Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə55/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   51   52   53   54   55   56   57   58   ...   102

132 
 
kinoaktrisası  və  seks-simvolu  olan  Merilin  Monroya,  onun  eyni  ilə  populyar 
fotoşəklində  olan  kimi,  yubkasını  küləyin  qaldırdığı  formada  təsvir  edən  heykəl 
qoyulmuşdu.  Turistlər  buraya  axışır,  heykəlin  yanında  şəkil  çəkdirir  və  şıltaqlıq 
naminə  yubkanın  qalxan  yerindən  onun  bədəninin  intim  hissəsini  görmək 
məqsədilə yuxarı da boylanırdılar. Bu, Çikaqoda əxlaq təmizliyi uğrunda mübarizə 
aparan yaşlı adamlara xoş gəlmədi və onların tələbi ilə heykəl həmin meydandan 
uzaqlaşdırıldı.  
«Müqəddəs  yer  boş  qalmır»  zərb-məsəlinə  uyğun  olaraq,  həmin  yerdə 
Abraham  Linkolnun  heykəli  qoyuldu.  Buraya  turist  axını  tamamilə  dayandı, 
Monrodan fərqli olaraq, Linkolnun abidəsinə tam laqeydlik hökm sürdü. Gənclər 
üçün  aktrisa  Merilin  Monronun  böyük  tarixi  şəxsiyyət  olan  Linkolndan  daha 
yüksək  hörmətə  layiq  olduğu  barədə  əcayib  bir  fikir  meydana  gəldi.  Birləşmiş 
Ştatları,  həmin  gənclərin  yaşadığı  ölkəni  xilas  edən,  quldarlığı  bütünlüklə  ləğv 
edən  dahi  siyasətçi  əbləhləşmiş,  primitiv  zövqlər  hesabına  sənətindən  daha  çox, 
seks-simvol  kimi  tanınan  adi  bir  kinoaktrisaya  uduzmalı  olmuşdu.  Bu  da  bizim 
əsrin paradoksallığı, dəqiq desək, daha çox, nadanlığı. 
Zövqlərin  bayağılaşması,  tarixi  həqiqətlərə  məhəl  qoyulmaması 
dövrümüzün diqqəti o qədər də cəlb etməyən, lakin həddi aşması ilə daha böyük 
ziyan  vuran  problemidir.  Linkoln  öz  həyatı,  mübarizəsi,  hətta  şəhid  olması  ilə 
sonrakı  nəsillərə  örnək  timsalı  olduğu  halda,  ona  belə  ədalətsiz  münasibət 
göstərilməsi yolverilməzdir. Hansısa hətta gözəlliyi ilə seçilən bir qıza belə diqqət 
göstərilirsə,  keçən  əsrin  60–70-ci  illərinin  pozğunluq  simvolları  olan  hippiləri  də 
asanlıqla qəhrəmanlıq, müqəddəslik haləsinə bürümək olar. 
2017-ci  ilin  avqustunda  isə  ABŞ-da  daha  biabırçı  hadisələr  seriyası  baş 
verdi.  Prezident  Donald  Trampdan  narazılıq,  ona  qarşı  etiraz  müxtəlif  formalar 
aldı. Neonatsistlər, irqçilər bir başa vandalizmə əl atdılar, Vətəndaş müharibəsində 
Konfederata  rəhbərlik  etmiş  şəxslərin  və  sərkərdələrin  heykəllərini  uçurmağa 
başladılar. Ağların üstünlüyü ideyasının tərəfdarları, qaralara qarşı cinayət törədən 
ku-klus-klançıların  tör-töküntüləri  də  bu  qarışıqlıqdan  faydalanmaq  istədilər. 
Federal  hökumət  bir  müddət  bu  qanun  pozğunluğuna,  ölkəni  yenidən  vətəndaş 
müharibəsinə  cəlb  etmək  istəyən  qüvvələrin  hərəkətlərinə  laqeydlik  göstərdi.  Bu 
vaxt Cənubun məğlubiyyətindən narazı qalanlar cavab aktı kimi ən müqəddəs bir 
mehrabı – Abraham  Linkolnun Vaşinqtondakı məşhur memorialını təhqir etməyə 
başladılar,  ağ  mərmər  divarlara  qırmızı  boya  ilə  nalayiq  sözlər  yazdılar.  Həm 
Konfederat  nümayəndələrinə,  həm  Linkolna  qarşı  belə  münasibət  Vətəndaş 
müharibəsində  həlak  olan  600  min  amerikalının  xatirəsinə  qarsı  bir  həyasızlıq 
nümayişi olmaqla, tarixi yenidən yazmaq və Cənubla Şimalı, 300 milyonluq əhalisi 
olan  bir  ölkədə  qardaşı-qardaşla  yenidən  üz-üzə  qoymaq  cəhdidir.  Linkoln 
ömründə çox hədələr almışdı, ona kəskin hücumlar edilmişdi, lakin o, öz idealına 
xilaf çıxmamışdı. İndiki iyrənc hərəkət də onun şəxsiyyətinin böyüklüyünə heç cür 
xələl gətirə bilməz. Qayanın üstünü korlayan əbləh başa düşməlidir ki, təbiət onun 
izini bütünlüklə yoxa çıxaracaq, qaya isə öz məğrurluğunu qoruyub saxlayacaqdır.  
Amerika  öz  tarixinə  hörmətlə  yanaşmağı  bacarır,  Bani-Ataların 
memorialları  buna  əyani  misaldır.  Özünün  ən  yaxşı  və  nisbətən  uğursuz 


133 
 
prezidentlərini də layiqincə qiymətləndirir, heç nəyi ört-basdır etmək istəmir. XX 
əsrin  ikinci  yarısında  «11  ən  yaxşı  ABŞ  prezidenti»  kitabı  nəşr  edilmişdir.  Əsər 
tarixçilər, politoloqlar və jurnalistlər arasında aparılan rəy sorğusuna əsaslanmaqla, 
11  ən  uğurlu  prezidentdən  bəhs  edir.  10  prezident  müəyyən  olunmalı  idi,  lakin 
axırıncı  iki  nəfər  eyni  xal  topladıqlarından,  say  11-ə  qalxmışdı.  Çoxsaylı  jüri 
birinci  yeri  heç  də  ilk  prezident  Corc  Vaşinqtona  deyil,  Abraham  Linkolna 
vermişdi və beləliklə, ABŞ-ın iki əsrlik tarixində ona bərabər prezidentin olmadığı 
vurğulanmışdı. 
Linkoln  həqiqətən  də  müqayisə  edilə bilinməyən  bir  dövlət  rəhbəri  idi. 
Ondan sonra Franklin Ruzveltə qədər amerikan prezidentləri içərisində təəssüf ki, 
zəiflikləri  ilə  seçilənlər  daha  çox  olmuşdu.  Linkolnun  varisi  Endryu  Consonla 
Konqress arasıında Birliyin Bərpasına görə fikir ayrılığı olduğundan, 1868-ci ildə 
ona impiçment elan edilməsi səsə qoyulduqda, yalnız bir senatorun səsi onu bu ağır 
cəzadan xilas etmişdi. Bir əsr sonra etimadı itirmiş prezident Riçard Niksona 1974-
cü  ildə  impiçment  elan  edilməsi  qaçılmaz  olduqda,  o,  könüllü  istefa  verməklə 
canını  qurtarmışdı.  Hətta  Vətəndaş  müharibəsinin  qəhrəmanı  Uliss  Qrant  da 
prezident  kimi  əvvəlki  şərəfini  qoruyub  saxlaya  bilməmiş,  silahlı  qüvvələrdən 
fərqli olaraq, ölkəyə uğurlu rəhbərlik edə bilməmişdi. Olduqca səmərəsiz prezident 
sayılan Herbert Huverin dövründə (1929- 1933 cü illər) Birləşmiə Ştatlarda Böyük 
Depressiya  dağıdıcı  miqyas  almış,  ölkə  başçısı  isə  əslində  laqeyd  müşahidəçiyə 
çevrilmişdi.  1929-cu  ildə  fond  birjası  dağılanda  o,  Depressiyanı  müvəqqəti 
yanlışlıq hesab  edərək,  tam  mənfi  xarakterli tədbirlərə  əl  atırdı.  Pensiyasını tələb 
edən I Dünya müharibəsi veteranlarının üzərinə hətta ordu göndərmiş, gələcəkdə II 
Dünya  müharibəsinin  qəhrəmanı  olacaq,  general  Duqlas  Makartur  isə  bu 
biabırçılığın  qarşısını  almışdı.  Nüfuzu  çox  aşağı  düşdüyündən  Huver  1932-ci  il 
seçkisində F. Ruzveltin 472 elektoral səsinə qarşı vur-tut 59 səs toplayaraq, məğlub 
olmuşdu.  1933-cü  ilin  əvvəlində  prezidentliyə  başlayan  Franklin  Ruzvelt  özünün 
inqilabi  “Yeni  Kurs”u  ilə  ölkəni  fəlakətdən  xilas  etmışdi.  O,  İkinci  Dünya 
müharibəsində alman natsizmi üzərində çalınan qələbəyə əvəzsis kömək göstərmiş, 
militarist  Yaponiyası  isə  ABŞ  ordusuna  1945-ci  ilin  sentyabrında  qeyd-şərtsiz 
təslim  olmuşdu.  Bu  müharibədən  Amerika  ən  qüdrətli  fövqəldövlət  kimi  çıxdı. 
Ruzveltin siyasi  xadim  istedadında və  cəsarətində  Linkolnun  ilhamlandırıcı təsiri 
əks olunurdu. 
ABŞ XX əsri yeganə fövqəldövlət kimi başa vurdu, iqtisadi və texnoloji 
cəhətdən  dünyada  müqayisəyə  sığmayan  bir  nəhəng  qüdrətə  yiyələndi.  Axı 
parçalanmış dövlət hətta təsəvvürdə də buna nail ola bilməzdi. Quldarlıq da bütün 
eybəcər cəhətləri ilə yanaşı həm də iqtisadi inkişafın buxovuna çevrilmişdi. Yalnız 
Linkoln dühası və iradəsi bu nəhəng maniələrin öhdəsindən gəlməyi bacardı. Ona 
görə də Amerikanın sonralar fəth etdiyi hər bir zirvədə Linkolnun danılmaz payı 
vardır. 
 
Linkolnun uşaqlıq və yeniyetməlik dövrü 
 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə