Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə47/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   43   44   45   46   47   48   49   50   ...   102

110 
 
İspaniya meydanı 
 
Turistlərin böyük marağına səbəb olan yerlərdən biri filmdə də göstərilən 
İspaniya  meydanıdır  (Piazza  di  Spagna).  Adamı  valeh  edən  gözəl  monumental 
pilləkənin yuxarısında «Dağlardakı Müqəddəs üçlük» kilsəsi ucalır. Onun qarşısını 
Misir  obeliski  bəzəyir.  Pilləkənin  aşağısında  isə  Pyetro  Berninin  işi  olan  incə 
fəvvarə vardır.  
Turistlər İspan pilləkənində (skala di Spagna, bu, «İspan addımları» və 
ya  «pilləkənləri»  deməkdir)  oturmağı  sevirlər.  Hətta  oturmaq  həvəsində  olanlar 
özlərinə  çətinliklə  yer  tapırlar.  İspaniya  səfirliyi  vaxtilə  burada  yerləşdiyindən, 
meydan və pilləkən bu adı almışdır. 
 
 
Trastvere 
  
Özünü  daha  çox  kübar  romalı  hesab  edənlər  Trastveredə  («Tibrin 
ətrafında»  mənasını  verir)  yaşayan  adamlardır.  Onlar  uzun  müddətdir  ki,  bir-
biriləri  ilə  qonşuluqda  yaşayırlar.  Trastvere  dənizçilərin  və  əcnəbilərin  məhəlləsi 
idi. Buradakı Müqəddəs Mariya kilsəsi Romadakı ən qədim kilsə hesab olunur.  
Trastveredə küçələrin çoxu dar və səkisizdir, çünki bura yalnız piyadalar 
üçündür. Hər yüz addımlıqda kilsə, saray, kafe qrupları olan kiçik meydanlar açılır. 
Burada  xeyli  xalq  restoranları  olduğundan,  buraya  çox  sayda  rəssam,  artist  və 
onların  dostları  axışır.  Bu  mənada  əsl  xalq  ünsiyyəti,  kənd  ətrafının  təsiri  hiss 
olunur.  Kiçik  restoranlarda  italyan  mətbəxi,  tər  dəniz  məhsulları  üstünlük  təşkil 
edir. Ona görə də daim müştərilərlə doludur. 
Romanın  möhtəşəm  binalarından  biri  çox  sayda  heykəllərlə  bəzədilmiş 
Ali  Məhkəmə  binasıdır, burada onu  “Tribunale”  adlandırırlar.  Digər nəhəng  bina 
və  iri  ərazi  ABŞ  səfirliyinə  məxsusdur.  Qaldığımız  “Londra  &  Gargill”  otelinə 
yaxın  olduğundan,  biz  tez-tez  onun  yanından  keçirdik.  İtaliya  Avropa  İttifaqının 
üzvü  olduğundan  çox  sayda  rəsmi  binaların  üstündə  İtaliya  dövlət  bayrağı  ilə 
yanaşı  Avropa  İttifaqının  ulduzlar  dairəsi  ilə  bəzədilmiş  mavi  rəngli  bayrağı  da 
dalğalanır. 


111 
 
Ümumiyyətlə,  Roma  öz  yaşıllığının  bolluğu  ilə  bir  çox  Avropa 
paytaxtlarını  geridə  qoymağı  ilə  də  öyünə  bilər.  Buradakı  iynəyarpaq,  çox 
hündürdə  oval  çətirini  yayan  piniya  və  ya  italyan  şamı  şəhərin  istənilən 
guşəsindəki  landşafta  xüsusi  gözəllik  verir.  Romada  və  Milanda  bizi 
təəccübləndirən  və  ekzotika  xarakteri  daşıyan  mənzərə  hündür  evlərin  damında 
kiçik  meşəni  andıran  gur  yaşıllıq  idi.  Damüstü  ağaclar  və  kollar  binalara 
cazibədarlıq  verir.  Romanın  bir  küçəsində  üstü  yetişmiş  meyvələrlə  dolu  olan 
mandarin ağacları da qeyri- adiliyinə görə bu küçəni başqalarından fərqləndirirdi. 
Sorrento şəhərində isə küçələrdə bol narıncı məhsulu, elektrik lampalarını andıran 
portoğal ağaclarını görmüşdüm.  
 İtaliya  şəhərlərində  taksi  xidməti  bir  sıra  cəhətlərinə  görə  fərqlənir. 
Ondan istifadənin dəyəri təkcə məsafədən deyil, həm də sutkanın hansı vaxtından 
və  avtomobilin  sinfindən  asılıdır.  Bazar  günləri  və  bayramlarda  tarif  həmçinin 
bahalaşır.  Hər  baqaj  yerinə  görə  əlavə  pul  ödənilməlidir.  Taksiyə  oturarkən 
anlaşılmayan  bir  qaydada,  ümumi  qəbul  edilən  ilkin  xırda  rəqəm  əvəzinə, 
hesablayıcıda iki-üç dəfə yüksək rəqəmi də görə bilərsən. 
Romanın keçmişi və  bu günü ilə  vidalaşarkən  Tsitseronun  sözləri  yada 
düşür:  “Roma  sadəcə  coğrafiya  məsələsi  deyildir,  Roma  çaylarla,  dağlarla  və  ya 
hətta dənizlərlə müəyyən olunmur; Roma qan, irq və ya din məsələsi də deyildir; 
Roma idealdır. Roma on min illər ərzində bizim əcdadların həmin dağlardan endiyi 
və icmalar şəklinndə necə yaşamağı öyrəndikləri vaxtdan bəşəriyyətin nail olduğu 
azadlıq və qanunun ən yüksək təcəssümüdür.” O, belə bir nəticəyə gəlmişdi ki, bu, 
onların sivilizasiyasının fraqmenti, onlara çatan xüsusi hədiyyə olmaqla, odun sirri 
kimi çox qiymətlidir.  
Roma  xeyli  sınaqlardan  keçsə  də,  nəticə  etibarilə  özünə  məxsus  olan 
mahiyyəti qoruyub saxlamışdır və buna görə ona layiq olduğu ehtiramla yanaşmaq 
lazımdır.  
 
Milan – zəhmət və kommersiya şəhəri 
 
Romadan yenidən qatarla Milana qayıtdıq, bu dəfə yola iki dəfə az vaxt 
sərf etdik, sürətli qatar yol boyu yalnız iki stansiyada dayandığından, vaxta xeyli 
qənaət  olunurdu.  Qatarların  sürətinə  gəldikdə  isə  saatda  280-300  km-ə  çatır, 
elektrovozların qabaq hissəsi raketi və ya delfin burnunu xatırladır. Əlbəttə, bu heç 
də Yaponiyadakı qatarın saatda 500 km yol qət etməsi deyildir. Mlandan Romaya 
gedərkən  qatar  Florensiyada  dayananda  biz  hamımıza  keçmiş  səfərlərdən  yaxşı 
tanış  olan  Santa  Mariya  del  Fiore  kilsəsinin  narıncı  rəngə  çalan  qübbəsini 
müşahidə etməkdən həzz aldıq.  
Yaşayacağımız  “Romana  Residense”  –  «Romalının  iqamətgahı»  oteli 
Duomoya  yaxın  məsafədə  idi.  Milanın  (rəsmi  qaydada  Milano  adlanır)  taleyi 
dünyanın  bütün  böyük  şəhərlərinin  çoxu  kimi,  tarixi  cəhətdən  paradoksal  olaraq 
qalır.  Bir  sıra  faktorlar  əsas  götürülərək,  Milanın  birləşmiş  İtaliyanın  paytaxtı 
olacağı  düşünülürdü.  Çünki  Milan  ölkənin  varlı  şəhərlərindən  biri  idi.  Fransız 
yazıçısı  Stendal  epitafiyasında  (qəbri  üstündəki  yazıda)  özünün  «milanlı» 


112 
 
adlandırılmasını  arzu  edirdi.  Axı o,  pərəstişkarı olduğu  Napoleonu 1800-cü  ildən 
başlayaraq  onun  hərbi  yürüşlərində  müşayiət  etmişdi.  Şəhərlə  tanış  olduqda 
fransızın bu vurğunluğuna inanmaq istəyirsən.  
Milan hələ XIX əsrdə İtaliya şəhərləri arasında daha çox Avropa şəhəri 
sayılırdı,  lakin  qitənin  mərkəzinə  çevrilə  bilməzdi.  Avropanın  paytaxtının  tələb 
etdiyi  mütləq  şərtlərə  görə  Milan  çox  zəif  idi.  Roma  isə  İntibah  Florensiyasının 
dəyərlərini  və  dilini  (axı  ədəbi  italyan  dili  ilk  dəfə  florensiyalı  Dante  Aligyeri 
tərəfindən  XIV  əsrin  əvvəlindən  işlədilməyə  başlanmışdı)  absorbsiya  edərək,  bu 
dəyərləri  əsrlər  ərzində  inteqrasiyaya  uğradıb,  bu  gün  mövcud  olan  bir  paytaxt 
şəhərinə çevrilmişdi.  
Adi  bir  misal.  XX  əsrdə  ayrı-ayrı  ölkələrə  və  şəhərlərə  böyük 
populyarlıq  gətirən  kinematoqrafiya  Romada  inkişaf  etmiş,  1950–65-ci  illər 
arasında özünün ən yüksək zirvəsinə çatmışdı. Milanda bu sintetik sənət növü heç 
vaxt kök salmamışdı. Roma müasir şəhər işığı ilə antik adlanan klassik elementləri 
yenidən yaratdı. Antik abidələr nə qədər çox olsa da, Romanın müasir həyat tərzinə 
mane  ola,  onun  dövrlə  mütənasiblik  ritminə  xələl  gətirə  bilmədi.  Milan  isə  bunu 
edə bilməzdi, onun nəbzi başqa parametrlərdə döyünürdü. Milan yaradıcı ziyalılar 
üçün  cazibə  qüvvəsinə  malik  deyildi.  Roma  isə  həm  tarixi,  həm  də  müasir  tipli 
cazibədarlığı  ilə  II  Dünya  müharibəsindən  sonra,  çiçək  axtaran  bal  arısı  kimi 
buraya  axışıb  gələn  yaradıcı  ziyalıları  özündə  məskunlaşdırmaqla,  əsl  sənət 
mərkəzi  kimi  qaldı.  İntibahı  Florensiyanın  əlindən  alan  Roma  XX  əsrin  ikinci 
yazısında iri incəsənət mərkəzi rolunu oynadı. 
Milanın yaranması da Romanınkından fərqlidir, şəhərin əsası b.e.ə. 600-
cü  il  ətrafında  qallar  tərəfindən  qoyulmuşdur.  B.e.ə.  III  əsrin  sonlarında  Roma 
Mediolanum adlanan bu şəhəri işğal etmişdi. Milan o vaxt Sizalpin Qalliyası kimi 
tanınan  Alp  dağlarının  Roman  tərəfinin  “ən  qüdrətli”  şəhərlərindən  biri  idi. 
İmperator  Avqustun  hakimiyyəti  dövründə  İtaliyanın  11  regionundan  birinə 
çevrildi, bir qədər sonra isə Roma imperiyasının ikinci şəhəri oldu. Hun sərkərdəsi 
Attila 452-ci ildə şəhəri viran qoydu, heç bir əsr keçməmiş qotlar da onu dağıtdı. 
Barbar  müdaxilələri  çoxalsa  da,  şəhər  bütünlüklə  məhv  olmadı.  VIII 
əsrdə  frank  kralı  Şarlemanıın  ərazilərinə  qoşuldu.  XI  əsrdə  isə  gələcək  böyük 
Milanın bünövrəsi qoyuldu.  
Sonrakı əsrlərdə Milan inkişaf edən qonşuları – Pavia, Kremona, Komo 
və  Lodi  ilə  uzun  müddət  vuruşmalı  oldu.  I  Fridrix  Barbarossa  Milanı  müqəddəs 
Roma  imperiyasının  hakimiyyəti  altına  gətirmək  istədi,  lakin  Barbarossa  özü 
german qoşunları ilə döyüşdə məğlub olduğundan, bu, baş tutmadı.  
Şəhərdə sənaye və merkantil iqtisadiyyat sürətlə inkişaf edirdi. XV əsrdə 
Milan ambitsiyalı general Sfortsa tərəfindən mühasirəyə alındı. O, şəhəri işğal etdi 
və yeni sülaləsini yaratdı. Milan üçün böyük inkişaf dövrü başladı. Bu vaxt həm də 
İtaliya Renessansının qızıl dövrü idi.  
Fransa  kralı  I  Fransisk  Milanı  1515-ci  ildə  işğal  etdi,  lakin  özü  on  il 
sonra Paviyada ispanlara əsir düşdü. XVI əsrdən isə bütöv Milan dövləti Müqəddəs 
Roma  imperatoru  və  İspaniya  kralı  V  Karlın  ağalığı  altına  düşdü,  onun  gələcək 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə