Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə49/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   45   46   47   48   49   50   51   52   ...   102

116 
 
yaşamışdı, bu həyatın dolğunluğu da onun xeyrinədir. Onun Mariya Maqdalina ilə 
yaxınlığı Yer üzərindəki həyatının mahiyyətini daha dolğun açıqlayır. Əgər o, öz 
cinsinə  xas  olan  qabiliyyətdən  məhrəm  olsaydı,  bəlkə  də,  daha  çox  istehza 
obyektinə  çevrilərdi.  Axı  onu  anlamayanlar  daim  ona  istehza  etməkdən  həzz 
alırdılar.  İisusun  Mariya  Maqdalina  ilə  olan  tarixçəsi  həm  də  onun  hərtərəfli  bir 
insan olduğunu sübut edir. Əgər o, insandırsa, insana xas olanların heç biri ona yad 
deyildir.  
Da Vinçi kodunu az qala beş əsrdən sonra açmağın özü də asan məsələ 
deyildir və katolik kilsəsi də bu məsələdə öz riqorizmindən uzaqlaşmaq istəmir.  
Bütün  dünyada  Milan  həm  də  özünün  «La  Skala»  opera  teatrı  ilə 
məşhurdur.  XVIII  əsrdə  tikilən  bu  teatr  italyan  musiqisinin  və  ümumiyyətlə, 
mədəniyyətinin  inkişafında  mühüm  rol  oynamışdır.  Onun  səhnəsində  təkcə 
İtaliyadan deyil, həm də dünyanın çox ölkələrindən olan müğənnilər çıxış etmişlər. 
Böyük italyan bəstəkarı, opera janrında çox sayda incilər yaratmış Cüzeppe Verdi 
bu  teatrda  təhsil  almış,  ilk  operalarını  orada  tamaşaya  qoydurmuş,  yalnız 
“Nabukko”dan  sonra  şöhrət  qazana  bilmişdi.  Sonralar  o,  özünün  “Traviata”, 
“Otello”, Süveyş kanalinin açılışına həsr etdiyi, bu mühüm hadisədən iki il sonra, 
1871-ci  ildə  başa  çatdırdığı  “Aida”  operaları  ilə  daha  da  məşhurlaşmışdı.  Lakin 
Verdi ilk uğyrsuzluqlarına görə ömrü boyu “La Skala”ya nifrət bəsləmişdi. Ancaq 
o, Milana çox bağlı idi və 1901-ci ildə 88 yaşlı bəstəkar orada da vəfat etmişdi. XX 
əsrin ilk illərində “La Skala”da dünya şöhətli opera müğənnisi Enriko Karuzo çıxış 
etmiş, sonralar Nyu Yorkun «Metropoliten Opera» teatrında işləyən məşhur dirijor 
Arturo Toskanini 20 il ərzində bu teatrda fəaliyyət göstərmişdi. «La Skala» həm də 
böyük təhsil ocağıdır, gələcəyin bir sıra məşhur opera müğənniləri vokal sənətinin- 
belkantonun  sirlərini  məhz  burada  öyrənmişlər.  Sovet  Azərbaycanının  ilk 
onilliklərində  opera  sənətini  inkişaf  etdirmək  məqsədilə  iki  müğənni  orada  təhsil 
almağa göndərilmişdi. Sonralar bu ənənə davam etdirilmişdi. 
 
 
Sentrale vaqzalı 


117 
 
 
Milan təkcə iri sənaye şəhəri deyil, həm də geniş dəmiryol qovşağıdır. 26 
dəmiryolu  xətti  şəhərin  mənzərəsinə  xələl  gətirməmək  üçün  ustalıqla 
layihələşdirilmişdir.  Bizi  təəccübləndirən  binalardan  biri  Sentrale  (Centrale) 
adlanan  mərkəzi  dəmiryol  stansiyasının  vağzal  binası  idi.  Bu  möhtəşəm  binanın 
ayrı-ayrı  mərtəbələrində  həm  də  mağazalar  yerləşir.  Perrona  çıxmaq  üçün  xeyli 
yuxarı qalxmalı olursan və burada qatarların gəlib-getməsi qarışqa yuvasını andırır. 
Milandan  Romaya  və  Venetsiyaya  gedəndə  qatar  yolboyu  tunellərdən 
keçirdi. Yolun kənarında yaxşı becərilmiş üzüm plantasiyalarını və düyü zəmilərini 
görürdük. İtaliyanın şimalının ağ şərabı çox keyfiyyətlidir və əsasən fransız üzüm 
sortlarından hazırlanır. Qədim romalılar şərabı yarıbayarı su qatmadan içmirdilər, 
şərabı  olduğu  kimi  içən  qallara  gülürdülər.  İndi  qalların  vətəni  olan  Fransa  və 
İtaliyanın şimalı şərabçılıq mərkəzləri kimi tanınırlar.  
Milandan  Venetsiyaya  gedərkən  Şekspirin  «Romeo  və  Cülyetta»  pyesi 
ilə məşhurlaşdırdığı Verona şəhərindən keçdik. Onu da qeyd edim ki, Londondan 
vaxtilə qatarla Mançesterə gedərkən Eyvon üzərindəki Stratforddan da keçmişdim, 
lakin  Verona  məndə  daha  incə  hisslər  oyatdı,  Şekspirin  vətəni  isə  elə  bir  təsir 
gücünə  malik  deyildi.  Beş  əsr  keçsə  də,  Cülyetta  qanunçuluqda  da 
unudulmamışdır.  İtalyan  qızlarına  14  yaşında  –  Cülyettanın  Romeoya  vurulduğu 
yaşda ərə getməyə icazə verilir. Qızlar burada bir qədər gec ərə getsələr də, köhnə 
ənənə yaşamaqda davam edir. 
Milan öz coğrafi mövqeyinə görə İtaliyanın mühüm iqtisadi mərkəzidir. 
Cənuba tərəf bol suvarılan düzənliklərin inkişaf etmiş əkinçiliyi vardır, şimalda isə 
aqrar  sahə  məhdud  xarakter  daşıyır.  Geniş  avtomobil  və  dəmir  yolları  şəbəkəsi 
ətrafdakı zonalara, xüsusən şimala istiqamətlənir, şəhərin iqtisadi əhəmiyyətini və 
genişlənməsinin  potensialını  artırır.  Milanda  ölkə  əhalisinin  7 faizi  yaşayır,  onun 
iqtisadi  əhəmiyyəti  isə  iki  dəfə  yüksəkdir.  Maşınqayırma  sənayesi  əhalinin  xeyli 
hissəsini işlə təmin edir.  
İtaliyanın ən böyük topdansatış bazaları da Milandadır. Onların arasında 
ən mühümü ixrac ticarətidir. 
Milan həm də Avropanın moda mərkəzlərindən biridir. Burada görkəmli 
dizaynerlər-  kuteryelər  çalışır.  Şəhərdə  hər  il  keçirilən  moda  həftəsi  çox 
məşhurdur.  Burada  təkcə  yeni  paltar  modaları  yox,  həm  də  qadın  fiqurasına 
gözəllik  verən  yeni  tufli  nümunələri  nümayiş  etdirilir.  Bütün  dünyada  tanınan 
“Dolce & Gabbana” modalar evinin qərargahı da Milandadır.  
Milan  həm  də  idmanın  təşkili  və  inkişafı  sahəsində  İtaliyanın  aparıcı 
mərkəzlərindən  biridir.  Şəhərin  adını  daşıyan  «Milan»  futbol  komandası  İtalyan 
tiffoziləri ilə yanaşı, bu idmanın beynəlxalq azarkeşlərinə də yaxşı məlumdur. San 
Siroda  böyük  cıdır  arenası  olan  İppodromaya  malikdir,  bura  Avropanın  ən  yaxşı 
cıdırlarından biri hesab olunur. San Siroda həm də Mülki Arena deyilən özəl futbol 
stadionu vardır. Qrand Prix dairəvi motor yarışı da beynəlxalq nüfuza malikdir.  
 
 
 


118 
 
Venetsiya – möcüzələr sərgisi 
 
Venetsiyanın  mahnılardan  bizə  tanış  olan  Santa  Luçiya  stansiyasında 
qatardan düşüb, bərə-çay tramvayı ilə məşhur San Marko meydanına yola düşdük. 
Bərə  arxipelaqdan  ötüb  keçən  Böyük  kanalla  (Canal  Grande)  hərəkət  edirdi  və 
gözlərimiz  qarşısında  sehrli,  nağılları  andıran,  sirlərlə  dolu  bir  mənzərə  açılırdı. 
Şəhərdən dənizə deyil, sulardan şəhərin gözəlliklərinə tamaşa edirdik. Kanalın ən 
dar hissəsində Venetsiyanın simvollarından biri olan Rialto körpüsü tikilmişdir və 
o şəhərin ən məşhur körpüsüdür. 
 
 
Qrand kanal. Rialto körpüsü 
 
Su ilə quru torpaq, Avropa ilə Şərq, reallıqla fantaziya arasında gözəl və 
müəmmalı Venetsiya uzanır. Dənizlə unikal qaydada birləşən şəhər kimi Venetsiya 
həm də Şimali İtaliyanın başlıca limanıdır.  
Xüsusi  rəng  palitrası  ilə  fərqlənən  və  təkrar  olunmayan  xarakterli,  su 
nəqliyyatından başqa heç bir daşınma vasitəsi olmayan bu şəhər könülləri asanlıqla 
fəth  edir.  Arxitektura  üslublarının  və  gözəlliklərinin  sərgisi  rolunu  oynayan 
Venetsiyanın  memarlığı  ada  landşaftından  irəli  gəlir,  “kalle”  adlanan  kiçik  su 
küçələri  özlərinin  darlıqlarıı  və  dolambaclıqları  ilə  seçilir.  Nyu-Yorkdan  buraya 
gələn bir yumorist vətəndəki dostuna belə bir teleqram göndərmişdi: «Küçələr su 
ilə doludur, buyur, mənə məsləhət ver». Doğrudan da, adam qeyri-adi bir məkana 
düşür və bu mənzərə təəccüb və heyranlıq doğurmaya bilməz. Bu kallelərin ağla 
sığmayan  şəkildə  uzanması,  asanlıqla  aza  bilinən  labirinti  xatırladır.  Yaxşı  ki, 
Ariadna sapını yerli su nəqliyyatçıları təklif edirlər.  
Şəhərin  tarixi  mərkəzi  bir-biriylə  çox  sayda  körpü  və  körpücüklərlə 
birləşən, ancaq 118 qum adasında yerləşməklə, sıx tikilmiş köhnə evlərlə doludur. 
Şəhərin binalarının arasında XV–XVIII əsrlərin çox saydakı sarayları seçilir, onlar 
özünəməxsus  Venetsiya  üslubunda  tikilmişlər,  onlarda  Şərqin  təsiri  aydın  hiss 
olunur. Burada əsrlər ərzində çox sayda  üslublar bir-birini əvəz etmişdir: italyan, 
ərəb, Bizans, qotika, Renessans, mannerist və barokko üslubları. Bu rəngarənglik 
şəhərin mənzərəsinə digər amillərlə yanaşı, əlavə füsunkarlıq verir. Başqa faktorlar 
da  arxitektura  ansamblının  harmoniyasına  kömək  edir:  küçənin,  körpünün  və 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə