Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə57/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   53   54   55   56   57   58   59   60   ...   102

136 
 
çaydakı  nəqliyyata  təhlükə  kimi  həmin  körpünün  uzaqlaşdırılması  nəqliyyat 
kompaniyasının xeyrinə uyğun idi. 
Linkolnun bir tanışını qətldə iştirak etməkdə ittiham edir və sübut kimi 
ay işığında onu gördüklərini təsdiq edirdilər Linkoln almanaxdan istifadə edərək, 
həmin  gecənin  çox  qaranlıq  olduğunu  sübut  edib,  şahidin  heç  nəyi  aydın  görə 
bilmədiyini irəli sürdü və beləliklə, məhkəmə dinləməsini uddu.  
Öz  hüquqşünas  karyerasına  başlayandan  20  il  sonra  Linkoln  İllinoysun 
ən  hörmətli  və  uğurlu  vəkillərindən  birinə  çevrildi.  O,  daim  hər  bir  leqal  işin 
özəyinə  baxırdı,  həm  də  müxtəlif  şəkillərdə  ədalətlilik  və  müqayisəyə  sığmayan 
vicdanlılıq nümayiş etdirirdi.  
Nyu  Salemdə  yaşayarkən  o,  Enn  Rutlec  adlı  qızla  tanış  olmuş,  ona 
vurulmuşdu. Bu qız 1835-ci ildə 19 yaşında ölərkən, Linkoln çox məyus olmuşdu. 
Bir il sonra o, Meri Ouens ilə gəzməyə başladı, lakin qız onun ciddi təklifini rədd 
etdi.  Bəzi  tarixçilər  isə  Linkolnun  həyatında  ilk  və  yeganə  real  sevgilisinin  Meri 
Todd  olduğunu  bildirirlər.  Yaxşı  təhsil  görmüş  miss  Todd  Kentukkinin  hörmətə 
layiq  olan  bir  ailəsindən  idi,  onun  Sprinqfilddəki  qohumları  şəhərin  sosial 
kübarlığına məxsus idi. Onların bəziləri qızın Linkoln ilə əlaqəsinə razı deyildilər. 
Bəzən qızın özü də şübhə hissinə qapılırdı, Linkolnun onu görən nə vaxtsa xoşbəxt 
edəcəyi  sualı  üzərində  düşünürdü.  Buna  baxmayaraq,  onlar  nişanlandılar,  lakin 
1841-ci ilin Linkoln üçün «məhvedici 1 yanvarında» onlar nişanı ləğv etdilər, bu, 
onun öz təşəbbüsü ilə baş vermişdi. Bundan sonra o, uzun müddət ağır depressiya 
və  ruh  düşkünlüyü  keçirdi.  Nəticədə  onlar  barışdılar  və  1842-ci  ilin  noyabrında 
evləndilər.  
Linkolnların  4  uşağı  oldu,  onların  hamısı  da  oğlan  idi.  Robert  Todd 
böyüyü və yeganə həddi-büluğa çatanı olmaqla, heç vaxt atasına yaxın olmamışdı. 
İkinci  oğlu  Eduard  Beyker  4  yaşına  çatmamış  evdə  ölmüşdü.  Eddi  deyə 
çağırdıqları bu uşağa Linkoln öz dostunun adını qoymuşdu. Şox şən uşaq olsa da, 
uzun müddət xəstə olmuşdu. Linkoln Vaşinqtona, Ağ Evə gəlmək üçün Sprinqfildi 
tərk edəndə demişdi:  “Bura əsrin bir rübünü yaşadığım, cavanlıqdan yaşlı adama 
çevrildiyim, oğlumun anadan olub, öldüyü yerdir.” Üçüncü oğlu Uilyam Uelles isə 
1862-ci  ilin  fevralında,  11  yaşında  Ağ  Evdə  öldü.  Çox  gözəl  uşaq  olan  Uilli 
atasının  göz  bəbəyi  idi.  Linkoln  oğlunun  yataq  otağından  iki  gün  şıxmadı, 
dözülməz  qüssəyə  qərq  olmuşdu.  Uilli  faciəli  öləndə  bütün  xalq  kədərlənmişdi. 
Sevilmək qaydasında Ted adlanan Tomas, o, ailənin sonbeşiyi idi, atası öləndə hələ 
çağ  idi.  O,  Linkolnun  sevimlisi  idi,  ona  öz  atasının  adını  qoymuşdu.  Uşaq 
danışanda sözləri çətinliklə tələffüz edirdi, oxumağı və yazmağı da ləng öyrənirdi. 
Atası isə onu başa düşə bilirdi. O, atasının qətlindən 6 il sonra, 18 yaşında öldü.  
Çox  sayda  nikaha  girmiş  cütlüklər  kimi  Linkolnlar  da  həmçinin 
aralarındakı  məişət  sözləşmələrinə  malik  idilər.  Həmin  dövrün  şayiələri  isə,  heç 
şübhəsiz,  onları  şişirdirdi.  Missis  Linkoln,  təkrar  olunması  ilə  fərqlənən  baş 
ağrısından əziyyət çəkirdi. Əhvali-ruhiyyəyə yaxşı təsir göstərməyən təhlükəsizlik 
və  tənhalıq  düşüncəsi,  ərinin vəkillik  səfərləri  ilə  daha  da intensivləşirdi.  Linloln 
prezident seçildikdən sonra oğlu Uillinin ölümündən yaranan qüssədən və Ağ Evin 
sahibəsi kimi  tanış  olmayan  bir  şəraitdən Meri  əziyyət  çəkirdi.  Onlar burada  heç 


137 
 
bir  il  deyildi ki,  yaşayırdılar.  Ərinə  qısqanclığı  isə  bir  sıra  ağrılı  səhnələrə  səbəb 
olurdu.  Ərinin  öz  yanındaca  qətlə  yetirilməsindən  keçirdiyi  şokdan  o,  daha  ağır 
vəziyyətə düşmüşdü. Bir neçə ildən sonra baş verən Tedin ölümü isə bu qadın üçün 
daha ağır bir itki oldu. 
Onların  ilk  nikah  həyatında  missis  Linkoln  ərini  ruhlandırır  və  onun 
ambitsiyasını  ilhamlandırırdı.  Sonrakı  birgə  yaşayış  illəri  ərzində  bu  xüsusiyyət, 
güman  ki,  güclənmişdi  və  ərinin  anadangəlmə  dözümlülüyü  və  səbirliliyi  ilə 
sınanmışdı. 
Linkolnun  nüfuzu  elə  idi  ki,  siyasətdə  onun  əleyhinə  kilsənin  də 
tədbirindən  istifadə  olunmuşdu.  Bütün  həyatı  boyu  o,  gördüyü  yuxulara  və  digər 
müəmmalı əlamətlərə və möcüzələrə inanırdı. Yaşa dolduqca, prezident olduqdan 
sonra və Vətəndaş müharibəsinin könülü narahat edən məsuliyyəti ilə üzləşdikdə o, 
çox dərin dini ruha yiyələndi. O, özünü «Qəzavü-qədərin aləti» hesab edirdi.  
Linkoln Bibliyaya aludə idi və onu yaxşı bilirdi. O, həmçinin Şekspirin 
vurğunu  idi.  Özəl  söhbətlərində  o,  çox  sayda  Şekspir  allüziyalarından 
(eyhamlarından) istifadə edirdi. Lord Bayronun və Robert Bernsin  poemalarından 
həzz  aldığı  halda,  onun  üçün  sevimli  şeir  parçası  başa  düşülməyən  şotland  şairi 
Uilyam Noksa məxsus idi. O, tez-tez Noksdan sitat gətirirdi.  
Linkoln  ilk  dəfə  siyasətə  daxil  olanda  Endryu  Cekson  prezident  idi. 
General Cekson «mətbəx hökuməti» vasitəsilə ölkəni idarə edirdi. Linkoln dövrün 
görkəmli  siyasətçiləri  arasında  Henri  Kleyə  və  Deniel  Uebsterə  görə  qürur 
duyurdu.  Kley  və  Uebster  federal  hökumətin  biznesi  ruhlandırmaq  üçün  öz 
imkanlarından  istifadə  etməsini  bəyənirdilər.  Linkolnun  nöqteyi-nəzərinə  görə, 
İllinoys və ölkənin Qərbi iqtisadi inkişafda belə köməyə möhtac idi. O, özünü Kley 
və Uebsterin partiyası olan Viqin üzvlərindən biri hesab edirdi.  
O, 1834-cü ildən 1840-ci ilədək Viq partiyasının üzvü kimi İllinoys ştatı 
qanunvericiliyinə  dörd  dəfə  seçildi.  Burada  o,  özünü  ştat  fondları  hesabına  dəmir 
yolları  və  magistral  yollar  şəbəkəsini  tikmək,  kanallar  çəkmək  kimi  nəhəng 
layihələrə həsr edirdi.  
O,  Kolumbiya  mahalında  qulların  tədricən  və  qul  sahiblərinə 
kompensasiya  verilməsi  qaydasında  azad  edilməsi  barədə  qanun  layihəsi  təklif 
etdi.  Bu  layihə  o  vaxt  effekt  verə  bilərdi  ki,  mahalın  «azad  ağ  vətəndaşları» 
tərəfindən  bəyənilsin.  Lakin  layihə  nə  abolyutsionistlərin,  nə  də  qul  sahiblərinin 
xoşuna gəlmədi və sonralar da ona ciddi münasibət göstərilmədi. 
 
ABŞ XIX əsrin birinci yarısında və Vətəndaş müharibəsi ərəfəsində 
 
XIX  əsr  başlananda  ABŞ  24  yaşa  qədəm  qoymuşdu.  Yeni  əsrdə 
amerikan  milli  birliyi  quldarlıq  məsələsi  ilə  əlaqədər  artan  dərəcədə  təhlükəyə 
məruz  qalırdı.  Şimalın  və  Cənubun  hər  ikisində  XIX  ısrin  birinci  yarısı  ərzində 
əhalinin  sayı  dramatik  qaydada  böyüyürdü.  Lakin  bu  iki  regionun  inkişafı  tam 
fərqli  idi.  Cənubun  pambıq  iqtisadiyyatı  və  sosial  strukturu  qula  çevrilmiş  qara 
afrikalıların istismarına əsalanırdı. Qulların becərdiyi pambıq əhəmiyyətli istehsal 
göstəricilərində  özünü  göstərirdi.  Əgər  1810-cu  ildə  Cənub  10  milyon  dəyərində 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə