Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə53/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   49   50   51   52   53   54   55   56   ...   102

128 
 
Səfər  dostlarımdan  biri  İtaliyaya  marağımı,  tarixi  abidələrə 
vurğunluğmu, daha çox öyrənmək istəyimi o qədər də təqdir etmir, bəzən hansısa 
obyektə  baxmaq  təklifini  də  könülsüz qəbul edirdi.  Mən buna təəccüblənmirdim, 
tarixə laqeydliyin daha inadkar nümunəsi kimi acı təcrübəyə malik olmaqla, ən sərt 
aqnostiklə  də  mübahisə  etməli  olmuşdum.  Lakin  təskinlik  verici  nəticə  də  əldə 
etməmişdim.  Müasirlikdən  həzz  alan  indiki  gənc  dostumla  mübahisəyə 
girişməkdən vaz keçdim və ona daha böyük nüfuz sahibi olan Yuli Sezarın sözləri 
ilə cavab verməyi lazım bildim: “Ağılın sərhədlərini genişləndirmək, imperiyanın 
sərhədlərini uzağa çəkməkdən daha yaxşıdır.” Sezar isə öz dövlətinin sərhədlərini 
çox  genişləndirmişdi,  onun  ərazisinə  Qalliyanı,  Britaniya  adasını,  Misiri  və  Pont 
çarlığını  əlavə  etmişdi.  Lakin  ağılın  artmasını,  itilənməsini  bunlardan  daha  vacib 
saymışdı.  
Milanın  Malpensa  beynəlxalq  hava  limanından  vətənə  dönəndə  Bakıya 
uçan bir italyan jurnalisti azərbaycanlı olduğumuzu bilib, öz ölkəsi barədə rəyimizi 
öyrənmək istədi. Mən italyanca bildiyim sözlərlə cavab verdim: «Mi piace l`İtalia. 
Bellissimo!»  –  «İtaliya  mənim  xoşuma  gəlir. Əladır!». Bu, tam  səmimi  sözlər  idi 
və  doslarım  da  bundan  daha  əlvan  şəkildə  və  ifadələrdə  öz  rəylərini  bildirdilər. 
Həm də əlavə etdilər ki, yəqinki Azərbaycan da sizin xoşunuza cələcəkdir, orada 
Şərqin və Qərbin heyran edici bir sintezini görəcəksiniz.  
Bakıya qayıdıb təyyarə limanı ilə addımlayarkən, gedəndə binanın ikinci 
mərtəbəsindəki  stilizə  olunmuş  alaçıqların  (yurtaların)  yanında  kofe  içdiyimiz  an 
yadıma düşdü. Onlara diqqətlə baxdığımı görən yol yoldaşım marağımın səbəbini 
soruşduqda, onların fotoşəklinin Piter Frankopenin 2015-ci ildə Londonda çapdan 
çıxmış «The Silk Roads»- «İpək yolu» kitabında verildiyini söylədim. Fotoşəkil bu 
sözlərlə müşayiət olunurdu: «Azərbaycan. Bakı. Heydər Əliyev limanı. Yeni İpək 
Yolu  üstündə  tikilmiş  dövlət  nəqliyyat  hablarından  biri».  Vətənpərvər  insanlara 
müasir  tikililərimiz,  gündən-günə  abadlaşan  paytaxtımız  nəinki  xoş  gəlir,  onlar 
dillərinə  gətirməsələr  də,  bununla  öyünürlər.  Yaxşı  haldır  ki,  xoş  yeniliklərin 
sorağı  dünyanın  ən  inkişaf  etmiş  ölkələrinə  də  gedib  çatır  və  onlar  da  əksər 
hallarda  inkarı  kənara  atıb,  adekvat  münasibət  nümayiş  etdirirlər.  Özümüzə 
gəldikdə,  böyük  ingilis  hümanisti  Tomas  Morun  sözlərini  bir  qədər  dəyişərək, 
demək istəyirsən ki, vətənin qumu da, hətta ondan az müddətə ayrilan adama qızıl 
dənəsi kimi görünür. 
 
SON 
 
Avqust, 2017-ci il 
 
 
 
 
 
 


129 
 
 
 
Telman Orucov 
 
Amerikanın xilaskar peyğəmbəri – Abraham Linkoln 
 
Amerika  Birləşmiş  Ştatlarının  16-cı  prezidenti,  ölkəsinin  və  xalqının 
tarixində  dərin  və  silinməz  iz  buraxan  Abraham  Linkoln  Vətəndaş  müharibəsi 
ərzində  (1861–1865-ci  illər)  Birliyi  qoruyub  saxlamış  və  ölkədəki  qulları 
bütünlüklə  azadlığa  çıxarmışdı.  Amerikan  qəhrəmanları  arasında  Linkoln  öz 
həmvətənlərinə  və  həmçinin  digər  ölkələrin  xalqlarına  ünvanladığı  unikal  bir 
çağırışını  indiyədək  davam  etdirir.  Onun  nöqteyi-nəzərinə  görə,  Birlik  təkcə 
özünün  naminə  deyil,  həm  də  nəcib  bir  idealı  təcəssüm  etdirdiyinə  görə  xilas 
edilməyə layiq idi. Bu, özünü idarəetmə idealı olan dövlət, bütün dünyanın xalqları 
üçün  xüsusi  maraq  kəsb  edirdi.  Müasir  ABŞ  xarici  siyasətindən  fərqli  olaraq,  o 
vaxtkı  dövlət  başqa  ölkələrin  və  xalqların  işinə  qarışmır,  özünün  taleyinə  aid 
məsələləri  həll  etməyə  çalışırdı.  Malik  olduğu  cazibə  qüvvəsi  də,  Linkolnun 
yaddan çıxmayan çağırışının universallığı da həmin vaxtdan mövcuddur. 
Məgər  bu  müqayisəsi  çətin  tapılan  ideyanın  və  fəaliyyətin  vəhdəti  onu 
Bibliya  qəhrəmanları  sayılan  peyğəmbərlərin  –  Moisey  və  ya  adını  daşıdığı 
Abrahamın səviyyəsinə qaldırmırmı? Bibliyadakı Abraham əgər Allaha sədaqətinə 
görə oğlu İsaakı qurban verməyə hazır idisə, ancaq Allahın mərhəməti hesabına bu 
fədakarlıq  da  heç  ona  qismət  olmamamışdı.  Abraham  Linkoln  isə  öz  ölkəsi  və 
amerikan xalqının gələcəyi naminə ən ağır sınaqlardan keçdi və nəhayət, məqsədi 
əsasən həyata keçdikdə məhz bu yolda da həlak oldu, milli şəhidə çevrildi. 
Moisey Allahın köməyi ilə öz xalqını – Misirdə əsarətdə olan yəhudiləri 
köləlikdən  azad  edərək  vətənlərinə  –  Xanaana  çatdırmağa  can  atırdı.  Abraham 
Linkoln isə öz ölkəsində köləliyə bütünlüklə son qoyaraq, afroamerikalıları – qara 
rəngli  ölkə  vətəndaşlarını  azadlığa  çıxardı  və  ABŞ-ı,  bütün  insanların  azad 
yaşayacağı bir məkana çevirməyə çalışdı.  
Linkoln  haqqında  çox  yazılmışdır,  bu  yazılanlar  həqiqətdən  nə  qədər 
uzaq olmasalar da, əslində bir əfsanə təsəvvürü yaradır. O, bu əfsanə çərçivəsinə də 
öz amalı və əməli hesabına tam qaydada sığışırdı. Əfsanə şəklində təsvir olunanlar 
kənara  qoyulsa,  real,  həqiqi  Linkoln  daha  çox  bir  müəmma  idi  və  əsr  yarımdan 
sonra  da  məhz  elə  olaraq  qalır.  O,  öz  daxili  hisslərini  açan  adam  deyildi,  həmin 
hisslər  onun  obrazını  əhatə  edən  əfsanə  tərəfindən  də  həmçinin  bir  qədər 
gizlədilmişdir.  
Ancaq  bir  cəhət  də  nəzərə  alınmalıdır  ki,  Linkoln  əfsanəsi  heç  də 
uydurma  deyildir,  lakin  bu  janra  məxsus  olan  bir  qayda  üzrə  onun  həqiqi 
xüsusiyyətlərinin  və  nailiyyətlərinin  çox  vaxt  böyüdülməsidir.  Əfsanə  qəhrəman 
imici yaradır, axı meşənin dərinliklərində yaşayan bir adam ətraf dünyadan virtual 
çəpər  vasitəsilə  təcrid  olunmuşdu.  Özünü  üzə  çıxaran  şəxs  kimi  rəsmi  təhsildən 
kənarda  qalsa  da,  imkanına  uyğun  şəkildə  tonqal  işığında  mütaliə  ilə  bilik 
qazanmışdı.  Siyasi  həyata  atıldıqdan  sonra  o,  bir  iri  cüssəli  adam  olsa  da,  ancaq 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə