Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə64/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   60   61   62   63   64   65   66   67   ...   102

150 
 
– Sənin şirin və qartalın millətin hansısa əcdadının izi ilə getməyə dözə 
bilməz. Sənin böyük adamın «fərqlənmək üçün susuzluqdan yanır, alovlanır». Və 
güman ki, o, buna nail olacaqdır. Lakin qulların azad olunması hesabına və ya azad 
adamları qula çevirmək hesabına. Mən çıxışımı da belə bir ümidlə bitirdim ki, biz 
Corc Vaşinqtona qayıdacağıq və heç vaxt onun prinsiplərini pozmayacağıq. Mən 
görəcəyəm  ki,  biz  Respublikaçılarıq,  sizin  hamınız  isə  Demokratsınız.  Mən 
baniləri təqlid etməyə əks ola bilmərəm.  
Sonra o, narazılıqla Duqlasa dedi:  
–  Eh,  hakim!  Belə  də  davam  elə  və  sən,  həqiqətən  də,  şirin  nərə 
çəkməsini eşidəcəksən. 
Cənubun  liderləri  də  başlanğıcda  müharibə  variantını  gözləmirdilər. 
Onlar fikirləşirdilər ki, ölkəni vətəndaş müharibəsinə deyil, Konstitusiya böhranına 
gətirib  çıxaracaqlar.  Lakin  Samterdə  top  atəşlərinin  səsi  eşidildikdə,  bu  atəşi 
cənublular  atmışdılar,  yeni  niyyətlər  meydana  çıxdı  və  coşan  ehtiraslar  bütün 
ölkəni bürüdü. 
11 ştat ayrıldıqda parçalanma prosesi dayandı. Konfederasiyanın qalan 4 
qul  ştatını  –  Delaveri,  Merilendi,  Kentukki  və  Missurini  öz  tərəfinə  çəkmək 
cəhdləri isə fayda vermədi. 
Beləliklə,  Şimal  23  ştatdan,  Cənub  isə  11  ştatdan  ibarət  olmaqla, 
özlərinin  yeni  mövcudluğuna  başladılar.  Şimalın  əhalisi  22  milyondan  çox  idi, 
ayrılan  ştatların  əhalisi  isə  9  milyon  nəfərə  qədər  idi.  Bir  sıra  amillər  nəzərə 
alındıqda Şimalın qalib gəlməsi ehtimalı daha böyük idi.  
Fort  Samterdəki  atəş  əvvəldən  gözlənildiyi  kimi,  azad  ştatların 
ərazilərində vətənpərvərlik canlanması yaratdı. Şimalın bir müsbət cəhəti də onun 
xarici  əlaqələrinə  əsaslanırdı.  Böyük  Avropa  dövlətlərindən  təkcə  biri  Cənubu 
tanısaydı, Linkolnun elan etdiyi Cənub limanlarının blokadası bir andaca dağılardı. 
Linkoln administrasiyası diplomatik işi məharətlə aparırdı.  
Linkolnun  ilkin  niyyəti  nə  müharibə  başlanmasına  provokasiya  etmək, 
nə də sülhü dəstəkləmək idi. Birliyi qoruyub saxlamaq üçün o, hər şeyə hazır idi, 
hətta sülhü qorumağa da şad olacaqdı. Lakin həm də yalnız qısa müddətdə davam 
edəcəyini  güman  etdiyi  müharibəni  başlamağa  da  risk  etməyə  hazır  idi.  Cənub 
limanlarının  blokada  olunmasını  bəyan  etməsi  onun  mühüm  qətiyyətli 
addımlarından  biri  idi.  Bundan  əvvəl  isə  qoşun  toplamaq  barədə  ştat 
qubernatorlarına  çağırış  etmişdi.  O,  strateji  plana  və  orduya  başçılıq  etmək  üçün 
komanda sisteminə malik olmağa hələ də ehtiyac duyurdu.  
General Skott ona bir neçə yaxşı məsləhət vermişdi. O, təklif etmişdi ki, 
Virciniyadakı  Konfederat  qoşunları  ilə  döyüşə  girilməsin,  Missuri  çayı  üzərində 
nəzarət  ələ  keçirilsin  və  Cənubu  sıxışdırmaq  üçün  blokada  daha  da 
möhkəmləndirilsin.  Lakin  Linkoln  Skottun  müqayisəli  qaydada  passiv  və  qan 
tökülməməsini nəzərdə tutan «Anakonda» planına az etibar edirdi. O, başa düşürdü 
ki,  müharibə  əgər  qalib  gəlmək  üçün  aparılırsa,  aktiv  vuruşmalardan  keçməlidir. 
Ona  görə  də  Skottun  ideyasına  düzəliş  edib,  Virciniya  cəbhəsində  birbaşa 
irəliləməyə  göstəriş  verdi,  lakin  onun  niyyəti  baş  tutmadı,  döyüş  məğlubiyyətlə 


151 
 
nəticələndi,  Federal  qüvvələrin  21  iyul  1861-ci  ildə  Bull  Randa  (Öküz  qaçışı) 
darmadağın edilməsi ilə başa çatdı. 
Ordunun  müxtəlif  yerlərdə  irəliləməsi,  yunionistləri  dəstəkləmək  və 
onların  köməyindən  istifadə  etmək  barəsindəki  planı  ona  əsaslanırdı  ki,  Şimal 
sayca  böyük  qüvvəyə  malikdir,  düşmənin  isə  üstünlüyü  qüvvələrini 
mərkəzləşdirməkdə  böyük  bacarığa  malik  olması  idi  və  bundan  ilkin  dövrlərdə 
səmərəli istifadə edirdi.  Şimal düşmənə artıq qüvvə ilə müxtəlif cəhətlərdən eyni 
bir  vaxtda  təhlükə  törətməli  idi.  Dəniz  donanmasının  blokadası  ilə  birlikdə  bu, 
Linkoln strategiyasının mahiyyətini təşkil edirdi.  
Müharibə Prezidenti hərb elmini öyrənməyə məcbur etmişdi. O, demək 
olar ki, hər gün Konqressin kitabxanasına adam göndərir, oradan ona oxumaq üçün 
lazım  olan  kitablar  gətirilirdi.  O,  belə  qərara  gəlmişdi  ki,  müharibə  heç  də 
siyasətdən  fərqli  deyildir.  Bunu  məhz  məşhur  alman  hərb  nəzəriyyəçisi  Karl  fon 
Klauzevits demişdi: «Müharibə başqa vasitələrlə aparılan siyasətdir». 
Ağ  evin  Kabinet  otağında  müşavirə  gedirdi.  Müdafiə  naziri  Kemeron 
prezidentin sualına cavab verdi:  
– Biz bütövlükdə orduda, müxtəlif məşq səviyyələrində 310 min adama 
malikik, bu, dünyanın ən böyük ordusu deməkdir.  
Əsgərlərin  çoxu  könüllülər  idi  və  azacıq  ixtisasa  sahib  olan  zabitlər 
onları dövrün həqiqi ordusuna çevirirdi.  
Aprelin  19-u  bədbəxtlikdən  xəbər  verən  bir  hadisə  ilə  əlamətdar  oldu. 
Fort  Samterə  açılan  atəşdən  sonra  Vətəndaş  müharibəsində  ilk  qan  tökülməsi 
müşahidə  edildi.  Prezident  buna  cavab  olaraq,  ayrılan  ştatların  blokadasını  elan 
etdi.  Birləşmiş  Ştatlar  donanması  taxta  materialından  düzəldilmiş  42  gəmi  ilə  3 
min mil uzunluğunda dəniz sahilini blokadaya aldı. Yeni prezident ya xəyalpərəst, 
ya  da  ki,  dahi  idi.  Axı  müharibə  başlamamışdan  çox-çox  əvvəl  Cənub  dünyanın 
qalan hissəsindən təcrid edilmişdi. Belə bir əlaqəni yaratmaq cəhdinə isə Linkoln 
indi keçilməz bir Çin səddi çəkmişdi.  
Prezident  həm  də  doğma  ştatı  olan  Kentukkini  Birlikdə  saxlamaqdan 
ötəri  çox  qayğılı  idi  və  bu  məsələyə  o,  xüsusi  diqqət  verirdi.  Ştatın  qubernatoru 
ayrılmanın qatı tərəfdarı olsa da, əhali qəti şəkildə ayrılmanın əleyhinə idi.  
Müharibənin  başlanğıc  dövrü  Şimal  üçün  o  qədər  də  uğurlu  deyildi. 
Müharibə  isə  öz  işini  görürdü.  1861-ci  ilin  qızğın  döyüşləri  meydana  gəlirdi. 
Riçmonda  zərbə  vurmaq  cəhdi  uğursuzluğa  uğradığından,  Şimal  ordusu  geri 
çəkilməyə məcbur oldu. 
Lakin orduya baş komandan seçkisi o qədər də uğurlu olmurdu. 1861-ci 
ildən 1864-cü ilə kimi öz ideyalarını generallara ötürməkdə tərəddüd edən Linkoln 
komandanın personalı və təşkilatlanması ilə eksperiment aparırdı. Bu müddətdə bir 
neçə baş general dəyişdirilmişdi. O, ordu komandanlarından narazı qalırdı. 1861-ci 
ilin  noyabrında  Skottun  istefasını  qəbul  etdi.  Bütün  ordu  üçün  məsuliyyət  Con 
Makklellanın  üzərinə  qoyuldu.  Bir  neçə  aydan  sonra  ləng  tərpənməsinə 
qəzəbləndiyindən,  prezident  onu  yalnız  Potomak  ordusunun  komandanlığına 
endirdi. Prezident Linkoln, general Hellek və müdafiə naziri Edvin Stenton qeyri-
rəsmi müdafiə şurası kimi fəaliyyət göstərirdi. Hellek güman edirdi ki, Riçmondu 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə