Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə50/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   46   47   48   49   50   51   52   53   ...   102

119 
 
kanalın krujeva bəzəyi təkrar olunur, suyun optik effektlərinin unikallığı, binaların 
su  güzgüsündə  əks  olunması  və  rənglərin  işıqda  yuyulması  xüsusi  cazibədarlıq 
yaradır.  
Ada  Venetsiyası  hər  şeydən  əvvəl  şəhər-muzeydir.  Avropanın  ən  iri 
turist, kino və teatr mərkəzlərindən biridir. Burada hər il keçirilən Venetsiya kino 
festivalı  Los-Anceles  və  Kann  festivalları  cərgəsinə  daxildir.  Onun  mükafatı  isə 
San Marko meydanındakı heykəllərin oxşarı olmaqla, «Qızıl şir» adlanır. 
 
 
“Qanadlı şir” heykəli 
  
Min  il  ərzində  Venetsiya  bütün  Aralıq  dənizi  dünyasında  iqtisadi  və 
siyasi qüdrətə malik olmuşdur. Müxtəlif dillərin, millətlərin mövcudluğu bu qeyri-
adi  şəhərin  sifətini  və  xarakterini  formalaşdırmışdır.  Dirəklər  üstündə  tikilən  ilk 
binadan  Orta  əsrlər  füsunkarlığına  yol  keçən  Venetsiyanı  onun  öz  yaradıcılıq 
ustaları  vəsf  etmişlər.  Bu  şəhər  daşlarda  donmuş  unikal  tarixlə  tanış  olmaq 
həvəsiylə  yaşayan  milyonlarla  turisti  özünə  cəlb  edir.  Ona  görə  də  dəmiryolu 
vağzalı  yanındakı  körpüdə  bərəyə  bilet  olmaq  və  oturmaq  üçün  xeyli  gözləməli 
olursan. 
Şəhərin  tarixi  Venetia  adı  ilə  qədim  Roma  imperiyasının  bir  vilayətinə 
gedib  çıxır.  Bəzi  versiyalara  görə,  şəhər  VI  əsrdə  salınmışdır,  o  dövrdə  isə  artıq 
Qərbi Roma  imperiyası  mövcud  deyildi.  İtaliyaya  doluşan lanqobardların basqını 
qonşuluqdakı  şəhərlərdəki  sakinlərin  öz  yaşayış  yerlərindən  qaçmasına  səbəb 
olmuş və onlar laqunanın adalarında məskən salmalı olmuşdular ki, oraya barbar 
orduları  daxil  ola  bilməsin.  Güman  edilir  ki,  ilk  sakinlər  Yüksək  Sularda  (Rivo 
Alto), indiki Rialto rayonunda məskən salmışdılar. Burada tarixdə ilk dəfə IX əsrin 
əvvəlində şəhər dojunun seçilməsi baş verdi. 


120 
 
O  vaxtlar  venetsiyalıların  əsas  məşğuliyyəti  istehsal  etdikləri  xörək 
duzunu  materikə  ixrac  etmək  idi.  Dəniz  quldurlarının  basqınları  bu  işi 
çətinləşdirirdi, ona görə də duzun qiyməti artırdı. Dəniz quldurları ilə mübarizədə 
Adriatik  dənizinin  şərq  sahilindəki  Zadar  şəhəri  üzərindəki  qələbə  Venetsiyanın 
Bizansdan əlavə imtiyazlar almasına səbəb oldu. Bu döyüşdəki qələbənin şərəfinə 
şəhər sakinləri hər il Venetsiya dojunun Adriatik dənizi ilə nişanlanması bayramını 
qeyd edirlər.  
Var-dövlət  və  hakimiyyətə  yiyələnmək  istəyi  daim  çəkişmələrin  və 
münaqişələrin  mənbəyi  olduğundan,  şəhər  buna  görə  daim  əziyyət  çəkirdi  və 
həmçinin  özü  də  rəqibini  məhv  etmək  üçün  müharibələrə  girişirdi.  94  yaşlı  doj 
Dandolo  1203–1204-cü  illərdə  IV  səlib  yürüşü  iştirakçılarını  hiyləgərliklə 
Venetsiyanın ticarət sahəsindəki rəqibi olan Konstantinopolu tutmağa təhrik etmiş, 
Bizans  imperatoru  öz  sarayı  ilə  birlikdə  Trapezunda  (indiki  Trabzon)  qaçmışdı. 
Dandolo Konstantinopolda Latın imperiyası yaratmışdı, özü isə at çaparkən yıxılıb 
budunu  sındırmış  və1205-ci  ildə  ölmüşdü.  Latın  imperiyası  isə  57  il  ömür 
sürmüşdü.  
Şəhər  Konstantinopolun  1453-cü  ildə  Osmanlı  türkləri  tərəfindən 
işğalından  sonra,  onların  təhlükəsi  ilə  də  üzləşdi  və  buna  görə  də  materik 
İtaliyasında  öz  mövqelərini  möhkəmləndirməyə  başladı.  Lakin  Avropanın  yarı 
hissəsinin maraqlarına uyğun gəlmədiyinə görə Venetsiya qitə üçün təhlükəli daxili 
düşmənə çevrildi. XVI əsrin əvvəllərində çox sayda müttəfiqlərin ona qarşı iştirak 
etdiyi döyüşdə isə məğlub oldu.  
Venetsiyanın  keçmiş  şöhrəti  solmağa  başlayanda  burada  incəsənət, 
paradoksal görünsə də, öz çiçəklənmə dövrünü yaşadı. Lakin Venetsiyanın köhnə 
ticarət yolları əvvəlki əhəmiyyətini itirdi.  
Şəhərin  siyasi  hakimiyyəti  də  başqalarından  fərqlənirdi.  Patritsilər 
tərəfindən seçilən doj xeyli hakimiyyətə malik idi.  
Orta  əsrlər  Venetsiyası  müxtəlif  bədii  və  arxitektura  cərəyanları  üçün 
açıq  idi.  Bu  cərəyanlar  həm  Bizansdan,  həm  də  qitə  Avropasından  gəlirdi.  San 
Marko kilsəsi öz qüdrətini nümayiş etdirən, Bizans üslubunda idisə, şəhərdə həm 
də qotika üslubunda çox sayda kilsələr tikilmişdi.  
Osmanlıların  Bizansı  tarixdən  silməklə,  Şərq  itiriləndə,  Avropa 
hakimiyyətlərinin nəzəri yenicə kəşf edilmiş Amerikalara dikiləndə Venetsiya XVI 
əsr  ərzində  tədricən  iqtisadi  durğunluğa  düşdü.  Renessans  ötüb  keçdikdən  sonra 
Venetsiya indi də rəssamlığın və elmin yeni yüksəkliyinə qalxdı.  
Onsuz da Renessansın meydana gəldiyi XV əsrdə Venetsiya incəsənətə 
hələ  öz  təsirini  göstərməmişdi,  həmin  cərəyan  buraya  xeyli  gec  gəlib  çatmışdı  – 
XVI  əsrdə  şəhərdə  rəssamlıq  istedadları  meydana  gəldi,  bu  dövrdə  Titsian, 
Tyepolo, Veroneze və Tintoretto kimi rəssamlar öz incilərini yaratmışdılar. Böyük 
arxitektor  Palladio  da  məşhur  idi.  XVII  əsr  Venetsiya  üçün  daha  çox  böyük 
arxitektura inciləri ilə əlamətdar oldu. Bu vaxt Qrand kanalda gözəl saraylar və çox 
sayda dekorativ elementlərlə bəzədilən kilsələr tikildi. 
 Əsas  arteriya  olan  Qrand  kanal  şəhərin  bütöv  ərazisindən  keçməklə 
adalar  arasındakı  ən  geniş  su  yoludur.  Venetsiyanın  baş  «küçəsi»  olan  Böyük 


121 
 
Kanalın  sahillərini  bəzəyən  saraylarda  və  şəhərin  digər  rayonlarında  çox  sayda 
böyük və kiçik muzeylər, şəkil qalereyaları, kitabxanalar yerləşir. Burada məşhur 
Okeanoqrafiya  İnstitutu  da  fəaliyyət  göstərir.  Onun  sahillərində  XII  əsrdən 
başlayaraq, altı əsr ərzində, ümumiyyətlə, 200 saray, 10 kilsə tikilmişdir. XV əsrin 
tarixçisinin  «ən  gözəl  küçə»  adlandırdığı  Qrand  kanal  46  tərəflə  görüşür.  Ondan 
böyük kanallar küçələrə çıxır və onlar daha sonra adalar arasında şaxələnir. Bütün 
bu adalar sistemi Adriatik dənizini Venetsiya körfəzi ilə dar və uzun ada-zolaqlarla 
ayrır. 
 
 
 
 
San Marko meydanı 
  
Ada  Venetsiyası  sakit  şəhərdir.  Burada  heç  bir  quru  nəqliyyatı  yoxdur. 
Venetsiyanın  dar  küçələri  və  qozbel  körpücükləri  çox  hallarda  kiçik  meydanlara 
çıxır. Şəhərin ən geniş və gözəl meydanında – piyattsa San Markoda (Piazza San 
Marco)  Venetsiya  qotika  elementləri  olan  Bizans  üslubunda  tikilmiş  eyni  adlı 
məşhur  kilsə  vardır.  Yaxınlıqdakı  kiçik  və  zərif  meydançada  –  Piattsettada 
(piazzetta) Dojlar sarayı – Venetsiya respublikasının keçmiş iqamətgahı ucalır. Bu 
saray  özünəməxsus  mavritan-qotika  üslubunda  tikilmişdir.  İndi  burada  şəhərin 
tarixi rəssamlıq muzeyi yerləşir.  
 
San  Marko  meydanı  trapesiya  formasında  olmaqla,  o  qədər  də  böyük 
deyildir.  Keçmişdə  San  Marko  kilsəsi  ilə  Dojlar  sarayı  arasında  bağ  yerləşirmiş, 
həm  də  kanal  keçirmiş.  XVI  əsrdə  kanal  torpaqla  doldurmuş,  meydana  daş 
döşənilmişdir.  Dojlar  sarayı  göz  oxşayır,  yunan  şəbəkəsi  mərmər  gövdələrdən 
çıxan  pöhrələr  kimi  görünür.  Binanın  içərisindəki  «Qızıl  pilləkən»  çox  sayda 
Venetsiya  rəssamlarının  əsərlərinin  bəzədiyi  otaqlara  aparır.  Meydanın  qərb 
tərəfində Köhnə Prokuratsiya binası yerləşir. Orada prokurorlar, vəkillər və hüquq 
sahəsinin digər işçiləri işləyirmişlər. 
 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə