Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə59/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   55   56   57   58   59   60   61   62   ...   102

140 
 
Respublikaçılar  bütöv  Şimalda  və  Qərbdə  daha  da  gücləndi.  Linkoln  elektoral 
kollegiyada  çox  səs  aldığına  görə  qalib  gəldi.  Cənubda  Linkolnun  seçilməsi 
ayrılmaq  üçün  siqnal  kimi  qəbul  edildi  bə  1860-cı  ilin  20  dekabrında  Cənubi 
Karolina  Birlikdən  çıxan  ilk  ştat  oldu.  Aşağı  Cənubun  digər  ştatları  da  ona 
qoşuldu. Prezident Byukenenin parçalanmanı dayandırmaq cəhdləri uğursuz oldu. 
Ayrılan  ştatlar  tərəfindən  federal  fortlar  qəsb  edilldi.  Vaşinqtonun  kompromiss 
sahəsindəki  fəaliyyəti  də  uğursuzluğa  uğradı.  Əslində  hər  iki  tərəf  real  olaraq 
kompromissə maraqlı deyildi.  
 
 
 
Linkolnun prezident seçilmək uğrundakı mübarizəsi 
 
Ölkədəki vəziyyətin, gərginliyin və qarşıdurmanın icmalından sonra bir 
qədər  geri  qayıtsaq,  Linkoln  vaxtının  çoxunu  prezident  seçilmək  siyasətinə  həsr 
etdi,  çalışdı  ki,  nə  Demokrat,  nə  də  Viq  prezident  olmasın.  O,  çıxış  yolunu  hələ 
1847-ci ildə başlanan Meksika müharibəsi ərzində tapmışdı. Prezident Ceyms Polk 
bəyan  etmişdi  ki,  o,  amerikalının  qanının  Amerika  torpaqlarına  tökülməsi  ilə 
Meksika ilə müharibəyə başlamışdır. 1848-ci ilin fevralında başa çatan müharibə 
Birləşmiş  Ştatların  tərkibinə  Nevada  və  Uta  ştatlarından,  həmçinin  Nyu 
Mexikonun və Arizonanın böyük hissələrindən ibarət ərazi verdi.  
Öz  partiyasının  digər  üzvləri  kimi,  Linkoln  da  Polkun  məhkum 
edilməsinə səs verdi. Eyni vaxtda o, müharibə qəhrəmanı Zaxari Teylorun namizəd 
göstərilməsi və prezident seçilməsi üçün fəaliyyətə girişdi. Lakin onun müharibəni 
tənqid  etməsi  öz  ştat  konqressinin  dairəsində  olan  seçicilər  arasında  heç  də 
populyar deyildi. 40 yaşı olanda Linkoln siyasətdə iştirak etməsinin nəticəsinə görə 
ruhdan düşdü. Bu, onda siyasi karyerasının artıq bitdiyi təsəvvürünü yaradırdı. Beş 
ilə yaxın müddətdə o, siyasətdə ancaq kiçik rolda iştirak etdi. Lakin yeni sektsiya 
böhranı  ona  yenidən  üzə  çıxmaq  və  dövlət  xadimliyinə  yüksəlmək  şansı  verdi. 
1854-cü  ildə  onun  gələcək  siyasi  rəqibi  Stefen  Duqlas  satın  alınmış  bütün 
Luiziananı  Konqress  vasitəsilə  quldarlıq  üçün  yenidən  açmaq,  Kanzas  və 
Nebraskanın sakinlərinə öz  ərazilərində quldarlığın tətbiqi  məsələsini həll  etməyə 
icazə vermək barədə olan qanun layihəsi ilə manevr edirdi. Kanzas–Nebraska Aktı 
İllinoysda və köhnə Şimali-Qərbin digər ştatlarında kəskin müxalifət yaratdı. Viq 
partiyasının  parçalanması  sürətləndi,  bu  proses  Respublikaçılar  partiyasının 
yüksəlməsinə  imkan  verdi.  Minlərlə  digər  viqlər  kimi,  Linkoln  tezliklə 
Respublikaçıya çevrildi. 1856-cı ildə artıq yeni partiyanın üzvü olmaqla, o, qət etdi 
ki,  heç  də  Demokrat  Duqlas  yox,  özü  ştatda  və  sektsiyada  Respublikaçıların 
nümayəndəsi  kimi  lider  olacaqdır.  Onların  hər  ikisi  nə  abolyutsionist,  nə  də 
quldarlıq tərəfdarı deyildi. Lakin Duqlasdan fərqli olaraq, Linkoln təkid edirdi ki, 
Konqress  Ərazilərdən  (  “Ərazi”  adlananlar  hələ  ştat  statusu  almamışdılar,  yalnız 
gələcəkdə  ştat  hüququ  qazanacaqdılar)  quldarlığı  xaric  etməlidir.  Duqlas  isə 
inanırdı  ki,  Ərazilər  təbiət  etibarilə  quldarlıq  iqtisadiyyatına  yararlı  deyillər  və 


141 
 
onlarda 
quldarlığın 
yayılmasının 
qarşısını 
almaq 
üçün 
Konqressin 
qanunvericiliyinə elə bir ehtiyac yoxdur.  
Linkoln  üçün  ilk  böyük  sınaq  1858-ci  ildə  senator  seçilmək  yarışı  idi. 
Demokrat Duqlas Senata yenidən seçilmək üçün mübarizə aparanda, ona qarşı olan 
yeni partiya özü kimi yeni bir adamı irəli sürdü. Bu, Abraham Linkoln idi, onun bu 
vaxt  49  yaşı  var  idi.  Lakin  Linkoln  millətin  gözü  qarşısında  xeyli  gec 
göründüyündən  o,  bircə  dəfə  Konqressə  üzv  seçilmişdi,  bu  siyasi  yarışa  təkcə 
möhkəm əqidə və ağılla deyil, həm də bədəninə, fiziki imkanlarına görə bir atlet 
kimi  gəlmişdi.  O,  bir  şey  əldə  etmək  vəzifəsinin  həyata  keçirmək  üçün  istedadı 
hesabına  köhnə  proseslərdəki  misallardan  istifadə  etməklə  yanaşı,  yeni  və  böyük 
tipə  mənsub  olan  adam  kimi  göründü.  O,  özü  üçün  natiqlik  və  sözdən  istifadə 
etmək  qabiliyyəti  icad  etmişdi  və  onun  bu  xüsusiyyəti  adamlara  daim  işıq  təsiri 
bağışlayırdı. Çıxışlarında o, katanadan (yapon qılıncından) məharətlə istifadə edən 
samuraylar kimi, ətrafındakılardan tamamilə seçilən bir adama bənzəyirdi. 
Lakin  Duqlas  da  onu  pis  tanımırdı  və  eşidəndə  ki,  senatorluq 
mübarizəsində  onun  rəqibi  Linkoln  olacaqdır,  demişdi:  «Mən  əlimi  dolu 
saxlayacağam.  O,  öz  partiyasının  güclü  adamıdır,  –  beyni  iti  cavabla,  faktlarla, 
tarixi misallarla doludur və Qərbdə ən yaxşı xitabət kötüyünə malikdir. O, vicdanlı 
və hiyləgər adamdır».  
Linkoln  bu  rəqabətin  çətin  olacağını  əvvəlcədən  bilirdi.  Debat  vaxtı  o, 
çox  sayda  səfərlər  etmiş,  təkcə  Nyu  Yorkun  Kuper  İnstitutunda  üç  dəfə  çıxışlar 
etmişdi.  «Evening  Post»  qəzetinin  liberal  naşiri  həmin  görüşü  çox  tərifləmişdi. 
Səhərisi gün Linkoln bütün millət arasında tanındı.  
1858-ci  ildə  Linkoln  çıxışında  öz  məşhur  bəyanatını  etmişdi:  «Öz 
ziyanına  bölünmüş  ev  dayana  bilməz.  Mən  inanıram  ki,  hökumət  yarıqul  və 
yarıazad  vəziyyətə  daim  dözməyəcəkdir».  O,  hələ  əvvəldən  deyirdi  ki,  ölkə 
hökmən «bütünlüklə bir şey və ya bütünlüklə başqa bir şey olacaqdır». Bir daha və 
təkrarən o, təkid edirdi ki, Birləşmiş Ştatların hər bir vətəndaşının, istər o, ağ və ya 
qara  olsun,  mülki  azadlığı  mərcə  qoyula  bilməz.  O,  bu  fikrinə  davam  edərək 
deyirdi  ki,  Ərazilər  azad  olmalıdır,  çünki  yeni  azad  ştatlar  «kasıb  adamın  gedə 
biləcəyi və onlar üçün yaxşı şəraitə malik olan yerlərdir». Linkoln hiss edirdi ki, 
bütün dünyada nəsə etmək səviyyəsinə o, gəlib çatmışdır. Lakin bu böyük dünya 
barədə o, hələ olduqca az şey bilirdi.  
Həm də o, Tomas Ceffersonla və digər Bani-Atalarla tam razılaşırdı ki, 
quldarlıq  sadəcə  məhdudlaşacaqdır,  ona  birbaşa  hücum  olmayacaqdır.  1858-cü 
ildəki Linkoln – Duqlas debatlarında Senata üzv seçilmək uğrunda qızğın rəqabət 
gedirdi. Linkoln məğlub oldu, lakin milli miqyasda tanınma əldə etdi və tezliklə, 
1860-cı il prezident seçkilərində yada salınmağa başlandı.  
Seçki  ərəfəsində  Demokrat  partiyası  ümidsiz  qaydada  parçalandı. 
Pespublikaçılar partiyası sürətlə böyüyən şəhər olan Çikaqoda 16 mayda toplaşdı. 
Partiyanın  tanınmış  lideri,  Nyu  Yorkdan  olan  Uilyam  Syuard  idi,  o,  bu  ştatın 
qubernatoru  olmuşdu.  İllinoys  ştatından  olan  Abraham  Linkoln  onunla  qızğın 
rəqabətə  girməli  oldu.  Linkolnun  bu  vaxt  50  yaşı  var  idi.  Duqlasla  məşhur 
disputlardan sonra o,  böyük ictimai natiq kimi tanınmışdı. İlk səsvermədə Syuard 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə