Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə56/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   52   53   54   55   56   57   58   59   ...   102

134 
 
Abraham  Linkoln  12  fevral  1809-cu  ildə  Kentukki  ştatındakı 
Hocenvilldən üç mil cənubda olan bir komada dünyaya gəlmişdi. İki yaşı olanda o, 
qonşuluqdakı  fermaya  aparılmşdı.  Öz  evləri  barədəki  erkən  xatirələrində  atasına 
kömək  etməsini,  əkdikləri  qarğıdalı  və  boranı  toxumlarının  daşqın  nəticəsində 
yuyulub məhv olmasını təsvir edir.  
Atası Tomas Linkoln toxucu şagirdliyi ailəsindən çıxmış və onun əcdadı 
1637-ci  ildə,  «Meyflauer»  gəmisində  buraya  gələnlərdən  17  il  sonra  İngiltərədən 
Amerikaya,  Massaçusets  yarımadasına  mühacirət  etmişdi.  «Meyflauer» 
sərnişinlərinin  1620-ci  ilin  noyabr  ayında  gəmini  tərk  etməmişdən  əvvəl 
bağladıqları müqavilə gələcək ABŞ Konstitusiyasının rüşeymi hesab olunur. Onlar 
«Yeni  Plimut»  koloniyasını  yaradaraq,  əkinçiliklə  məşğul  olmuşdular.  Bu  barədə 
koloniyanın qubernatoru olmuş Uilyam Bredford öz kitabında geniş məlumat verir. 
Koloniya  sakinləri  qonşuluqdakı  hindu  tayfası  ilə  də  dil  tapa  bilmiş,  onların 
təcrübəsindən və köməyindən xeyli faydalanmışdılar. Sonra gələnlər də yəqin ki, 
onların qazandıqları təcrübədən istifadə etməmiş deyildilər.  
Tomas Qərbdə məskunlaşmağa ilk olaraq can atmaqla pioner adlananlar 
dəstəsində güclü bir şəxs idi. 1806-cı ildə o, Kentukkidən gətirdiyi Nensi Henksə 
evlənmişdi,  bu  qız  nikahdan  kənar  doğulan  uşaq  olmuşdu.  Yəqin  ki,  taleyin 
möhürünə uyğun olaraq qızğın dindar bir adam olmaqla yanaşı, bu qadın həm də 
daim qəmgin olması ilə seçilirdi. Onların Sara, Abraham və körpəlikdə ölən Tomas 
da daxil olmaqla, üç uşağı olmuşdu. 
1816-cı  ildə  ailə  cənub-qərbi  İndianaya  köçəndə,  burada  özünə  koma 
tapdı, sonra isə komanın yerləşdiyi torpağı satın aldı. Sahəni təmizləməkdə, taxılı 
biçməkdə Abraham atasına kömək edirdi, ona görə də erkən yaşlarından onun ov 
etməkdən və balıq tutmaqdan xoşu gəlmirdi. Sonralar o, həmin illərdə «panteranın 
nərəsini»,  «donuz  ovlayan»  ayıları  və  İndiana  sərhədindəki  yaşadıqları  həyatın 
yoxsulluğunu  xatırlayırdı.  Abrahamın  9  yaşı  olanda  anası  öldü,  onu  meşədə  də 
dəfn etdilər.  
Xoşbəxtlikdən, ikinci qış mövsümündən əvvəl atası Kentukkidən özünə 
arvad gətirdi, o, uşaqlara yeni ana olacaqdı. Özünün iki qızı və oğlu olan Sara adlı 
bu dul qadın  yeni  ərinin uşaqlarına da özününkülər kimi  baxmağa  başladı.  Onun 
Abrahamdan daha çox xoşu gəlirdi. Abraham da öz ögey anasını sevirdi. Sonralar 
o,  analığını  «mələk  ana»  adlandırmışdı.  Qadın  onun  kitab  oxumağını  da  çox 
bəyənirdi,  yeniyetmə  isə  kitablara,  sirrin  hansısa  bir  qalığını  öyrənmək  üçün 
orijinal  bir  mənbə  kimi  baxırdı.  O,  «azacıq»  müddətdə  məktəbə  getmişdi,  bu 
müddət  üst-üstə  yalnız  bir  il  ola  bilərdi.  Qonşuları  sonralar  xatırlayırdılar  ki,  o, 
kirayəyə kitab götürmək üçün bir neçə mil məsafədəki ağır yolu qət edirmiş. «Corc 
Vaşinqtonun  həyatı  və  yadda  qalan  əməlləri»  kitabını,  «Robinzon  Kruzo»nu, 
«Zəvvarın tərəqqisi» kitabını və Ezopun «Təmsillər»ini oxumuşdu. Yaşa dolduqca 
isə etiraf edirdi ki, heç də çox şeyi bilmir. O, öz ailələrinə məxsus olan «Bibliya»nı 
da oxumuşdu. 
1830-cu  ildə  Linkolnlar  ailəsi  ikinci  köç  etdi.  Bu,  İllinoytsa  səfər  idi. 
Abraham  bu  vaxt öküz dəstəsini  sürürdü.  21  yaşı  olanda  o, öz  müstəqil həyatına 
başladı. 6 fut 4 inç hündürlüyündə olan bu adam möhkəm əzələlərə malik olmaqla, 


135 
 
fiziki  cəhətdən  güclü  idi.  Balta  ilə  işləmək  onu  daha  da  qüvvətli  etmişdi.  Onun 
mimika  sahəsində  və  əhvalat  söyləyən  kimi  istedadı  olduğundan,  özünə  dostlar 
qazanırdı. O, malik olduğu digər qabiliyyətlərini də nümayiş etdirirdi.  
 
 
 
Linkolnun gəncliyi və vəkillik illəri 
 
İllinoysa  gəldikdən  sonra  fermerliyə  həvəsi  olmadığından  Linkoln 
müxtəlif  peşələrlə  məşğul  oldu.  O,  yeni  fermanın  sahəsini  təmizləməkdə  və  ona 
çəpər çəkməkdə atasına kömək edirdi. Qayıq sürən kimi, o, Missisipi çayı ilə Nyu 
Orleana qədər üzmüşdü. Oradan qayıtdıqda Nyu Salemdəki kənddə məskunlaşdı. 
Burada  o,  gah  anbar  qarovulçusu,  gah  poçt  işçisi,  gah  da  müşahidəçi  kimi  işlədi. 
1832-ci  ildə  hindularla  Black  Hawk  (“Qara  quzğun”)  müharibəsində  o, volyunter 
kimi xidmətə girdi və öz dəstəsinin kapitanı seçildi. Sonralar o, zarafatla deyirdi ki, 
müharibə  ərzində  döyüşən  və  diri  olan  heç  bir  hindunu  görməmiş,  lakin 
ağcaqanadlarla çox sayda «qanlı mübarizə» aparmışdı. 
Qanunverici olmağa can atdığı həmin vaxt o, ilk cəhdində məğlub oldu 
və  sonra  təkrar-təkrar  ştat  assambleyasına  seçildi.  O,  bir  sənətkar  kimi  dəmirçi 
olmağı düşünürdü, lakin nəticədə hüquq praktikası ilə məşğul olmağa meyil etdi. 
O,  təkbaşına  qrammatikanı  və  matematikanı  öyrənirdi  və  bu  vaxt  qanuna  aid 
kitabları  da  oxumağa  başladı.  1836-cı  ildə  vəkillik  üzrə  imtahan  verdi  və 
hüquqşünas praktikasına başladı.  
Sonrakı ili o, İllinoysdakı Sprinqfildə köçdü, bu, yeni ştatın paytaxtı idi. 
Nyu  Salemdən  fərqli  olaraq,  bura  vəkil  işləmək  üçün  çoxlarına  daha  geniş 
imkanlar verirdi. Əvvəlcə o, Con Styuartın partnyoru oldu, 1844-cü ildən sonra isə 
Uilyam Herndonla işlədi. Herndon yaşca Linkolndan 10 yaş kisik idi, lakin geniş 
mütaliəyə  malik  idi,  məhkəmədə  çıxış  edərkən  daha  emosional  olmaqla  yanaşı, 
həm  də  baxışlarında  daha  radikal  idi.  Onlar  pulun  kimə  ödənilməsindən  asılı 
olmayaraq,  aldıqları  nəğd  pulu  yarı  bölürdülər.  Bu,  o  demək  idi  ki,  onların  pul 
barədə heç bir sözləşməsi olmamışdı. 
Sprinfildə gəldikdən sonra Linkoln bir neçə il ərzində ildə 1.200–1.500 
dollar pul qazanırdı, həmin dövrdə ştatın qubernatorunun illik maaşı 1.200 dollar 
idi, mahal (distrct) hakimlərinin maaşı isə 750 dollar idi. O, gərgin işləyirdi, təkcə 
ştatın paytaxtında deyil, mahaldakı məhkəmələrdə də işə çıxırdı. Hər yaz və payız 
mövsümündə  at  üstündə  o,  yüz  millərlə  ölçülən  məsafədə  məskunlaşmış 
preriyalıların yanına səfər edirdi.  
Dəmir yolunun çəkilməsi ilə, xüsusən 1850-ci ildən sonra belə səyahətlər 
daha  yüngül  xarakter  daşıyırdı.  Linkoln  İllinoys  Mərkəzi  dəmir  yoluna  ştatdan 
çarter  (xartiya)  almaq  üçün  lobbist  kimi  xidmət  göstərirdi.  Həm  də  həmin  dəmir 
yolu  üçün  müntəzəm  işləyən  vəkil  olaraq  qalırdı.  Makklellan qraflığının  cəhdləri 
əleyhinə  kompaniyanı  uğurla  müdafiə  etdikdən  sonra  o,  öz  hüquqşünas 
karyerasında  birdəfəlik  ən  böyük  qonorar  kimi  5.000  dollar  aldı.  O,  məhkəmədə 
Missisipi  çayı  üzərindən  Rok  Aylend  körpüsünün  çəkilməsi  işini  xilas  etdi, 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə