Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə44/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   40   41   42   43   44   45   46   47   ...   102

102 
 
 
Bernini “Dörd çay” kompozisiyası 
  
 Vatikan muzeyi  
 
Vur-tut 44 hektarlıq ərazisi olan Vatikanın ən böyük möcüzələrindən biri 
onun  muzeyidir  (Musei  Vaticani).  Muzeyin  kolleksiyasında  çox  zəngin  incilər 
saxlanılır.  Əsrlər  ərzində  bu  inciləri  müxtəlif  Roma  papaları  toplamışdılar  və 
sənətə belə qayğılarına görə onlar, heç şübhəsiz, ehtirama layiqdirlər. Bu yolla din 
xadimləri gözəl rəssamlıq və heykəltəraşlıq əsərlərinin əldən-ələ keçməsinə, alver 
obyektinə çevrilməsinə imkan verməməklə bəşəriyyət üçün olduqca faydalı bir iş 
görmüşlər.  Muzeyin  dəbdəbəli  otaqları  da  eksponatların  nümayişini  daha  da 
qabarıq və cazibəli edir. Burada, deyilənlərə görə, 1400 otaq mövcuddur.  
Muzeyə daxil olanda əvvəlcə heykəllər və büstlər salonuna daxil olursan
burada  çox  sayda  qiymətli  heykəltəraşlıq  əsərləri  vardır.  «Laokoon» 
kompozisiyasını da, Avqustun heykəlini də görmək mümkündür. Sonra qobelenlər, 
ştapellər zalı gəlir. Qonşu otaqda isə keçmişin coğrafi xəritələri nümayiş etdirilir. 
Yenidən heykəltəraşlıq nümunələri zalına daxil olursan.  
Papa IV Sikstin ( Sistine) sifarişi əsasında XV əsrin sonunda onun adını 
daşıyan  kapella  tikildi.  Onun  tavanını  bəzəmək  işinə  Mikelancelo  məcbur  edildi. 
O, isə Rafaelin dühasını hiss edib, Segnature stansındakı işi ona tapşırmışdı. Pafael 
burada iki freska – «Disput» və «Afina məktəbi»ni çəkdi. 
 


103 
 
 
Rafael “Afina məktəbi” 
 
Çox  sayda  filosofların  əhatəsində  Platonu,  Aristoteli,  hətta  XI–XII 
əsrlərdə  Andalusiyada  (İspaniyada)  yaşamış  böyük  ərəb  filosofu  İbn  Ruşdu  – 
Averroesi  əks  etdirən  «Afina  məktəbi»  əsəri  böyük  təsir  bağışlayır.  Tabloda 
pəncərənin  üstündən  müqəddəs  yunan  allahlarının  dağı  olan  Parnas  görünür. 
Filosofların  belə  görünüşü  rəssam  tərəfindən  ifadə  edilən  bir  qüdrətli  fəlsəfi 
bəyanat idi.  
Rafael italyan rəssamlığını yüksək zirvəyə qaldıranlardan biri kimi daha 
çox məşhur idi. O, bir rəssam və arxitektor kimi özünün nə demək istədiyinə tam 
əminliyini  bildirən  əsərlər  yaratmışdı.  O,  elə  populyarlığa  yiyələnmişdi  ki,  onu 
«rəssamların  printsi»  adlandırmışdılar.  Onun  haqqında  sonralar  yazılan  bir 
epiqramda  deyilirdi  ki,  «Uzun  müddət  ərzində  Romanı  tikən  çox  sayda  qədim 
qəhrəmanlar  və  onu  əsrlər  boyu  dağıdan  düşmənlər  olmuşlar.  Bu  vaxt  Rafael 
Romada Romanı axtardı və tapdı. Bu axtaran böyük adam idi, lakin kəşf Allahın 
özündən  gəlmişdi».  Bu  sözlər  şəhərə  bütünlüklə  hörmət  bəsləyən  rəssamın 
üslubunun uğuruna şəhadət verirdi.  
Rafael özünün 37-ci ad günündə öldü. Ömrünün son illərində onu mistik 
bir halə əhatə edirdi. Bütün papalıq sarayı ona yas saxlayırdı. Onun matəm messası 
Vatikanda icra olundu və onun cəsədi Romadakı Panteonda dəfn edildi.  
1508-ci  ildə  papanın  göstərişi  ilə  Mikelancelo  Sikstin  kapellasının 
(Cappella  Sistina)  tavanını  –  plafonu  rəsmlərlə  bəzəməyə  başladı.  Əvvəlki  mavi 
fondakı qızıl ulduzların yerinə o, Bibliya mövzusunda tablolar çəkməli idi. Bu, ağır 
zəhmət tələb edirdi, hündür nərdivan platformasında beli üstündə uzanmış rəssam 
uzun müddət ərzində – dörd il katorqa əməyi çəkməli oldu. Gecələr o, şlyapasının 
qabaq  dairəsinə  şam  birləşdirir,  onun  işığında  işləyirdi.  Nəhəng  məkanla  – 
plafonun  səthinin  sahəsi  800  kv.metr  idi  –  və  səthin  çılpaqlığı  ilə  əlaqədar  olan 
çətinliyin  öhdəsindən  rəssam  öz  ixtirası  hesabına  gələ  bildi,  həm  də  bu  iş  onun 
bədii  dühasının  yüksəkliyini  açıb  göstərdi.  O,  real,  fiziki  arxitekturaya  təsvir 


104 
 
arxitekturasını əlavə etdi. Bunun içərisində təəccüb doğuran üç ölçülü və effekti ilə 
fərqlənən  müxtəlif  təsviri  elementlərin  yerləşdirilməsi  idi.  Tavan  üzərindəki  iş 
novator memarın peyğəmbərlərin, sivillaların və digər obrazların füsunkar təsvirini 
yaratmaqla  öz  rəssamlığının,  heykəltəraşlığının  və  arxitektura  işlərinin 
anlaşılmayan  bir  qaydada  sehrli  sintezini  meydana  gətirən  nəhəng  bir  dahi 
olduğunu sübut etdi. Tavanın xüsusi quruluşundan istifadə edərək, o, tablolarında 
güclü  fiqurları  dinamik  qaydada  yerləşdirməyi  bacardı.  O,  bu  bölmələrdə 
Bibliyanın  «Genesis»  –  «Başlanğıc»  kitabından  olan  epizodlara  9  rəsm  seriyası 
həsr etdi. 
 
 
Mikelancelo “İnsanın yaranması” 
  
«İnsanın  yaranması»  tablosunda  iudaizm  allahı  Savaof  əlini  uzadıb, 
barmağını  Adəmin  barmağına  toxundurmaqla  ona  nəfəs  və  həyat  enerjisi  verir. 
Qoca yaşında olan saqqallı Savaofla onun həyat verdiyi Adəm arasında bənzərlik 
olsa  da,  axı  Allah  insanı  öz  obrazında  və  özünə  bənzər  yaratmışdır,  aralarındakı 
fərq  də  nəzərə  çarpır.  Adəm  mükəmməl  bədən  cizgiləri  və  bütün  görünüşündə 
ifadə qolunun cavanlığı ilə, elə bil ki, ona tamaşa edənlərə sönməz həyat eşqi təlqin 
edir. Savaof isə dünya görmüş, Yaradan funksiyasını yerinə yetirməyin hərtərəfli 
əziyyətini  çəkən  qoca  bir  varlıqdır.  Ağır  zəhmət  ona  öz  təsirini  göstərməmiş 
deyildir.  Bu  obrazların  təsviri  onların  müəllifinə  də,  heç  şübhəsiz,  ölməzlik  bəxş 
edir.  Axı  o  da  öz  növbəsində  Yaradandır,  ancaq  onun  fəaliyyət  dairəsi  Böyük 
Yaradana nisbətən dardır.  
Dahi  rəssam  insanın  yaranmasını  adi,  hər  cür  mistikadan  kənar  şəkildə 
əks etdirir, burada dərk olunması müəmmalı və ya çətin olan heç bir şey yoxdur. 
Möcüzə  yalnız  Allahın  yaradıcı  qüvvəsindədir.  Bu  qeyri-adi  hadisə  sadəcə 
barmaqların uclarının toxunması ilə baş verir, elə bil ki, bu kontaktla Yaradan ilk 
insanın bədəninə yaşamaq, həyat sürmək cərəyanı buraxır. Bu əlaqə ilahi qüvvənin 
nəyə  qadir  olduğunu  göstərməklə  yanaşı,  insanın  da  bu  xeyir-duadan  düzgün 
istifadə  etməsi  zərurətini  vurğulamaqla,  Allahın  yaratdıqları  arasında  onun  ali 
məxluq olduğunu özünün həyat tərzi, davranışı, başqaları ilə münasibətini düzgün 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə