Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə5/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   102


 
qəbristanlığında  Eloizanın  yanında  uyuyur.  Abelyarın  ölümündən  sonra  tərtib 
edilən  epitafiyada  müasirlərindən  bir  çoxu  onu  bütün  dövrlərin  ən  böyük 
mütəkkirlərindən və müəllimlərindən biri kimi təlqin edir.  
 Britanika  (Britannica)  ensiklopediyasında  onun  haqqında  belə,  həm  də 
bundan bir qədər geniş məlumat verilir. Kembric ensiklopediyasında və Merriam 
Uebster  avtobioqrafik  lüğətində  isə  ona  həsr  olunmuş  məqalələrdəki  materiallar 
məhdud olmaqla, onların dəqiqliyinə zəmanət vermək də bir qədər çətindir.  
Abelyarla  Eloizanın  sevgisinə  gəldikdə,  onlar  görüşən  vaxtlarda  dünya 
hələ  yeni  məhəbbəti  öyrənirdi.  Bu  isə  sonralar  Renessans  ruhu  adlanan  bir 
cərəyana diqqət verilməsinin başlanğıcı sayıla bilərdi. Onların sevgisi daş divarlar 
arasındakı  qızılgüllərlə  bəzənmiş  bağda,  kilsə  evlərində  baş  qaldırdı.  Abelyar 
gələcək Notr-Damın yerindəki qədim kilsədə xidmət edərkən, Eloizanı özünün bir 
tale hədiyyəsi, qismətinin şirin payı kimi tapdı. O, əsl istedad sahibi və ambitsiyalı 
bir  adam  olmaqla,  əyalətdəki  kübar  ata  evindən  Parisə  gəlmişdi.  Burada  təhsil 
aldıqdan sonra bir alim kimi o, sürətlə irəli gedirdi və şəhərin fəlsəfə məktəbinin 
tanınmış  liderinə  çevrildi.  İlahiyyat  təlimi  ilə  məşğul  olmaqla  yanaşı,  apardığı 
mübahisələrdə onun nüfuzu əlavə parlaqlığa nail oldu.  
Belə  bir  şəraitdə  o,  gözəl  karyeraya  malik  idi.  Onun  həqiqi  və  böyük 
hesab  edilən  bacarığına  təriflər  deyilirdi,  həyatı  da  ehtiramla  əhatə  olunmuşdu. 
Eloiza  adlı  gözəl  bir  qız  da  fəlsəfəni  öyrənmək  məqsədilə  onun  ətrafına  yığışan 
tələbələrin sırasına daxil oldu. Qızın əmisi keşiş Fulbert, Notr-Damın yaxınlığında 
yaşadığından, belə tanınmış ilahiyyat aliminə yaşamaq üçün öz evində yer verdi. 
Abelyar buna qədər qızı görmüşdü və onu fəth etmək naminə bağlanan müqaviləyə 
razılıq verdi. Axı qız da əmisinin himayəsində yaşayırdı.  
Müəllimlə tələbəsi çox saydakı sakit saatlarını bağda, Sena çayı sularının 
ayaqlarını  yuduğu  Site  adasında  keçirir,  qədim  fəlsəfəni  və  onların  oyanmaqda 
olan  hisslərinə  lay-lay  deyən  çay  kimi  sürətlə  axan  zamanı  öyrənməyə  həsr 
edirdilər. Onların arasındakı zahiri sakitlik o vaxta qədər davam etdi ki, bir neçə ay 
sonra  onlar  dərin  məhəbbətin  dərin  elmindən  yaxşı  hali  olanlara  çevrildilər.  Bu 
vaxt Abelyarın 37, Eloizanın isə 19 yaşı var idi. Eloiza ona tanış olmayan bu yeni 
münasibətə bütünlüklə cavab verdi, Abelyar isə öz ambitsiyasını tamamilə unudub, 
ona  evlənmək  fikrinə  düşdü.  Bu  isə  onun  kilsədə  irəliləməsi  imkanlarına  xətər 
toxundurdu. Eloiza onun bu rəsmi qərarını rəsmi şəkildə də rədd etdi.  
Onların sevgisi bir müddətdən sonra Fulbertə məlum oldu, bu vaxt onun 
kədəri  və  hiddəti  nəzarətdən  bütünlüklə  çıxmışdı.  Bu  adam  evində  saxladığı  qızı 
ələ  keçirmək  istədiyindən,  Abelyarla  Eloizanın  sevgisi  onun  eybəcər  eqoistik 
məqsədinə ağır zərbə vurmuşdu. Onların kənd yerinə qaçmaq təhlükəsi yaranmışdı, 
Eloiza bu sevginin bəhrəsi kimi uşaq doğdu. Abelyar ona evlənməyi hələ də təkid 
edirdi və axırda qız bunun vacib xarakter daşıdığını anlayıb, məşuqunun təklifi ilə 
razılaşması  oldu.  Lakin həm  də  bir  şərt irəli  sürdü ki,  bu hadisə gizli  qalmalıdır. 
Onlar  belə  rəsmi  ittifaqa  ona  görə  girişmişdilər  ki,  qızın  əmisini  sakitləşdirsinlər. 
Çünki o, bu məsələyə bir mükafat cavabı kimi onlarla barışacağını vəd etmişdi. Bu 


10 
 
hadisə  nəhayət  baş  verdikdə,  Abelyar  rəsmi  qaydada  evləndiklərini  açıq  şəkildə 
elan  etdi.  Nikahın  bilinməsini  istəməyən  məşuqəsinin  könlünü  bu  hərəkəti  ilə 
zədələdiyindən, Eloiza sərt qaydada bu həqiqəti dandı.  
Onların  hər  ikisi  Fulbertin  vəd  etdiyi  mükafatı  həyata  keçirəcəyinə 
inanmışdı. Lakin Eloizanın əmisi bu vaxt dərin narahatlıq keçirməklə, Abelyardan 
qisas almaq istəyirdi. Ona görə də onu cəzalandırmağı, həm də alçaltmağı qət etdi. 
Fulbertin  adamları  gecə  Abelyar  yatan  vaxt  onun  otağına  soxulub,  onu  xədim 
etdilər.  Bu,  iyrənc  bir  qisas  olmaqla,  onların  taleyinə  bu  vaxtadək  laqeydlik 
göstərən  sivilizasiyanı  da  dəhşətə  gətirdi.  Biabır  olmuş  və  alçaldılmış  bu  eşq 
qurbanı  çıxış  yolu  kimi  gizlənmək  qərarına  gəldi  ki,  bəlkə,  rahat  yaşaya  bilsin. 
Belə  səfil  həyat  naminə  də  o,  kilsəni  tərk  etdi.  Bir  müddətdən  sonra  monastır 
andını  içib,  rahib  oldu.  Onun  məhəbbətinə  vəfasız  çıxmaq  istəməyən  Eloiza  da 
məşuqunun təklifi əsasında rahibəyə çevrildi. O, itaət altında yaşamağa razılaşdı və 
Parakletdəki qadın monastırına daxil oldu. Bu vaxt bədbəxt qızın 22 yaşı var idi.  
Abelyarın ağlı hələ də güclü idi, onun təəccübünə rəğmən, cəmiyyət hələ 
də onu axtarırdı, ustalıq nümunəsi sayılan məntiqinə qulaq asmaq istəyirdi. Lakin 
yenidən  təsir  gücünə  yiyələnməsi  onun  daha  qəzəbli  qaydada  təqib  edilməsinə 
səbəb oldu və həyatının sonrakı illəri mühakimələrlə və çoxtərəfli ağrının nəticəsi 
kimi kədərlərlə dolu idi. Sevgililərin bir-birindən ayrılmalarından 16 il keçdikdən 
sonra Eloizanın əlinə Abelyarın dostuna yazdığı və qızın bir təskinlik əlaməti kimi 
qəbul  etdiyi  məktub  düşdü.  O,  bundan  təsirlənib  məşuquna  ehtiras  və  şikayət 
saplarından  hörülmüş  bir  cavab  yazdı.  Bu  məktuba  bərabər  olan  digər  bir 
nümunəni  hətta  dünya  ədəbiyyatında  da  tapmaq  çətindir.  Məşuqunun  soyuq  və 
formal  cavabına  qız  suallarla  dolu  və  utandırıcı  xarakter  daşıyan,  lakin  həm  də 
təmkinli,  itaət  etməyi  bildirən  üçüncü  məktubunu  yazdı.  Bu  üç  məktub 
məhəbbətdən  əlavə,  ümidsizlik  içərisində  ruhi  təslimçiliyi  axtaran  bir  könüldən 
xəbər verirdi. Məktubların təqribən 1128-ci ildə yazıldıqları güman edilir, ilk dəfə 
isə onlar az qala altı əsr sonra, 1696-cı ildə Parisdə nəşr olunmuşdu.  
Abelyar  öz  məhəbbəti  naminə  hələ  də  düşmənləri  ilə  inadkarlıqla 
mübahisə  aparırdı.  Son  mərhələdə  Romaya  səfər  etdi,  orada  öz  təlimlərinə 
yeretinlik  (dinsizlik)  damğası  vuran  hökmdən  şikayət  etdi.  Onun  “Üçlük”  ( 
“Trinity”  )  barədəki  təlimi  kilsə  tərəfindən  məhkum  edilmişdi.  Lakin  şikayəti  də 
heç  bir  fayda  vermədi,  artıq  o,  yorulmuşdu.  Xəstə  Abelyar  Burqundiyadakı 
monastırda öldü.  
Eloiza  onun  meyitini  özünün  başçı  olduğu  Parakletdəki  qadın 
monastırında dəfn edilməsini xahiş etdi. Axı Abelyar Parakletin əsasını qoyan idi 
və  onun  cəsədi  də  öz  son  sığınacağını  orada  tapdı.  20  il  sonra  elə  sevgilisinin 
öldüyü bir yaşda Eloiza da həyatdan getdi və məşuqunun yanında da dəfn edildi.  
Belə  deyirlər  ki,  nə  vaxtsa  o  cür  şirin  anlara  daldığı  məşuqəsi  olan  bu 
qızı,  Abelyar  uyuduğu  dar  sərdabədə  öz  yanında  dəfn  olunmağa  gələndə 
salamlamaq  üçün  öz  tabe  olan  əllərini  yenidən  yuxarı  qaldırmışdı.  Əlbəttə, 
məhəbbət  heç  də  əlləri  öz  zəfərini  qoruyub  saxlamaq  üçün  vacib  vasitə  hesab 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə