Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə61/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   57   58   59   60   61   62   63   64   ...   102

144 
 
mülkiyyəti,  Cənubi  Karolinada  Federal  fort  Maultrini  qiyamçılar  tutmuşlar. 
Byukenen isə buna heç bir müqavimət göstərməmişdi.  
Qiyamçılar  deyirdilər  ki,  Linkoln  prezident  seçilsə,  Birliyi  tərk 
edəcəklər.  Və  o,  seçildikdən  sonra  onlar  da  dediklərini  etdilər.  Cənubi  Karolina 
Birlikdən çıxdı. Missisipi, Alabama, Corciya, Luiziana və Virciniya da həmçinin. 
Syuard  Linkolna  dedi  ki,  sən  bilirsən ki, biz bu pambıq  respublikalarından  yaxşı 
qaydada canımızı qurtarmalıyıq? Syuardın bu təklifi, əslində, Birliyin parçalanması 
ilə razılaşmağını, həm də bu parçalanmanın dinc yolla getməsini nəzərdə tuturdu. 
Bu,  bütünlüklə  Birliyi  qoruyub  saxlamaq  qətiyyəti  ilə  yaşayan  Linkolnun 
mövqeyinə  daban-dabana  zidd  idi.  Linkoln,  hökumətin  imperiya  olmasını 
arzuladığına görə də ona öz iradını bildirdi və əlavə etdi ki, bu hökumət indicə öz 
vətənində  qalxan  qiyamçıların  qəsb  əməliyyatı  hesabına  ölkədəki  hərbi 
məntəqələrinin yarısını artıq itirmişdir. Sözünə davam edərək dedi ki, dünya bilir 
ki, mən Kentukkidə doğulmuşam, o da quldarlıqla həmsərhəd olan ştatdır.  
Syuard  dedi  ki,  mən  Nyu  Yorkun  qubernatoru  olanda  Kanadanı  əldə 
etmək  üçün  hər  bir  şansdan  istifadə  etmək  istəyirdim.  Axı  ingiliscə  danışan 
kanadalıların çoxunun (Kanadada Kvibek və Monreal kimi iri şəhərlərin əhalisi də 
daxil olmaqla, fransızca danışanlar da az deyildi) yaxşıları Birliyə birləşməyə can 
atırdılar. Lakin cəhdlərimiz fayda vermədi. Birliyi ərazicə böyütmək istəyən adam 
azacıq təhlükə yaranan kimi ölkənin parçalanması ilə razılaşmaq istəyirdi. Linkoln 
isə  buna  tam  əks  idi.  Həm  də  Syuard  da  daxil  olmaqla  Linkolnun  digər 
həmsöhbətləri  də  yaxşı  bilirdilər  ki,  Eyb  (Abraham  Linkoln  qısaldılmış  şəkildə 
belə adlanırdı), əslində, Qərbli deyildir.  
Syuarda  artıq  məlum  idi  ki,  o,  Linkoln  hökumətində  Dövlət  katibi 
vəzifəsini  tutacaq  və  güman  edirdi  ki,  həm  də  geniş  fəaliyyət  dairəsinə  malik 
olacaqdır, ölkənin real administrasiyasına, yəqin ki, ən məşhur adam və partiyanın 
milli  lideri  kimi  onun  özü  başçılıq  edəcəkdir.  O,  əslində,  gücsüz  monarx  olacaq 
Linkolna qüdrətli baş nazir olacaqdı.  
«Star»  qəzeti  Linkolnun  hoteldə  qəlyanaltı  etməsini  də  yazmışdı. 
Oxuculardan  bəzisi,  Linkolnun  özünün  dediyi  kimi,  “buraya  gəlməsini  onun 
səfehliyi”  adlandırırdı.  Adamlar  bir-birinə  deyirdilər:  «Onlar  onu  öldürəcəklər». 
«Onu kim öldürəcəkdir?» sualına cavab verirdilər ki, «İstənilən adam. Axı ətrafda 
vəhşi  oğlanlar  gəzir».  Belə  bir  söhbət  də  gedirdi  ki,  Vaşinqtonda  onu  öldürmək 
üçün qəsd düzəldilibmiş. 
Birlik  parçalanandan  sonra  Riçmondda-  Konfederatın  paytaxtında  isə 
deyirdilər  ki,  mister  Devis  (Cefferson  Devis  –  Konfederatın  prezidenti)  bizim 
prezidentimizdir, o, Vaşinqtonu öz paytaxtı etmək istəyir.  
Quldarlıq  barədə  bir  neçə  il  əvvəl  böyük  müzakirə  başlananda  Linkoln 
öz  səsini  qaldırmış  və  Stefen  Duqlasa  ünvanlanan  çağırışından  sonra  yeni 
Respublikaçılar partiyasının üzvlüyünə qatılmışdı. Partiya güclü yeni siyasətçilərə 
malik oldu.  
Bədbəxtlikdən,  Linkolna  qarşı  duran  təkcə  Cənublular  deyildi,  Şimalın 
abolyutsionistləri də onun təmkinli siyasətini bəyənmirdilər. Onlar heç vaxt unuda 
bilmirdilər  ki,  Linkoln  quldarlığın  ləğv  edilməsinin  tərəfdarı  olmamışdır.  Syuard 


145 
 
isə quduz abolyutsionist idi. Linkolnun qayınatası Toddun ailəsi böyük qul sahibi 
idi. Həm də pis cəhət orasında idi ki, ailə üzvlərindən çoxu ölkənin parçalanması 
tərəfdarı idi, bu isə hamıdan çox Linkolnun arvadını utandırırdı.  
Şimal  siyasətçilərindən  çoxları  istəyirdi  ki,  Linkoln  ayrılmış  ştatlarda 
quldarlığı ləğv etsin. Lakin Linkoln hələlik bunu etmək istəmirdi.  
Linkoln heç də quldarlığa qarşı hansısa bir səlib yürüşünə başçılıq etməli 
olan  adam  deyildi,  həm  də  qüdrətli  kabinetin  köməyinə  möhtac  idi.  Syuard 
Linkolnun baş nazirliyini arzuladığı halda, prezident seçkilərində Linkolnun rəqibi 
olmuş  Çeyz  də  özünü  Avstriyadakı  Metternixə  (Klemens  Metternix  1821–48-ci 
illərdə  Avstriya  imperiyasının  qüdrətli  kansleri  olmuşdu,  bundan  əvvəlki  12  il 
ərzində isə xarici işlər naziri olmaqla, əslində, hökumətə başçılıq etmişdi) bənzər 
qaydada  özünü  bir  kansler  kimi  görürdü.  Lakin  baş  verənləri  yaxşı  başa  düşən 
seçilmiş  senator  və  prezident  seçilmək  şansını  uğursuz  sınayan  Selmon  Çeyz 
ağlında öz vəziyyətini b.e.ə. I əsrin əvvəlki rübündə Karfagen xarabalığında oturub 
fikrə dalan, Sullanın qisasından qorxub buraya qaçmış Roma sərkərdəsi Marininki 
ilə müqayisə edirdi. (Bu şəhər b.e.ə. 146-cı ildə Roma sərkərdəsi Stsipion Emilian 
Afrikalı  tərəfindən  işğal  edilib  viran  qoyulmuşdu,  şəhərin  yeri  şumlanmışdı.) 
Marinin özü də bu vaxt Karfagenin acı taleyini yaşayırdı.  
Seçilmiş Prezident quldarlığa münasibət barədə cənubluların birinə belə 
cavab  vermişdi:  “Baxın,  burada  bizim  aramızda  yalnız  bir  fərq  vardır.  Siz 
düşünürsünüz  ki,  quldarlıq  haqdır  və  genişlənməyə  borcludur.  Biz  isə  düşünürük 
ki,  o,  səhvdir  və  məhdudlaşdırılmağa  borcludur.  Buna  görə  də  hansısa  bir  səbəb 
digəri ilə narazılıqla qarşılanmalıdır.” 
Artıq  7  ştat  Birlikdən  ayrılmışdı.  Texas  Birliyi  rəsmi  qaydada  tərk 
etməklə, əvvəlki 6 ştata qoşulmuşdu. Axı Cənubi Karolina qubernatoru xeyli əvvəl 
bəyan etmişdi ki, əgər Linkoln prezident seçilsə, ştat Birlikdən ayrılacaqdır. Belə 
də oldu, digərləri də onun arxasınca getdi. Beləliklə, qiyamdakı həmin elementlər 
çox  sayda  federal  mülkiyyəti  qəsb  etmişdilər.  Bunların  hamısı  bütün  Birləşmiş 
Ştatlar  xalqının  mülkiyyəti  olmaqla,  heç  də  əhalinin  hansısa  seqmentinə  məxsus 
deyildi.  Linkoln  oğurlanmış  şeylərin  geri  qaytarılması  və  neqativ  məsələləri 
bütövlüklə  yaddan  çıxarmaq  barədə  yaxşı  bir  ideyanı  irəli  sürmək  üzərində 
düşünürdü.  Ancaq  bu  vaxt  o,  hələ  and  içməmiş  və  vəzifəsinin  icrasına 
başlamamışdı.  
Cənubi  Karolina  qubernatoru  tutduğu  Samter  Fortuna  gedən  tacir 
gəmisini geri qaytara bilərdi. Linkoln Samter Fortuna əlavə qüvvə verməyə cəhd 
edəcəkdimi?  O,  Amerika  Konfederat  Ştatlarının  artıq  prezidentinə  çevrilən 
Cefferson  Devisin  çıxışını  da  oxumuşdu.  Onun  Konqressdəki  köhnə  dostu  və 
kolleqası  Aleksandr  Stefensin  isə  orada  vitse-prezident  seçildiyini  eşitmişdi. 
Stefens  quldarlıq  prinsipinin  özünün  səhv  olduğu  barədəki  Birliyin  Bani-Atası 
Tomas Ceffersonun mövqeyini qəbul edirdi. Lakin o, həm də deyirdi ki, dəqiq bir 
prinsip ondan ibarətdir ki, qara adam ağ adamın qulu olmalıdır.  
 
 
 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə