Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə46/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   42   43   44   45   46   47   48   49   ...   102

108 
 
abidələrinə məhəbbət aşılayır, onları layiqincə qiymətləndirmək hissləri təlqin edir. 
Pol  Qogenin  Taiti  adasına  həsr  olunmuş  tabloları,  bu  Sakit  okean  adasını 
avropalılara tanıdıb, oraya çox sayda turistlər cəlb etdiyi kimi, american filmi də 
Romanı  adamlara  sevdirməklə,  şəhərə  turist  axınının  xeyli  güclənməsinə  səbəb 
olmuşdu. Filmin təsir gücü fransız yazıçısı madam de Stalın XIX əsrin əvvəlində 
yazdığı  «Korinna  və  ya  İtaliya»  kitabının  vaxtilə  bu  ölkə  barədə  yaratdığı 
atmosferdən, heç şübhəsiz, çox-çox artıq idi.  
Filmin süjeti sadə olsa da, çox maraqlıdır. Gənc printsessa Anna Avropa 
ölkələrinə  səyahəti  çərçivəsində  Romaya  gəlir.  Protokolun  əzab  verdiyi  bu  qız 
səfirliyi tərk edib, şəhərin mərkəzinə düşür. Səfirlikdə ona vurulan iynənin təsiri ilə 
o, küçənin alçaq divarının üstündə yatır. Bu vaxt amerikan jurnalisti Co Bredli qıza 
kömək  etmək  istəyir,  taksi  saxlayır  və  Annadan  ünvanı  soruşur.  Yuxulu  qız 
«Kolizey»  sözünü  mızıldayır.  Axı  Kolizeydə  heç  kəs  yaşamır.  Jurnalist  onu  öz 
kasıb, subaylıq mənzilinə aparır və qız onun otağında gecələyir.  
Səfirlik printsessanın itdiyindən agah olduqda, onun xəstələnməsi barədə 
məlumat  yayır.  Bredli  öz redaksiyasında qəzetdəki  fotoşəkili  görəndə  mənzilində 
yatan printsessanı tanıyır. Əlinə sensasiya düşdüyünə sevinir və fotoqraf dostunu 
onu lentə çəkməyə çağırır.  
Anna  otaqdan  çıxıb,  öz  azadlığından  həzz  alaraq  Romanın  səs-küylü 
küçələri  ilə  gəzməyə  yollanır,  jurnalist  onun  arxasınca  düşür.  Qız  bərbərxanada 
jurnalistin  verdiyi  azacıq  pulla  sacını  kəsdirib,  tam  başqa  formaya  saldırır.  İspan 
pilləkənində onlar guya təsadüfən görüşürlər və bütün günü şəhəri gəzirlər.  
Qız kafedə şampan şərabı içir və ömründə ilk siqaretini çəkir. Qız Conun 
müşayiəti ilə Romanın görməli yerlərini gəzir və onlar bir-birlərinə vurulurlar. Sant 
Ancelo  qəsrinin  rəqs  meydançasında  vətənindən  gələn  xəfiyyələr  Annanı  tutmaq 
istəyəndə, qız gitara ilə onlardan birini vurur və Co ilə birlikdə Tibrin suyuna atılır. 
Sahilə  çıxanda  onlar  qarşılıqlı  hisslərini  ehtiraslı  öpüşlə  söndürürlər.  Mənzilə 
qayıtdıqdan sonra qızın xahişi ilə Co onu səfirliyin darvazasına aparır və məqalə 
yazmaqdan vaz keçir, həmçinin fotoqrafı da başa sala bilir.  
Səfirlikdəki  son  mətbuat  konfransında  printsessa  Romanı  yaddan 
çıxarmayacağını  və  onun  xatirəsini  qoruyub  saxlayacağını  söyləyir.  Bu  gənc 
füsunkar qızın sifətində təbəssüm olsa da, gözləri yaşla doludur. Filmdə Romanın 
gözəl  yerləri  vurğunluqla  nümayiş  etdirilir:  İspan  pilləkəni,  Trevi  fəvvarəsi, 
Koronna  palattsasu,  Sant  Ancelo  qəsri,  «Həqiqət  ağzı»,  Kolizey.  Bu  kadrlar 
Romanın çox yerlərini avropalılara və amerikanlara tanıtdı, bu filmə qədər, onlar o 
qədər də şöhrətə malik deyildilər.  
Filmin adı da təsadüfi seçilməmişdir. Bayronun «Çayld-Harold» məşhur 
poemasından  götürülmüşdür.  Odri  Hepbörn  çox  cənc  olmasına  baxmayaraq, 
filmdən  sonra  ağlasığmayan  populyarlıq  qazandı.  O,  və  Qreqori  Pek  tezliklə 
Hollivudun  ikonalarına  çevrildilər.  Niderlandlı  gənc  aktrisa  bu  filmin  hesabına 
dünya  şöhrətinə  yiyələndi,  tamaşaçıların,  xüsusən  gənc  qızların  və  qadınların 
bütünə,  kumirinə  çevrildi.  Əksər  ölkələrdə  Odriyə  bənzəmək  dəbi  yarandı. 
Printsessa  filmdə  çox  təmiz,  bir  qədər  də  sadəlövh  olmaqla,  xüsusi  cazibə 
energetikasına  malikdir.  Məşhur  aktrisanın  təqlidçiləri  həyatda  onun  obrazını 


109 
 
canlandırmağa çalışır və çox hallarda buna nail olurdular. Film öz personajları ilə 
yanaşı, baş qəhrəmanı olan Romanı da tamaşaçılara sevdirməyi bacarmışdı. Həm 
printsessa, həm də Roma öz gözəllikləri ilə tamaşaçının hisslərini əsir etmiş, onlara 
az qala bu obrazlara sitayiş edilməsi zərurətini təlqin etmişdir.  
Etiraf etməliyəm ki, İtaliyaya əvvəlki səfərimdə proqramın mürəkkəbliyi 
Roma  ilə  yaxından  tanışlığa  mane  olmuşdu.  Filmdəki  printsessanın  bir  gündə 
olduğu  yerlərin  bəzilərinə  baş  çəkə  bilməmişdim,  yalnız  Müqəddəs  Pyotr 
kilsəsində,  Kolizeydə,  Trevi  fəvvarəsində  və  Qaribaldi  meydanında  olmuşdum. 
Çünki  biz  Leonardo  da  Vinçi  adına  Fyumiçino  təyyarə  meydanından  birbaşa 
cənuba – Avellino və Neapol şəhərlərinə yollanmış, gəmi ilə Kaprı adasına getmiş, 
sonra Romadan keçməklə Florensiyada olmuş və Fransa sərhədindəki kiçik şəhərə 
səfər  etmişdik.  İtaliyanın  təbiəti,  şəhərləri,  Florensiyadan  şimala  gedən  dağ 
yolunda tunellərin və estakadaların çoxluğu heyranlığımızdan kənarda qalmamışdı. 
Lakin  indiki  səfərdə  Romaya  daha  yaxşı  bələd  olmağa  çalışdım  ki,  keçmişdəki 
vaxt imkansızlığının əvəzini çıxa bilim. Əlbəttə, Roma elə bir maraq okeanıdır ki, 
onun  bir-birindən  cazibədar  olan  adaları  ilə  tanış  olmağa  daha  çox  vaxt  tələb 
olunur. Tarixi abidələr kaleydoskopu o qədər rəngarəng və çox formalıdır ki, onları 
tamamilə əhatə etmək də olduqca çətindir.  
Təəssüratların  bolluğunun  təzyiqindən  bir  qədər  azad  olmaq  üçün 
təsadüfən  Tarixi  şəxsiyyətlər  muzeyində  də  olduq.  Buranı  məşhur  Tyusso 
muzeyinin  kasıb  filialı  da  saymaq  olar.  Mum  heykəllər  personajların  paltarlarına 
bənzər geyimlərdə deyil, qara rəngli, ucuz mahuddan olan qiyafədə idilər. Bir səfər 
yoldaşımız  bunu  ölü  paltarı  adlandırdı.  Putin,  Tramp  kimi  müasir  siyasətçilərlə 
yanaşı, Roma və italyan tarixinin qəhrəmanları Yuli Sezar, Brut, Kassi, Qaribaldi, 
II Vitor Emmanuel, həmçinin Çarli Çaplin də daxil olmaqla çox sayda aktyorlar və 
müğənnilər  də  burada  nümayiş  etdirilir.  Muzey  təmtəraqdan  və  arzu  olunan 
dəqiqlikdən uzaq olsa da, əsasən, İtaliyanın tarixində iz qoyan şəxsiyyətlər barədə 
müəyyən informasiya mənbəyi rolunu oynayır. 
 
İspaniya meydanı və Trastvere 
 
 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə