Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə45/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   41   42   43   44   45   46   47   48   ...   102

105 
 
nizamlamalı  olduğunu  yada  salır.  Gözəl,  kamil  bədən  quruluşu,  insanın 
mənəviyyatının da kamillik səviyyəsində olması lüzumundan xəbər verir.  
Tabloda  Allahla  onun  yaratdığı  insan  müəyyən  məsafədə,  bir-birindən 
aralı şəkildə təsvir olunur. Elə bil ki, Allah Qalaktikanı andıran göylərdədir, Adəm 
isə meydana gəldiyi Yer planetində məskən salmalı olacaqdır.  
«İnsanın günaha batması» tablosu da çox təsirli və asan dərk olunandır. 
Meyvəsinin xeyiri və şəri dərketmə qabiliyyəti verən ağacın vasitəsi ilə səhnə iki 
hissəyə  bölünmüşdür,  ağacın  gövdəsinə  qadın  bədənli  ilan  sarılmışdır.  O,  sola 
əyilib Adəmi və Həvvanı Allahın qadağan etdiyi meyvəni qoparıb yeməyə təhrik 
edir. Bu səbəb nəticəsiz qalmır, ilanın təsiri ilə günaha batan, Allahın əmrinə tabe 
olmayan ilk iki insan tablonun sağ tərəfində əks olunduğu kimi, Allah tərəfindən 
Yerüstü Cənnətdən qovulur. Allah bağışlayan olsa da, öz əmrindən çıxanları sərt 
qaydada  ömürlük  cəzalandırır:  ilan  lənətlənir,  ömrü  boyu  qarnı  üstə  sürünməyə 
məhkum edilir, qadın dünyaya uşaq gətirəndə ağır əzaba və ağrıya düçar olur, kişi 
isə  daim  alın  təri  ilə  çörək  qazanmalı  olur.  İnsanın  qidalanması  üçün  hər  şeyin 
hazır  olduğu  cənnət  bircə  səhvin  –  ancaq  bu,  bəşər  övladının  ilkin  günahı  hesab 
olunur – hesabına yoxa çıxır və insan öz həyatı üçün bilavasitə özünün məsuliyyət 
daşıyacağını  anlamağa  başlayır.  Sonralar,  XVIII  əsrin  görkəmli  italyan  filosofu 
Çezare Bekkarianın cəzanın cinayətə müvafiq olması barədəki nəzəriyyəsi, Allahın 
insanın pis günahına görə onun və onu buna təhrik edənin barəsindəki hökmündə 
öz təsdiqini tapır. Üç canlı varlıq öz xətalarına görə fərqli qaydada cəzalandırılır. 
Cinayət və ya ciddi xəta cəzasız qalmamalıdır, həm də bu vaxt qəddarlığa, əsassız 
sərtliyə yol verilməməsi üçün müəyyən mütənasibliyin olması vacibdir. 
«Nuhun  sərxoş  olması»  isə  insan  təbiətinə  xas  olan  qüsurları,  onlardan 
meydana  gələn  pessimizmi  nümayiş  etdirir.  Dünya  daşqını  vaxtı  canlıları  xilas 
etmək kimi nəcib və uğurla nəticələnən bir işə girişən peyğəmbər sonralar özünü 
idarə etməyi bacarmır. 
 


106 
 
 
Mikelancelo “Qiyamət günü” 
 
23 ilə bərabər bir zaman məsafəsindən sonra Mikelancelo baş mehrabın 
divarında  «Qiyamət  günü»  freskasını  çəkməyə  başlayır.  Bu  nəhəng  əsərdə 
Dantenin  «İlahi  komediya»sında  nəql  edilən  hadisəni  təsvir  edir  və  onu  başa 
çatdırmağa altı il sərf olunur. Bu layihədə 300 fiqur vardır, onlar məntiqi qaydada 
və  aydın  şəkildə  sıralanmışlar.  Freska  ilə  Balzakın  «İlahi  komediyası»  əsərinin 
paraleli  yaranır,  axı  fransız  yazıçısı  da  öz  romanlar  toplusunda  3  min  obraz 
yaratmışdır. Freska əyani təsvir olduğundan, onda 300 obrazın canlandırılması heç 
də asan məsələ deyildir. 
Tablodakı möhtəşəm səhnədə İisus Xristos aparıcı roldadır, ətrafa ağalıq 
edir. O, bu an Qorxulu hakimdir, sağ əlini qaldırmaqla adamları məhkum etdiyini 
göstərir.  Burada  «Lənətə  gəlmişlər,  çəkilin!»  sözləri  dilə  gətirilməsə  də,  buna 
bənzər atmosferin  mövcudluğu hiss olunur. Onun yanında yerləşdirilən Mariya  – 
Allah Anası oğlu Xristlə bəşəriyyət arasında əbədi canlı əlaqəni təmsil edir. Axı bir 
Allah  kimi  Xrist  yalnız  anası,  apostolları  və  pritçaları  ilə  dolu  olan  nitqləri  ilə 
adamlarla  əlaqə  yaradır,  onları  düz  yola  istiqamətləndirməyə  çalışırdı.  Göylər 
məhkəməsinin  digər  şəxsiyyətləri  –  peyğəmbərlər,  apostollar  və  şəhidlərdir. 
Messiyanın sağında seçilmişlər, solunda isə məhkum olunanlar təsvir olunmuşdur. 
Göydə  mələklər  dəstəsi  görünür,  aşağıda  solda  isə  ölülərin  dirilməsi 
nümayiş etdirilir: mərkəzdə mələklər qrupu hökm kitabına yaxınlaşaraq truba səsi 
ilə  xəbər  verirlər,  həmin  vaxt  açıq  qəbirlərdən  ölülər  çıxır  ki,  müəyyən  olunmuş 
vadidə  toplaşsınlar.  Möminlər  göyə  qalxan  vaxt  məhkum  olunmuşlar  uçuruma 
yuvarlanırlar, orada onları aparacaq adam və cəhənnəm hakimi gözləyir.  
Mikelancelonun  təsvir  etdiyi  qadın  obrazlarında  ehtiraslı  hisslər 
bəslədiyi  –bəziləri  isə  bunu  yalnız  platonik  məhəbbət  adlandırırlar,  –  şairə 
Viktoriya Kolonnanın təsiri hiss olunur.  


107 
 
Sikstin  kapellası  daim  ora  gələnlərlə  doludur,  yalnız  yeni  papa  seçmək 
üçün kardinallar konklavı toplaşanda kapella bu seçkinin aparılacağı məkan kimi 
xidmət edir. Hər bir tur seçkinin nəticəsi xarici aləmə qutuya salınmış bülletenlərin 
yandırılmasından  çıxan  tüstü  ilə  xəbər  verilir.  Mənfi  nəticə  xüsusi  maddə  əlavə 
olunmaqla qara rəngli tüstü ilə bildirilir. Sonda nəticə müsbət olduqda bülletenin 
yandırılmasından yaranan ağ tüstü yeni papanın meydana gəldiyini bildirir.  
Vatikan muzeyində ayrıca Yan Sobeski zalı da vardır. Polyak sərkərdəsi 
bu  şərəfə  Vyananı  mühasirədə  saxlayan  Osmanlı  qoşunlarını  qovmasına  görə 
yiyələnmişdir.  Sobeski,  əslində,  Avropanı,  xristian  aləmini  çox  qorxduqları 
təhlükədən  xilas  etmişdi.  Vyana  türklər  tərəfindən  tutulsaydı,  Avropanın  digər 
hissələrinin  domino prinsipi ilə işğala  məruz  qalması  gündəliyə  daxil ola bilərdi. 
732-ci  ildə  Fransa  sərkərdəsi  Martell  Puatye  döyüşündə  ərəblərin  qarşısını  kəsib, 
Fransanın işğalına yol vermədiyi kimi, Reçi Pospelita çarı Yan Sobeski də 1683-cü 
ildə Osmanlı ordusunu darmadağın edərək, Vyananın mühasirəsinə son qoymuşdu 
Qərbi Avropaya, elə bil ki, xilas kəməri atmışdı. 
 
Romanı təbliğ edən amerikan filmi 
 
 
 
“Roma kanikulları” filmindən kadr 
  
Romada  tez-tez  Hollivudda  çəkilmiş  «Roman  Holiday»  –  «Roma 
kanikulları»  filminin  qəhrəmanlarını  əks  etdirən  kadrların  təsvirinə  rast  gəlirdik. 
Doğrudan da, 1953-cü ildə dünya ekranlarına çıxan bu film özünün süjeti, quruluşu 
və yüksək aktyor oyunu ilə görünməmiş populyarlıq qazanmış, sonrakı ildə aktrisa 
Odri Hepbörn Oskar mükafatına layiq görülmüşdü. Film tamaşaçıda Romaya, onun 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə