsvir olunur.  
Fəvvarənin  suyu  Romadakı  ən  yumşaq  və  keyfiyyətli  hesab  olunmaqla 
Bakirə adını daşıyır. Rəvayətə görə, susuzluqdan əziyyət çəkən əsgərlər içməyə su 
axtardıqda  bir  gənc  qız  onlara  bulağın  yerini  göstərir.  Bu  qıza  işarə  qaydasında, 
həmin bulağın suyu Bakirə suyu adlanır. Hələ I əsrdə Aqrippa Romaya akvedukla 
Bakirə  suyunu  gətirmişdi.  Əsrlər  ərzində  bu  su  hər  həftə  çəlləklərlə  Vatikana 
aparılırdı,  bardaqlarla  daşınan  sudan  isə  ingilis  çayının  dəmlənməsi  dəbi 
yayılmışdı. 
Digər məşhur fəvvarə Navona meydanında (Piazza Navona) Bernininin 
yaratdığı “Dörd çay” heykəl kompozisiyasıdır. 
 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə