Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə65/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   61   62   63   64   65   66   67   68   ...   102

152 
 
işğal etmək, müdafiəçiləri Şimal torpaqlarından qovmaq əvəzinə, Konfederatın Li 
ordusunu məhv etmək lazımdır. 
Etimadını  doğrultmayan  generallara  görə  Linkoln  baş  komandan  üçün 
Qərbə doğru baxmağa məcbur olmuşdu. Ona Uliss Qrantın Viksburq kampaniyası 
çox  xoş gəlmişdi. 1863-cü ilin  iyulunda, Viksburqun təslim  olmağından  bir neçə 
gün sonra o, Qranta ölkəyə etdiyi böyük xidmətə görə razılıq məktubu göndərdi. 
Bu  məktubda  həm  də  öz  səhvini  etiraf  etdi,  bildirdi  ki,  Qrantdan  gözləyirdi  ki, 
Viksburqun yanından keçib, Missisipi boyu aşağı düşəcəkdir. Qrant isə çayı keçib 
geri  dönərək,  arxadan  Viksburqa  girdi.  Linkoln  öz  təbrik  məktubunda  yazırdı  ki, 
«mən qorxurdum ki, bu, səhvdir, indi istəyirəm ki, şəxsən etiraf edim ki, sən düz 
idin, mən isə səhv idim».  
1864-cü  ilin  martında  Qranta  general-leytenant  rütbəsi  verdi  və  ona 
bütün  federal  orduların  komandanlığını  həvalə  etdi.  Nəhayət,  Linkoln  elə  adamı 
tapdı  ki,  o,  öz  tabeliyində  olan  bacarıqlı  Uilyam  Şerman,  Filip  Şeridan  və  Corc 
Tomasla  birlikdə  Linkolnun  iri  miqyaslı  konsepsiyasının  hissələrini  həyata 
keçirəcək,  hücumları  koordinasiya  edəcəkdir.  Qrant  Linkolnun  icad  etdiyi  baş 
komandanlığın bir üzvü, lakin mühüm üzvü idi. Linkolnun özü baş komandan idi. 
Hellek isə baş qərargah rəisi idi. Müdafiə naziri vəzifəsini Stenton daşıyırdı. Bütün 
orduları  istiqamətləndirməklə  yanaşı,  baş  general  Qrant  həm  də  Midin  Potomak 
ordusuna da nəzarət edirdi. Beləliklə, Linkoln ilk dəfə baş komandanlıq yaratdı. Bu 
qurum  xalqın  böyük  enerjisini  və  ölkənin  resurslarını  səfərbər  edib,  onları  total 
müharibənin baş strategiyasına tabe etdi.  
Linkoln  dövlətçiliyi  və  orduları  bütün  istiqamətlərdə  birləşdirdi,  bunun 
səmərəliliyi  xeyli  artdı.  O,  müharibə  aparmaq  elminə  və  təcrübəsinə  malik 
olmadığı halda, bu nöqteyi-nəzərdən onun əldə etdiyi nailiyyət diqqətəlayiq idi. Bu 
uğur  həm  fayda  gətirir,  həm  də  maneçilik  törədirdi.  O,  özünün  praktiki  nüfuz 
etmək  qabiliyyətindən  və  iti  ağlından  bütünlüklə  daha  yaxşı  istifadə  edə  bilərdi, 
buna  bəziləri  onun  malik  olduğu  hərbi  düha  deyirdilər  və  bu,  Vətəndaş 
müharibəsində qələbəyə gətirib çıxardı. 
 
Şimalın və Cənubun müqayisəsi 
 
 İlk baxışda bu münaqişə Birliyin 23 ştatı ilə Cənubun ayrılmış 11 ştatı – 
Cənubi Karolina, Missisipi, Florida, Alabama, Corciya, Luiziana, Texas, Virciniya, 
Arkanzas, Tennessi və Şimali Karolina arasındakı müharibə idi. Şimalda təqribən 
21  milyon  adam  vardı,  Cənubda  isə  əhalinin sayı  9  milyon  idi,  bunlardan  da  3,5 
milyona  yaxını  zənci  qullar  idi.  Federallar  100  min  manufaktura  fabrikinə  malik 
idi,  Potomak  şayından  cənubda  isə  onların  sayı  18  mindən  çox  deyildi.  Silah 
istehsalında  Şimalın  Cənubdan  üstünlüyü  30:1  nisbətinə  bərabər  idi,  canlı  qüvvə 
üstünlüyündə  isə  nisbət  2:1  idi.  Şimal  həm  də  kommersiya  və  maliyyə 
resurslarında güclü idi. 
Bunlardan əlavə Şimal fəaliyyətdə olan hökumətə, kiçik də olsa səmərəli 
nizami  orduya  və  hərbi-dəniz  qüvvələrinə  malik  idi.  Lakin  Konfederatın 
məğlubiyyətə  düçar  olacağı  qabaqcadan  heç  də  məlum  deyildi.  Cənub  orduları 


153 
 
daxili  sərhədlər  içərisində  vuruşmaq  üstünlüyünə  malik  idi.  Konfederatın  dəniz 
sahili  5,6  min  km  uzunluğunda  olmaqla,  onların  həyata  keçirilən  blokadanı  poza 
biləcəkləri kimi görünürdü. Və Konfederatın prezidenti Cefferson Devis xaricdən 
həlledici  kömək  göstərilməsinə,  həmçinin  onların  xeyrinə  müharibəyə  müdaxilə 
ediləcəyinə ümid bəsləyirdi. Beləliklə, Cənub məsələsi heç də asanlıqla həll ediləsi 
deyildi. Axı digər millətlər də ağır olan qeyri-bərabərlikdə öz müstəqilliklərini əldə 
etmişdilər. 
 
Vətəndaş müharibəsinin gedişi 
 
İlk  hərbi  əməliyyatlar  Virciniyanın  şimali-  qərbində  baş  verdi.  Federal 
generalı  Makklellan  öz  qoşunu  ilə  Ohayonun  cənubundan1861-ci  ilin  yayında 
Virciniyanın  qərbinə  girdi.  O,  Konfederat  qoşunları  ilə  qarşılaşdı.  Makklellan  bu 
vaxt kiçik, lakin əhəmiyyətli döyüşləri uddu. 
Həmin  vaxt  ordular  Federalın  paytaxtı  Vaşinqtonun  və  Konfederatın 
paytaxtı  Riçmondun  ətrafına  toplaşırdılar.  İctimai  rəyin  təzyiqi  ilə  Linkoln 
düşməni  Manassasdan  çıxarmağı  əmr  etdi.  Manassasdakı  Bull  Randa  gedən 
döyüşlərdə  Federallar  daha  böyük  itki  verdilər  və  Fedral  qoşunları  Vaşinqtona 
qaçmağa məcbur oldular. 
Virciniyadakı  qələbələrinə  görə  Makklellan  çağrıldı  ki,  baş  general 
Skottun  yerini  tutsun.  Yüz  min  adamı  məşq  etdirmək,  intizama  öyrətmək  və 
geyindirmək vaxt tələb edirdi. Linkoln paytaxtı müdafiə etmək üçün Vaşinqtonda 
çox  sayda  qüvvə  saxlayırdı.  Az  müddətdən  sonra  Makklellan  baş  general 
fəzifəsindən azad olundu. 
Makklellanın  ordusu  Riçmonda  tərəf  hərəkət  edəndə,  Li  əks-zərbə 
hazırlamışdı.Yeddi  günlük  döyüşlərdə  Li  uğursuz  qaydada  Potomak  ordusunu 
darmadağın  etməyə  cəhd  göstərdi.  Bu  döyüşlərdə  federallar  müqayisədə  7  min 
artıq  itki  verdi.  Bull  Randakı  ikinci  döyüşdə  Makklellan  Rişmond  yaxınlığından 
geri  atırıldı.  Li  gəlib,  Fedral ordusunun qalığını  darmadağın  etdi.  Federalın  itkisi 
16 min olmaqla, Konfederatınkından az qala iki dəfə çox idi. 
Li Şimala ilk müdaxiləsindən yararlanmağı davam etdirərək, Merilendə 
atıldı.  Linkoln  Makklellana  təkid  etdi  ki,  ləngimədən  Linin  arxasınca  yollansın. 
Lakin  federallar  Konfederat  ordusunu  Potomakdan  qovmağa  qadir  deyildi.  Bu 
döyüşlərdə hər iki tərəfin itkisi, demək olar ki, bərabər idi. Makklellan Lini sürətlə 
izləyə  bilmədiyinə  görə  komandanlıqdan  azad  edildi.  Yeni  komandan  Embrous 
Bernsayd  iki  qatdan  da  çox  itki  verdi  və  onu  Cozef  (“Vuruşan  Co”)  Huker  əvəz 
etdi. 
1862-ci ildə hərbi hadisələr başqa səhnələrə keçirdi. Federallar döyüşdə 
Missurini Birlik üçün xilas edib, Arkanzasa təhlükə mənbəyi yaratdılar. 26 apreldə 
Qrant Cənuba daxil olub, Nyu Orleanı tutdu. Onun hücumuna dənizdən donanma 
kömək edirdi. 1 iyunda general Robert Lİ Cənub ordusunun baş komandanı təyin 
edildi.  30  avqustda  o,  Bull  Randa  qalib  gəldi,  lakin  17  sentyabrda  yenə  də 
Virciniyaya çəkilməli oldu. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə