Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə52/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   48   49   50   51   52   53   54   55   ...   102

126 
 
Dar  kanllardan  birində  gəzərkən  binanın  üstndəki  “Viva  Vivaldi”  –
“Jaşasın  Vivaldi”  şüarı  diqqətimi  cəlb  etdi.  Minnətdar  venetsiyalıların  məşhur 
“Dörd fəsl”in məllifi olan öz həmyerlilərinə belə hörmət bəsləməsi diqqətəlayiqdir. 
XVII  əsrin  sonu,  XVIII  əsrin  birinci  yarısında  yaşamış  Antonio  Vivaldi  əvvəlcə 
skripkaçı və dirijor kimi tanınmış, sonralar bəstəkar kimi şöhrət tapmışdı.  
 Rialto körpüsünün altından keçmək də çox maraqlıdır. Qrand kanaldakı 
digər saray Ka d`Oro adlanır, bu da «Qızıl Ev» deməkdir. Venetsiyalılar «casa» – 
«ev»  sözünü  «ca»  kimi  tələffüz  edirlər.  Ka  d`Oro  sarayı  üçmərtəbəli,  gözəl 
sütunları və mərmər  şəbəkəsi olan binadır və Venetsiya qotikası nümunəsi hesab 
olunmaqla,  ilk  dəfə  onun  bəzədilməsində  zərvərəq  qızıldan  istifadə  olunmuşdur, 
ona  görə  də  «Qızıl  ev»  adını  almışdır.  Burada  Titsianın  «Venera»,  Andrea 
Mantenyanın «Müqəddəs Sebastyan» tabloları nümayiş etdirilir.  
Venetsiya  arxipelaqının  ən  böyük  adalarından  biri  olan  Muranoda 
dünyada  şöhrət  tapmış  şüşə  istehsalı  mövcuddur.  Buranın  görməli  yeri  Şüşə 
muzeyidir. Digər ada olan Buranoda isə çoxlu monastırlar tikilmişdi, indi onlardan 
yalnız «Le Kappuççino» qalmışdır. Monastıra göndərilən qızlar krujeva hörməklə 
məşğul  olurdular  və  onların  məhsulu  bütün  dünyada  şöhrət  tapmışdı.  Krujevalar 
muzeyi də buradadır.  
Venetsiya  həm  də  öz  karnavalı  ilə  məşhurdur.  Hamı,  hər  iki  cinsdən 
olanlar qədim dəbə məxsus olan paltarlar geyinib bəzənir, həm də maska taxırlar. 
Ümumiyyətlə,  İtaliyada  karnaval  başlıca  yaz  bayramı  hesab  olunur.  «Karnaval» 
sözü  oruc  (post)  tutmaq  dövrünün  başlandığı  günü  bildirir,  latın  sözünün  azacıq 
dəyişdirilməsi  ilə  «ətdən  imtina  etmək»  mənasını  verir.  Venetsiya  karnavalına  da 
Rio de Janeyro karnavalı kimi başqa ölkələrdən də pərəstişkarlar axışırlar. 
San  Markodan  dəmiryol  vağzalına  qayıtmaq  istəyəndə,  səfər 
yoldaşlarımızdan biri – öz liderlik xüsusiyyəti ilə seçilən, bərədə -su tramvayında 
sərnişin sıxlığından nəfəsin dayandığını bəhanə edərək, su taksisi ilə qayıtmağımızı 
təklif  etdi,  onu  da  əsas  gətirdi  ki,  həm  də  bu,  qondolada  gəzməkdən  də  xeyli 
rahatdır.  Motorlu  qayığın  divanları,  həqiqətən  də,  rahat  olmaqla  yanaşı, 
qondoladan  fərqli  olaraq,  onda  heç  bir  qorxu  hiss  etmirsən  və  həm  də  taksi 
ətrafındakı gözəllikləri daha yaxşı müşahidə etməyə imkan verir. Doğrudan da, bu 
qayıq elə bil ki, bizi şəhərdə yenidən gəzdirdi və biz gözəlliklərə əlavə valeh olmaq 
imkanı qazandıq.  
Şəhər turistlərə sevinc, bayram əhval-ruhiyyəsi bəxş edirsə, bu, heç də o 
demək  deyildir  ki,  şəhər  əhalisi  az  qala  «cənnət  məkanında»  yaşayır. 
Venetsiyalıların (burada ümumilikdə 170 min nəfər sayda əhali yaşayır) dörddə bir 
hissəsi pis yaşayış şəraitindən əziyyət çəkir, 10 min ailə köhnə məhəllələrdəki su 
basan  mərtəbələrdə  məskunlaşmışlar.  Son  100  ildə  Venetsiya  rayonunda  dənizin 
səviyyəsi 33 sm qalxmışdır. Şəhər hər il, demək olar ki, 5 mm aşağı düşür. 
 Şəhərin  əsas  problemi  ətraf  mühitə  aiddir.  Venetsiya  tez-tez  təkrar 
olunan  güclü  daşqınlardan  əziyyət  çəkir,  onlara  səbəb  astronomik  və  meteoroloji 
qabarmaların  birləşməsidir,  bu  vaxt  cənub  və  cənubi-şərq  küləyi  suyu  şəhərin 
üstünə  qovur.  Bütün  bunlar  sənət  əsərlərinin  dağılması  qorxusunu  heç  yada 
salmadan  belə,  bu  unikal  şəhərin  mövcudluğunun  özünə  təhlükə  törədir.  1867-ci 


127 
 
illə1967-ci  illər  arasında  baş  verən  58  daşqın  vaxtı  su  normal  səviyyədən  3  fut 
yuxarı  qalxmışdı.1960-cı  ildə  baş  verən  daşqının  bədbəxtliyinə  görə  isə 
YUNESKO  həyəcan  siqnalı  çalmışdı.  İndi  Venetsiya  əvvəlki  əsrlərə  nisbətən, 
demək olar ki, üç dəfə böyük sürətlə suya batır. 
 
 
İtaliya ilə vidalaşdıq 
  
Nəhayət, İtaliya ilə vidalaşmaq anı gəlib çatdı, biz bu ölkəni olduqca xoş 
hisslərlə  tərk  edirdik.  Böyük  fransız  filosofu  Volter  bir  neçə  həftəni  Niderlandda 
keçirdikdən  sonra,  Amsterdamdan  vətənə  qayıtdıqda,  şəhərə  olduqca  qəzəblə 
müraciət etmişdi: «Əlvida qazlar, kanallar və haramzadalar!» Amsterdam kanalları 
və  qazları  ilə  məşhur  idi.  Volterin  Müqəddəs  Roma  İmperiyası  barədəki 
sözlərindən  istfadə  etsək,  o,  bu  üç  sözün  mahiyyətə  qətiyyən  uyğun  olmadığını 
demişdi, biz də İtaliyada nə qaz, nə kanal görmüşdük, nə də hansısa bir haramzada 
ilə  qarşılaşmışdıq.  Bu  ölkəyə,  onun  hansısa  bir  şəhərinə  acı  sözləri  işlətməyə 
dilimiz  də  gəlməzdi,  belə  rəy  bizim  tərəfimizdən  sırf  nankorluq  əlaməti  olardı. 
Əksinə, minnətdarlıq hisslərimizi tam fərqli sözlərlə ifadə etdik: «Əlvida abidələr, 
dağlar, dahilər!» Bu üç amilin hər biri isə ehtirama və heyranlığa layiqdir. 
Hindistanda ilk Moğol imperatoru olan Babur da özünün “Babyrnamə” 
kitabında işğal etdiyi həmin ölkə və onun xalqı haqqında xoş sözlər işlətməmişdi. 
Bəlkə də Hindistanın onun vətənindən fərqli olan və səhranı andıran təbiəti onun 
mənfi fikirə düşməsinə daha çox təsir göstərmişdi. Böyük və qədim mədəniyyətə 
malik  olan  bir  xalqı  aşağılamaq  heç  də  yaxşı  bir  iş  deyildir.  İtaliyaya  gəldikdə, 
onun  heç  də  reklama  ehtiyacı  yoxdur  və  barəsində  Babur  sayağı  danışmaq  isə 
yalnız ədalətsizlik olardı.  
Mənim İtaliya ilə ilk qiyabi tanışlığım Alberto Moravianın 1957-ci ildə 
çapdan  çıxmış  məşhur  «Çoçara»  («La  ciociara»)  romanını  hələ  orta  məktəbdə 
oxuyarkən  rus  dilində  mütaliə  etməyimlə  başlandı.  Kitabı  ixtisası  kübarlığına, 
fərqli  davranışına  uyğun  gəlməyən  Gəncədən  olan  gənc  kolxoz  zootexniki 
marağımı nəzərə alaraq mənə bağışlamışdı. Sonralar həmin yazıçının «Romalı qız» 
(«La  Romana»)  adlı  nisbətən  zəif,  erotik  romanını  oxudum.  Antik  Roma  tarixi, 
ədəbiyyatı, hüquqşünaslığı ilə əsaslı qaydada tanış olmağıma baxmayaraq, müasir 
italyan ədəbiyyatına müraciət etməyimlə öyünə bilmərəm. Neorealizm üslubundakı 
italyan filmlərinə isə daim maraq göstərmişdim. Sofi Lorenin baş qəhrəman rolunu 
oynadığı «Çoçara» filminə də böyük maraqla baxmışdım. Həm kitab, həm də film 
İkinci  Dünya  müharibəsin  illərində  nə  qan  tökülməsindən,  nə  insanların  kütləvi 
şəkildə  həlak  olmasından  deyil,  sadə  bir  qadının  lap  sonda  bədbəxtliyə  düçar 
olmasından,  əziyyətlə  böyütdüyü  yeniyetmə  qızının  təcavüzə  məruz  qalmasından 
söhbət açır. Özü də bu zərbəni faşistlər vurmamışdılar, İtaliyanı azad etməyə gələn 
Müttəfiq  qoşunlarının  tərkibindəki  Mərakeş  əsgərlərinin  sadəcə  vəhşiliyinin 
nıticəsi idi. Müharibə bu fağır qadını da öz qeyri-adi dəhşəti ilə haqlayır, onun da 
həyatını öz cəhənnəm alovu ilə qarsır. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə