Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə51/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   47   48   49   50   51   52   53   54   ...   102

122 
 
 
Dojlar sarayı 
  
San  Marko  meydanına  akvatoriya  tərəfdən  qoşulan  kiçik  meydan  – 
Piattsetta  birləşir,  bu,  Qrand  kanaldan  San  Marko  zəng  qülləsinə  gedən  cığırdır. 
Burada  Müqəddəs  Markın  (o,  şəhərin  ilk  himayəçisi  idi)  və  müqəddəs  Teodorun 
qranit sütunları yüksəlir, onlar Şərqdən gətirilməklə, XII əsrdə qoyulmuşdur.  
Müqəddəs  Mark  Milli  kitabxanası  Piattsettanın  qərb  tərəfindədir.  Saat 
qülləsinin  yuxarısında  bürünc  heykəl  vardır,  o,  zəngi  çalır.  Saat  çox  mürəkkəb 
mexanizmə malikdir, vaxt ilə birlikdə mövsümün dəyişilməsini, Zodiak bürclərini 
və Ay sikllərini göstərir. 
 
 
Yeni Prokuratsiya binası 
  
San  Marko  meydanının  cənub  tərəfində  Yeni  Prokuratsiya  binası 
yerləşir.  Bu  bina  üç  muzeyin  məskənidir.  Meydanda  həmçinin  «Florian»  kafesi 
işləyir,  bu,  İtaliyanın  ən  köhnə  kafelərindən  biridir  və  bir  sıra  məşhur  adamlar  – 


123 
 
Höte,  Bayron,  Kazanova,  Russo,  Dikkens,  Prust,  Modilyani,  Heminquey  burada 
olmuşlar. Biz kafenin meydandakı açıq hissəsində nahar etdikdə, xörəklərin üstünü 
yuxarısı torlu metal qablarla örtürdülər. Bunun nə üçün belə olduğunu soruşduqda, 
gözəl kontrast rəngli kostyumda və boynunda papillion bant olan ofitsiant bildirdi 
ki,  xörəklər  bu  qaydada  qorunmasa,  havada  şığıyan  qağayılar  hücum  çəkib, 
boşqabdakını  dimdikləri  ilə  qapıb  uzaqlaşırlar.  Doğrudan  da  qağayılar  başımızın 
üstündən uçub keçirdlər. 
 
 
“Florian” kafesi 
 
Çox  sayda  heykəllərlə  bəzədilmiş  kitabxana  binası  isə  meydançanın 
kanala  tərəf  olan  qurtaracağındadır.  Meydandakı  San  Marko  kilsəsi  (Basilica  di 
San  Marco)  Venetsiyanın  kafedral  kilsəsi  olmaqla  yanaşı,  həm  də  onun  vizit 
kartıdır.  Kilsənin  arxitekturası  qotika,  Bizans  və  roman  üslublarının  qarışığından 
ibarətdir. Bazilika apostol Markın cəsədini yerləşdirmək üçün tikilibmiş. Cürbəcür 
dəyişikliklərə  baxmayaraq,  binanın  fasadı  və  interyeri  əvvəlki  tək  dəyişilməmiş 
qalmışdır. Ona görə də şəhərdəki digər kilsələrlə müqayisədə ona üstünlük verilir 
və fasadın, həmçinin interyerin bəzədilməsinə də xüsusi diqqət verilmişdir. Kilsə 
iri ölçüləri ilə fərqlənir. Düzdür, Venetsiyada ondan böyük kilsələr də vardır. Şimal 
fasadı Piattsetta doo Leonçininin – kiçik meydançanın üstündə ucalır, bu ad ona iki 
qanadlı  şirin  heykəltəraşlıq  təsvirinə  görə  verilmişdir.  Bu  heykəllər  XVIII  əsrdə 
qoyulmuşdur. San Marko meydanından kilsəyə giriş qərb tərəfdəndir, ona görə də 
fasadının buradakı hissəsinə daha çox fikir verilmişdir. Oradakı tağlar heykəllərlə 
və  sütunlarla  bir-birindən  ayrılır.  Kilsənin  ən  böyük  mərkəzi  tağı  üzərində  dörd 
bürünc at heykəli vardır, onlar, güman ki, IV Səlib yürüşü vaxtı Konstantinopoldan 
gətirilmişdir. Venetsiya doju və Konstantinopolun işğalına sərkərdə kimi başçılıq 
edən  Dandolo,  yəqin  ki,  öz  şəhərini  zənginləşdirmək  üçün  qarəti  də  məqbul 
sayırmış. 
 


124 
 
 
San Marko kilsəsi 
 
Dojlar Sarayı (Palazzo Ducale) özünün rəssamlıq əsərləri ilə məşhurdur. 
Saray təkcə dojların iqamətgahı deyildi, həm də Böyük Şuranın və Senatın iclasları 
burada  keçirilirdi.  Qurğuşun  damın  altında  Prombi  dustaqxanası  yerləşirdi. 
Saraydakı  dustaqxanalar  iki  növ  idi,  Prombi  ilə  yanaşı,  Pottsi  (quyular)  məhbəsi 
aşağı mərtəbələrdə, laqunanın suyunun səviyyəsində idi. 
 Biz  qondola  ilə  dar  Saray  kanalı  (Rio  di  Palazzo)  ilə  gəzəndə  mən 
qondolyordan  “Ahlar”  körpüsünün  harada  olduğunu  soruşdum,  o,  mənə  yuxarı 
baxmağı  məsləhət  gördü.  Orada  kanalın  əks  sahillərindəki  iki  binanın  arasında 
kiçik, örtülü keçid olduğunu görüb, güman etdim ki, qondolyor italyanlara məxsus 
qaydada,  yəqin  ki,  zarafat  edir.  Sonra  onun  sözünün  həqiqət  olduğuna  əminlik 
tapdım.  “Ahlar”  körpüsü  köhnə  dustaqxanaları  yeniləri  ilə  əlaqələndirir.  Yeni 
dustaqxananın daş divarları və dəmir hasarı Kazanovanın tarixçəsini yada salır, axı 
o,  Prombi  məhbəsindən  qaçmışdı.  Venetsiyada  Otello  və  Dezdemonanı  yada 
salmadıqları halda, fırıldaqçı və qadın düşkünü Kazanova tez-tez xatırlanır. 
 
 
“Ahlar” körpüsü 
  


125 
 
San  Marko  meydanı möcüzə  xarakteri  daşıyır.  San  Corco Maccioredən 
isə  onun  akvatoriyasına  özəl  mənzərə  açılır.  Meydan  Venetsiyanın  mərkəzi 
olmaqla, heç vaxt boş olmur. Yay vaxtı, iyulun sonunda biz də burada idik, kafe 
stollarının ətrafına turistlər bəndi uçurmuş su axını kimi hücum çəkirdilər. 
Venetsiyanın  ən  maraqlı  əyləncələrindən  biri  qondolada  kallelər-  su 
küçələri olan  dar  kanallarla gəzməkdir.  San  Marko  meydanın yanında  qondolaya 
oturmaq daha sərfəlidir. Çünki meydan yaxınlığında maraqlı bir səyahət imkanına 
malik olursan.  
 
 
Qondolalar 
 
Qondola  ənənəvi  avarlı  qayıq  olmaqla,  Venetsiyanın  simvolu  hesab 
olunur. Qondolalar indi ancaq gəzinti üçündür, vaxtilə onların sayı 10 minə çatırdı. 
Bu  növ  qayıqları  xüsusi  metodlara  uyğun  olaraq  hazırlayırlar,  çünki  mühəndislik 
tələblərini hərtərəfli qaydada nəzərə almaq lazım gəlir, burada estetik cəhətlər də 
az rol oynamır. Qayığın klassik parametrləri: uzunluğu 11 m, eni 4,4 m, çəkisi 600 
kq  olsa  da,  suda  çox  yüngül  görünür.  Qondolanın  hazırlayanda  doqquz  növ 
ağacdan  istifadə  olunur.  Korpusdan  əlavə,  burun  hissəsində  ənənəvi  bəzək  olan 
ferro,  avarı  bərkidən  fiokola  və  remo  adlanan  avar  vardır.  Bizə  «remo»  sözü 
musiqi müsabiqələri keçirilən şəhər olan San-Remodan tanışdır. Uzun assimmetrik 
qayıq  ziqzaqvari  hərəkət  edir  və  qondolyorun  təcrübəli  əlləri  ilə  asanlıqla  idarə 
edilir.  Qondolalar  qara  rəngdədir,  bu,  heç  də  matəm  əlaməti  deyildir,  gözəllik 
xüsusiyyəti  kimi  qəbul  edilir.  Venetsiya  ənənəsinə  görə,  hüznü  bildirən  rəng 
qırmızıdır. Ferro 6 dişli polad plastiklərdən ibarət olmaqla, qara qayığın fonunda 
ağ rəngi ilə yaxşı görünür. Bu plastiklər şəhərin rayonlarının sayını bildirir.  
Qondolada gəzmək nə qədər maraqlıdırsa, həm də bir qədər qorxuludur. 
Çünki  burada  heç  bir  təhlükəsizlik  vasitəsi  gözə  dəymir.  Qayıq  bəzən  çox  küt 
bucaq  altında  əyilir.  Sərnişində  bu  vaxt  laqunanın  dərin  suyuna  düşmək  qorxusu 
yaranır.  Yalnız  qondolyorun  ustalığı  qayığı  düz  vəziyyətə  gətirə  bilir.  Qayıq 
kanallarda  üzəndə  sərnişinin  yerini  dəyişməsinə  və  ya  ayağa  durmasına  icazə 
verilmir,  qayığı  tərk  edənə  qədər  kresloda  oturmalısan.  Çünki  azacıq  tarazlığın 
pozulması iti altlığı olan qondolanı aşıra bilər. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə